2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə55/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   51   52   53   54   55   56   57   58   ...   231

 

109 


arasına girər». (əl-Ənfal 24). «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü 

İslam  (dini)  üçün  açıb  genişləndirər,  kimi  azdırmaq  istəsə  onun  ürəyini  daraldıb 

sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-

Ənam  125).  Allah  imanı  kimin  qəlbində  yaradırsa  ancaq  o,  hidayət  tapır.  Nə 

peyğəmbər,  nə  bir  başqası  buna  müdaxilə  edə  bilməz.  «Sənə  düşən  yalnız  təbliğ 



etməkdir». (əş-Şura 48). «Rəbbimiz hər şeyə öz surətini verən və sonra da doğru yolu 

göstərən Allahdır». (Ta ha 50) ayəsində hidayət ilə bütün canlıları əhatə edən hidayət 

qəsd  edilmişdir.  Əgər  bu  hidayət  olmasaydı  kişilər  qadınlara  yönəlməz,  heyvanlar 

otlaqlara getməz, bal arıları pətəklərinə yönəlməz və s. sayılmayacaq qədər çoxdur»

305


.  

 

TAYYİB 

 

ət-Tayyib  -  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Şübhəsiz  ki,  Allah  Tayyibdir  (pak  və 

nöqsansızdır) və Tayyib olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr 

etdiyi  şeyin  eynisini  möminlərə  də  əmr  etmişdi.  Allah  buyurur:  «Ey  Peyğəmbərlər! 

təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Yenə Allah 

buyurur:  «Ey  iman  gətirənlər!  Sizə  verdiyimiz  ruzilərin  təmiz  və  halalından  yeyin». 



(əl-Bəqərə172)»

306


.  

 

İLHAD 

 

İlhad 

  dildə  «əyilmək»  deməkdir.  İstilahi  Mənası 



  inanılması  və  ya  edilməsi 

lazım olan şeydən başqa yana əyilmək deməkdir. İki növdür:  

1. Allahın İsimlərində ilhad. Bu özü də dörd qismə bölünür. 

1)  Tətilçilərin  etdikləri  kimi  İsimlərin  hər  hansı  birini  və  ya  bunların  göstərdikləri 

sifətləri inkar etmək.  

2)  Təşbihçilərin  etdikləri  kimi  Allahın  İsimlərini  və  Sifətlərini  məxluqatın  isim  və 

sifətləri kimi olduğunu qeyd etmək (bənzətmək).  

3)  Allahın  İsimlərini  bütlərə  qoymaq.  Məs:  Allahın  əl-İlah  adını,  əl-Lat  adı  ilə 

dəyişərək  öz  bütlərinə  qoymuşlar.  əl-Lat 

  Taif  şəhərində  ağ  dağın  adı  idi.  əl-Əziz 



adını,  əl-Uzza 

  İbn  Cərir 





  rahmətullahi  aleyhi 



  deyir:  «Məkkə  ilə  Taif  arasında, 

Nəxl  adlanan  yerdə  ağac  adı  idi».  əl-Mənnan  adını,  əl-Manat 

  Məkkə  ilə  Mədinə 



arasında, Hudeydə adlanan yerin adı idi.  

4)  Allahın  özü-özünə  vermədiyi  bir  qisim  İsimlərlə  Allahı  adlandırmaq.  Məs: 

Yəhudi  və  Xristianların  dediyi  kimi  Ata,  oğul  və  bizim  dilimizdə  işlənən  o,  kişiyə 

qurban olum və s. «Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan 



Manat  da  həmçinin



  O, bütlər  sizin  və  atalarınızın qoyduqları  adlardan  başqa  bir 



şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir». (ən-Nəcm 19-23). 

2. Allahın ayələrində ilhad. Bu da iki qismdir:  

1)  Şəri  ayələrdə  ilhad  -  bu  ayələri  təhrif  etmək,  ayələrin  bildirdiyi  xəbərləri 

yalanlamaq ya da bu ayələrin hökümlərinə qarşı çıxmaq ilə olur.  

2)  Kovni  ayələrdə  ilhad  –  bu  ayələri  Allahdan  başqasına  nisbət  etmək  və  ya  bu 

ayələrdə bir ortağı (şəriki), köməkçisi olduğuna inanmaqdır.  

                                                

305

 Qurtubi 1/380-383.  



306

 Müslim “Kitabu Zəkat” 3/85, H. 1015.  




 

110 


İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir:  «Allahın  İsimlərində  ilhad  (əyriliyə, 

inkara sapmaq) o, İsimləri  həqiqətləri  və  mənalarını  onlar haqqında sabit olmuş haqq 

mənalarından  uzaqlaşdırmaq  deməkdir.  Bu  kəlmə  meyl  etmək,  sapmaqdan  alınmışdır. 

Həmçinin  «Ləhadə»  kökü  də  buna  dəlalət  etməkdədir.  Ləhd 

  ortasından  yana  doğru 



qazılmış  qəbrin  yan  tərəfində  yarıq  açmaq  deməkdir.  Haqdan  meyl  edən  və  haqq 

olmayan  şeyləri  dinə  salan  kimsə  haqqında  da  işlədilən  Mulhid  kəlməsi  də  buradan 

gəlməkdədir.  

 

İSTİVA 

 

İstiva 

  Allahın  feli  sifətlərindəndir.  İstiva 



  üstə  olmaq,  yüksəlmək,  çıxmaq 

deməkdir.  Allahın  yeddi  səmanın  üstündə  yaratdıqlarından  ayrı  olaraq  Ərşin  üzərunə 

istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə İbn ən-

Numan - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - 

buyurdu: «Allah yaratmağı qurtardıqdan sonra Ərşin üzərinə istiva etdi»

307

.  


Əbu  Muhəmməd  AbdulQadir  əl-Ceylani

308


:  «Hər  cür  əskikliktən  və  qüsurdan 

münəzzəh olan Allah, yüksəklik yönündə (yuxarı tərəfdə) Ərşinə İstiva edəndir, mülkü 

əhatə  edəndir»  sözlərini  açıqlayaraq  demişdir:  «Allahın  hər  yerdə  olduğunu  qeyd 

etmək  düzgün  deyildir.  Əksinə  Allah  göydə,  Ərşə  İstiva  etmişdir  deyilməsi  daha 

mötəbərdir. Allah buyurur: «Rahmən ərşə istiva etdi». (Ta ha 5). İstiva kəlməsini hər 

hansı  bir  təvilə  yol  vermədən  olduğu  kimi  işlətmək  lazımdır.  Belə  ki,  bu  İstiva  Ərşə 

edilən Zatı İstivasıdır. Nə Mucəssimə, nə də Kərramiyyənin dediyi kimi Ərşin üzərinə 

oturmaq  və  onunla  doğrudan-doğruya  təmasda  olmaq  (yəni  ona,  ərşə  doğrudan) 

dəymək mənasında deyildir. Nə də Mutəzilənin dediyi kimi (Ərşi) istilə (İstəvlə 

 zəbt 



etmək,  hökmü  altına  almaq)  və  ona  qələbə  çalmaq  mənasındadır.  Nə  də  Əşariyyənin 

dediyi  sifətlərin  yüksəkliyi  və  ucalığı  manasındadır.  Çünkü  Quran  və  Sünnədə  olan 

dəlillər  İstiva  sözüylə  bunları  qəsd  etməmişlər».  Əhli  Sünnə  Allahın  ərşinin  üstündə 

olduğu  inancında  birləşmişlər  (icma  etmişlər).  Onlardan  heç  biri  Allahın  Ərşin 

üzərində olmadığını söyləməmişlər. Heç kimsənin onlardan bu mənada nə nass, nə də 

zahir olaraq bir söz nəql etməsi mümkün deyildir

309

.  


Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və 

s. mənalar ilə dəyişməməliyik. İstiva 

 məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman 



gətirmək  isə  vacibdir.  Əbu  Nuaym  Cəfər  İbn  Abdullah  deyir  ki,  biz  İmam  Məlik  – 

rahmətullahi aleyhi – ın yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə 

istiva  etdi?»  İmam  Məlik  –  rahmətullahi  aleyhi  – bu sualı  eşidəndə  bərk  qəzəbləndi. 

Başını  aşağı  salaraq,  əlindəki  çubuqla  yerə  sürtərək  fikrə  daldı.  Sonra  başını  qaldırıb 

əlindəkini  atdı  və:  «Necəliyi  ağılla  dərk  olunmaz.  İstiva  Allah  üçün  məlumdur  (yəni 

bilinməz deyildir). Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi 

                                                

307

 Zəhəbi "Uluv" 52, İbn Qeyyim "İctimai Cuyuşil İslamiyya2 s. 54, əl-Albani "Muxtəsər Uluv" s. 98, "Səhih". Başqa 



rəvayətdə:  Allah  sevdiyi  şeyləi  yaratmağı  bitirdikdə  Ərşə    İstiva  etdi.  Təbəri  1/240-242,  607,  İbn  Məndə  "Kitabu 

Tovhid" 3/93-94, 486, Suyuti "Durrul Mənsur" 1/94-98.  

308

 İmam, alim, zahid, arif, Şeyxul-İslam Əbu Muhəmməd Muhyiddin AbdulQadir İbn Əbu Saleh Abdullah  İbn Cəngi 



Dust  əl-Ceyli  əl-Hənbəli. Bağdadın  şeyxi h. 471-ci  il Ceylan qəsəbəsində  doğulmuşdur.  H. 571-ci ildə vəfat etmişdir. 

Əsərləri:  «əl-Gunyə»,  «Tuhfetul  Muttaqin», «Səbilul  Arifin». Bax:  İbn  Rəcəb «Zeylu Tabaqatil Hanabilə» 1/290,310, 

«ən-Nucmuz Zahirə» 5/85,86, «Şəzəratuz Zəhəb» 4/119,202. 

309


 «əl-Gunyə»  s.  56,57,  İbn  Teymiyyə  «Məcmuul  Fətava»  5/85,86,  Zəhəbi  «Uluvv»  (müxtəsər  s.  284),  İbn  Qeyyim 

«İctimaul Cuyusil İslamiyyə» s. 175. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə