2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə34/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   30   31   32   33   34   35   36   37   ...   231

 

67 


üzdən  O,  hər  yöndən  həmd  edilməyə,  sevilməyə  və  təriflənməyə  layıqdır.  O,  zatı, 

sifətləri,  isimləri  və  felləri  üçün  sevilməyə  və  tərif  olunmağa  tək  varlıqdır.  Ondan 

qaynaqlanan hər bir şey gözəldir. Və hər yaxşılıq üçün Ona həmd edilməlidir.  

Bütün  göylər,  yer,  ikisi  arasında  olanlar  və  bunlardan  var  olanlar  Allaha  həmdlə 

dolmuşdur.  Allahın  həmdi  dünyanı  və  axirəti,  bütün  aləmləri  doldurmuşdur.  Bütün 

varlıqlar  nöqsansız  bir  şəkildə  Ona  həmd  edərlər.  Sonunda  Ona  həmd  edilməyən  bir 

hökm  yoxdur.  Göylər  və  yer  Ona  həmd  ilə  dururlar, Cənnət  əhli  Cənnətə,  Cəhənnəm 

əhli  də  Cəhənnəmə  Ona  həmd  edərək  girirlər.  Həsənul  Bəsri 



  rahmətullahi  aleyhi 



 

deyir  ki:  «Cəhənnəm  əhli  Allaha  həmd  edərək  Cəhənnəmə  girirlər».  Allah  bütün 

aləmlərin Rəbbi  olması ilə  öyünür və yalnız  onun həmdə  layiq olduğunu bizə bildirir: 



«Həmd  Aləmlərin  Rəbbi  olan Allahadır».  (əl-Fatihə 2). Allah  kitabları göndərməklə 

öyünür: «Həmd olsun o, Allaha ki, Quranı heç bir əyriliyə yol vermədən öz bəndəsinə 



nazil etdi!». (əl-Kəhf 1). Allah göyləri və yerləri yaratmaqla öyünür: «Həmd göyləri və 

yerləri yaradan, qaranlıqları və nuru yaradan Allahadır». (əl-Ənam 1). Allah hər bir 

şeyin sahibi olmaqla və mülkünün qüsursuz olduğu ilə öyünür: «Göylərdə və yerlərdə 



nə varsa hamısının sahibi olan Allaha həmd olsun». (əs-Səba 1). Onun həmdi bütün 

zaman və məkanı doldurmuş, bütün əşyaları və sözləri əhatə etmişdir: «Elə isə axşam-



səhər  Allahı  təqdis  edib  şəninə  təriflər  deyin!  Göylərdə  və  yerdə  həmd  yalnız  Ona 

məxsusdur.  Gün  batanda  da,  gündüz  də  Onu  təqdis edib  şəninə  təriflər  deyin».  (ər-

Rum  17,18).  Bütün  varlıqlar  necə  Ona  həmd  etməsinlər  ki?  «O,  yaratdığı  hər  şeyi  ən 

gözəl  yaradandır».  (əs-Səcdə  7).  Ona  necə  həmd  etməsinlər  ki,  Onun  əmri  ilə  var 

olmuşlar: «Dağlara baxıb onları donmuş zənn edirsən, halbuki onlar bulud  keçdiyi 



kimi keçib gedərlər. Bu hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir». 

(ən-Nəml  88).  Varlıq  aləmindəki  ən  kiçik  parçalar  belə  Ona  həmd  edir  və  həmd 

edilməsinə  şahidlik  edərlər:  «Yeddi  göy,  yer  və  onlarda  olan  bütün  məxluqat  Allahı 



təqdis  edir.  Elə  bir  şey  yoxdur  ki,  Allaha  tərif  deyib  ona  şükr  etməsin,  lakin  siz 

onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və 

bağışlayandır».  (əl-İsra  44).  Allahın  bütün  felləri  hikmət,  mərhəmət  və  faydalarla 

doludur.  Onun  hər  bir  feli  ədalətdir  və  gözəldir.  Qadağan  etdiyi  hər  bir  şey  isə  pisdir. 

Bütün  varlıq  Onundur.  Bütün  yaxşılıqlar  Onun  əlindədir.  Bütün  işlər  sonda  Ona 

qayıdacaqdır.  Hər  şey  Ona  doğru  axmaqdadır.  O,  bu  İsim  və  Sifətlərilə  həmd  edilir, 

övülür  və  mədh  edilir.  Allah  ən  gözəl  və  mükəmməl  sifətlərə  sahibdir.  Heç  bir 

nöqsanlığı  və  qüsuru  yoxdur.  Onun  sahib  olduğu  bu  sifətlərin  hər  biri  ən  mükəmməl 

şəkildə  həmdə  layiqdir.  Zatında,  sifətlərində,  isimlərində  və  fellərində  Ona  həmd 

olunsun.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Ey  Rəbbimiz!  Göylər, 

yer  və  hər  ikisi  arası  qədər  və  bunlardan  başqa  sənin  dilədiyin  qədər  Sənə  həmd 

olsun»

182


. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm - buyurdu: «Ən gözəl zikr Lə İləhə 



İlləllah, ən gözəl dua isə Əlhəmdulilləh»

183


. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm - 

buyurdu:  «Rukudan  qalxarkən:  «Rabbənə  Və  Ləkəl  Həmd 

  Rəbbimiz!  Həmd  yalnız 



Sənədir»

184


Allahın  bütün  İsimləri  gözəldir,  pis  olanı  yoxdur.  Onun  bütün  Sifətləri  ən 

mükəmməl və ən üstündür, heç bir nöqsanlıq və qüsur yoxdur. Bütün fellərində hikmət 

vardır,  hikmətsiz  və  faydasız  heç  bir  feli  yoxdur.  Göylərdə  və  yerdəki  ən  gözəl 

                                                

182


 Müslim 476.  

183


 Nəsai 837.  

184


 Buxari «Azan» 74,82, Müslim 414.  


 

68 


örnəklər  Ona  aiddir.  O,  üstün  və  hikmət  sahibidir.  Nəyi,  harada,  necə  edəcəyini  ən 

gözəl bilən Odur. Heç bir bənzəri yoxdur. Kamillik Sifətlərinin ziddi yoxdur. Həyatın 

ziddi  olan  ölüm  Onda  yoxdur.  Qayyumun  ziddi  olan  qəflət,  yanılma,  yatmaq,  mürgü 

Onda əsla yoxdur. Allah elm sahibidir. Bunun zidd olan, unutma və buna bənzər şeylər 

Onda yoxdur. O, tam güc və qüdrət sahibidir. Ziddi olan acizlik, yorğunluq, taqətsizlik 

Onda  yoxdur.  O,  kəsinliklə  heç  kəsə  möhtac  deyildir.  Gücsüzlük,  yaradılma  və 

cansızlıq  Onun  haqqında  mümkün  olmadığı  kimi  Onun  öyülməməsi  və  həmd 

edilməməsi  də  mümkün  deyildir.  Bütün  həmd  və  təriflər  onadır.  Əbu  Hureyrə  



radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Şeytan  sizlərdən  birinin  yanına  gələrək  ona  belə  vəsvəsə  verə  bilər:  «Bu  şeyi  kim 

yaradıb? «Filan şeyi kim yaradıb?», sonda isə: «Bəs onda Allahı kim yaradıb?» deyər. 

Əgər vəsvəsələr bu həddə çatsa qoy o, kimsə Allaha sığınsın»

185


.  

 

HƏYY – QAYYUM 

 

əl-Həyy 



 Hər yönüylə tam bir həyata sahib olan deməkdir. İbn Abbas - radıyallahu 



anhu 



 deyir ki: «Həyy 

 gücünü  itirməyən və  yox olmayan  deməkdir». Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 

 buyurdu: «Yə Həyyu, Yə Qayyumu Birahmətikə Əstəğisu 



Əslih Li Şəni Kulləhu Vələ Təkilni İlə Nəfsi Tarfətə Ayn - Ya Həyyu! Ya Qayyumu! 

Rəhmətinlə  yardım  diləyirəm.  Bütün  işlərimi  islah  et  və  məni  bir  göz  qırpımı  belə  öz 

ixtiyarıma buraxma»

186


. İbn Abbas - radıyallahu anhu 



 rəvayət  edir ki, Peyğəmbər 



 

sallallahu aleyhi və səlləm 

 dua edərkən buyurdu: «…Sən əsla ölməyən və daima diri 



olansan»

187


. 

əl-Qayyum 



  Ölməz,  daima  mövcud  olan,  heç  bir  şeyə  möhtac  olmayan,  hər  bir 

şeyin  Ona  möhtac  olması  mənasındadır.  Qurani  Kərimdə  3  ayədə  Həyy  İsmi  ilə  zikr 

edilmişdir.  «Allah,  Ondan  başqa  İlah  yoxdur.  Diridir  (Həyy),  ölməzdir  (Qayyum-



dur)». (əl-Bəqərə 255). «Sən əsla ölməyən və daima diri olan (Allaha) təvəkkül et və 

Onu  həmd  ilə  təsbih  et».  (əl-Furqan  58).  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Qayyum 

 sonu olmayan və varlığı daim olandır». 



 

HƏYİYYU 

 

əl-Həyiyyu  -  Allah  özünü  həya  sifəti  ilə  vəsf  etdiyi  kimi,  Peyğəmbər 



  sallallahu 

aleyhi  və  səlləm 

  də  Onu  bu  sifətlə  vəsf  etmişdir.  Buna  görə  də  O,  Həya  və  Kərəm 



sahibidir.  Salman  Farisi 



  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu 



aleyhi və səlləm - buyurdu: «Əbədi və Kərim olan Rəbbimiz əllərini ona tərəf qaldıran 

qulunun  əllərini  geri  boş  qaytarmaqdan  Həya  edir»

188

.  Ummu  Süleym 





  radıyallahu 

anhə 



 deyir ki: «Allah haqqı bəyan etməkdən həya etməz»

189

. Rəsulullah 





 sallallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  «Allah  həya  sahibidir  və  ayıbları  örtəndir.  Biriniz 

yuyunduğu  zaman  örtünsün»

190

.  Hər  müsəlman  onu  yaradan  Rəbbindən  utanmalı  və 



həya  etməlidir.  Belə  ki,  Rəbbi  onu  qadağan  etdiyi  yerlərdə  görməməli,  əmr  etdiyi 

                                                

185

 Buxari 3276.  



186

 “Səhihul Tərğib vət Tərhib” 1/273.  

187

 Buxari.  



188

 Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865. Musnəd 5/438, əl-Albani “Səhih Tirmizi” 3/179.  

189

 Buxari 6091, Müslim 313.  



190

 Əbu Davud 4012.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə