2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Müxaliflərin  Digər  Şübhələri



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə61/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   57   58   59   60   61   62   63   64   ...   231

 

121 


Müxaliflərin  Digər  Şübhələri:  «Can  boğaza  yetişdiyi  zaman,  siz  ona  baxıb 

durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz». (əl-Vaqiə 83-85). 

Allah: «Biz Ona Sizdən Də Yaxınıq» buyurduqda, ölüm anında Ölüm 

 mələyinin ölən 



insana  yaxın  olduğunu  buyurur.  Bəs  nə  üçün  Allah  birinci  şəxsin  adından  danışır? 

Mələklər  Allahın  elçiləridir  və  onladan  danışıldıqda  birinci  şəxsisn  adından  danışılır. 



“Biz  onu  (Cəbrailin  dili  ilə)  oxutduğumuz  zaman  oxunmasını  diqqətlə  dinlə”.  (əl-

Qiyamət  18).  “İbrahimin  qorxusu  çəkildikdə  və  ona  (İshaqın  doğulacağı  haqqında) 

müjdə  gəldikdə  Lut  tayfası  barəsində  Bizimlə  (mələklərimizlə)  mübahisə  etməyə 

başladı.  (Əzabın  onlardan  dəf  edilməsini  istədi)”.  (Hud  74).  Hər  iki  ayədə  söhbət 

mələklərdən gedir. Həmçinin - Bu ayədə ölüm anı xüsusiləşdirilmişdi. Əgər biz desək 

ki,  Allah  bizə  yalnız  ölüm  anında  yaxındır,  bu  düz  olmaz,  çünkü  Allah  bizə  hər  an 

yaxındır.  Ölüm  anının  xüsusiləşdirilməsi  isə  o,  anda  ölüm  mələyinin  yaxın  olmasına 

görədir. Allahın bizə hər an yaxın olması isə Quran və Sünnə ilə sabitdir. Bu da duadır. 

«Bəndələrim məni səndən soruşsalar söylə ki, mən onlara yaxınam. Dua edib məni 

çağıranın  duasını  qəbul  edərəm».  (əl-Bəqərə  186).  Burada  söhbət  Allahdan  nə  isə 

istəmək və Allaha ibadət etmək üçün olunan duadan gedir.  



Qayda:  İstək  duası  zamanı  insan  bir  şeyə  diqqət  etməlidir!  Allahın  adlarından  öz 

istədiyi  şeyə  münasib  olanını  istədiyindən  qabaq  çəkməlidir.  Məs:  «Ey  Rahmən  olan 

Allah!  Mənə  rəhm  et,  məni  bağışla!»  «Ey  qoruyan,  məni  qoru!»  və  s.  Rəsulullah 



 



sallallahu  aleyhi  və  səlləm 

  buyurur:  «Sizin  dua  etdiyiniz  Allah  sizdən  hər  hansı 



birinizin  dəvəsinin  boynundan  da  ona  yaxındır»

360


. Allahın yaxın  olması ucalığına və 

yuxarıda  olmasına  zidd  deyildir.  Çünkü  bütün  sifətlərində  Allaha  bənzər  bir  şey 

yoxdur. O, yaxın olması ilə də ucadır, ucalığı ilə də yaxındır. «Allah (müşriklərin) ona 

aid  etdikləri  sifətlərdən  tamamilə  uzaqdır».  (əs-Saffət  159).  Həsənul  Bəsri 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  “Allahummə  -  kəliməsi  özündə  istənilən  növ  istəyi 

əhatə  edir”.  Əbu  Radca  əl-Ataridi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  “Allahummə  - 

kəliməsində olam “Mim” hərifi özündə Allahın 99 İsmini əhatə edir”. ən-Nadr b. Şamil 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  “Kim  Allahummə  -  deyərək  Allaha  dua  etməyə 

başlayarsa artıq Allahı bütün İsimləriylə çağırmış olar”.  

Müxaliflərin Digər Şübhələri: «Məgər görmürsənmi ki, Allah göydə və yerdə nə 

varsa,  hamısını  bilir.  Aralarında  gizli  söhbət  edən  üç  adamın  dördüncüsü,  beş 

adamın  altıncısı  Allahdır.  Onlar  bundan  az  da,  çox  da  olsalar  və  harda  olsalar, 

Allah  yenə  də  onların  yanındadır.  Sonra  Qiyamət  günü  Allah  onlara  etdikləri 

əməlləri  (bir-bir)  xəbər  verəcəkdir.  Allah  hər  şeyi  biləndir».  (əl-Mucadələ  7).  «Siz 

harda  olsanız,  o,  sizinlədir.  Allah  sizin  nə  etdiklərinizi  görəndir».  (əl-Hədid  4).  İlk 

baxışdan  bu  ayələr  insana  şübhə  gətirə  bilər.  O,  sizinlə  bərabərdir  buyuruğu:  Allah 

yaradılmışlar  ilə  qarışmış,  onların  yanlarındadır  demək  deyil.  Xeyr!  Allah  Ərşin 

üzərindədir,  məxluqatın  üzərində  Raqibdir  (nəzarət  edəndir).  Əgər  ayələrin  sonlarına 

fikir  versəniz  görərsiniz  ki,  Allahın  bizimlə  bərabər  olması,  Onun  bizim  etdiklərimizi 

bilməsi  və  görməsi  ilədir. Elm, qüdrəti  ilə  hər bir şeyi idarə edən, əhatə  edən, himayə 

edən  haqqında  düşünmək  ki,  o  məxluqlarla,  naqislərlə,  günahkarlarla  birlikdədir.  Bu 

ağla  sığmazdır.  Sufyan  əs-Souri 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  “...Allah  yenə  də 



onların  yanındadır”.  Yəni: Elimi  ilə  onlarladır”

361


.  Sələflər  (Səhabə  və  Tabiinlər)  bu 

                                                

360

 Buxari, Müslim. 



361

 Zəhəbi “Uluv” 139.  




 

122 


barədə  icma  etmişlər:  “O,  Ərşi  üzərindədir,  elimi  isə  hər  bir  yerdədir”

362


.  İbn  Kəsir 



 



rahmətullahi  aleyhi 



  bu  ayənin  təfsirində  deyir  ki:  “Məhz  bu  səbəbə  görə  bir  çox 

insanlar deyirlər ki, İcma vardır “Yanında” kəliməsinə görə. Yəni, burada qəsd olunan 

“Yanındadır Elimilə” deməkdir

363

.  


Əhli  Sünnə  Vəl  Cəmaat  alimləri  Allahın  yaratdıqları  ilə  bərabər  olmasını,  Zatı  ilə 

deyil məhz elmi ilə onlarla bərabər olması şəkilində açıqlamışlar. Burada məqsəd sapıq 

Hüluliyyəçilərə  cavab  verməkdir

364


.  Pak  və  nöqsansız  olan  Allahın  yaratdıqlarıyla 

bərabər  olması  Ona  yaraşır  bir  bərabərlik  olub  əsla  yaradılmışların  bir-birləriylə  olan 

bərabərliyi  kimi  deyildir.  Heç  şübhəsiz  ki,  onların  dəlilləri  Allahın  həm  zatıyla 

yaratdıqlarının  üstündə,  həm  də  onlarla  bərabər  olduğunu  ifadə  etməkdədir.  Bunların 

hər  iksinin  də  sübut  və  dəlili  güclüdür.  Allahın  bu  buyurduğunda  hər  iksinə  də  dəlil 

vardır. «Göyləri və yerləri altı gündə xəlq edən, sonra ərşin üzərinə yüksələn (istiva 



edən)  Odur.  O,  yerə  girəni  də,  yerdən  çıxanı  da,  göydən  enəni  də,  göyə  qalxanı  da 

bilir. Siz harda olsanız O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!». (əl-Hədid 

4).  Bu  ayədə  Allah  yaradılmışların  (məxluqatın)  ən  üstündə,  ən  yüksəkdə  olan  Ərşə 

İstiva  etdiyini  bildirdiyi  kimi,  bizimlə  bərabər  olduğunu  da  bildirmişdir.  Yüksəkliklə 

bərabərlik  arasında  bir  ziddiyyət  yoxdur.  Bir  şey  həm  zatı  ilə  yüksəkdə  də  ola  bilər, 

həm də ona bərabərlik nisbət edilə də bilər. Əgər biz Allahın yaratdıqlarından olan Aya 

baxsaq görərik ki, o səmada yerləşdirilmişdir. Bununla bərabər o, səfərdə olan hər bir 

kəsə  hara  gedirsə  getsin  onunla  birlikdədir.  Halbuki  Ay  göydədir  və  bizimlə  bərabər 

hərəkət etməkdədir. Ayın bərabər olması onun işıq saçması və görülməsinə görədir. Ay 

isə  Allahın  ayələrindən  ən  kiçiyidir.  Bir  qadın  Allah  haradadır?  deyə  soruşuduqda 

İmam  Əbu  Hənifə:  «Allah  səmadadır,  yerdə  deyil»  cavabını  verdi.  Bəs  Allah:  «Siz 

harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə deyirsən?» sualına isə belə cavab 

verdi.  «Bu  sənin  bir  kimsəyə  məktub  yazıb  mən  səninlə  bərabərəm  deməyin  kimidir. 

Halbuki sən onun yanında deyilsən»

365




Müxaliflərin  Digər  Şübhələri:  Ubadə  b.  Samit  –  radıyallahu  anhu  – rəvayət  edir 

ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İmanın  ən  üstünü  harada 

olursansa ol, Allahın səninlə bərabər olduğunu bilməkdir»

366


. Bu hədis, bu ləfzlə hədis 

alimləri  tərəfindən  zəif  qəbul  edilmişdir.  Əyyub  Səhtiyani  –  rahmətullahi  aleyhi  – 

Mutəzilə  və  Cəhmilər  barədə  deyir  ki:  “Onların  (etiqadının)  əsası:  Səma  üzərində  heç 

                                                

362

 Zəhəbi “Uluv” 572.  



363

 Fəxrəddin Razi “Məfətihal Qeyb” ayənin təfsiri.  

364

 Hululiyyə  –  Allahın  Zatıyla  hər  yerdə  olduğunu  qeyd  edənlərdir.  Onlar  Allahın  Məiyyə  –  Birlikdə,  bərabər  olmaq 



sifətində  həddi aşaraq  Allahın ona  yaxın olan (əl-Mukərrəbun)  şəxslərə  hulul etdiyini (yəni  nüfuz  etmək,  girmək, iki 

şeyin  bir  şeymiş  kimi  birləşməsini)  irəli  sürən  sapıq  firqədir.  Onlara  görə  kim  nəfsini  itaətlə  tərbiyə  edər,  dünya 

ləzzətləri  və  şəhvətlərinə  səbr  edərsə  Allaha yaxın olanların (əl-Mukərrəbun)  məqamına  yüksəlir. Sonra o, bəşəriyyət 

sifətlərindən  təmizlənincəyə  qədər,  saflaşmaya  və  saflaşmış  olanların  dərəcəsinə  yüksəlməyə  davam  edəcəkdir. 

Saflaşma  əsnasında bəşəriyyətdən bir parça da  belə  qalmadıqda İsa b. Məryəmə  hulul edən  Allahın ruhu ona da hulul 

edər. O, zaman istədiyi kimi olan şeydən başqasını diləməz və əməllərinin tamamı Allahın feli olur, sonunda da Allaha 

birləşərək,  Allah  olur!?  AbdulQahir  əl-Bağdadiyyənin  bölümünə  görə  11  qurupdur.  Bunlar:  Hululiyyə,  Səbəiyyə, 

Beyaniyyə,  Cənahiyyə,  Hatabiyyə,  Şurayiyyə,  Nemiriyyə,  Rizamiyyə,  Mukannaiyyə,  Hulmaniyyə,  Hallaciyə  və 

Azafira.  Hululiyyə  eyni  zamanda  müşəbbihlərin  (bənzədənlərin)  həddi  aşanlarıdır.  Rafizilər  içərsində  də  Allahın 

imamlara Hulul etdiyini deyənlər də vardır. Bax: «Məqalətul İslamiyyə» 1/81,82, «Fərq Beynəl Firaq» s. 198,205. 

365

 Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, Zəhəbi «Uluvv» müxtəsər: s. 135. 



366

 Təbərani "Kəbir", "Əvsat", Huzeymə "Məcmuuz Zəvaid" 25, Əbu Nuaym "Hilyətul Əvliya" 6/124, Beyhəqi "Əsmə" 

2/172,  Suyuti  "Cəmius  Sağir"  1/49,  əl-Albani  "Daif  Cəmius  Səğir"  1002,  "Silsilə  Daif"  2589.  Lakin  Abdullah  İbn 

Muaviyə əl-Ğadiri – radıyallahu anhu – dan gələn rəvayətdə: «Nəfsin təmizlənməsi (yaxşılığı) harada olursansa olsun 

Allahın onunla bərabər olduğunu bilməsidir» Beyhəqi «Sünnən Kubra» 4/95, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1046.  



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə