2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə56/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   52   53   54   55   56   57   58   59   ...   231

 

111 


kimi  görürəm  və  bu  adamın  qovulmasını  əmr  etdi»

310


.  İbn  Qeyyim  –  rahmətullahi 

aleyhi  –  deyir  ki:  «Allaha  verilən  İsim  və  Sifətlər  tamamən  Tovqifidir 

  Allah  və 



Rəsulunun  bildirməsi  ilə  bilinə  bilər»

311


.  İmam  İshaq  İbn  Rahaveyh  –  rahmətullahi 

aleyhi  –  deyir  ki:  «Elm  əhlinin  inancına  görə  O,  ərşə  istiva  etmişdir.  Yeddinci  yerin 

dibindəki hər şeyi də bilir»

312



«İstiva  Bilinməz  Deyildir»  sözü:  Yəni  dildə  mənası  bilinməz  deyildir.  Çünki 



mənası yüksəklik, üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir.  

«Necəliyi  Ağilla  Dərk  Olunmaz»  sözü:  Ağıllarımızla  Allahın  ərşinə  istivasının 

necəliyini anlamağımız mümkün deyildir, deməkdir. Bunun yolu ancaq və ancaq nəqli 

dəlillər olan Quran və Sünnə (hədislərdir). Quran və Sünnədə Allahın ərşinə istivasının 

necəliyini  bildirən  hər  hansı  bir  dəlil  yoxdur.  Buna  görə  də  bu  haqda  bizdə  dəlil 

olmadığı  üçün  bu  mövzuda  susub  danışmamağımız  daha  məsləhətlidir.  Sual  ola  bilər 

ki:  «Allahın  Sifətlərinin  necəliyi  varmıdır?».  Cavab  olaraq  deyirik  ki:  «Allahın 

Sifətlərinin  mənaları tərəfimizdən bilinməkdədir. Necəliyi  isə bizim üçün bilinməzdir. 

Çünki  Allah  bizə,  bu  Sifətlərin  mənalarını  bildirmiş,  necəliyini  isə  bildirməmişdir. 

Sələf  mütləq  olaraq  necəliyi  rədd  etməmişdir.  Əsla,  çünki  bu  bir  tətildir.  Allahın 

Sifətlərinin  necəliyi  vardır.  Fəqət  bu  necəlik  bizim  üçün  bir  bilinməzdir.  Çünki  bir 

şeyin  necəliyi,  yalnız  o,  şeyi  görməklə,  ya  bənzərini  görməklə  və  ya  onun  haqqında 

gələn  doğru  xəbərlərlə  bilinə  bilər.  Bu  yolların  heç  biri  Allahın  Sifətləri  haqqında 

mövcut  deyildir.  Sifətlər  haqqında  söz,  zat  haqında  sözün  bir  budağıdır.  Biz  Allahın 

zatının  necəliyinə  varmadan  qəbul  etdiyimiz  kimi,  Sifətlərini  də  eyni  onun  kimi 

necəliyinə  varmadan  qəbul  etməliyik.  Sələflər  deyirlər  ki,  müxaliflərdən  biri  sənə: 

«Allahın sifətlərindən hər hansı birinin necə olduğunu soruşarsa» ona belə de: «Yaxşı, 

Allah zatıyla necədir?» Heç şübhəsiz ki, Allahın zatının necəliyinə varmayacaqdır. O, 

zaman  ona  de:  «Onun  zatının  necəliyini  demək  mümkün  olmadığı  kimi,  Onun 

Sifətlərinin necəliyini deməkdə mümkün deyildir. Çünki sifətlər zata tabedirlər.  

«Buna  İman  Vacibdir»  sözü:  Allahın  özünə  yaraşır  bir  şəkildə  Ərşinin  üzərinə 

İstiva etdiyinə inanmaq vacibdir. Çünki Allah özünü belə tanıtmışdır.  



«Bu  Haqda  Sual  Vermək  Bidətdir»  sözü:  Bu  isə  İstivanın  necəliyi  haqqında  sual 

vermənin  bidət  olduğu  mənasına  gəlməktədir.  Çünki  belə  bir  sualı  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm - və səhabələrin zamanında verilməmişdir. 

Allah, Qurani Kərimdə 7 yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4

Furqan  59,  əl-Hədid  4-də  Alə 

  üzərinə  ön  qoşması  ilə,  «Rahmən  ərşin  üzərinə 



yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də Ilə 

 tərəf ön qoşması 



ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29)-də İstiva etdiyini bəyan etmişdi. 

Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru 



İstiva 

  sözünə   



  şəkilçisi  artıraraq  İstəvlə 

  zəbt  etmək,  hökmü  altına  almaq 



mənasıdır.  Heç  bir  qrammatika  alimləri  bu  sözlərin  eyni  məna  ifadə  etdiklərini  qeyd 

etməmişlər. İstiva 

 felin səkkizinci fəslinə aiddir və kökü Sin-Vav-Yə 



 dən ibarətdir. 

                                                

310


 Bu  Söz  İmam  Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  dən  də  rəvayət  edilir:  "Mirkatul  Məfatih  Mişkətul  Məsabih" 

8/251,  "Firəhul  Emali"  s.31,  İbn  Qudamə  "İsbat"  104,  Əbu  Nuaym  "Hilyətul  Əvliyə"  6/325,  Darimi  "Raddu  Alə 

Cəhmiyyə"  s.  33,  Lələkai  "664,  Beyhəqi  "Əsmə"  408,  2/150-151,  İbn  AbdulBərr  "Təhmid"  7/151,  Zəhəbi  "Uluv"  s. 

141,  İbn  Teymiyyə  "Məcmuul  Fətava"  5/365,  İbn  Həcər  "Fəthul  Bəri"  13/417,  əl-Albani  "Muxtəsər  Uluv"  141, 

"Əqidətul Təhaviyyə"  s. 281,302. Bu  söz  Ummu  Sələmə – radıyallahu anhu –

 

dan  Movquf  və  ya Mərfu əsər  olaraq 

rəvayət  edilir.  Lələkai  "Usulu  Sünnə"  663.  Lakin  daha  çox  İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  in  sözü  kimi 

məşhurdur. Doğrusunu Allah Bilir!  

311

 Bədaiul Fəvaid 1/166.  



312

 İmam Zəhəbi «Uluvv».  




 

112 


Əlif-Tə artırılaraq əmələ gəlib. İstəvlə 

 felin onuncu fəslinə aiddir və kökü Vav-Ləm-



 

 dən ibarətdir. Əlif-Sin artırmaqla düzəlir.  



Şairin: Qad İstəvə Bişrun Aləl Iraqi 

           Min Ğayri Səyfin Və Dəmin Mihraqi 

           Bişr İraqı İstilə (zəbt etmdi, hökmü altına aldı),  

           Qılıncsız qan tökmədən. 

Sözlərinə gəlincə bu beytin sənədi olmadığı kimi, onu kimin söylədiyi və ondan bu 

beyti kimin nəql etdiyi bilinməməkdədir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: 

«Bunun  ərəb  şeri  olduğuna  dair  səhih  bir  nəql  yoxdur.  Dil  (qramatika)  imamlarından 

bir çoxu onu inkar etmiş və dildə bilinməyən uydurma bir beyt olduğunu söyləmişlər. 

Bilindiyi  kimi  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  -  bir  hədis  dəlil  olaraq  irəli 

sürülərsə şübhəsiz ki, onun səhih olması lazımdır. O, halda isnadı belə bilinməyən və 

dil imamlarının inkar etdiyi bir beytin nə hökmü ola bilər? Əbul Muzəffərin «əl-İfsah» 

adlı əsərində Xəlilə: «Dildə «İstiva» kəlməsinin «İstəvlə» mənasına gəldiyinə heç rast 

gəldinmi?»  deyə  soruşdular.  O:  «Bu  həm  ərəblərin  bilmədiyi  bir  şeydir,  həm  də 

dillərində  belə  bir  şey  caiz  (qəbul)  deyildir.  Xəlil  dildə  imamdır.  O,  halda  İstivaya 

(dildə) bilinməyən bir məna yükləmək, batil bir məna yükləmək adlanır»

313

.  


Həmçinin  bizə  Qurani  Kərimdən  göründüyü  kimi,  sonra  Ərşə  yüksəldi. 

Müxaliflərin  dediyi  kimi  olsa,  sonra  hökmü  altına  aldı  –  belə  çıxır  ki,  əvvəl  Ərş 

Allahın  hökmü  altında  deyildi,  həmçinin  hökmü  altına  almaq  acizliyin  əlamətidir. 

Allah əvvəl aciz  olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər 

Allah,  onların  dediyi  kimi  Ərşi  hökmü  altına  alıbsa  bəs  qalan  məxluqlar  necə?  Biz 

bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də hər bir şey Allahın 

hökmü altında olub və olacaqdır. İstivanın  həqiqətini inkar edən hər kəs Muattıl olur. 

Yenə istivanı yaradılmışların bir-birlərinə olan istivasına bənzədən kimsə də Müşəbbih 

olur. Hər kimdə  Allahın İstivasının bənzəri  heç bir şey  yoxdur deyərsə o, Muvahiddir 

(Tövhid əhlidir), Munəzzihdir (Allahı əskiklik və qüsur sifətlərindən təmizliyəndir).  

 

ƏRŞ VƏ KURSİ 

 

Əhli  Sünnə  Vəl  Cəmaat  -  Ərş  və  Kursinin  də  haqq  olduğuna  inanırlar.  Ərş 



 

kəlməsi  Qurani  Kərimdə  21  yerdə  qeyd  olunur.  «Şanlı  ərşin  sahibi  də  odur».  (əl-



Buruc  15).  «Ərşin  sahibi  olan  Allah».  (əl-Mumin  15).  «O,  böyük  ərşin  sahibi  olan 

Allahdan başqa ilah yoxdur». (ən-Nəml 26). «O, uca və kərim olan ərşin sahibidir». 

(əl-Muminun 116). Ərş 



 Taxt deməkdir. «Onun çox böyük əzəmətli ərşi (taxtı) də var-



dı». (ən-Nəml 23). «Yusif ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı». (Yusif 100).  

Ərş  mələklərin  daşıdığı  və  tutacağı  taxtdır.  Ərşin  tutacağı  vardır.  Rəsulullah  – 



sallallahu  aleyhi  və  səlləm  -  buyurur:  «Qiyamət  günü  İnsanların  çaşqın  olan  vaxtı  ilk 

oyanan  mən  olacağam.  Bir  də  baxıb  görəcəm  ki,  Musa  -  əleyhissəlam  -  Ərşin 

dirəklərindən  birindən  tutub»

314


.  Aləmin  üzərində  Qübbə  formasındadır  Rəsulullah  – 

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «…Yazıqlar  olsun  sənə!  Sən  Allahın 

(böyüklüyünün və ucalığının) nə olduğunu bilmirsən? Şübhəsiz ki, Onun Ərşi göylərin 

(Başqa  rəvayətdə:  Yerlərin)  üstündədir.  (Allahın  Ərşi)  belədir  deyib:  «(Peyğəmbər  – 

                                                

313

 «Məcmul Fətava» 5/146. İbn Qeyyim "İctimaul Cuyuşil İslamiyya" s. 197-202 adlı əsərində İstiva barəsində bir çox 



şairlərin şerlərini də vermişdir. "Şərh Əqidətul Vasitiyyə" 1/378-379.  

314


 Buxari 6991, 7427.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə