2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə45/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   41   42   43   44   45   46   47   48   ...   231

 

89 


bənzəri  yoxdur  dediyimizdə  Allahın  bir  və  tək  olduğunu  isbat  edər.  Eyni  şəkildə  heç 

bir  şey  Onu  aciz  etməz  dediyimizdə,  Onun  güclü  və  hər  şeyə  gücü  çatan  Qadir 

olduğunu,  heç  kimsəyə  zülm  etməz  dediyimizdə,  Onun  bütün  hökmlərində  və 

fellərində  Adil  olduğunu  qəbul  etməyi  isbat  edər.  Digər  tərəfdən  də  Allahın  gözəl 

sifətlərini qəbul etmək, pis sifətlərin Onda olmadığı mənasına gəlir».  

 

QARİB – MUCİB 

 

əl-Qarib 



 «Həqiqətən O, eşidən və (QARİB dua edən bəndələrinə) yaxındır». (əs-



Səba  50).  «(Ya  Muhəmməd!)  Bəndələrim  Məni  səndən  soruşduqda  söylə  ki,  Mən 

onlara  yaxınam  (QARİB)  mənə  dua  etdiyi  zaman  dua  edənin  duasına  cavab 

verərəm



».  (əl-Bəqərə  186).  Əbu  Musa 



  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  ilə birlikdə səfərlərin birində idik. İnsanlar 

təkbir  gətirərək  səslərini  ucaltmağa  başladılar.  Peyğəmbər:  «Ey  insanlar!  Nəfslərinizə 

sahib olun. Çünki sizlər eşitməyən və uzaqda olan birini səsləmirsiniz. Heç şübhəsiz ki, 

sizlər ən yaxşı eşidən və sizə yaxın olan Səmi, Qarib olan Allaha dua edirsiniz. Halbuki 

o, hər zaman sizinlə bərabərdir» deyə buyurdu

241


. Həlimi 



 rahmətullahi aleyhi 



 deyir 

ki: «Qarib 

 yaxın olan, qul ilə Rəbbi arasında bir məsafə olmadığı mənasına gəlir. Bu 



üzdən qulun durumu Ondan gizli deyildir. O, qulun etdiyi hər bir duanı eşidir. Allahın 

yaxınlığı  müəyyən  bir  məsafəni  ifadə  etməz.  Çünki  məsafə  müəyyən  bir  sərhədə 

qədərdir.  Allah  üçün  isə  sərhəd  yoxdur».  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Qarib 

 bütün varlıqlara elimi ilə, dua edənlərə də duaları qəbul etməklə yaxındır».  



Allahın qullarına yaxın olması iki cürdür. 1. Ümumi Yaxınlıq 

 Allahın hər bir şeyə 



elmi  ilə  yaxın  olması.  Onları  bilməsidir.  O,  insanlara  şah  damarlarından  da  belə 

yaxındır. 2. Xüsusi Yaxınlıq 

 Ona dua edən  və Onu  sevənlərə göstərdiyi yaxınlıqdır. 



Bu  cür  yaxınlıq  sevgini,  yardımı  və  dəstəyi  əhatə  edir.  Allah  dua  və  ibadət  edənlərin 

dualarını və ibadətlərini qəbul edər.  



əl-Mucib 



  Cavab  verən  deməkdir.  «Həqiqətən  Nuh  bizə  dua  etmiş,  onun  duası 



necə  də  gözəl  (MUCİB)  qəbul  olunmuşdur».  (əs-Saffət  75).  «Həqiqətən  Rəbbim 

yaxındır  və  (duaları  MUCİB)  qəbul  edəndir».  (Hud  61).  «Yaxud  əli  hər  yerdən 

üzülüb  darda  qalan  bir  kimsə  Ona  dua  etdiyi  zaman  duasını  qəbul  edən



».  (ən-



Nəml  62).  «Mənə  dua  edin  Mən  də  sizin  dualarınızı  qəbul  edim».  (əl-Mumin  60). 

Bəzən də Qurani Kərimdə kəsmək, biçmək, oymaq  mənasında da gəlir. «Və vadilərdə 



qayaları  oyub-biçən  Səmuda».  (əl-Fəcr 9). Qurtubi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Mucib  –  kəsən  mənasındadır.  Yəni  dua  edənin  arasını  qəbul  edərək  kəsəndir.  Buna 

görə  də  dua  edənin  duasını  həmən  qəbul  edən  və  imdadına  yetişəndir».  Həlimi 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bu  isim  Qarib  ismilə  birlikdə  zikr  edilir.  Qaribul-



Mucib  və  Mucibud-Dua  (duaları  qəbul  edən)  deyilir.  Mucibu  Davətəl  Muttarrin 

(çarəsizlərin dualarını qəbul edən), istəyənə istədiyini verən deməkdir. Allahdan başqa 

kimsənin buna gücü çatmaz».  

Bunu da bilin ki, duaların qəbul edilməsi bir neçə şərtlərə bağlıdır. Bu şərtlərin bir 

qismi  dua  edənin  durumu  ilə,  bir  qismi  dua  edilənlə,  bir  qismi  də  istənilən  şeylə,  bir 

qismi  də  zaman  və  məkanla  bağlıdır.  Duanın  qəbul  edilməsinə  mane  olan  şeylər  isə 

sayılmayacaq qədər çoxdur.  

                                                

241

 Buxari 2992, Müslim 2704. 




 

90 


Duanın  Ədəbləri  Və  Qəbul  Olunma  Səbəbləri:  1)  Allaha  ixlasla  dua  etmək. 

Numan b. Bəşir 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və 

səlləm 



  buyurdu:  «Dua  ibadətdir»

242

.  2)  Duaya  Allaha  həmd-səna  etməklə  və 



Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 ə salavat gətirməklə başlamaq və elə bu cür 

də duanı bitirmək. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Allah Ona dua 

etməyənə  qəzəblənir»

243


.  «Allahın  elçisini  öz  aranızda  bir-birinizi  çağırdığınız  kimi 

çağırmayın». (ən-Nur 63). Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim 

mənə bir dəfə salavat gətirərsə Allah o, kimsəyə on dəfə salavat deyər»

244

. Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Qəbrimi  bayram  edilən  yerə  çevirməyin. 

Mənə salavat gətirin. Harda olsanız sizin salavatınız mənə çatacaqdır»

245


. Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Həqiqətən  də  yer  üzündə  Allahın  mələkləri 

vardır  ki,  mənim  ümmətimin  mənə  göndərdikləri  salavatı  mənə  çatdırırlar»

246


Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Mənə  salavat  deyəndə  Allah 

mənə ruh verir ki, mən də o, kimsəyə salam deyim»

247


. Peyğəmbər 



 sallallahu aleyhi 



və  səlləm 



  buyurdu:  «Ya  Əli!  Ən  xəsis  insan  bilirsənmi  kimdir?».  Əli:  «Allah  və 

Rəsulu  daha  gözəl  bilir»  dedi.  Peyğəmbər:  «Mənim  adım  çəkiləndə  mənə  salavat 

gətirməyən  kimsədir»  deyə  buyurdu

248

.  Ənəs 




  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  bir  gün  minbərə  çıxdı  və:  «Amin!  Amin! 

Amin!»  deyə  buyurdu.  Səhabələr:  «Bu  nədir  ya  Rəsulullah!»  deyə  soruşdular. 

Peyğəmbər:  «Cəbrail  mənə  gələrək  dedi:  «Qoy  utansın  (burnu  yerlə  sürtünsün)  o, 

kimsə  ki,  sənin  adın  çəkildiyi  vaxt  sənə  salavat  gətirməyən»

249

.  3)  Duada  qətiyyət 



göstərmək və onun qəbul olunmasına yəqin olmaq. 4) Duada israrlılıq və tələsməmək. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Yer  üzündə  elə  bir  müsəlman 

yoxdur  ki,  Allahdan  istəsin  və  Allah  da  ona  verməsin  və  ya  (dua  vasitəsi  ilə  onu 

qarşıda gözləyən) bəladan onu xilas etməsin. Lakin o, Allahın haram etdiyi şeyləri və 

qohumluq  əlaqələrinin  kəsilməsini  istəməməlidir.  Həmçinin  də  (duasının  tez  qəbul 

olunması  üçün)  tələsərək  deməməlidir  ki:  «Mən  dua  etdim  lakin  mənə  cavab 

verilmədi»

250


.  5)  Ürəkdən  dua  etmək.  6)  Hər  bir  vəziyyətdə  dua  etmək  (həm 

sevindirici,  həm  də  çətin).  7)  Yalnız  tək  Allahdan  istəmək.  8)  Ailəyə,  mal-dövlətə, 

övlada və özünə bəd dua etməmək. 9) Alçaq səslə dua etmək. 10) Günahı etiraf etmək 

və  onun  bağışlanmasını  diləmək,  neməti  etiraf  etmək  və  bunun  üçün  də  Allaha  şükr 

etmək.  11)  Duada  qafiyədən  istifadə  etməmək.  12)  Yalvarış,  itaətkarlıq,  rəğbət  və 

qorxu  ilə  dua  etmək.  13)  Tövbə  etməklə  zülm  və  izdirabların  rədd  etmək.  14)  Duada 

istənilən şeyi üç dəfə təkrar etmək. 15). Qiblə istiqamətində dayanmaq. 16) Dua edilən 

an  əlləri  qaldırmaq.  17)  Duadan  qabaq  dəstəmaz  almaq.  18)  Təcavüz  və  düşmənçilik 

istənilməməlidir.  19)  Dua  edən  başqasına  dua  etdiyi  təqdirdə  öncə  özündən 

başlamalıdır. 20) Dua edərkən Allahın gözəl isimlərini və sifətlərini, yaxud dua edənin 

özünün gördüyü saleh bir əməli, yaxud da dua edən şəxsin əli çatdığı əməli saleh, diri 

bir insanın duasını vasitə götürmək olar. 21) Dua edənin yeməyi, içkisi və geyimi halal 

                                                

242


 Əbu Davud, Tirmizi.  

243


 Buxari, Əhməd, Tirmizi. 

244


 Müslim. 

245


 Əbu Davud, Əhməd. 

246


 Nəsai. 

247


 Əbu Davud. 

248


 Tirmizi.  

249


 Buxari, Müslim.  

250


 Tirmizi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə