2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə49/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   45   46   47   48   49   50   51   52   ...   231

 

97 


zaman  (Allah  onları  məğlubiyyətə  uğratdı)  və  onlar  qaçmağa  başladılar.  Hətta  dağa 

doğru  ətəklərini  toplayaraq  qaçan  qadınları  da  gördüm.  (Ayaq  biləklərində  olan) 

halqaları da belə  görsənirdi. Bizimkilər belə  deməyə başladılar: «Qənimət! Qənimət!» 

İbn  Cubeyr:  «Pəyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  sizə  nə  dediyini  unutdunuz-

mu?  Yerlərinizi  tərk  etməyin!»  deyə  tənbehlədi.  Oxçular  onun  sözünü  dinləməyərək: 

«(Vallahi biz də qardaşlarımızın yanına gedib qənimətdən götürəcəyik)» dedilər. Onlar 

bu  əmrə  etiraz  edincə  üzləri  tərs  çevrildi.  (Nə  edəcəklərini  bilməyən  dəlisovlara 

döndülər)  və  məğlub  oldular.  Yetmiş  şəhid  verildi.  Pəyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 



 təpənin üzərində İbn Cubeyr 



 radıyallahu anhu 

 ilə qalan (on iki) nəfəri geri 



çağırdı.  Gecə  düşdükdə  Əbu  Sufyan  üç  dəfə  səsləyərək:  «Aranızda  Muhəmməd 

varmı?» deyə soruşdu. Peyğəmbər: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan 

təkrar  üç  dəfə  səsləyərək:  «Aranızda  Əbu  Kuhafə  varmı?»  deyə  soruşdu.  Peyğəmbər 

yenə  də:  «Ona  cavab  verməyin»  deyə  buyurdu.  Əbu  Sufyan  yenə  də  üç  dəfə 

səsləyərək:  «Aranızda  Xattabın  oğlu  varmı?»  deyə  soruşdu.  Heç  kimsə  ona  cavab 

vermədi.  Bundan  sonra  Əbui  Sufyan:  «Onlar  hamısı  öldürüldülər.  Əgər  sağ  olsalardı 

cavab verərdilər» dedi. Bu sözlərdən sonra dözə bilməyən Ömər: «Ey Allahın düşməni 

yalan söylədin. Allah Rəsulu da, Əbu Bəkr də və mən də burdayıq və sağıq» dedi. Əbu 

Sufyan:  «Savaş  bir  rəqabətdir.  Günə  gün!  (Uhud  Bədrə  qarşılıqdır)»  dedi  və:  «Şanın 

uca olsun ey Hubel!

269

«. Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə 



deyək?»  deyə  soruşdular.  Peyğəmbər:  «Allah  ən  uca  və  ən  üstündür»  deyə  buyurdu. 

Əbu Sufyan: «Bizim  Uzzamız var, sizin isə  Uzzanız yoxdur» dedi. Peyğəmbər: «Ona 

cavab  verin»  deyə  əmr  etdi.  Səhabələr:  «Nə  deyək?»  deyə  soruşdular.  Peyğəmbər: 

«Allah  bizim  Mövlamızdır,  sizin  isə  Mövlanız  yoxdur»  deyə  buyurdu.  Əbu  Sufyan: 

«Həqiqətən  də  siz  öz  ölülərinizin  içindən  tanınmaz  hala  salınmış  kimsələri 

tapacaqsınız.  Bunu  mən  əmr  etmədim,  lakin  bu  məni  heç  də  məyus  etmədi.  Məni 

pisləməyin».  Peyğəmbər:  «Ona  cavab  verin»  deyə  əmr  etdi.  Səhabələr:  «Nə  deyək?» 

deyə 


soruşdular.  Peyğəmbər:  «Bizim  ölülərimiz  Cənnətdə,  sizinkilər  isə 

Cəhənnəmdədir» deyin

270

.  


 

MƏLİK – MƏLĪK – MƏƏLİK 

 

əl-Məlik 



 əl-Məlīk - Hökmüdar, kral mənasında bir kəlimədir. Mə-Lə-Kə felindən 

gəlir. Məlik, sahib olmaqdır. Həm bir şeyə sahib olmağı, həm də qüvvətli olmağı əhatə 

edir.  O,  özündən  başqa  heç  bir  ilah  olmayan  Məlikdir  (mütləq  sahibdir)».  (əl-Həşr 

23).  Məlik 

  kəliməsi  də  işlədilə  bilər.  Mütləq  Məlik  ancaq  və  ancaq  Allahdır. Çünki 



Quranda  mülkün  yalnız  Allaha  aid  olması  dəfələrlə  qeyd  edilmişdir.  «Göylərin  və 

yerin, ikisi arasında olanların mülkü Allahındır».  (əl-Maidə 18). «De ki: «Allahım! 

Mülkün  sahibi.  Mülkü  dilədiyinə  verir,  dilədiyindən  isə  alırsan».  (Ali  İmran  26). 

«Haqq  Məlik  olan  Allah  ucadır».  (əl-Muminun  116).  «Haqq  məclisində,  qadir 

hökmüdar  (MƏLĪK)  Allahın  hüzurunda  olacaqlar».  (əl-Qəmər  55).  Allah  həqiqi 

Rəbb,  həqiqi  Məlik  və  həqiqi  İlahdır.  O,  Rəbb  olması  ilə  bütün  varlıqları  yaratmış, 

Məlik olması ilə hamısına üstün gəlmiş, İlah olması ilə də onlara ibadət etmələrini əmr 

etmişdir.  Bu  üç  sözün  dərin  mənalarını,  ucalıq  və  ululuğunu  yaxşıca  düşün.  Allah  bu 

üç sözü ən gözəl bir ifadə və üslub ilə Nəs surəsində birlikdə zikr edərək: «İnsanların 

                                                

269

 Bəni Kinanə qəbiləsinin ibadət etdikləri bütün adıdır. Kəbədə yerləşirdi.  



270

 Buxari 3039, Təfsir Ali İmran 10, Məğazi 9,17,20, Əbu Davud 2662. 




 

98 


Rəbbi, İnsanların Məliki, İnsanların İlahı. Bu üç tamamlama imanın bütün təməllərini 

və  Allahın  gözəl  İsim  və  Sifətlərinin  mənalarını  əhatə  etməkdədir.  Allah  bizim  tək 

Rəbbimiz,  Məlikimiz,  və  İlahımız  olduğuna  görə  sıxıntı  və  müsibət  anlarında  Ona 

sığınmaqdan  başqa  çarəmiz  yoxdur.  Bizim  Ondan  başqa  bir  sığınacağımız, 

barınacağımız  məbudumuz  yoxdur.  Buna  görə  də  sadəcə  Ona  dua  edilməli,  yalnız 

Ondan  qorxulmalı  və  Ona  ümüd  bağlanmalıdır.  Ondan  başqa  kimsə  sevilməməli, 

boyun  əyilməməli  və  itaət  edilməməlidir.  Yalnız  Ona  güvənməliyik.  Ondan  başqa 

Rəbb  yoxdur.  O,  bütün  varlılıqların  məlikidir.  Sən  də  daxil  bütün  varlılıqlar  Onun 

mülküdür.  Rəbbin  və  Məlikin  olan.  Həm  də  sənin  İlahındır.  Bir  an  belə  Ona  ibadət 

etməkdən uzaq durma. Sənin Ona olan ehtiyacın həyata və ruha olan ehtiyacından daha 

çoxdur. Bütün bunları bilən Rəbbə, Məlikə və İlaha sahib olduğunu bilən Ondan başqa 

kimsədən  yardım  diləməz,  başqasına  sığınmaz,  başqasına  dua  etməz,  qurban  kəsməz, 

nəzir deməz.  

əl-Məəlik – “Haqq-Hesab (Qiyamət) gününün sahibinə!”. (əl-Fatihə 4).

 

 

MUTƏKƏBBİR 

 

əl-Mutəkəbbir  -  «O,  özündən  başqa  heç  bir  ilah  olmayan,  gizlini  də,  aşkarı  da 

bilən  Allahdır.  Mutəkəbbirdir  (təkəbbürlük  haqqına tək  sahib  olandır)».  (əl-Həşr  22-

24).  Allah  mütəkəbbirdir.  Ucalıq  və  əzəmətdə  ona  qarşı  çıxan  azğın  varlıqların 

bellərini qırıb güclərini yox edəndir. Mütəkəbbirdə olan Ta hərfi təklik bildirməkdə və 

təkəbbürlüyün yalnız Allaha məxsus olduğunu bildirməkdədir. Təkəbbürlük varlıqların 

həqiqi sifəti deyildir. Çünki varlıqların özəlliyi itaət etmək və boyun əyməkdir. Həqiqi 

təkəbbürlük  Allaha  məxsusdur.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«Böyüklük  (Kibriya)  mənim  ridam  (örtüyümdür),  ucalıq  isə  izarımdır.  Kim  bu 

ikisindən  biri  üzərində  mənimlə  çəkişərsə  onu  yox  edərəm  (Cəhənnəmə  ataram)»

271



Qatadə 





 rahmətullahi aleyhi 



 deyir ki: «Pislikdən imtina edərək böyüklənəndir». Əbu 

İshaq 



  rahmətullahi  aleyhi 





  deyir  ki:  «Qullarına  zülm  etməkdən  uzaq  və  ucadır». 

Qazali 




  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Mütəkəbbir  özündən  başqa  hər  şeyi  kiçik 

görən,  böyüklük,  üstünlük  və  ucalığı  yalnız  özündə  görən,  başqasına,  padşahların 

qullara  baxdığı  kimi  baxandır.  Əgər  bu  baxış  gərçək  və  doğru  isə  həqiqi  təkəbbürlük 

budur.  Belə  baxan  həqiqi  təkəbbürlüyü  haqq  etmişdir.  Bu  durum  Allahdan  başqa  heç 

bir varlıq üçün düşünülməz. Bu yalnız Onun haqqıdır». Qurtubi – rahmətullahi aleyhi 



– deyir ki: «Mütəkkəbir – Rəbb olması ilə hər bir varlılıqdan üstün və böyük olandır. 

Onun  bənzəri,  şəriki  yoxdur.  Hər  cür  pislikdən  uzaqdır.  Bütün  çirkin  sifətlərdən 

münəzzəhdir. Mütəkəbbir sözünün əsli imtina etmək və boyun əyməkdir. Buna görə də 

Allah bütün pis sifətlərdən imtina edər və heç bir varlığa boyun əyməz. Mütləq uca və 

böyük olan yalnız Odur».  

 

MƏCİD 

 

əl-Məcid 

 «Allahın rəhməti  və  bərəkəti  sizin  üzərinizə  ey  ev  əhli  şübhəsiz ki,  O, 



tərifə layiq olandır, Məciddir». (Hud 73). «Ərşin sahibidir, Məciddir». (əl-Buruc 15). 

Xattabi 




 rahmətullahi aleyhi 



 deyir ki: «Məcid 

 ucalıq, ululuq, şanlı, şərəf, kərəm və 



ehsanı  bol  olandır.  Məcd 

  bolluq  və  genişlik  mənasındadır».  Qurani  Kərimdə  Həmd 



                                                

271


 Buxari, Müslim.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə