2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə54/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   50   51   52   53   54   55   56   57   ...   231

 

107 


VARİS 

 

əl-Varis 

  «Həqiqətən  dirildən  də,  öldürən  də  Bizik,  (hər  şeyə)  Varis  olan  da 



Bizik!».  (əl-Hicr  23).  Varis  -  hər  bir  şeyin  yox  olmasından  sonra  Bəqi  (qalan) 

deməkdir. Bütün valıqların varlığı Onun əlindədir və yalnız Ona bağlıdır. Onun varlığı 

isə heç bir varlığa bağlı deyildir.  

 

VASİ’ 

 

əl-Vasi 



  «Allah  genişdir  (VASİ),  O  (hər  şeyi)  biləndir».  (əl-Bəqərə  115,  247). 

Halimi 



  rahmətullahi  aleyhi 





  deyir  ki:  «Vasi 

  biliyi  və  gücü  çox  geniş  olan 



deməkdir.  Belə  ki,  heç  bir  şey  Onu  aciz  edə  bilməz  və  heç  bir  şey  Ona  gizli  qalmaz. 

Onun  mərhəməti  hər  şeyi  əhatə  edəcək  genişliyindədir».  O,  öncəsiz  (əzəli)  və 

sonsuzdur  (əbədidir).  Onun  biliyi  bütün  bilikləri  əhatə  edir.  Onun  gücü  bütün 

güclərdən üstündür.  

 

NASİR 

 

ən-Nasir 



  Kömək  edən.  «O,  ən  gözəl  həvadar,  ən  yaxşı  imdada  çatandır 

(NASİR)». (əl-Ənfal 40). (Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz 

dini  üçün)  sizi  seçdi  və  dində  sizin  üçün  heç  bir  çətinlik  yeri  qoymadı  –  atanız 

İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran 

nazil  olmamışdan)  əvvəl  də,  bunda  (Quranda)  da  sizə  müsəlman  adını  verdi  ki, 

(Qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz 

barədə)  sizə,  siz  də  (əvvəlki  peyğəmbərlərin  Allahın  hökmlərini  öz  ümmətlərinə 

çatdırdıqları  halda)  insanlara  şahid  olasınız.  Elə  isə  (vaxtlı-vaxtında)  namaz  qılın, 

zəkat  verin  və  Allaha  sığının.  (Allah)  sizin  ixtiyar  sahibinizdir.  O  nə  yaxşı  ixtiyar 

sahibi,  necə  də  gözəl  imdada  yetəndir!”.  (əl-Həcc  78).  Nasir 

  Nasara  kök  felindən 



gəlməkdə-dir.  Çox  yardım  edən  deməkdir.  Nasir 

  qorumaq,  qoruyan  mənasına  da 



gəlir. «Əgər Ona üsyan edəcək olsam Allaha qarşı kim məni qoruyar». (əş-Şura 41). 

Bəzən  də  bu  kəlimə  vermək  mənasında  da  işlədilir.  Unsuruna  Nasaraku-Mullah 

 

mənə veriniz, Allah da sizə versin.  



Hər  bir  müsəlman  mütləq  mənada  yardım  və  zəfərin  yalnız  Allahdan  gələcəyinə 

inanmalıdır. «Əgər Allah sizə yardım etsə artıq heç kimsə sizə qalib gəlməz



». (Ali 

İmran  160).  Müsəlman  uğursuzluğun  və  məğlubiyyətin  də  Allahdan  gəldiyinə 

inanmalıdır.  Allah  üçün  uğursuz,  məğlub  deyilməz.  Allah  Bədir  günü  Peyğəmbər, 

səhabələrə  mələklərlə  dəstəkləyib  yardım  etmişdir  və  düşmənlərinə  qarşı  onlara  zəfər 

nəsib  etmişdir.  Möminlərin  düşmənləri  Allahın  və  məklərin  də  düşmənləri-dirlər.  Bu 

üzdən  də  Allah  möminlərə  yardım  etmişdir.  Lakin  insanın  baş  düşməni  İblis,  nəfsani 

arzular  və  istəklərdir.  Bunlar  insanı  daima  pislik  etməyə  sövq  edərlər.  Allahın 

görünməyən yardımı isə bunalar qarşıdır. İnsan düşmənlərinə məğlub olarsa müsəlman 

buna  qarşı  dinində  səbr  etməlidir.  Yenə  də  Rəbbinin  yardımını  görəcəkdir.  Çünki 

düşmənlərinə məğlub olmaqla nəfsi istəklərinə uymamalıdır və bu da onun üçün böyük 

zəfərdir. Bu isə görünməyən  gizli bir zəfərdir. Bu İsmi bilən  müsəlman  var olan  gücü 

ilə zalıma əngəl olmalı və məzluma yardım etməlidir. Peyğəmbər 



 sallallahu aleyhi və 



səlləm 



 buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də  məzlum  ona yardım  edin». 




 

108 


Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» 

deyə sorudular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməklə»

301

.  


 

NUR 

 

ən-Nur – İbn Teymiyyə 



  rahmətullahi  aleyhi 



  (İbn Arabi,

 

İbn Vəziri, Qahtani – 



Allah  Onlardan  Razı  Olsun  –)  deyir  ki:  “Bu  Ad  –  İsim  olaraq  gəlməyib.  Qurani 

Kərimdə İzafə olaraq zikr edilib (Yəni: Nurus Səməvəti Vəl Ard)”

302

Lakin: Sufyən b. 



Uyeynə,  Xattabi,  İbn  Məndə,  Həlimi,  Beyhəqi,  Əsbəhəni,  Qurtubi,  İbn  Qeyyim,  İbn 

Həcər, Səədi, Həmid, Şərbasi, Həsən Sıddıq Xan – Allah Onlardan Razı Olsun – bunu 

İsim olaraq zikr etmişlər. “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur 

verən,  yer  və  göy  əhlinə  haqq  yolu  göstərən  xaliqdir).  Onun  (Peyğəmbərimizin  və 

möminlərin  qəlbində  olan)  nuru,  içində  çıraq  olan  bir  taxçaya  (çıraqdana)  bənzər; 

taxçadakı  o  çıraq  bir  qəndilin  içindədir,  o qəndil  isə,  sanki  parlaq  bir ulduzdur.  O 

çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından 

yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda 

qaranlıqda  qalsın).  Onun  (zeytun  ağacının)  yağı  özünə  od  toxunmasa  da,  sanki 

(haradasa)  işıq  saçır.  O,  nur  üstündə  nurdur.  Allah  dilədiyiniz  öz  nuruna 

qovuşdurur  (istədiyinə  öz  nurunu  bəxş  edib  cənnət  yolu  olan  islam  dininə  yönəldir). 

Allah  (həqiqəti  anlaya  bilsinlər  deyə)  insanlar  üçün  misallar  çəkir.  Allah  hər  şeyi 

biləndir!”. (ən-Nur 35).  

 

HƏDİ 

 

əl-Hədi 



  Bu  İsim  Qurani  Kərimdə  fel  olaraq  keçir. Doğru  yola  yönəldən,  hidayət 

verən  deməkdir. «Şübhəsiz  ki, Allah iman  gətirənləri  doğru  yola  yönəldər  (HƏDİ)». 

(əl-Həcc  54).  «Rabbinin  sənə  bir  rəhbər  (HƏDİ)  və  bir  mədədkar  olması  kifayət 

edər».  (əl-Furqan  31).  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Şübhəsiz 

ki, Allah hidayətə yönəldəndir və fitnəyə salıb azdırandır»

303

.  


Hidayət Iki Cürdür: 1. Yol göstərmək, dəvət etmək və yönəltmək. «Sən yalnız bir 

müjdələyicisən. Hər bir millətin bir yol göstərəni vardır». (ər-Rəd 7). «Sən düz yola 

yönəldirsən».  (əş-Şura  52).  2.  Qorumaq,  dəstəkləməkdir.  Bu  da  yalnız  Allaha 

məxsusdur.  «Şübhəsiz  ki,  sən  istədiyini  doğru  yola  yönəldə  bilməzsən.  Amma  Allah 



dilədiyini  doğru  yola  salar».  (əl-Qəsəs  56).  «Onlar  Rəblərindən  olan  hidayət 

üzərədirlər».  (əl-Bəqərə  5).  Həmd  ancaq  Allahadır,  ona  həmd  edir,  ondan  yardım  və 

məğfirət  diləyirik.  Nəfslərimizin  şərrindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də  azdırmışsa,  heç 

kəs onu hidayətə yönəldə bilməz

304

.  


Hər  bir  müsəlman  Allahın  onu  yaratdığını  bildiyi  kimi,  mərhəməti  ilə  hidayətə 

yönəldənin və ya ədaləti ilə saptıranın da Allah olduğunu bilməsi lazımdır. Bu bilikdən 

sonra daima Allahdan özünə hidayət istəməsi və İslam üzərə ölməsini tələb etməli  və 

bunun  üçün  də  dua  etməlidir.  «Ey  iman  gətirənlər!  Sizə  həyat  verən  şeylərə 



çağırıldığınız  zaman  Allah  və  Rəsuluna  icabət  edin.  Bilin  ki,  Allah  insan  ilə  qəlbi 

                                                

301

 Buxari 3/98. 



302

 “Məcmuul Fətava” 5/74.  

303

 İmam Məlik «Muvatta» 1729.  



304

 Müslim 868. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə