2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə51/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   47   48   49   50   51   52   53   54   ...   231

 

101 


kimi  irəli  aparan  (əvvələ  keçirən)  və  arxaya  atan  (təxirə  salan)  da  Odur.  İrəlidə  olan 

kimsə ən yüksək mərtəbələrə çıxar, geridə qalan isə ən aşağı mərtəbələrə enər. Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Muqaddim 

 yüksək mərtəbələrə çıxardan. Muəxxir 



  yüksək  mərtəbələrdən  endirəndir.  Allah  nəbiləri,  möminləri  Özünə  yaxınlaşdırmış, 

düşmənlərini  də  Özündən  uzaqlaşdıraraq  alçaq  mərtəbələrə  endirən  və  Özü  ilə  onlar 

arasına  pərdə  çəkəndir».  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bu  isimlər 

Allahın  həm  feli,  həm  də  zatı  sifətlərindəndir…»

284


.  İnsanları  bir-birindən  üstün  edən 

Odur. Allah dilədiyi kimsələri irəli çəkər, dilədiklərini də geri atmışdır. Hər şey Onun 

iradəsi  və  hikməti  ilə  həyata  keçir.  Geri  atdığını  önə  çəkməz,  önə  çəkdiyini  də  geri 

atmaz.  Bu  İsimləri  bir  yerdə  zikr  etmək  tək-tək  zikr  etməkdən  yaxşıdır.  Rəsulullah 



 

sallallahu  aleyhi  və  səlləm 

  ən  yüksək  mərtəbələrə:  «Sənin  şanınnı  ucaltmadıqmı». 



(əl-İnşiraq 4). Buna qarşılıq da Əbu Ləhəbi ən aşağı mərtəbəyə endirmişdi. Allahın bu 

isimlərini  bilən  kimsə  ibadət  və  yaxşılıqların  çoxluğuna  arxayın  olmaz,  günah  və 

pisliklərin  çoxluğu  ilə  də  Allahdan  ümüd  kəsməz.  Çünki  Allaha  uzaq  görünən  kimi 

neçə kimsələr vardır ki, yaxın, yaxın görsənən kimi də neçə kimsələr vardır ki, Ondan 

uzaqdırlar.  

 

MUQİT 

 

əl-Muqit 



  «Allah  hər  şeyə  azuqəsini  (ruzisini  MUQİT)  verəndir».  (ən-Nisa  85). 



«Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb isteva edən, hər işi 

yoluna  qoyan  Allahdır».  (Yunus  3).  Muqit 

  hər  insana  və  heyvana  zamanına  görə 



azuqəsini  verən  deməkdir.  Allah  bütün  canlıların  ruzi  və  azuqələrini  varlılıqlarını 

davam  etdirəcək  şəkildə  verəndir,  sonda  isə  onlar  üçün  müəyyən  bir  müddət  bitdikdə 

azuqələrini kəsərək varlılıqlarına son verəndir. Digər mənası: Muqit 

 bir şeyi qoruyan, 



güclü  və  qüvvətli,  ruzi  verən  –  deməkdir.  İbn  Abbas  -  radıyallahu  anhu 



  deyir  ki: 

«Muqit - Muqtədir güc və qüvvət sahibi, əməllərin qaşılığını verən deyə açıqlamışdır». 

Mucahid - radıyallahu anhu 



 deyir ki:  «Şahid, görən, hesablayan»  deməkdir. Qatadə 

və İbn Kəsir 



 rahmətullahi aleyhi 



 deyirlər ki: «Qoruyan» deməkdir

285

.  


 

MUBİN 

 

əl-Mubin 



  Açıq-aydın,  açıq-aşkar  deməkdir.  «O,  gün  Allah  onların  cəzasını 

layiqincə  verəcək  və  onlar  Allahın  açıq-aşkar  (MUBİN)  bir  haqq  olduğunu 

biləcəklər». (ən-Nur 25).  

 

MƏNNƏN 

 

əl-Mənnən  –  Mərhəməti  və  lütfkarlığı  geniş  olan  deməkdir.  Bu  İsim  quranda  fel 

olaraq keçir. «…Bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza 



minnət  qoymuşdur».  (əl-Hucurat  17).  «Allah  möminlərə  qarşı  lütf  göstərdi».  (Ali 

İmran  164).  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  bir  nəfərin  belə  dediyini  eşitdikdə:  “Allahummə  İnniy 

Əs'əlukə  Bi  Ənnə  Ləkəl-Həmd,  Lə  İlahə  İllə  Əntə  Vəhdəkə  Lə  Şəriykə  Ləkə,  Əl-

Mənnanu,  Yə  Bədi'as-Səməvati  Val-Ard,  Yə  Zəl-Cələli  Val-İkram,  Yə  Həyyu,  Yə 

                                                

284

 əs-Sədi «Tavdihul Kəfiyətuş Şafiyə» s. 131,132.  



285

 Qurtubi 1/273, İbn Kəsir 2/144, Beyhəqi s. 47.  




 

102 


Qayyum,  İnniy  Əs'əlukəl-Cənnətə  Və  Əuzu  Bikə  Minən-Nər  -  Allahım,  Sənə 

yalvarıram!  Həmd  Sənədir.  Səndən  başqa  məbud  yoxdur,  Təksən,  heç  bir  şərikin 

yoxdur.  Lütfkarsan!  Ey  göyləri  və  yeri  Yaradan!  Ey  əzəmət  və  ehtiram  sahibi!  Ey 

Yaşayan,  ey  Qəyyum!  Səndən  Cənnəti  diləyirəm  və  Cəhənnəmdən  Sənə  sığınıram!” 

buyurdu:  Artıq  Allahadan  Onun  əzəmətli  İsmi  ilə  istənildi.  Hansıki  əgər  onunla 

istənilərsə  əta  olunar,  dua  edilərsə  cavab  verilər”

286

.  Minnət  qoymadan  lütfkar  və 



mərhəmətli olan.  

Minnət  İki  Cürdür:  Bəyənilən  -  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «İnsanlar  arasında  malı  ilə  mənə  ən  çox  minnət  edən  (yaxşılıq  edən)  Əbu 

Bəkrdir  (Başqa  rəvayətdə:  Mənə  Əbu  Kuhafənin  oğlundan  daha  çox  minnət  edən 

yoxdur)».  «Allah  qullarından  dilədiyinə  lütf  edər».  (İbrahim  11).  Bu  hədis  və 

ayələrdə  keçən  minnət  sözü  lütf  etmək  deməkdir.  Bəyənilməyən  -  İnsanın  etdiyi  bir 

yaxşılığı  təkrarlaması,  xatırlaması  və  başa  qaxmasıdır.  Bu  minnət  də,  sahibləri  də 

pislənmişdir.  «Ey  iman  gətirənlər!  Sədəqələrinizi  malını  riyakarlıqla  sərf  edən, 

Allaha  və  axirət  gününə  inanmayan  şəxs  kimi,  minnət  qoymaq  və  əziyyət  verməklə 

puça  çıxarmayın».  (əl-Bəqərə  264).  Əbu  Zərr  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Rəsulullah 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü 

Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar 

üçün  şiddətli  bir  əzab  vardır.  Bunalr  Paltarının  ətəklərini  yerlə  süründürən  (Başqa 

rəvayətdə:  «İzarın  ayaq  biləngindən  aşağı  olan  qismi  atəşdədir»,  «Möminin  paltarı 

baldırının yarısına qədərdir. Bundan ayaq bilnginə qədər olsa da bunda bir eyb yoxdur. 

Lakin  bundan  daha  aşağı  olan  hissə  atəşdədir»),  verdiyi  şeyi  başa  qaxan  və  yalan 

andlarla  malını  satan  kimsə»

287


.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Rəsulullah 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü 

Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar 

üçün şiddətli bir əzab vardır. Bunalr zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü 

kasıb»


288

.  Əbu  Hurəyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu 



aleyhi  və  səlləm 



  buyurdu:  «Üç  kimsə  vardır  ki,  Qiyamət  günü  Allah  onlarla 

danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli 

bir  əzab  vardır.  Bunalar  susuz  bir  səhrada  suyu  olduğu  halda  səfər  yoldaşından  onu 

gizlədən,  Əsr  namazından  sonra  mal  satar  və  bu  malı  satarkən  filan-filan  qiymətədir 

deyərək  müştərini  aldadaraq  Allaha  and  verər.  Müşdəri  də  onu  təsdiq  edib  malı  alan 

kimsə, bir dövlət başçısına yalnız  dünya malı üçün beyət  edər. Əmr ona dünyalıq  mal 

verdiyi  zaman  əhdinə  sadiq  olar,  ona  dünyalıq  verilmədiyi  zaman  əhdinə  sadiq 

olmaz»

289


.  «Etdiyin  əməli  çox  bilib  başa  qalxma».  (əl-Muddəsir  6).  İbn  Kəsir 



 



rahmətullahi aleyhi 



 deyir ki:  «Etdiyin əməlləri çox görüb Rəbbinə  minnət  etmə»

290



Bu  İsimləri  bilən  müsəlman  Allahın  ona  verdiyi  nemətlərlə  hər  hansı  bir  kimsəyə 



yaxşılıq  etdikdə  bu  yaxşılığı  əsla  başa  qaxmamalıdır.  Öz  yaxşılığını  kiçik  görüb  onu 

unutmalıdır. Üstünlüyü özündə deyil yaxşılığı qəbul edəndə görməlidir. Buna görə qul 

həqiqi  lütf  sahibinin  O,  olduğunu  bilməli  və  bunu  etiraf  etməlidir.  Rəsulullah 



 



sallallahu  aleyhi  və  səlləm 



  Ənsar  topluluğuna  buyurdu:  «Sizlər  dağınıq  ikən  Allah 

                                                

286


 Əbu Davud 2/80,1495, İbn  Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550, Səhih Nəsəi 1/279, H. 1233, Səhih İbn  Məcə 

2/329, H. 3112.  

287

 Buxari, Müslim 106, Əbu Davud.  



288

 Müslim 107.  

289

 Müslim 108. 



290

 İbn Kəsir 8/442.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə