2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə62/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   58   59   60   61   62   63   64   65   ...   231

 

123 


nə  yoxdur  –  deməkdir”

367


.  «O,  Əvvəldir,  Axırdır,  Zahirdir,  Batindir».  (əl-Hədid  3). 

Muqatil b. Həyyan – rahmətullahi aleyhi – deyir ki: “Sən Əvvəlsən, səndən əvvəl heç 

bir şey yoxdur. Sən Əxirsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, Sən hər 

bir  şeyin  üzərindəsən  (sənin  üstündə  heç  bir  şey  yoxdur).  Sən  Batinsən,  sən  hər  bir 

şeydən yaxınsan (Səndən o, tərəfə heç bir şey yoxdur). Yəni, gücü və elimi ilə hər bir 

şeyə yaxındır, Özü isə Ərşin üzərindədir və O, hər bir şeydən xəbərdardır”

368

.  


 

ALLAH - Subhənəhu Və Təalə - nin MƏİYYƏ  BİRLİKDƏ, 

BƏRABƏR OLMAQ SİFƏTİ 

 

Məiyyə 

 birlikdə olmaq sifəti iki cürdür:  



1. Ümumi 

 yəni Allah elmi ilə, qüdrəti ilə, tədbiri ilə (işləri düzüb qoşmaq və idarə 



etməsi  ilə)  hamı  ilə  bərabərdir.  Zatı  ilə  yox.  Heç  bir  şey  ondan  gizli  deyildir.  «Çünki 

mən  sizinlə  bərabərəm.  Eşidirəm  və  görürəm».  (Ta ha 46). «Bir  də  səbr  edin. Allah 

səbr  edənlərlə  bərabərdir».  (əl-Ənfal  46).  «Həqiqətən  Allah  ondan  qorxub  pis 

əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). Aişə 



 radıyallahu 



anhə - deyir:  «Bir qadın ərindən şikayət  etmək üçün Rəsulullah 



 sallallahu aleyhi və 



səlləm 

  in  yanına  gəlir.  Mən  otağın  bir  küncündə  olmağıma  baxmayaraq  onların  nə 



barədə söhbət etdiklərini eşitmədim. Lakin Allah eşidib ayə nazil etdi. «Əri barəsində 

səninlə  mübahisə  edən  və  Allaha  şikayət  edən  qadının  sözünü  Allah  eşitdi.  Allah 

sizin danışığınızı eşidir. Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1)»

369




2.  Xüsusi 

  yəni  Allah  elmi,  qüdrəti  ilə  yalnız  Peyğəmbərlərlə,  möminlərlə, 



müsəlmanlarla  birlikdədir.  «Müşriklərin  hamısı  səninlə  vuruşduğu  kimi  siz  də 

onlarla  vuruşun  və  bilin ki, Allah  müttəqilərlədir».  (ət-Tövbə 36). «Allah  həqiqətən 

möminlərlədir». (əl-Ənfal 19). Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  Əbu  Bəkr  



radıyallahu  anhu  -  ilə  mağarada  olarkən  Əbu  Bəkr  -  radıyallahu  anhu  -  müşrikləri 

gördükdə qorxaraq: «Allaha and olsun ey Allahın Rəsulu, onlardan biri ayağının altına 

baxsa  bizi  mütləq  görəcəkdir.  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  ona  Allahın 



buyurduğu şəkildə: «Qəm  yemə,  Allah  bizimlədir». (ət-Tövbə 40). «Üçüncüləri  Allah 

olan iki kişi barəsində sən nə düşünürsən»

370

. O, halda buradakı bərabərlik  yardım  və 



düşmənlərdən  qorumaq  mənasındadır.  Həmçinin  –  Allah  Musa  və  Harun  

əleyhissəlam – a müraciət edərək: (Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, 

(hər  şeyi)  eşidirəm  və  görürəm!”.  (Ta  ha  46).

 

Həmçinin  -  Peyğəmbər 



  sallallahu 

aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  zatıyla  yüksəkdə  olmasına  baxmayaraq  namaz 



qılanın  qarşısındadır.  Onun  üzünə  baxar»

371


.  Yüksəkliklə,  qarşıda  olmaq  arasında  bir 

ayrılıq  yoxdur.  Bir şey  həm  yüksəkdə  həm  də  qarşıda  ola  bilər. Çünki  qarşıda  olmaq 

yerdə  olmaq  demək  deyil.  Məs:  Doğan  günəşə  baxan  kişi,  onun  yəni  günəşin 

qarşısında  olduğunu  söyləyir.  Lakin  günəş  göydədir.  İbn  Teymiyyə 



  rahmətullahi 

aleyhi 

– 

deyir ki: “Allahın məxluqatı ilə bərabər olması ayələrdən aslı olaraq dəyişilir. 



«Göyləri  və  yerləri  altı  gündə  xəlq  edən,  sonra  ərşin  üzərinə  yüksələn  (istiva  edən) 

Odur. O, yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz 

                                                

367

 Zəhəbi “Muxtəsər Uluv” 132, Əhməd “Musnəd” 6/457, 27627, İbn Batta “İbanə” 3/194.  



368

 Beyhəqi “Əsmə” 2/173.  

369

 Buxari. 



370

 «əl-Lulu Vəl Mərcan» 1540, Buxari, Müslim, Əhməd 1, Tirmizi 3096. 

371

 Buxari 406,753,1213,6111, Müslim 547, Məlik 1/173, Əhməd 2/6,29, Nəsai 2/51, İbn Məcə 731, Beyhəqi «Əsmə və 



Sifət» s. 465. əl-Albani «Səhihul Tərğib» 1/186,188, «Səhihul Cəmius Səğir» 753. 


 

124 


harda  olsanız  O,  sizinlədir.  Allah  sizin  nə  etdiklərinizi  görəndir!».  (əl-Hədid  4). 

Ayədən  açıq-aydın  görsənir  ki,  Allahın  məxluqatı  ilə  bərabər  olması  Allahın  insanları 

görməsi,  onlardan  xəbərdar  olmasıdır.  (Elmi,  eşitməsi,  görməsi,  bilməsi)  Allahın 

bəndələrilə olması elmilədir və bu fikirdə ilk əsr imamları olmuşlar”

372



Nəticə: 1) Allahın yaratdıqları ilə bərabər olması Quran, Sünnə və Saleh Sələflərin 



icması  ilə  sabitdir.  2)  Allahın  yaratdıqları  ilə  bərabər  olması  Onun  Ucalığına  və 

Əzəmətinə  yaraşır  tərzdə  olan  bir  haqqdır  və  bu  yaradılmışların  bir-birilərilə  bərabər 

olmalarına  bənzəməz.  3)  Allahın  yaratdıqları  ilə  bərabər  olmasının  mənası,  Allahın 

məxluqatından elmi, eşitməsi, görməsi, bilməsi ilə xəbardar olmasıdır. 4) Buradan belə 

anlaşılmaz ki, Allah yaratdıqları ilə eyni məkanı paylaşdırır. 5) Allahın yaratdıqları ilə 

bərabər  olması  Onun  Ərşin  üzərinə  İstiva  etməsinə  zidd  deyildir.  Əgər  səndən: 

«Bərabərlik Allahın zatı sifətlərindəndir, yoxsa feli sifətlərindəndir?» deyə soruşularsa 

cavabımız:  «Ümumi  bərabərlik  Allahın  zatı  sifətlərindəndir.  Çünki  bunlar  əzəldən 

əbədi Allahda vardır. Xüsusi bərabərlik isə Allahın feli sifətlərindəndir».  

 

ALLAH



 

Subhənəhu Və Təalə - nin KƏLAM SİFƏTİ 

 

Bu  xüsusda  da  insanlar  çaşqınlığa  düşmüşlər.  Əhli  Sünnə  vəl  Cəmaata  görə  Allah 



hər  zaman  istədiyi  vaxt  danışır.  Müxaliflərin  dediyi  kimi,  Allahın  kəlam  sifəti  ondan 

ayrı və məxluq deyildir. Kəlam Allahın zatı sifətlərindəndir. Allah dilədiyi kimi hərf və 

səslə  danışır.  Allah,  Adəm  və  Həvva 



  əleyhimussəlam  -  ilə  səslə  danışmış,  Musa 



 

əleyhissəlam - ilə vasitəsiz  danışmış, həmçinin də Qiyamət günü qulları ilə tərcüməçi 

olmadan  danışacaqdır.  «Allahdan  daha  doğru  danışan  kim  ola  bilər».  (ən-Nisa 



87,122). «Rəbbin sözü düzgün və ədalətli şəkildə tamam oldu». (əl-Ənam 115). «Biz 

Peyğəmbərlərin  bəzisini  digərindən  üstün  etdik.  Allah  bunlardan  bəzisi  ilə 

danışmışdır».  (əl-Bəqərə  253).  İmam  Əbu  Hənifə 



  rahmətullahi  aleyhi 



  deyir: 

«Allah öz kəlamı ilə  danışır. Kəlam Onun əzəli sifətidir», «Allah danışır, lakin bizim 

danışmağımız kimi deyildir»

373


.  

«Xatırla  ki,  o  zaman  (Qiyamət  günü)  Allah  buyuracaq:  Ya  Məryəm  oğlu  İsa! 

Sənmi  insanlara:  Allahla  yanaşı  məni  və  anamı  da  özünüzə  ilah  bilin!  demişdin?» 

(əl-Maidə  116).  Allahın  Qiyamət  günü  İsa 



  əleyhissəlam  -  ilə  danışması  onun  ilah 

olmamasını sübut etmək üçün olacaqdır.  

«Rəbbi  onlara  (Adəm  və  Həvvaya)  müraciət  edib  buyurdu:  Məgər  mən  sizə  bu 

ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi?». (əl-Əraf 22). Buradakı səsləniş, nida 

onların  günah  etmələrindən  sonra  olmuşdur.  Həmçinin  Qiyamət  günü  Adəm 



 

əleyhisəlam  -  ilə  danıışması.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu anhu 



  rəvayət  edir  ki, 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  (Qiyamət  günü):  «Ey 



Adəm!»  deyə  buyurur.  Adəm:  «Ya  Rəbbim!  Mən  sənin  qarşındayam.  Əmr  et,  hər 

əmrini yerinə yetirim və hər xeyir bütünlüklə sənin əlindədir» deyə cavab verir. Allah 

ona səslə:  «Soyundan Cəhənnəmə  girəcəkləri seçib çıxarmağı əmr  edir!». Adəm:  «Ya 

Rəbbim!  Cəhənnəmə  girənlərin  sayı  nə  qədərdir?»  deyə  soruşur.  Allah:  «Hər  min 

nəfərdən 999-zu! Hər bir hamiləli qadının bari-həlmini (vaxtından əvvəl) yerə qoyması 

və  uşaqların  saçlarının  ağaracağı  zaman  o,  zamandır.  «İnsanları  sərxoş  görərsən, 



halbuki  onlar  sərxoş  deyillər.  Bu  ancaq  Allahın  əzabının  şiddətli  olmasındandır!». 

                                                

372

 “Fətava əl-Həməviyyə”.  



373

 «Fikhul Əkbər» s. 58,59. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə