2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə41/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   37   38   39   40   41   42   43   44   ...   231

 

81 


Qurani Kərimdə 91 yerdə keçməkdədir. Heç vaxt tək zikr edilməmiş. Başqa bir isimlə 

zikr edilmişdir. Bu İsmin keçdiyi 91 ayədən 50-si Məkkədə, 41 isə Mədinə surələridir.  

 

ALİM - ĀLİM – ALLƏM 

 

əl-Alim 



  əl-Ālim  -  Əzəli  elmi  ilə,  böyük-kiçik,  gizli-aşkar,  yaradılmış-

yaradılmamış hər şeyi biləndir. Heç bir şey Onun elmindən qırağa çıxa bilməz və Ona 

gizli qalmaz. O, hər şeydən xəbərdardır. Onun elmi hər cür sirləri, gizli işləri, qəlblərin 

gizlətdikləri şeyləri, qeyb məsələlərini, məsələlərin arxa planlarını, hər şeyin ən incə və 

gizli tərəflərini əhatə edir. «Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən». (əl-Bəqərə 32). 

«Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da O, bilir». 

(Səba  2).  «Göylərdə  və  yerdə  zərrə  qədər  bir  şey  Ondan  gizli  qalmaz»  (Səba  3). 

«Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda 

nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri 

içində  elə  bir  toxum  (kainatda)  elə  bir  şey  yoxdur  ki,  məhz  açıq-aydın  kitabda 

olmasın».  (əl-Ənam  59).  «O,  bilmədən  heç  bir  meyvə  qabığından  çıxmaz,  heç  bir 

qadın  hamilə  olmaz  və  bari-hamiləni  yerə  qoymaz».  (Fussilət  47).  «Ey  Rəbbimiz! 

Sənin  rəhmin  və  elmin  hər  şeyi  ehtiva  etmişdir».  (əl-Mumin  7).  «Mən  sizin 

bilmədiklərinizi  bilirəm».  (əl-Bəqərə  30).  Onun  üçün  qeyb  və  bilməməzlik  deyə 

bilinən  bir  şey  yoxdur.  O,  hər  hansı  bir  şeyi  idrak  etməkdən  aciz  deyildir.  Lakin 

insanlar isə çox şeyləri idrak etməkdən acizdirlər. Xattabi 



 rahmətullahi aleyhi 



 deyir 

ki:  «Alim 

  insanların  bilmədikləri  və  idrak  etmədikləri  sirləri  və  gizlilikləri  biləndir. 



Alim  ən  mükəmməl  elm  sifətinə  sahib  olandır».  “De:  “Ey  göyləri  və  yeri  yoxdan 

yaradan,  ey  gizlini  və  aşkarı  bilən  Allah!  Bəndələrin  arasında  ixtilafda  olduqları 

(məsələlər) barəsində Sən hökm edəcəksən!”. (əz-Zumər 46).  

əl-Alləm 

  «Allah  qeybləri  çox  gözəl  biləndir».  (ət-Tövbə  78).  Həlimi 





 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allah  bu  an  var  olan,  var  olmaqda  olanları,  var 

olduqlarında necə  olacaqlarını, var olmayanları və əgər var olsalardı  necə olacaqlarını 

biləndir».  «Şübhəsiz  ki,  O  gizlini  də,  gizlinin  gizlisini  də  bilməkdədir».  (Ta  ha  7). 



«Allah hər şeyi bilməkdədir». (ən-Nisa 176). «Allah zalimləri çox yaxşı tanıyandır». 

(əl-Bəqərə 95). «Allah  onların  durumunu  haqqıyla  biləndir».  (ən-Nisa 39). «Əlbəttə 

Allah  fitnə-fəsad  törədənləri  tanıyandır».  (Ali  İmran  63).  Bu  İsim  məşhur  istixarə 

duasında  belə  keçər:  «Şübhəsiz  ki,  Sən  qeyibləri  çox  gözəl  bilənsən»

226

.  O,  bütün 



insanları  yaratdığı  andan  etibarən  dünyada  necə  yaşayacaqlarını  və  öldükdən  sonra 

axirətdə necə yaşayacaqlarını biləndir. Allah bütün insanların yaxşı və pis əməllərini və 

bu  əməllərin  axirətdəki  nəticələrini  incəliyinə  kimi  biləndir.  Allahın  elmi  görünən  və 

görünməyən,  zahir  və  batin,  gizli  və  aşkar  hər  şeyi  əhatə  edir.  Heç  bir  şey  Ona  gizli 

deyildir.  

 

ADL 

 

əl-Adl 

  Allah  sözündə,  felində,  qəzasında,  qədərində,  əmrində,  qadağan  etməkdə, 



mükafatlandırmaqda  və  cəzalandırmaqda  doğru  bir  yol  üzərədir.  Onun  bildirmiş 

olduğu  xəbərlərin  hamısı  doğrudur.  Qəzasının  hamısı  ədalətdir.  «Rəbbinin  sözü 



doğruluq  və  ədalət  baxımından  tamamlandı.  Onun  sözlərini  dəyişdirə  biləcək 

                                                

226

 Buxari 1166. 




 

82 


yoxdur».  (əl-Ənam  115).  Allahın  sözləri  doğru  və  ədalətli  olduğuna  görə  Özüdə 

mütləq ədalət sahibidir. Onun ədalət İsmi haqsızlıq və zülm etmə sifətlərini yox  edər. 

Bu üzdən də O, haqsızlıq və zülm edən deyildir. Onun qərarı doğru, hökmü adildir. İbn 

Məsud - radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 

Huneyn  günü  qənimətləri  bölürdü.  Bu  bölümdə  İslamda  yeni  olanlara  daha  çox 



üstünlük verdi. Bu vaxt bir nəfər: «Vallahi bu iş ədalətli olmadı və Allah rizası bu işdə 

gözlənilmədi» dedi. Peyğəmbər: «Allah və Rəsulu ədalətli olmasa artıq kim ədalətli ola 

bilər»  deyə  buyurdu

227


.  Ubey  b.  Kəbb 



  radıyallahu  anhu 

  deyir  ki:  «Əgər  Allah 



yerdəki və göydəki bütün varlıqlara əzab etmək istəsəydi onlara əzab edə bilir və buna 

görə də zülm etmiş sayılmaz. Eyni şəkildə əgər onlara mərhəmət etmək istəsəydi bunu 

da  edə  bilirdi  və  Onun  bu  rəhməti,  qulların  əməllərinə  qarşılıq  deyil  onlara  olan 

yaxşılığından sayılardı»

228

.  


 

AFUV 

 

əl-Afuv 

  Sözdə  silmək,  yox  etmək  mənasındadır.  Afv 



  kökündən  gələn  bir  sifət 

olaraq  asanlıqla  bağışlayan,  qulların  günahlarını  silən,  cəzaları  qaldıran  deməkdir. 

«Həqiqətən  Allah  əfv  edən  və  bağışlayandır».  (əl-Həcc  60).  Allah  qullarının 

tövbələrini qəbul  edər və  etdikləri pislikləri bağışlayandır. Çünki O, əfv  edicidir. Əfv 

etməyi  sevəndir.  Qullarının  əfva  çatmalarına  səbəb  olan  şeyləri  yerinə  yetirmək  üçün 

çalışmalarından xoşlanır. Onun sonsuz əfiındən biri də qul nə qədər günah edirsə etsin 

sonunda  Ona  yönəlib  tövbə  edərsə  onun  etdiyi  bütün  günahları  bağışlayar.  Əfv  əsən 

küləyin  izləri  sildiyi  kimi  günahların  silmək  mənasına  da  gəlir.  Günahları  bağışlayan, 

sanki  bu  əfv  ilə  günahların  izini  silməkdir.  «Bəndələrinin  tövbəsini  qəbul  eən, 

günahlarını  bağışlayan  və  sizin  nə  etdiyinizi  bilən  Odur!».  (əş-Şura  25).  Aişə 



 



radıyallahu anhə 

 deyir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 dən soruşdum: 

«Ey Allahın Rəsulu! Qədr gecəsinə yetişsəm nə söyləyim?». Peyğəmbər: Allahummə 

İnnəkə  Afuvvun  Kərimun  Tuhibbul  Əfvə  Fəfu  Ənni 



  Allahım  Sən  bağışlayansan, 

səxavətlisən  və  bağışlamağı  sevirsən.  Məni  bağışla»

229


.  Bu  İsmin  insanlar  üçün 

işlədilməsi  caizdir.  «Onlar  insanları  bağışlayanlardır».  (Ali  İmran  134).  Əfv  hər 

zaman  əfv  etməklə,  bağışlamaqla  və  cəzalandırmamaqla  bilinəndir.  Hər  kəs  Onun 

mərhəmət  və  kərəminə  möhtac  olduğu  kimi  əffinə  və  bağışlamasına  da  möhtacdırlar. 

Əfv  günahların  izlərini  tam  aradan  qaldırması,  onları  Kiramən  Kətibin  mələklərinin 

yazdığı  dəftərlərdən  silməsi,  qiyamət  günü  qullarını  bu  günahlardan  sorğuya 

çəkməməsi,  xatırladıqda  utanmamaları  üçün  bu  günahları  onlara  unutdurması  və  hər 

pisliyin yerinə yaxşılıq qoymasıdır. «Allah  istədiyi  şeyi  məhv  edər,  istədiyini  də  sabit 



saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu 

olduğu  kimi  saxlayar)».  (ər-Rəd  39).  «Allah  onların  pis  əməllərini  yaxşı  əməllərə 

çevirər».  (əl-Furqan  70).  Əfv,  məğfirətdən  daha  genişdir.  Çünki  məğfirət  günahların 

örtüldüyünü,  əfv  isə  onların  izlərini  belə  sildiyini  bildirir.  Ənəs  -  radıyallahu  anhu 

 

rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  in  belə  buyurduğunu 



eşitdim:  «Allah 



  subhənəhu  və  təalə  -  buyurdu:  «Ey  Adəm  oğlu!  Nə  qədər  ki,  sən 

mənə  dua  edib  məndən  bağışlanma  diləsən,  mən  sənin  nələr  etdiyinə  baxmadan  səni 

                                                

227

 Müslim 1062. 



228

 Əbu Davud 4699.  

229

 Tirmizi 3513.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə