2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə37/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   33   34   35   36   37   38   39   40   ...   231

 

73 


aleyhi  və  səlləm 

  buyurdu:  «Yumşaqlıqdan  məhrum  olan,  xeyirdən  məhrum  olur»



200

Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 Aişə - radıyallahu anhə 





 yə buyurdu: «Ya 

Aişə! Şübhəsiz ki, Allah Rafiqdir (qullarına qarşı lütfkardır). Rifqi (sözdə, işdə yumşaq 

olmağı)  sevər.  Şiddətə  (sərtliyə)  qarşı  vermədiyi  (hətta)  ondan  başqalarına  da 

vermədiyi şeylərə Rifqə verir»

201

. Uca Allah fellərində Rəfiqdir. Çünki O, məxluqatını 



bir  dəfədə  ya  da  bir  anda  yaratmağa  güc  yetirdiyi  halda,  hikmətinin  və  Rifqi  olaraq 

yavaş-yavaş  yaratmışdır.  Həmçinin  digər  şəriət  qayda-qanunlarını  da  müəyyən  bir 

mərhələ ilə qadağan etmişdir. İçkinin haram edilməsi, riba

202


 və s məsələlərdə.  

Rafiq  həmçinin  də  səfərdə  birlikdə  olmaq,  yoldaş  mənasında  da  işlədilmişdir. 



«Onlar  necə  də  gözəl  (Rafiq)  yoldaşdılar».  (ən-Nisa  69).  Allah  Rafiqdir.  Yəni 

yumşaqlığı  çox  olandır.  Ziddi  sərtlikdir.  Allah  xeyiri  bol  olan,  xeyir  yollarını 

asanlaşdırandır.  Allahın  insan  oğluna  ən  böyük  asanlıq  isə  Quranı  əzbərliyənlərə 

asanlaşdırmasıdır. «And olsun ki, Biz Quranı ibrət almaq, öyüd-nəsihət qəbul etmək 



üçün belə asanlaşdırdıq». (əl-Qəmər 32). Allahın asanlaşdırması olmasaydı heç kimsə 

Quranı  asanlıqla  əzbərləməzdi.  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allah 

Rafiqdir. Tələsməyən deməkdir. Çünki tələsmək itirməkdən və qaçırmaqdan qorxanlar 

üçündür. O, isə hər şey əlində olan, tələsməyəndir. Allah yumşaqlığı sevər isə – Allah 

işlərində və əməllərində tələsməyənləri sevər deməkdir».  

 

RAZZAQ – RAZİQ 

 

ər-Razzaq 



  «Heç şübhəsiz ki, ruzi (RAZZAQ) verən, O mətin qüvvət sahibi olan 



Allahdır». (əz-Zariyat 58). Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Razzaq 

 ruzini 



bol-bol və geniş şəkildə verəndir». Buna görə də hər bir müsəlman Allahdan başqa ruzi 

verən Razzəq olmadığını bilməlidir.  



ər-Raziq 



 «Sən ruzi verənlərin ən xeyirlisisən». (əl-Maidə 114). «Allah dilədiyinə 



hesabsız ruzi verir». (əl-Bəqərə 212). «Yer üzündə ruzi əldə edə bilməyən neçə-neçə 

canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir». (əl-Ənkəbut 60). Həlimi 



 



rahmətullahi aleyhi 



 deyir ki: «Raziq 

 bədənlərin sağ qalması üçün vacib olan şeyləri 



verən,  ehtiyac  duyduqları  nemətləri  onlara  verən  deməkdir».  Ənəs  b.  Məlik  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  –  in 

dövründə  qiymətlər  artmağa  başladı.  İnsanlar:  “Ey  Allahın  Rəsulu!  Qiymətlər  artdı. 

Bizə  bir  qiymət  təyin  et  (Qiymətlərə  hədd  qoy)”  dedilər.  Peyğəmbər:  “Qiymətləri 

tənzimliyən  Allahdır,  Genişlədib  çox-çox  verən  (Bəsit)  Allahdır,  Ruzi  (Raziq)  verən 

Allahdır,  Daraldıb  (Qabid)  qıtlıq  gətirən  də  Allahdır.  Mən  Allaha  yanımda  kimsənin 

mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu

203

.  


 

RƏBB 

 

ər-Rəbb 



  «Həmd  yalnız  aləmlərin  Rəbbi  olan  Allaha  aiddir».  (əl-Fatihə  1).  İbn 

Abbas 




 radıyallahu anhu - rəvayət  edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm - 

buyurdu: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən 

                                                

200

 Müslim 2592. 



201

 Müslim 2593.  

202

 Riba – dörd mərhələdə haram edilmişdir. 1) Rum 39. 2) Nisa 160,161,. 3) Ali İmran 130. 4) Bəqərə 275-279.  



203

 Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.  




 

74 


razı  olan  kimsə  imanın  şirinliyini,  tamını  tapar»

204


.  Rəbb 

  kəliməsinin  malik  (sahib) 



mənasında  olduğu  da  söylənilmişdir.  Bu  durumda  aləmlərin  Rəbbi  (sahibi)  doğru  bir 

ifadədir.  Çünki  aləm  kəliməsi  bütün  varlılıqları  əhatə  edər.  «Firon  dedi:  «Aləmlərin 



Rəbbi  nədir?».  Musa:  «Əgər  yəqin  inanacağsansa  O,  göylərin,  yerin  və  onların 

arasında olanların Rəbbidir!» deyə cavab verdi». (əş-Şuəra 23,24). Rəbb 

 daha çox 



ibadət  edilən  Məbud  mənasında  işlədilir.  Qəbr  əzabına  aid  hədisdə:  «Rəbbin 

(məbudun)  kimdir?»  deyə  soruşurlar.  Uca  Allah  qulların  həqiqi  məbududur.  O,  bütün 

mal,  mülk  və  insanların  maliki  və  sahibidir.  Bütün  varlıqları  yaradan  və  ruziləndirən 

Odur.  Ondan  başqa  olan  bütün  rəblər  nə  yarada  bilərlər,  nə  də  ruziləndirə.  Bütün 

varlılıqlar  yoxdan  yaradılmışlar.  Hamısı  Onun  mülküdür.  Hər  şey  Onun  əmri  ilə  var 

olmuşdur.  Allah  hər  şeyə  sahibdir.  Heç  bir  şey  Onun  mülkündən  kənara  çıxa  bilməz. 

Uca  Allah  mülkündə  dilədiyi  şəkildə  hərəkət  edən  malik,  itaət  edilən,  əmrinin 

altındakıları  idarə  edən,  onları  tərbiyə  edən  və  işlərini  dilədiyi  şəkildə  düzəldən  və 

yoluna qoyandır. Allah hər şeyin Rəbbi və məlikidir. O, əvvəlkilərin də sonrakıların da 

Rəbbidir. Məğribin də məşriqin də, göylərin və yerin, ikisi arasında olanların, dünyanın 

və  axirətin  maliki  və  sahibidir.  Mülk  Onundur.  Mülkündə  Ona  şərik  olan  kimsə 

yoxdur.  O,  mal  və  mülkü  dilədiyinə  verir,  dilədiyindən  də  alır.  Dilədiyini  əziz, 

dilədiyini  də  zəlil  edir.  Dilədiyini  xoşbəxt,  dilədiyini  də  bədbəxt  edir.  Dilədiyini 

ucaldır,  dilədiyini  də  alçaldır.  Dilədiyinə  qız,  dilədiyinə  də  oğlan,  dilədiyinə  də  əkiz 

oğlan və ya qız uşağı, dilədiyinə də heç övlad bəxş etməz.  

O,  hər  şeyi  bilən  güc  və  qüdrət  sahibidir.  Gecədən  gündüzü,  gündüzdən  də  gecəni 

çıxarır.  Ölüdən  diri,  diridən  də  ölü  çıxaran  da  odur. Ölümdən  sonra  yer  üzünü  təkrar 

dirildən  Odur.  Kimisini  güldürən,  kimisini  də  ağladan  Odur.  Kimisini  yaşadan, 

kimisini  də  öldürən,  insanları  cift-cift,  kişi  və  qadın  olaraq  mənidən  (spermadan) 

yaradan  odur.  Kimisinə  bol  mülk  verərək  zəngin  edən,  kimisinə  də  mülk  verməyərək 

kasıb  edən  Odur.  Var  edəndə,  yox  edəndə  Odur,  başladan  və  sona  çatdıran  da  Odur. 

Göyləri  düşməməsi  üçün  tutub  saxlayan,  gecəni  qaranlıq,  gündüzü  aydın,  yer  üzünü 

döşək  kimi  sərən  və  qullarının  yer  üzündə  yaşamalarını  asanlaşdıran,  dağları  yer 

üzünün dirəkləri  edən, göy üzünün yer üzünə düşməsinə  mane  olan, gəmiləri əmri ilə 

dənizdə üzməsinə, qaranlığın ardıyca səhəri gətirən, gecəni insanlar üçün bir dincəlmə 

edən Odur. Günəş və ay Onun əmri ilə hərəkət edərlər. Nə günəş ayı keçə bilər, nə də 

gecənin  gündüzü  keçməsi  mümkündür.  Hər  biri  öz  axarı  ilə  hərəkət  edərlər.  İnsanı 

yaradan Odur. İnsana qulaq,  göz, qəlb  verən Odur. Lakin insanlar nə az şükr edərlər. 

Qiyamət  günü  bütün  insanları  dirildən,  dənizlərin  bir-birinə  qarışmasına  mane  olan, 

qullarına saysız-hesabsız ruzi verəndir. Buna görə də bu İsimlə heç kəsi nə çağırmaq, 

nə  də  müraciyət  etmək  olar.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurur: «Sizdən heç kim öz (qulluqçusuna) 



Rəbbinə  su  ver,  Rəbbini  doydur,  Rəbbinə  dəstəmaz  aldır  və  s  deməsin.  (Ey  kölələr!) 

Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. 

Oğlum,  qızım  desin  (Başqa  rəvayətdə:  Əslində  qul  və  kölə  sizsiniz,  Allah  isə 

Rəbbdir)»

205

.  


                                                

204


 Müslim 34. 

205


 Müslim, Əbu Davud 4975.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə