2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə42/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   38   39   40   41   42   43   44   45   ...   231

 

83 


bağışlayaram. Ey Adəm  oğlu! Əğər sənin  günahların göylərə qədər çatsa və sonra sən 

məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər 

sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik 

qoşmasan  mən  də  sənə  yerüzu  qədər  bağışlanma  verərəm»

230

.  Sən  də  sənə  qarşı 



haqsızlıq  edən  və  sənə  pislik  edən  kimsələri  əfv  etməlisən.  Bilməlisən  ki,  Allah  əfv 

edənləri sevər.  

 

ALİ 

 

əl-Ali 

 Alçaqlığın ziddi olan yüksəklik  və ucalıq  mənasındadır. Allahın ucalığının 



üstündə  heç  bir  ucalıq  yoxdur.  Bütün  dərəcələr  və  mərtəbələr  Ondan  aşağıdır.  Çünki 

Ali  alçaqlığın  ziddi  olan  Uluvdan  törənmişdir.  «Ən  uca  (ALİ)  və  ən  böyük  (AZİM) 



varlıq  Odur».  (əl-Bəqərə  255).  Hər  cür  qüsur,  pislik  və  nöqsanlardan  uzaq  olan 

deməkdir. Bu İsim ucalıq mənasında gələn Uluv 

 kökündən gəlməkdədir. Uluv ust və 



yuxarı  mənasındadır.  Allahın  vəsfi  olaraq  yaratdıqları  üzərində  qüdrətilə  ucalıq  sahibi 

olan deməkdir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Allahım! Səni hər 



cür  nöqsan  sifətlərdən  təqdis  edərim.  Rəbbim  ən  ucadır,  Aliy  (çox  uca)  və  qarşılıqsız 

ehsan edəndir»

231

.  


 

AZİM 

 

əl-Azim 



  «O,  ən  Uca  və  ən  Böyükdür  (əzəmətli  AZİM)».  (əl-Bəqərə  255). 

Abdullah b. Abbas - radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



 sallallahu aleyhi 



və  səlləm 

  sıxıntı  anında  belə  dua  edərdi:  «Allahdan  başqa  ibadətə  layiq  haqq  İlah 



yoxdur. O, Azim və Həlim olandır. Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur. O, 

böyük ərşin sahibidir. Allahdan başqa İlah yoxdur. O, göylərin və yerin Rəbbidir və O, 

dəyərli ərşin sahibidir»

232


. Xattabi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Azim 

 böyüklük 



və ucalıq sahibi olandır». Allahın varlığı hər böyüklükdən daha böyükdür. Onun varlığı 

əzəli  və  əbədidir.  Başqalarının  varlığı  isə  belə  deyildir.  O,  hər  böyükdən  daha 

böyükdür.  Bu  üzdən  də  heç  bir  ağıl  Onun  böyüklüyünü  qavraya  bilməz.  Heç  bir  göz 

Onun  izzətini  əhatə  edə  bilməz.  Onun  əzəmətinin  başlanğıcı  və  ucalığının  isə  sonu 

yoxdur.  Böyüklük  və  ululuq  yalnız  Allaha  aiddir.  Hər  iki  vəsfin  həqiqəti  başa 

düşülməz  və  mahiyyətinə  varılmaz.  İnsanlardan  heç  kimsə  Allahın  ucalığı  kimi 

ucalmağı  haqq  edə  bilməzlər.  Qullar  Allahı  qəlbləri,  dilləri  və  bütün  əzaları  ilə 

ucaldırlar. Allahın yaratdığı, əmr etdiyi və qadağan etdiyi bir şeyi etiraz etmədən qəbul 

etmək Allaha sayğının və Onu ucaltmanın bir ifadəsidir.  

 

ĞAFFƏR - ĞAFUR – ĞAFİR 

 

əl-Ğaffər 



  əl-Ğafur 



  əl-Ğafir 



  «Agah  olun  ki,  O,  yenilməz  qüvvət  sahibidir, 



(günahları)  çox  bağışlayandır  (ĞAFFƏR)».  (əz-Zumər  5,  Ta  ha  82).  «(Ya 

Muhəmməd!) Qullarıma  xəbər  ver  ki,  Mən  həqiqətən,  bağışlayan  (ĞAFUR)  və  rəhm 

edənəm».  (əl-Hicr  49,  əl-Maidə  101).  «Günahları  bağışlayan  (ĞAFİR),  tövbələri 

qəbul  edən



».  (əl-Mumin  3).  Bu  isimlər  Ğa-Fə-Rə  kökündən  törənmişdir.  Örtmək, 

                                                

230


 Tirmizi, əl-Albani «Səhih əl-Cəmi» 4214, «əl-Mişkət» 4336, «Təxric ət-Tərğib» 2/268-ci hədis. 

231


 İmam Əhməd «Musnəd» 4/54.  

232


 Buxari 6345, Müslim 2730.  


 

84 


pərdələmək  mənasındadır.  Buna  görə  də  döyüşlərdə  başı  zərbələrdən  qorumaq  üçün 

geyinilən  şeyə  Miğfər  deyilmişdir.  Həmçinin  başı  örtən  bez  parçasına  da,  yaraların 

üzərinə  sürtülən  və  yaraların  sağalmasını  tezləşdirən  bir  bitki  adından  gəldiyi  də 

söylənilmişdir

233

.  Halimi 





  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Gafir 

  günahkarların 



günahlarını örtən və onları cəzalandırmayıb insanların önündə rəzil və alçaltmayandır». 

Allahumə  Ğfirli 

  Allahım  məni  bağışla,  məni  islah  et  və  məni  düzəlt  mənasındadır. 



Bu isim  Allahın Əfuvv isminə  daha yaxındır. Əfuvv  günahları silən, Ğafir isə silinən 

günahın  yerinə  nuru  yerləşdirmək  və  qulun  qüsurlarını  örtmək  mənasındadır.  Qurani 

Kərim  də  bir  çox  yerlərdə  zikr  olunurlar.  «Heç  şübhəsiz  ki,  Allah  Əfuvv  (əff  edən)

Ğafur (bağışlayandır)»(əl-Həcc 60). Halimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Ğaffər 

  qulların  günahlarını  örtməyə  çalışandır.  Belə  ki,  bu  günahları  nə  dünyada,  nə  də 



axirətdə  ortaya  çıxarmaz.  Çünki  Allah  qullarını  sadəcə  bir  dəfə  deyil  dəfələrlə 

bağışlayandır.  Bu  İsimlər  Allahın  zatı  deyil,  feli  sifətlərindən  alınmaqdadır».  Əbu 

Hureyrə 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

  Uca  və  Böyük  olan  Rəbbindən  belə  buyurdu:  «Allahın  qullarından  biri  günah  edib 



sonra  da:  «Allahım!  Mən  günah  etdim,  günahımı  bağışla!»  dedi.  Pak  və  Uca  olan 

Allah:  «Qulum  günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və  günaha  görə 

cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu  bağışladım!»  deyə 

buyurdu.  Sonra  o,  qul  (günah  etmədən)  Allahın  dilədiyi  bir  müddət  qədər  yaşayır. 

Sonra  yenə  də  günah  edərək:  «Allahım!  Mən  günah  etdim,  günahımı  bağışla!»  dedi. 

Pak  və  Uca  olan  Allah:  «Qulum  günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və 

günaha  görə  cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu 

bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət 

qədər  yaşayır.  Sonra  yenə  də  günah  edərək:  «Allahım!  Mən  günah  etdim,  günahımı 

bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum  günah  etdi!  Günahı  bağışlayan 

(məğfirət  edən)  və  günaha  görə  cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!».  Üç 

dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər

234

« deyə buyurdu



235



Qulun Günahdan Törəyən Üç Ismi  Vardır 



  1.  Zalim 

  «Artıq  onlardan  kim  öz 



nəfsinə zülm edər». (Fatir 32). 2. Zalum 



 «Çünki o, (insan) çox zalım, çox cahildir». 



(əl-Əhzəb  72).  3.  Zallam 



  «(Ya  Muhəmməd!  Mənim  adımdan  qullarıma)  De  ki:  Ey 



mənim  (günah  törətməkdə)  özlərinə  zülm  etməkdə  həddi  aşmış  bəndələrim!»  (əz-

Zumər 53-54).  

Günah etməkdə həddi aşan kimsə Zallamdır. Sanki Allah belə buyurur: «Ey qulum! 

Zülm  etməkdə  və  günah  etməkdə  sənin  üç  ismin  vardır.  Buna  qarşı  Mənim  də 

günahları bağışlamada üç İsmim vardır. Əgər sən günah edərək və zülm edərək Zalım 

olsan,  tövbə  etdikdə  Mən  də  Ğafir  oluram.  Əgər  Zalum  olursansa,  Mən  də  Ğafur 

oluram. Əgər sən Zallam olsan, onda Mən Ğaffər olaram. Bu üzdən nə qədər günahın 

olursa  olsun  Bizdən  ümüdünü  üzmə.  Tövbə  edərsənsə  qəbul  edərik.  «De  ki: 

«Sapıqlardan başqa Rəbbinin rəhmətindən kim ümüd kəsər». (əl-Hicr 56). Allah bu 

dünyada  gözəllikləri  ortaya  çıxaran,  çirkinlikləri  və  günahları  örtən,  axirətdə  isə 

çirkinlikləri  cəzalandırmaqdan  vaz  keçib  onları  bağışlayandır.  Onun  günahları 

                                                

233

 Qurtubi 1/152.  



234

 Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu açıqlayır ki, insan günah 

etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.  

235


 Buxari 7507, Müslim 2758. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə