2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə52/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   48   49   50   51   52   53   54   55   ...   231

 

103 


mənimlə  sizi  bir  yerə  toplamadımı?  Sizlər  fəqir  ikən  Allah  mənimlə  sizi  zəngin 

etmədimi?  Sizlər  ölkənizdə  qorxu  içində  ikən  Allah  mənimlə  sizi  hüzur  və  əmin-

amanlığa  qovuşdurmadımı?».  Ənsar  da  Allahın  üzərilərindəki  lütf  və  ehsanını  etiraf 

edərdilər

291

.  


 

MUSTƏAN 

 

əl-Mustəan – “(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə 



müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis 

sözlərə)  qarşı  kömək  dilənilməsi  kimsə  yalnız  Rəhman  olan  Rəbbimizdir!”.  (əl-

Ənbiya 112)

292

.  

 

MUSƏ’İRU 

 

əl-Musəiru  -  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm  –  in  dövründə  qiymətlər  artmağa  başladı.  İnsanlar:  “Ey 

Allahın  Rəsulu!  Qiymətlər  artdı.  Bizə  bir  qiymət  təyin  et  (Qiymətlərə  hədd  qoy)” 

dedilər.  Peyğəmbər:  “Qiymətləri  tənzimliyən  Allahdır,  Genişlədib  çox-çox  verən 

Allahdır, Ruzi verən Allahdır, Daraldıb qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda 

kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu

293


.  

 

VƏDUD 

 

əl-Vədud 



  Sevən  və  sevilən  mənasına  gələn  Vədud  İsmi  Qurani  Kərimdə  2  dəfə 

keçməkdədir.  İki  mənası  vardır:  1)  Fail  vəznində  gələn  Sevən  mənasında.  Uca  Allah 

Peyğəmbərləri,  nəbiləri,  dostlarını  və  inanan  qullarını  sevər.  2)  Məful  –  vəznində  isə 



Məvdud  -  sevilən  mənasındadır.  Yəni  Allah  sevilməyi  haqq  edəndir.  O,  qulun 

sevdiklərindən  daha  üstün  bir  sevgini  haqq  edəndir.  Hətta  O,  qulun  öz  gözündən, 

qulağından  və  nəfsindən  daha  sevimlidir

294


.  «Şübhəsiz  ki,  Rəbbim  Rəhim  (çox 

mərhəmətli) və Vədud (qullarını çox sevəndir)». (Hud 90). «O, çox bağışlayan və çox 

sevəndir». (əl-Buruc 14). Vədud (sevmə) İsmi, Rahim (mərhəmət etmə) İsmi ilə Ğafur 

(bağışlama) İsminə daha yaxın bir məna ifadə edər. Lakin aralarında fərq vardır. İnsan 

ona qarşı pislik  edəni bağışlaya bilər, lakin  onu sevməyə bilir. Yenə də sevmədiyi bir 

kimsəyə  mərhəmət  etməyə  də  bilir.  Allah  isə  tövbə  edən  qulunu  bağışlar,  ona 

mərhəmət  edər  və  heç  nəyə  baxmayaraq  onu  sevər.  Çünki  O,  tövbə  edənləri  sevər. 

«Allah tövbə edənləri də sevər». (əl-Bəqərə 222). Varlılıqları düşündüyün zaman uca 

Allahın sevən və sevilən olduğunu görürsən. Allah peyğəmbərləri, mələkləri və mömin 

qullarını  sevər,  onlar  da  Onu  sevərlər.  Hətta  onlar  üçün  Allahdan  daha  sevimli  başqa 

bir  şey  yoxdur.  Allah  sevgisi  heç  bir  tərəfdən  başqa  sevgililərə  bənzəməz.  Bu  sevgi 

başqa sevgililərdə  olmaz. O, halda  Allah sevgisi hər qulun  qəlbində  mütləq  olması  və 

hər  sevgidən  əvvəl  gəlməsi  lazımdır.  Onun  sevgisi  hər  sevgidən  üstün  gəlməlidir. 

Sevilənin  hər  istəyi  yerinə  yetirilməli  və  Ona  bağlı  qalınmalıdır.  Allah  sevigisi 

əməllərin  özü  və  ruhudur.  Açıq  və  gizli  bütün  ibadətlər  Allah  sevgisindən 

                                                

291


 Buxari 4330, Müslim 1061.  

292


 Tirmizi 3021.  

293


 Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.  

294


 İbn Qeyyim «Cəlaul Əfham» s. 28.  


 

104 


qaynaqlanırlar. Qulun Rəbbini sevməsi Allahın ona bir ehsanıdır. Qulun bu sevgidə bir 

gücü, qüdrəti və müdaxiləsi yoxdur. Qulun özünü sevməsini və sevgini qulun qəlbində 

yerləşdirən Allahdır.  

Sevgini yaradan və onu  möminlərin qəlbinə  yerləşdirən uca Allah çox mübarəkdir. 

Daha  sonra  O,  bu  sevgini  dostlarının  qəlbində  elə  bir  nöqtəyə  çatdırır  ki,  artıq  bu 

nöqtədə digər sevgililər çox kiçik və dəyərsiz hala gəlir, bəla və müsibətlər onlara xəfif 

gəlir,  ibadət  və  itaətlərin  zorluqları  onlara  zövq  verir  və  sonunda  sevgilərin  ən  ucası 

olan Allah sevgisini, Allah rizasını əldə etmə və Allaha yaxın olma kimi kəramətlərdən 

dilədiyini əldə edir

295


.  

 

VAHİD – VİTR 

 

əl-Vahid 



  Tək  var  olan,  yanında  bir  başqası  olmayan,  ortağı  və  şəriki  olmayan, 

zatında, sifətlərində, isimlərində, fellərində ortağı və bənzəri olmayan, misli və bənzəri 

olmayan deməkdir. Bu isim Qurani Kərimdə 21 yerdə keçməkdədir. «Sizin tanrınız tək 



olan (VAHİD) Allahdır». (əl-Bəqərə 163). Bu məqam Allahdan başqa ilah olmadığına 

şahidlik  etmə  məqamıdır.  Çünki  Allahdan  başqa  ilah  olması,  batil  və  belə  bir  şey 

mümkün deyildir. Ondan başqa ilah yoxdur. Ondan başqa heç kəs ibadət edilməyə və 

səcdə  edilməyə  layiq  deyildir.  «(Ya  Peyğəmbər!)  De  ki:  «Əgər  Rəhmanın  bir  övladı 



olsa, (ona) ibadət edənlərin birincisi  mən olaram». (əz-Zuxruf 81). «Halbuki Allaha 

özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqlardan 

bir  eləsi  yoxdur  ki,  (Qiyamət  günü)  Rəhmanın  hüzuruna  bir  qul  kimi  gəlməsin». 

(Məryəm  92).  Ondan  başqa  birisinin  ilah  olması  o,  kimsəyə  əzabdır.  Ondan  başqa  bir 

kimsənin  heç  bir  şeyə  möhtac  olmaması  sapıqlıqdır,  Ondan  başqa  bir  kimsənin  izzət 

sahibi  olması  zillət  və  alçağlıqdır.  Ondan  başqa  bir  kimsənin  hər  şeyi  çoxaldıb, 

artırması dəyərsiz və önəmsizdir. Yaradılmış bir varlığın Ondan başqa Rəbbi olması və 

İlahı  olması  mümkün  deyildir.  Onunla  birlikdə  başqa  bir  ilahın  olması  mümkün 

deyildir. Çünki həqiqətdə ilah heç bir şeyə möhtac deyildir, hər şey Ona möhtacdır, heç 

bir  kimsəyə  möhtac  deyildir,  hər  şey  Onunla  var  olmuşdur  və  varlığı  başqa  bir  şeyə 

bağlı  deyildir.  Kainatda  iki  ilahın  da  olması  imkansızdır.  Əgər  kainatda  iki  ilah  olsa 

kainatın müvazinəti çox böyük bir fəsadla pozular və böyük bir pozğunluqla bir-birinə 

qarışar.  «Əgər  yerdə  və  göydə  Allahdan  başqa  tanrılar  olsaydı  onların  ikisi  də 



(müvazinətdən  çıxıb)  pozulardı.  Ərşin  sahibi  olan  Allah  müşriklərin  aid  etdikləri 

sifətlərdən  təmamilə  uzaqdır».  (əl-Ənbiya  22).  «Allah  özünə  heç  bir  övlad 

götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı onda hər bir 

tanrı  əlahiddə  öz  yaratdıqları  ilə  gedər  və  onların  bir  qismi  (dünyadakı  padşahlar 

kimi)  digərinə  üstün  olmağa  çalışardı.  Allah  müşriklərin  (Ona)  aid  etdikləri 

sifətlərdən tamamilə kənardır». (əl-Muminun 91). Bil ki, qulun bir olan Allaha ibadət 

etməsi, sevgi xüsusunda Ona heç bir şeyi ortaq qoşmaması, Ondan qorxma, Ona ümüd 

bağlama,  Ona  təvəkkül  etmə,  Onun  üçün  saleh  əməl  etmə,  Onun  adına  and  içmək, 

Onun  üçün  nəzir  etmək,  Onua  boyun  əymə,  Ona  xuşu  duyma,  təzim  etmək,  səcdəyə 

qapanmaq,  Allaha  ehtiyac  duymaq, bədənin ruha və  gözün  işığa  ehtiyac duymasından 

daha  böyükdür.  Bu  ehtiyac  duymağa  müqayisə  edilə  biləcək  bənzər  bir  şey  daha 

yoxdur. Çünkü qul ruh və qəlbdən meydana gəlməkdədir.  

                                                

295

 Şərhu Qasidətun Nuniyyə s. 96.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə