2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə53/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   49   50   51   52   53   54   55   56   ...   231

 

105 


Qulun  ilahı  hər  halda  və  hər  vaxta  ona  gərəkli  olandır.  O,  həqiqi  ilah  olub  Ondan 

başqa  qalan  bütün  ilahlar  batildir.  Qul  harada  olursa  olsun  Allah  sıxıntı  anında  və 

ehtiyac  duyduqda  onunla  birlikdədir.  Yox  olub  gedən  ilahlar  heç  bir  zaman  işə 

yaramaz.  Buna  görə  də  İbrahim 



  əleyhissəlam 



  buyurmuşdur:  «Gecə  qaranlığı 



İbrahimi  bürüdükdə  o,  bir  ulduz  görüb:  «Bu  mənim  Rəbbimdir»  dedi.  Ulduz 

batdıqda  isə:  «Mən  batanları  sevmirəm»  dedi.  Doğan  ayı  görüb:  «Bu  mənim 

Rəbbimdir»  dedi.  Ay  batdıqda  isə:  «Doğuran  da  əgər  Rəbbim  məni  doğru  yola 

yönəltməsydi  mən  zəlalətə  düşənlərdən  olardım»  dedi.  Doğan  günəşi  görüb:  «Bu 

mənim  Rəbbimdir.  Bu  daha  böyükdür»  dedi.  Günəş  batdıqda  isə:  «Ey  cəmaatım! 

Mən həqiqətən də sizin Allaha şərik qoşduqlarınızdan uzağam».(əl-Ənam76,78). 

əl-Vitr

296


 



 «Sizin ilahınız tək bir İlahdır. Ondan başqa heç bir İlah yoxdur». (əl-



Bəqərə 163). Əli 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi 

və  səlləm  -  buyurdu:  «Həqiqətən  Allahın  oxşarı  yoxdur  və  O,  təkdir.  Allahı  tək  olanı 

sevir.  Ey  Quran  oxuyanlar!  Vitr  namazını  qılın»

297

.  Rəsulullah 





  sallallahu  aleyhi  və 

səlləm  -  buyurur:  “Allahın  doxsan  doqquz  –  yüzdən  bir  əskik  adı  vardır.  Kim  bu 

isimləri sayarsa Cənnətə girər. Allah təkdir və tək olanı da sevir”

298

.  


 

VƏLİ 

 

əl-Vəli 



 İşəlri düzəldən, idarə edən, dost, köməkçi deməkdir. Buna görə də şəhərin 

böyüyünə Vəli deyilir. «O, Vəlidir, Həmiddir». (əş-Şura 28). Həmçinin yardım  edən. 

Dəstək  verən  mənasındadır.  «Allah  iman  edənlərin  Vəlisi  (dostu  və  dəstəkçisidir). 

Onları zülmətdən nura çıxarar



». (əl-Bəqərə 257). «Allah iman edənlərin Vəlisidir. 



Kafirlərin  isə  vəlisi  yoxdur».  (Muhəmməd  11).  Bu  ismi  bilən  hər  bir  müsəlman 

inkarçılarla olan dostluğu kəsməlidir. «Möminlər möminləri buraxıb kafirləri özlərinə 



dos etməsinlər. Onlardan sizə bir qorxu olmayınca bunu edən kəs Allahdan heç bir 

şey  gözləməsin».  (Ali  İmran  28).  Onları  dost  və  yaxın  etməməlidir.  «Ey  iman 

gətirənlər!  Özünüzdən  başqasını  özünüzə  sirdaş  (dost)  tutmayın.  Onlar  sizin 

barənizdə  fitnə-fəsad  törətməkdən  əl  çəkməzlər.  Sizin  zərərə  və  əziyyətə  düşməyinizi 

istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar 

olur.  Amma  ürəklərində  gizlətdikləri  isə  daha  böyükdür.  Əgər  düşünüb  dərk 

edirsinizsə  ayələri  artıq  sizə  izah  etdik».  (Ali  İmran  118).  «Siz  elə  kimsələrsiniz  ki, 

onları sevirsiniz. Onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız, onlar 

isə sizinlə görüşdükləri zaman biz də inandıq deyirlər. Xəlvətdə olduqları zaman isə 

sizə qarşı qəzəblərindən barmaqlarını gəmirərlər. De ki: «Acığınızdan ölün». Əlbəttə 

Allah  ürəklərdə  olanları  biləndir».  (Ali  İmran  119).  «İndi  siz  Məni  qoyub  onu  və 

övladını özünüzə dostmu tutursunuz?». (əl-Kəhf 50).  

 

VƏKİL 

 

əl-Vəkil 

  Etibar  edilən,  vəkil,  himayə  edən  mənasındadır.  «Vəkil  olaraq  Allah 



yetər».  (ən-Nisa  81).  «Allah  bizə  yetər.  O,  nə  gözəl  Vəkildir».  (Ali  İmran  173). 

«Məndən başqa heç bir Vəkil tutmayın». (əl-İsra 2). İnsanın vəkil təyin etməsi öz işini 

başqasına  etibar  etməsi,  başqasını  vəkil  təyin  etməsidir.  Filankəsi  vəkil  təyin  etdim  – 

                                                

296


 Buxari 6410.  

297


 Əbu Davud, Tirmizi.  

298


 Buxari “Kitabu Dəuvə”, “Fəthul Bəri” 11/214, H. 6410, Müslim 4/2062, H. 3507.  


 

106 


dedikdə  onu  öz  yerimə  qoydum  deməkdir.  Vəkil  bütün  varlılıqların  ehtiyac  duyuduq-

ları  bütün  işlərini  tək  vəkil  olan  Allaha  həvalə  etməkdir.  Allaha  güvənib  dayanmaq, 

Ona sığınmaq  və  yalnız Ondan  yardım  dinlməkdir. Müsəlmanların:  «Allah bizə  yetər. 

O,  nə  gözəl  Vəkildir»  sözünün  mənası:  «O,  işlərimizə  baxan,  idarə  edən  və  kifayət 

edəndir».  

Allaha  təvəkkül  dinin  yarısı  sayılır.  Din  isə  yardım  diləmək  və  ibadət  etməkdir. 

Təvəkkül isə  yardım  istəmək. Yönəlmək isə ibadət sayılır. «Əgər inanırsınızsa yalnız 

Allaha  təvəkkül  edin».  (əl-Maidə  23).  «Artıq  möminlər  yalnız  Allaha  təvəkkül 

etməlidirlər».  (Ali  İmran  122).  «Kim  Allaha  təvəkkül  edərsə  Allah  ona  yetər».  (ət-

Taləq  3).  «Ey  Rəbbimiz!  Biz  sənə  təvəkkül  etdik  və  Sənə  yönəldik.  Son  dönüş  də 

Sənədir».  (əl-Mumtəhinə  4).  «Sən  onlardan  üz  döndər  və  Allaha  təvəkkül  et.  Vəkil 

olaraq  Allah  yetər».  (ən-Nisa  81).  «Allah  təvəkkül  edənləri  sevər».  (Ali  İmran  159). 

«Allah  bizə  yollarımızı  göstərdiyi  halda,  biz  nə  üçün  Ona  təvəkkül  etməməliyik». 

(İbrahim 12). «Möminlər yalnız o, kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və 

əzəmətindən)  ürəkləri  qorxudan  titrəyər,  Allahın  ayələri  oxunduğu  zaman  həmin 

ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. 

Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). «Ona ibadət edin və 

yalnız Ona təvəkkül edin». (Hud 123). «Allaha iman gətirirsinizsə Ona təvəkkül edin. 

Əgər müsəlmansınızsa». (Yunus 84).  

Təvəkkül  Dörd  Növdür:  1.  Uca  Allaha  olan  təvəkkül.  2.  Hansısa  bir  xeyirin  əldə 

edilməsi  və  ya  zərərin  aradan  qaldırılması  üçün  ölü  bir  kimsəyə  güvənmək,  ona 

təvəkkül  etmək. Bu böyük bir şirk olan təvəkküldür. Bu Allahın qadir olduğu bir şeyi 

Allahdan qeyrisindən istəməkdir. 3. Allahın və insanların qadir olduqları bir şeyi yalnız 

insanlardan  istəmək.  Bu  kiçik  şirkdir.  Məs:  Bir  kimsə  xəstələnərsə  və  bu  xəstəliyi 

əsnasında  yalnız  həkimə  arxalanarsa  bu  kiçik  şirkdir.  Çünki  həkim  sənin  sağalmağın 

üçün  bir  səbəbdir.  Şəfa  verən  isə  Allahdır.  4.  Allahın  yaratdıqlarının  bacardıqları 

işlərdə vəkil təyin etməklə təvəkkül etmək. Ömər 



 radıyallahu anhu 

 deyir ki: «Əgər 



siz  haqqı  ilə  Allaha  təvəkkül  etsəniz  Allah  sizlərə  ac  olaraq  gedən  və  tox  olaraq 

qayıdan  quşa  ruzi  verdiyi  kimi  sizi  də  ruziləndirər»

299

. Peyğəmbər 





  sallallahu  aleyhi 

və  səlləm  -  buyurdu:  «Kim  evindən  çıxarkən  Allahın  adı  ilə,  Allaha  təvəkkül  etdim. 

Allahdan başqa güc və qüvvət sahibi yoxdur» deyərsə ona: «Hidayət edildin, qorundun 

və  himayə  edildin»  deyilər.  Bunun  üzərinə  şeytan  digər  bir  şeytana:  «Hidayətə 

yönələn, qorunan və himayə edilən bir kimsəni necə sapdırım?» deyər

300

.  


 

VƏHHAB 

 

əl-Vəhhab 



  Bu  İsim  bəxş  etmək,  ərməğan  etmək,  qarşılıqsız  vermək  və  ehsan 

etmək  mənasında  gələn  Və-Hə-Bə  kökündən  gəlməkdədir.  «Yoxsa  sənin  yenilməz 



qüvvət və kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur». (Sad 9). 

«Ey  Rəbbimiz!  Bizi  doğru  yola  yönəltdikdən  sonra  ürəklərimizə  şəkk-şübhə 

(azğınlıq,  əyrilik)  salma!  Bizə  Öz  tərəfindən  bir  mərhəmət  bəxş  et,  çünki  Sən, 

doğurdan da, bəxşiş verənsən!». (Ali İmran 8). Allah heç bir qarşılıq gözləmədən, heç 

bir  amac  güdmədən  bəxşiş  verəndir.  Allahın  Vəhhab  isminin  olduğuna  inanan  kimsə 

bütün ehtiyaclarında yalnız Allaha yönəlməli və Ona güvənməlidir.  

                                                

299

 Tirmizi 2344.  



300

 Tirmizi 3426, «Səhih Tirmizi» 3/151.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə