2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə40/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   36   37   38   39   40   41   42   43   ...   231

 

79 


dünya  və  axirətdə  asanlıq,  yüngüllük  verər.  Hər  kim  bir  müsəlmanın  qüsurunu  (yəni 

xətasını)  Sətərə  örtərsə,  Allah  da  dünya  və  axirətdə  onun  qüsurunu  (xətasını) 

örtər...»

220


.  

 

ŞƏDİD 

 

əş-Şədid  –  “Göy  gurultusu  Onun  şəninə  təriflər  deyir,  mələklər  də  (Allahın) 

qorxusundan  (Onu  öyüb  mədh  edirlər).  O,  ildırımlar  göndərib  (kafirlər)  Allah 

barəsində  mübahisə  edərkən  onlarla  istədiyini  vurar.  Allahın  cəzası  şiddətlidir! 

(Allah yenilməz qüvvət sahibidir!)”. (ər-Rəd 13).  

 

ŞƏKİR – ŞƏKUR 

 

əş-Şəkir 



  Allah Özünü Şəkir və Şəkur deyə İsimləndirmişdir. Şükr edənləri də bu 

iki  İsimlə  adlandırıb  onlara  Öz  sifətini  vermiş  və  onları  bu  İsimlə  isimləndirmişdir. 

Allah  şükr  edən  qullarından  razı  olur.  «Hər  kəs  könüllü  olaraq  yaxşı  bir  iş  görərsə 



Allah  razı  qalan  (ŞƏKİR)  və  biləndir».  (əl-Bəqərə  158).  «Əgər  şükr  etsəniz  sizdən 

razı  olur».  (əz-Zumər  7).  Şükr  edənlərin  kainatda  az  olması,  onların  seçilmiş  qullar 

olduğu da bəllidir. «Lakin qulları içində şükr edən azdır». (əs-Səbə 13). Peyğəmbər 



 

sallallahu aleyhi və səlləm 

 ayaqları şişənə qədər namaz  qılmış və ona:  «Allah sənin 



keçmiş  və  gələcək  günahlarını  bağışlamışdır.  Sən  nə  üçün  bu  qədər  ibadət  edirsən?» 

deyildikdə. O: «Allaha şükr edən bir qul olmayımmı?» deyə buyurdu

221

. Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 

:  «Ey  Muaz!  Vallahi  səni  sevirəm.  Beləki  hər  fərz 



namazından sonra bu duanı et: «Allahummə Əinni Alə Zikrikə Və Şukrukə Və Husni 

İbədətikə 



  Allahım!  Səni  zikr  etmək,  Sənə  şükr  etmək  və  Sənə  gözəl  ibadət  etmək 

üçün mənə yardım et»

222


 

əş-Şəkur 



  Azacıq  təşəkkürə  çox  qarşılıq  verən  İsmi  Qurani  Kərimdə  4  yerdə 

keçməkdədir.  «Həqiqətən  Allah  bağışlayandır  və  qədirbiləndir!  (ŞƏKUR)».  (əş-Şura 

23).  Şükür  mərtəbəsi  ən  ucadır.  Bu  mərtəbə  Riza 

  mərtəbəsinin  üztündədir.  Riza 



şükrün  içərisində  yer  almaqdadır.  Şükr rizasız  olmaz. Şükr  imanın  yarısıdır.  İman  iki 

qismə  ayrılır.  Yarısı  şükr  və  yarısı  da  səbrdir.  Uca  Allah  qullarına  şükrü  əmr  edər  və 

şükrün ziddinə olan şeyləri isə qadağan edər. Şükr edən kimsələri tərif edər, onlara ən 

gözəl mükafatı verər. «Mənə şükr edin, nankorluq etməyin». (əl-Bəqərə 152). «Allah 



şükr edənləri mükafatlandıracaqdır». (Ali İmran 144). «O, halda Ona ibadət edin və 

Ona şükr edin. Ona qaytarılacaqsınız». (əl-Ənkəbut 17). Şükr qəlb üçün bir sevgi və 

yönəlməkdir. Dil üçün bir tərif və həmddir. Bədən orqanları üçün isə itaət və görəvdir. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «İnsanlara  təşəkkür  etməyən 



Allaha şükr etməz»

223


. Davud 



 əleyhissəlam 

 buyurur: «Ey Rəbbim! Sənə necə şükr 



edim  ki,  neməti  verən,  onunla  ruziləndirən,  sonra  da  nemət  üstünə  nemət  verərək 

artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) 

Necə  bunlara  şükr  edim».  Allah:  «İndi  Məni  tanıdın  və  Mənə  şükr  etdin  ey  Davud! 

Çünki  şükr  etməyin  də  Mənim  bir  nemətim  olduğunu  bildin».  Başqa  rəvayətdə:  «Ey 

Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa da belə gecə və gündüz bütün 

                                                

220

 Buxari 2442, Müslim 2699. 



221

 Buxari «Təhəccüd» 6, Müslim «Sifətul Munafiqun» 2819.  

222

 Əbu Davud «Vitr» 26, Nəsai «Səcdə» 60, Musnəd 2/299.  



223

 Tirmizi 1955.  




 

80 


vaxtlarda Səni zikr etsələr də belə yenə də mənə verdiyin nemətin haqqını belə vermiş 

olmaram»


224

.  


 

ŞƏHİD 

 

əş-Şəhid 



  Bu  İsim  Qurani  Kərimdə  20  yerdə  keçməkdədir.  Hər  şeyə  şahid  olan, 

heç  bir  şeyi  unutmayandır.  «



Sən  canımı  aldıqdan  sonra  onlara  nəzarətçi  Özün 

oldun.  Yalnız  sən  hər  şeyə  Şahidsən».  (əl-Maidə  117).  «Doğrusu  Allah  hər  şeyin 

üzərində şahid olandır». (əl-Həcc 17). «Şahid olaraq Allah yetər». (ən-Nisa 79). «(Ya 

Peyğəmbərim!)  Sən  nə  iş  görsən  Qurandan  nə  oxusan,  nə  iş  görsəniz,  onlara 

daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Allahdan 

gizli  qalmaz».  (Yunus 61).  “Onu  (İslamı) bütün  dinlərdən  üstün  etmək  (onun  bütün 

dinlərdən  üstün  olduğunu  göstərmək)  üçün  Öz  Peyğəmbərini  hidayət  və  haqq  dinlə 

göndərən  Odur.  (Ya  Rəsulum!  Sənin  peyğəmbərliyinin  həqiqiliyinə)  Allahın  şahid 

olması  kifayət  edər!”.  (Fəth  28).  Allah,  Şəhiddir.  Çünki  Şəhadət  kəliməsi  ilə  qullar 

Onun  bir  olduğuna  şahidlik  etməkdə,  beləcə  Ona  ibadət  etməyi  qəbul  etdiklərini 

göstərmiş olmaqdadırlar. «Onları öz nəfslərinə qarşı şahidlər etmişdi». (əl-Əraf 172). 

Bu ayədə Allah qullarından Onun birliyinə şahidlik etmələrini tələb etmiş, qullar da bu 

tələbi  yerinə  yetirərək  Allahın  birliyinə  şahidlik  etmişlər.  Bu  həqiqi  şahidlik  olmaqla 

birlikdə  Allaha  şahidlik  edildiyini  göstərməkdədir.  Allah  da  Özündən  başqa  İlahın 

olmadığına  şahiddir.  «Allah  özündən  başqa  heç  bir  ilah  olmadığına  şahidlik  etdi». 

(Ali İmran 18).  

 

ŞƏƏFİ 

 

əş-Şəəfi 



  Bu  İsim  Qurani  Kərimdə  fel  olaraq  zikr  olunur.  «Xəstələndiyim  zaman 



mənə  Şəfa  verən  Sənsən».  (əş-Şura  80).  Hədisdə  isə  həm  Fel,  həm  də  İsim  olaraq 

keçir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 bir xəstənin yanına gəldiyi zaman belə 

dua edərdi: «Ey insanların Rəbbi! Bu sıxıntı və dərdi apar. Şəfa ver! Çünki şəfa verən 

sənsən. Səndən başqa şəfa verən yoxdur. Xəstənin bütün xəstəliklərini aparan bir şəfa 

ver!»

225


. Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Allah şək və şübhələri, həsət və kini 

qəlblərdən  silib  könüllərə  şəfa  verdiyi  kimi  hər  cür  xəstəlikləri,  bəla  və  müsibətləri 

qaldırıb  bədənlərə  də  şəfa  verir.  Ondan  başqa  kimsənin  buna  gücü  yetməz.  Bu  üzdən 

bu  isimlə  yalnız  Ona  dua  edilir».  Buna  görə  də  hər  bir  müsəlman  şəfanın  yalnız 

Allahdan  gəldiyinə  inanmalıdır.  İnsan  yalnız  Onun  şəfa  verməsi  ilə  yaxşılaşır  və  şəfa 

tapır.  


 

AZİZ 

 

əl-Aziz 

  Qiymətli,  izzət  sahibi,  möhtərəm,  qüvvətli,  heç  vaxt  yenilməyən,  üstün, 



uca,  şərəf  sahibi.  Azzə  -  kökündən  gəlməkdədir.  Hər  şeyə  gücü  çatandır.  İzzət  –  tam 

olaraq  zillətin,  düşkünlük,  aşağı  olmaq,  acizliyin  ziddidir.  «O,  Əzizdir,  Həlimdir 



(yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). O, izzətinin  mükəmməliyi ilə 

qullarına  hökm  edən  və  bu  hökmü  onlar  üzərində  icra  edəndir.  Allah  qullarının 

qəlblərini və iradələrini dilədiyi tərəfə çevirəndir. O, dilərsə qul ilə qəlbi arasına girər. 

                                                

224

 İmam Əhməd «Kitabu Zuhd» 361,362.  



225

 Buxari “Kitabu Tibb” 5675, “Fəthul Bəri” 10/210, H. 5750, Müslim “Kitabu Səlam” 2191.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə