2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə60/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   56   57   58   59   60   61   62   63   ...   231

 

119 


dedikdə  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Əynəallah 

  Allah 


haradadır?»

352


.  

15. Allahın səmada olmasını söyləyənin iman sahibi  olması. Muaviyə b. əl-Həkəm 

əs-Sələmi 



  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və 

səlləm - cariyədən soruşdu:  «Əynəallah – Allah haradadır?» Səma üzərində. Bəs  mən 

kiməm?  «Sən  Allahın  Rəsulu»

353

.  Bəlkə  də  bizlərin  Allah  haradadır  deyə  sual 



verməyimizə  gülə  bilərlər.  Lakin  yaradılmışların  ən  mükəmməli,  Rəbbimizi  ən  gözəl 

tanıyan  Allah  haqqında  haradadır  deyə  sual  verdiyini  unutmuşlar?  O,  da  cariyənin 

gözəl cavabını qəbul etmişdir.  

16.  Fironun  Allahın  səmada  olmasını  yalanlaması.  Firon  dedi:  «Ey  Haman! 

Mənim  üçün  bir  qəsr  tik  ki,  bəlkə  göylərin  yollarına  yetişim  və  Musanın  Rəbbini 

görüm.  Doğrusu  mən  onu  yalançı sayıram». (əl-Mumin 36-37). Yəni Firon, Musa 



 



əleyhissəlam - ın İlahının səmada olmasına dair vermiş olduğu xəbərin yalan olduğunu 

sayırdı.  Buna  görə  də  Firon  öz  qövmünə  bunu  sübut  etmək  üçün  Hamana  onun  üçün 

Qəsr  tikməsini  əmr  edir  və  sonra:  «Doğrusu  mən  onu  yalançı  sayıram».  (əl-Mumin 

36-37).  O,  halda  belə  bir  sual  ortaya  çıxır:  «Nisbət  etibarı  ilə  kim  Firona  daha  yaxın 

olur?  Allahın  səmada  olmasını  qəbul  edən  bizlər?  Yoxsa???»  Heç  şübhəsiz  ki,  Firon, 

Musa 



  əleyhissəlam 





  ın  İlahının  səmada  olmasını  yalan  saymışdı.  Allahın  ucalığını 

və  səmada  olmasını  qəbul  etməyənlər  Firon,  səmada  olmasını  qəbul  edənlər  isə  Musa 

və Muhəmməd 



 sallallahu aleyhi və səlləm 

 in yolundadırlar.  



17.  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  in  merac  səfəri.  Onun  orada 

Peyğəmbərlərlə görüşməsi, Allahın  dərgahında namazın fərz olması və s

354


.  Zeynəb 



 



radıyallahu  anhə 



  möminlərin  anası,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  in 

zövcəsi  –  o  biri  qadınların  yanında  daima  fəxr  ilə  deyərdi:  «Sizi  atalarınız  ərə  verib, 

məni isə Allah yeddi qat səma üzərində evləndirib»

355


.  

18. Qiyamət günü Cənnət əhlinin öz Rəblərini görmələri. «O, gün neçə-neçə üz öz 

Rəbbinin camalına baxıb sevinəcəkdir». (əl-Qiyamət 22-23). 

Mən  deyirəm  ki,  Allah  Qurani  Kərimdə  bir  çox  ayələrin  sonlarında  buyurur  ki,  bu 

ayələrdə  ağıl  sahibləri,  hikmətli  insanlar  üçün  ibrətlər  vardır.  Ağlı  olmayan  insan 

yalnız  bu  qədər  dəlilləri  inkar  edib  Allahın  göydə  olmasını  qəbul  etməyə  bilər. 

Səhabələrin,  Tabiinlərin,  Sələfi  Salihin  alimlərinin  və  bütün  haqq  yolda  olan 

müsəlmanların  da  qəbul  etdiyi,  Allahın  səmada  olmasıdır.  Əbu  Muti  deyir  ki,  Əbu 

Hənifə  –  rahmətullahi  aleyhi  -  dən:  “Mən  Rəbbimin  səmada,  yoxsa  yerdə  olduğunu 

bilmirəm  deyən  kimsə  barəsində  soruşdum”.  O,  dedi:  «Bu  kimsə  kafir  olur».  Çünkü 

Allah  buyurur:  «Rahmən  ərşin  üstünə  yüksəldi».  (Ta  ha  5).  Onun  Ərşi  isə  yeddi 

səmanın  üstündədir.  Mən:  «Əgər  o,  Ərşin  üzərindədir  dediyi  halda,  bilmirəm  Ərş 

səmadadır,  yoxsa  yerdədir”  desə?  O,  dedi:  «Yenə  o,  kafirdir.  O,  Allahın  səmada 

olmağını inkar edir»

356

.  


Ağıl  və  Fitrət  ilə  isbata  gəlincə,  bütün  insanlar  təbiətləri  və  səlim  qəlbləri  ilə  dua 

etdikləri  zaman  əllərini  yuxarı  qaldırırlar.  Uca  Allaha  yalvarıb-yaxardıqda  da  qəlbləri 

                                                

352


 Müslim 537, «əl-Fiqhul Əbsat» s. 47,48. 

353


 Müslim 537. 

354


 Buxari, Müslim.  

355


 Buxari 6984, Beyhəqi “Əsməu Və Sifət” səh: 315,316, №880, Suyuti “Durul Mənsur” 6/611,612, “Xasaisul Kubra” 

2/368, İbn Qudamə “İsbat Uluv” səh 109, İbn Kəsir “Təfsirul Quran” 6/407, “Səhih Sünən Tirmizi” 3213.  

356

 Əbu İsmail əl-Ənsari əl-Faruk əsəri “Fikhul Əbsat” səh: 46, İbn Teymiyyə “Məcmuul Fətava” 5/48, Zəhəbi “Uluv” 



səh: 101,102, İbn Qudamə “Uluv” səh: 116.  


 

120 


ilə  yuxarını  qəsd  edərlər.  Bu  Allahın  onları  yaratmamışdan  əvvəl  qəlblərində  fitrət 

olaraq yerləşdirdiyi hislərdir. Onlar bunu bir insandan, müəllimdən öyrənməmişlər. Bu 

sadəcə qəlbdə olan Allahın ucalığını göstərən hislərdir.  

 

MÜXALİFLƏRİN GƏTİRDİKLƏRİ BƏZİ ŞÜBHƏLƏR VƏ 



ONLARA VERİLƏN CAVABLAR 

 

Müxaliflərin  Şübhələri:  Müxaliflər  müsəlmanların  qəlblərinə  şübhə  salmaq  üçün 

bəzi  ayələri  dəlil  gətirirlər.  «Göydə  olanın».  (Mulk  16-17).  Zahirini  qəbul  etsək, 

səmanın Allahı kölgələdiyini, Onu daşıdığını, Onu əhatə etdiyini desək düzgün olmaz. 

Bu sözləri söyləyən kimsə əgər bunu özündən demişsə sapıq, yox əgər başqasına nisbət 

edərək  söyləmişsə  o,  təqdirdə  yalançı  və  xətalı  olmuşdur.  Allahın  böyüklüyünü:  «Ən 



Uca  və  ən  böyük  varlıq  da  Odur!».  (əl-Bəqərə  255).  «O,  (hər  şeydən)  Ucadır,  (hər 

şeydən)  Uludur!».  (əş-Şura  4).  Onun  hər  şeyi  elmi  ilə  əhatə  etdiyini  (MUHİT)

357




«Halbuki Allah kafirlərin bütün işlərini biləndir». (əl-Bəqərə 19). «Allahın hər şeyi 

öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə



». (ət-Talaq 12). Qiyamət günü yer üzünün 

Onun  ovcunda  olacağını:  «Halbuki  Qiyamət  günü  yer  bütünlüklə  onun  ovcunun 

içində olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir». (əz-Zumər 67). Göyü də kitab 

səhifəsi  kimi  bükəcəyini:  «Göyü  kitab  səhifəsi  kimi  büküb  qatlaycağımız  gün 



(Qiyamət  gününü)  yadınıza  salın».  (əl-Ənbiya  104).  Göyün  də  Allaha  ehtiyacı 

olduğunu:  «Onun  izni  olmadan  yerə  düşə  bilməməsi  üçün  göyü  tutub  saxladığını 

görmürsənmi». (əl-Həcc 65). Bilən bir kimsə əsla yaratdıqlarından hər hansı bir şeyin 

Allahı kölgələdiyini, daşıdığını, əhatə etdiyini belə ağlına gətirməz.  



Müxaliflərin Digər Şübhələri«And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona 

nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq». (Qaf 16). Bəli, 

bu  ayəni  oxuduqda  biz  fikirləşə  biləik  ki,  Allah  bizə  şah  damarımızdan  da  yaxındır. 

Lakin nə ilə yaxın olduğunu biz sonrakı ayədən başa düşürük. «Xatırla ki, sağında və 

solunda  yazan  iki  mələk  oturmuşdur».  (Qaf  17).  O,  mələklər  ki,  insanın  ağzından 

çıxan hər bir kəlməni qeyd edirlər.  



Müxaliflərin Digər Şübhələri:  «Göylərdə də, yerlərdə də yalnız o Allahdır. Sizin 

gizlində də, aşkarda da nəyiniz varsa onu, tutduğunuz əməlləri O bilir». (əl-Ənam 3). 

Bu ayə  Allahın  zatıyla göydə  olduğu kimi,  yerdə  də olduğu  mənasına gəlməz. Bu cür 

fikirləşən çox böyük xəta etmişdir. Qurani Kərimdə olan digər bir ayə bunu çox gözəl 

açıqlayır.  «Göydə  də  ilah  (ibadət  olunan)  yerdə  də  ilah  Odur.  O,  hikmət  sahibidir, 



biləndir». (Əz-Zuxruf 84)

358

Şübhəsiz ki, Allah göylərdə də, yerlərdə də ibadət olunan 

ilahdır.  Göydə  də,  yerdə  də  olan  hər  bir  şey  ilah  olaraq  yalnız  Allaha  ibadət  və  itaət 

edirlər. Çünki Allahın göylərin üzərində olması sizin gizlində də, aşkarda da etdiyinizi 

bilməsinə  əngəl  törətməz.  Hər  nə  qədər  Allah  zatıyla  göydədisə  ilahlığı  (tanrılığı)  isə 

hər  iksindədir.  Bunun  bir  bənzəri  də:  «Filankəs  Məkkədə  də  əmirdir,  Mədinədə  də». 

Yəni o, kimsə hər nə qədər bu şəhərlərdən birində olursa olsun əmirliyi hər iki şəhərdə 

də  keçərlidir. İmam Məlik 



 rahmətullahi aleyhi 



 deyir ki:  «Allah  göydədir, elmi  isə 

hər yerdədir»

359



                                                



357

 Bu İsim üçün bax: Ali İmran 120, ən-Nisa 108, 126, əl-Ənfal 47, Hud 92, Fussilət 54, əl-Buruc 20. 

358

 Təfsir İbni Kəsir.  



359

 Əbu Davud «Məsailu İmam Əhməd» s. 263, İbn Əbdul Bərr «Təmhid» 7/138. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə