2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə39/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   35   36   37   38   39   40   41   42   ...   231

 

77 


kara, nə də burda olmayan birisinə dua edirsiniz. Siz hər şeyi eşidən və yaxın olana dua 

edirsiniz»

213

.  


 

SEYYİD 

 

əs-Seyyid 



  Bu  isim  Qurani  Kərimdə  zikr  edilmir.  Hədislərbə  isə  belə  zikr  edilir. 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  in  yanına  Bəni  Amrdən  bir  qrup  gələrək 

dedilər:  «Sən  bizim  Seyyidimizsən».  Peyğəmbər:  «Seyyid  Allahdır»  deyə  buyurdu. 

Onlar:  «Sən  bizim  böyügümüz  və  şərəflimizsən»  dedilər.  Peyğəmbər:  «Öz  sözlərinizi 

deyin!  Şeytanın  sizə  öyrətdiyi  kimi  mənə  müraciət  etməyin»  deyə  buyurdu

214



Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 





  in  yanına  bir  qrup  insanlar  gələrək:  «Ey 

Allahın  elçisi!  Ey  bizim  ən  yaxşımız  və  ən  yaxşımızın  oğlu,  bizim  seyyidimiz  və 

seyyidimizin oğlu!» dedilər. Peyğəmbər: «Məni özünüz bildiyiniz kimi çağırın, şeytan 

sizi  yoldan  çıxartmasın!  Mən  Allahın  qulu  və  elçisi  Muhəmmədəm.  Sevmirəm  ki,  siz 

məni  qüdrət  və  cəlal  sahibi  Allahın  layiq  bildiyindən  yuxarı  qaldırasınız»

215


.  Seyyid 

 



mütləq  olaraq  möhtac  olunan  deməkdir.  İnsanların  Seyyidi  (ağası,  böyüyü)  dedikdə 

əmrini yernə yetirdikləri, sözünü dinlədikləri, müraciət etdikləri kimsə mənasına gəlir. 

Mələklər, insanlar və cinlər Uca Allahın yaratdıqları varlılıqlardır. Bu varlılıqlar Onsuz 

var  olmamışlar.  Çünki  hər  bir  varlıq  sonradan  yaradılmışdır.  Allah  isə  heç  bir  varlıq 

yox  ikən  vardı.  Əgər  Allah  onları  yaratmasaydı  bu  varlıqlar  var  olmayacaqlardı.  Eyni 

şəkildə  var  olduqdan  sonra  da  Allah  onlara  yaşama  fürsəti  verməsəydi  yenə  də  var 

olmayacaqlardı. Həqiqət bu olduğuna görə də Allah bütün varlılıqların Seyyidi olmağa 

daha  layiqdir.  Varlılıqların  bu  İsimlə  Ona  dua  etmələri  Allahın  onlar  üzərindəki  bir 

haqqıdır».  

 

SUBBUH 

 

əs-Subbuh 



  Bu  İsim  Qurani  Kərimdə  deyil  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 



  in  hədislərində  zikr  edilir.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  ruku 

vəziyyətində belə dua edərdi: «Subbuhun Quddusun Rabbul Mələikəti Vərruhi 

 Ey 



heç bir ayıbı və qüsuru olmayan! Ey mələklərin və ruhun Rəbbi!»

216


. Təsbih və tənzih 

edilən, ucalan. Ayıb və nöqsanlardan uzaq olan deməkdir.  

 

SAMƏD 

 

əs-Saməd 



  Qurani  Kərimdə  sadəcə  İxlas  surəsində  bu  isim  keçməkdədir.  «Allah 

Saməddir  (heç  kəsə  və  heç  nəyə  möhtac  deyildir.  Hamı  ona  möhtacdır,  O  əzəli  və 

əbədidir)».  (əl-İxlas  2).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  bir  nəfərin  dua 

edərək:  «Allahım!  Səndən  başqa  ilah  yoxdur,  Sən  Əhəd,  Saməd,  doğmamış  və 

doğulmamış  və  heç  bir  oxşarı  olmayan  Allah  olduğuna  şəhadət  edərək  səndən 

istəyirəm»  dediyini  eşitdi.  Peyğəmbər:  «Nəfsim  əlində  olana  and  olsun  ki,  o  adam 

Allahın  İsmil  Azam 

  əzəmətli  ismi  ilə  dua  etdiyi  zaman  mütləq  qəbul  olundu  və 



                                                

213


 Buxari, Müslim. 

214


 Əbu Davud 4806, Əhməd 4/25, Buxari “Ədəbul Mufrad” 211, Nəsəi “Əməli Yəvmul Leyl” 2482, əl-Albani “Səhih 

Cəmi” 3594.  

215

 Əhməd 3/153,241.  



216

 Müslim 487.  




 

78 


onunla istədiyi zaman  mütləq  istəyi  verildi»

217


. İbn Abbas 



 radıyallahu anhu 

 deyir 


ki:  «Saməd 

  Heç  bir  ehtiyacı  olmayan  və  heç  kimə  möhtac  olmayandır».  Xattabi 





 

rahmətullahi aleyhi 



 deyir ki: «Saməd 

 mühüm işlərdə yönənilən, fəlakət və ehtiyac 



anlarında müraciət edilən deməkdir. Saməd qəsd etmək, yönəlmək mənasındadır». İbn 

Qeyyim 




  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Saməd 

  güc  və  qüvvəti  sonsuz,  hər  şeyi 



bilən,  əsla  heç  bir  şeyi  unutmaz.  Göyləri  və  yerləri  və  ikisi  arasında  olanları  yönəldib 

idarə edən Odur. O, bütün varlılıqların yaradıcısı olduğu kimi bu valılıqların Rəbbi və 

məlikidir. Belə olan bir Rəbbin bənzəri əsla olmaz. Çünki O, bütün Sifət və fellərində 

bənzərsizdir».  

 

SADİQ 

 

əs-Sadiq 



  Bu  İsim  Quranda  həm  İsim,  həm  də  fel  olaraq  da  keçər.  «Biz  şübhəsiz 

ki, doğru olanlarıq». (əl-Ənam 146). «Allahdan daha doğru sözlü kim vardır».  (ən-

Nisa  87,122).  “Biz  sənə  (Allahdan)  doğru  xəbər  gətirmişik.  Biz,  həqiqətən,  doğru 

danışanlarıq!”. (əl-Hicr 64). Bu İsim insanlar haqında da işlədilir. Doğruluğu çox olan 

kimsəyə  də  sıddıq  deyilir.  Sidq  yalanın  ziddidir.  Musaddiq  doğrulayan  deməkdir. 

Sıddıq  daima  doğru  söyləyən,  doğruluqdan  ayrılmayan  və  doğruluğu  çox  olandır.  Bu 

söz  daha  çox  sözlərini  əməlində  doğrulayan  üçün  işlədilir.  Sən  də  Allahın  ayələrini, 

möcüzələrini, dəlillərini, isimlərini, sifətlərini, fellərini, hökmlərini və sözlərini doğrula 

və  bunlara  qəlbdən  inan.  «Allah  sizə  verdiyi  sözündə  sadiq  qaldı».  (Ali  İmran  152). 

Allah sadiqdir və hər sözü doğrudur. Allah qullarına veriyi hər vədi gerçəkləşdirir. Hər 

bir şeyin təməli doğruluq üzərində qurulur. Buna görə də hər sözündə və davranışında 

doğru  olan,  doğruluğunu  gerçəkləşdirən  qurtulmuşdur.  Sən  də  qurtulmaq  üçün  doğru 

olmağa çalış ki, adın doğru olanlar arasında çəkilsin. «Möminlər içərisində elələri də 



vardır  ki,  Allahla  etdikləri  əhdə  sadiq  olarlar».  (əl-Əhzab  23).  «Həqiqətən  bunlar 

doğru  olanlardır



».  (əl-Bəqərə  177).  Allah  sözlərində  doğru  olmayanlara  da  xitab 

edərək:  «Əgər  onlar  Allaha  verdikləri  sözdə  sadiq  olsalardı  bu  onlar  üçün  daha 

xeyirli olardı». (Muhəmməd 21).  

 

SİTTİR 

 

əs-Sittir 

 Beyhəqi 





 rahmətullahi aleyhi 



 deyir ki: «Sittir 

 örtən deməkdir. Allah 



qullarının bir çox ayıblarını və qüsurlarını örtər. Onları ortaya çıxarıb insanlar arasında 

rəzil  etməz.  Buna  görə  də  qullarda  öz  ayıblarını  və  qüsurlarını  örtərək,  onları 

ləkələyəcək  əməllərdən  qaçmalıdırlar»

218


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  - 

buyurdu: «Həqiqətən Əziz və Cəlil olan Allah Həyalı və Örtəndir...”

219


.  

 

SƏTTƏR – SƏTİR 

 

əs-Səttər - əs-Sətir - Əbu Hureyrə - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Hər  kim  bir  mömini  dünya  sıxıntılarının 

birindən  qurtararsa,  Allah  onu  Qiyamət  gününün  sıxıntılarının  bir  sıxıntısından 

qurtarar.  Hər  kim  çətinliyə  düşənin  çətinliyini  yüngülləşdirərsə,  Allah  da  o,  kimsəyə 

                                                

217


 Əbu Davud 1493, Əhməd 3/120,158,225, Tirmizi «Dəvət» 63.  

218


 Beyhəqi «Əsməul Husnə» s. 91, 484.  

219


 Nəsəi 1/200, əl-Albani “Səhih Nəsəi” 1/86-87, H. 393.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə