2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə50/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   46   47   48   49   50   51   52   53   ...   231

 

99 


və  Məcid  İsimləri  bir  yerdə  2  ayədə  zikr  olunmuşlar.  «O,  həmd  (övülməyə  layiq) 

olandır, Məciddir». (Hud 73).  

 

MUHİT 

 

əl-Muhit 



  «Bil  ki,  Allah  hər  şeyi  ehtiva  (əhatə  MUHİT)  edəndir».  (Fussilət  54). 

Həlimi 



  rahmətullahi  aleyhi 





  deyir  ki:  «Muhit 

  Ondan  qaçmaq  mümkün 



olmayandır. Elmi, gücü  qüdrəti bütün  varlılıqları əhatə edəndir. «Onun  hər  şeyi  elmi 

ilə  əhatə  etdiyini».  (ət-Taləq  2).  Allah  elmi  ilə  hər  bir  şeyi  bilir.  O,  elmi  ilə  bütün 

bilikləri,  görməsi  ilə  bütün  görünənləri,  eşitməsi  ilə  də  bütün  eşidilənləri  əhatə  edir. 

Hər şey Ona boyun əymişdir.  

 

MUHSİN 

 

əl-Muhsin

272


 



  Yaxşılıq  edən,  xeyirxah  işlər  görən,  minnət  etmədən  verən 

deməkdir.  Əhsənə  felindən  ismi  fail  olaraq  alınmışdır.  Qurani  Kərimdə  İsim  olaraq 

deyil  fel  olaraq  keçər.  «O,  mənə  yaxşılıq  etdi,  çünki  məni  zindandan  qurtardı». 



(Yuxuf 100). Əbu Yəla Şəddad b. Əus - radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Həqiqətən  də  Allah  hər  şeydə  ehsanı 



yazmışdır.  Öldürdüyünüz  zaman  gözəl  şəkildə  öldürün.  Kəsdiyiniz  zaman  gözəl  bir 

şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı 

rahatlasın»

273


.  

Allahın  İnsanlara  Olan  Ehsanı:  Onları  yoxdan  var  etməsi  və  onlara  digər 

varlıqlardan  daha  gözəl  bir  biçimdə  yaratması.  «Sizə  surət  verən  və  surətlərinizi 



gözəlləşdirən 



Allahdır».  (əl-Mumin  64).  Digər  canlılardan  fərqli  olması,  düşünə 

bilməsi  və  hidayət  yolunu  görə bilməsi üçün  ona ağıl verdi. «Biz  ona  hidayət  yolunu 

göstərdik.  O,  ya  şükr  edər,  ya  da  nankorluq».  (İnsan  3).  «Sizə  şükr  edəsiniz  deyə 

qulaq,  göz  və  qəlb  verdik».  (ən-Nəhl  78).  İslama  hidayət  etməsi.  Allahın  quluna  ən 

böyük  ehsanı  budur.  Vəhb  b.  Münəbbi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  Nemətlərin 

başı  üçdür.  İlki  İslam  nemətidir.  Bütün  nemətlər  yalnız  bununla  tamam  olur.  İkinci 

nemət sağlamlıq nemətidir. Üçüncü nemətdə zənginlik nemətidir ki, bu nemət olmadan 

həyatın dadı olmaz». Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «İnsanlardan 

bir  çoxunun  qəflətdə  olduqları  iki  nemət  vardır  (onların  qədrini  heç  vaxt  bilməzlər). 

Sağlamlıqlarının və vaxtın»

274


. Onu Nəbiləri Peyğəmbər 

– 

sallallahu aleyhi və səlləm 

 

in  ümmətindən  etməsi.  Bu  ümmətin  digər  ümmətlərdən  üstün  olduğuna  görə.  «Siz 



insanlar üçün çıxarılmış  ən xeyirli ümmətsiniz». (Ali İmran 110). Onlara kitabı olan 

Qurani  Kərimi  nazil  etməsi  və  öyrətməsi.  «Həqiqətəndə  bu  bir  öyüd-nəsihətdir.  Kim 



istəsə Rəbbinə  tərəf  yol tutar».  (Dəhr 29). «Bu  nazil etdiyimiz  mübarək  bir kitabdır. 

Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155).  

 

MUSAVVİR 

 

əl-Musavvir 



 Surət verən  deməkdir. «O,  yaradan,  yoxdan  var  edən  və  (hər şeyə) 



surət  verəndir  (MUSAVVİR)».  (əl-Həşr  24).  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

                                                

272

 əl-Albani «Səhih Hədislər Silsiləsi» 469.  



273

 Müslim 1955, AbdurRazzaq “Musənnəf” 4/392, əl-Albani “Səhih Cəmi” 1/129, “İrva” 7/293.  

274

 Buxari 6412.  




 

100 


«Musavvir 

  istədiyinə  istədiyi  şəkili  və  biçimi  verəndir».  «Yaradanların  ən  gözəli 



olan  Allah  ən  ucadır».  (əl-Muminun  14).  «Sənə  istədiyi  surəti  verdi».  (əl-İnfitar  8). 

Allah  insanı  anasının  bətnində  ikən  onu  üç  mərhələdən  keçirərək  surət  verir.  Birinci 

mərhələdə  bir  qan  laxtası  şəkilində  olur,  ikinci  mərhələdə  bir  ət  parçası  şəkilində, 

üçüncü mərhələdə isə bir şəkil və biçim olaraq yaradılır. Əbu Abdurrahmən Abdulla b. 

Məsud  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  doğru  sözlü  və  doğru  sözü  təsdiq  olunan 

Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Sizdən  hər  birinizin  yaradılışı 

onun  anasının  qarnında  qırx  gün  nütfə

275


 şəklində  olaraq  bir  yerə  gətrilir.  Sonra  bu 

müddət  ərzində  aləqa

276

 şəklində  olur.  Sonra  yenə  bu  müddət  ərzində  mudğa



277

 

şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd 



xüsusiyəti  yazmaqla  əmr  olunur.  Ruzisini,  əcəlini,  əməlini,  bədbəxt  və  ya  xoşbəxt 

olacağını  (Başqa  rəvayətdə:  «Qulaqlarını,  gözlərini,  dərisini,  ətini  və  sümüklərini 

taradır)»

278


.  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Allah  surət 

yaradanlara  lənət  edib»

279


.  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Qiyamət günü insanlar arasında əzabı ən şiddətli olanlar Allahın yaratdıqlarına bənzə 

bir şeylər yaratmaq istəyənlərə olacaqdır»

280

. Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 



öz  Rəbbindən  buyurdu:  «Mənim  yaratdıqlarıma  bənzər  şeylər  yaradanlardan  daha 

zalim  kim  ola bilər? Belə  edənlər bacarırlarsa bir zərrə və ya bir dənə yaratsınlar!»

281



İbn  Abbas  -  radıyallahu  anhu 





  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və 



səlləm  -  buyurdu:  «Surət  çəkənlər  oddadırlar.  O,  surətlərə  ruh  veriləcək  ki,  onlar  da 

(surət  çəkənləri)  cəzalandıracaqlar.  Əgər  sən  bunu  etmək  istəyirsənsə  onda  canlı 

olmayan (təbiət və s) şəkillər çək»

282


.  

 

MUHSƏN 

 

əl-Muhsən – İbn Həzm bunu zikr edir.  

 

MUQADDİM – MUƏXXİR 

 

əl-Muqaddim 



  əl-Muəxxir 



  Hər  iki  İsim  Qurani  Kərimdə  zikr  edilmir.  Hətta 

Muqaddim  ismi  fel  olaraq  da  keçmir.  Ancaq  Muəxxir  ismi  Quranda  fel  olaraq  keçir. 



«Allah  onların  cəzasını  yubadıb  elə  bir  günə  saxlayır  ki,  həmən  gün  gözləri 

hədəqəsindən  çıxar».  (İbrahim  42).  Hədislərdə  isə  İbn  Abbas  -  radıyallahu  anhu 



 

rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  gecə  namazlarında  İstfitah 



dualarında buyurardı: «Ya Allahım!… Mə Qaddəmtu Və Mə Əxxartu Və Əsrartu Və 

Ələntu 

  əvvəldən  etdiyim  və  sonradan  etdiyim  günahlarımı  Allahım  sən  məğfirət 



et!»

283


.  Bu  İsimlərdən  yalnız  biri  ilə  dua  etmək  caiz  deyildir.  İkisi  də  Allahın  feli 

sifətlərindəndir.  Dilədiyini  yüksəldən,  dilədiyini  də  alçaldan,  dilədiyini  əziz  edən, 

dilədiyini də zəlil, dilədiyini Özünə yaxınlaşdıran, dilədiyini də uzaqlaşdıran O, olduğu 

                                                

275

 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır. 



276

 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). 

277

 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir. 



278

 Buxari, Müslim. 

279

 Buxari 10/293.  



280

 Müslim 2107.  

281

 Buxari 2953, Müslim 2111.  



282

 Buxari, Müslim.  

283

 Buxari 1120, Müslim 769.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə