2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə43/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   39   40   41   42   43   44   45   46   ...   231

 

85 


bağışlaması  tam  və  əskiksizdir.  Belə  ki,  bağışlamanın  ən  üst  dərəcəsində  Onun 

məğfirəti vardır.  

Hər  müsəlman  Uca  Allahın  mütləq  məğfirət  sahibi  olduğunu  və  yalnız  Onun  bunu 

haqq  etdiyini  bilməlidir.  Ondan  başqa  qulların  günahlarını  bağışlayan  kimsə  yoxdur. 



«Kafir olanlar iman gətirənlərə dedilər: Bizim yolumuza tabe olun. Günahlarınızı öz 

boyunumuza  götürərik.  Halbuki  onların  heç  bir  günahını  öz  boyunlarına 

götürməzlər. Onlar həqiqətən də yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahları, 

həm  də  başqa  günahlarla  yüklənəcəklər».  (əl-Ənkəbut  12-13). Tövbə  edən  isə  sanki 

heç  günah  işləməmiş  kimidir.  «O,  müttəqilər  ki,  bir  günah  iş  gördükləri,  yaxud 



özlərinə  zülm  etdikləri  zaman  Allahı  yada  salıb  günahlarının  bağışlanmasını 

istəyərlər.  Axı  günahları  Allahdan  başqa  kim  bağışlaya  bilər?».  (Ali  İmran  135). 

«Əgər  vaz  keçərlərsə  keçmişdə  (etdikləri)  şeylər  bağışlanacaqlar».  (əl-Ənfal  38). 

«Həqiqətən Mən tövbə edən, inanan, saleh əməllər edib sonra da doğru yola yönələn 

kimsəni  şübhəsiz  ki,  bağışlayacağam».  (Ta  ha  82).  «Onlar  səhər  vaxtlarında 

bağışlanma  diləyənlərdir».  (Ali  İmran  17). «Gecə  boyunca  az  yatarlar.  Onlar  səhər 

vaxtlarında  istiğfar  diləyərlər».  (əz-Zariyət  17-18).  Hər  bir  müsəlman  bir  günah 

işlədiyində  onu  insanlardan  gizləməli  və  əsla  açığa  çıxarmamalıdır.  Peyğəmbər 



 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Mənim  ümmətimdən  mücahirlərdən  başqa 



hamı  əff  olunacaqdır».  Səhabələr:  «Mücahirlər  kimdir  ya  Rəsulullah?»  dedilər. 

Peyğəmbər:  «Onlar  günah  edir  Allah  isə  onların  günahlarının  üstünü  örtər.  Səhər 

açılmamış çölə çıxaraq öz günahlarını insanlara bildirərlər»

236


. Bu İsimləri bilən hər bir 

müsəlman  öz  günahlarını  gizlətdiyi  kimi,  başqalarının  da  günahlarını  gizlətməli  və 

açığa  çıxarmamalıdır.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Kim  bir 



müsəlmanın (xəta və günahını) örtərsə, Allah da dünya və axirətdə o, kimsənin (xəta və 

günahını)  örtər»

237

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Bir  qul 



dünyada  bir  qulun  (ayıbını)  örtərsə,  Allah  da  qiyamət  günü  mütləq  o,  qulun  (ayıbını) 

örtər»


238

.  


 

ĞANİ 

 

əl-Ğani 



  zəngin  olmaq,  heç  bir  şeyə  möhtac  olmayan  mənasına  gələn  Ğina 

 



məsdərindən  sifət  olan  Allahın  gözəl  İsimlərindən  biridir.  Qurani  Kərimdə  7  yerdə 

keçməkdədir.  «Rəbbin  heç  bir  şeyə  ehtiyacı  olmayan  rəhmət  sahibidir».  (əl-Ənam 



133, əl-Bəqərə 267). İstər zatında, istərdə sifətlərində, fellərində heç bir zaman, heç bir 

surətdə, heç bir şeyə  möhtac olmayan, hər şeyin Ona möhtac olduğu tək zəngin Odur. 

Allahın ibadətlərimizə bir ehtiyacı yoxdur. Qurani Kərim bunu bir çox ayələrdə bəyan 

edir.  «Qurbanlıq  heyvanlarının  nə  ətləri,  nə  qanları  Allaha  çatmaz.  Ona  ancaq 



sizdən  təqva  çatır».  (əl-Həcc  37).  O,  halda  insan  Allaha  qulluq  edərkən,  Onun 

əmrlərini  yerinə  yetirərkən  Allaha  minnət  etmə  kimi  bir  hissə  qapanmamalıdır.  Qula 

yaraşan Rəbbini bu şəkildə tanıması, Ona möhtac olduğunu xatırından çıxarmaması və 

bütün  ehtityaclarında  Ona  yönəlməsidir.  Allah  zəngindir.  Onun  heç  bir  şeyə  ehtiyacı 

yoxdur. Ondan başqa hər şey Ona  möhtacdır. Onun rəhmi  və  mərhəməti  olmadan bir 

kimsənin  yaxlşılıq  etməsi  və  bu  yaxşılıqda  zirvəyə  qalxması  mümkün  deyildir.  Eyni 

                                                

236


 Buxari, Müslim.  

237


 Müslim 2699.  

238


 Müslim 2590.  


 

86 


şəkildə  Onun  ədaləti  və  hikməti  olmadan  bir  kimsənin  pislik  etməsi  və  bu  pislikdə 

zirvəyə çatması mümkün deyildir.  



 

ĞALİB 

 

əl-Ğalib 

  «Allah  öz  işində  (əmrində)  Qalib  olandır  (istədiyini  edəndir)».  (Yusif 



21). Ğalib 

 Allahın feli sifətlərindəndir. Allahın qalib gəlməsi dilədiyi kimsəyə qadir 



olması, gücü çatması və onu dilədiyi şəkildə yaxalaması deməkdir. Heç şübhə yox ki, 

Allahı  məğlub  etmək  istəyən  kəsinliklə  yeniləcəkdir.  Hər  müsəlman  Allahın  mütləq 

qalib  olduğunu  bilməli  və  hər  işində  yalnız  Ona  arxalanmalıdır.  Səmimiyyətlə  Qalib 

olana arxayın olan kimsəyə qarşı bütün yer üzündəkilər belə əleyhinə olsalar sonunda 

o,  qalib  gələcəkdir.  «And  olsun  ki,  Mən  və  Peyğəmbəri  qalib  gələcəyik



».  (əl-



Mucadələ  21).  Allahdan  üz  çevirərək  başqalarına  arxayın  olanlar  mütləq  məğlub 

olacaqlar. «Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!». (ən-



Nisa 76).  

 

QĀDİR - QADİR – MUQTƏDİR 

 

əl-Qādir 



  əl-Qadir 



  əl-Muqtədir 



  «Elə  isə  O,  Allah  ölüləri  diriltməyə  qadir 



deyilmi?».  (əl-Qiyamə  40).  «Allah  hər  şeyə  qadirdir».  (əl-Bəqərə  20).  «Haqq 

məclisində,  qadir  hökmüdar  (MUQTƏDİR)  Allahın  hüzurunda  olacaqlar».  (əl-

Qəmər  55).  “De:  “Allah  başınızın  üstündən  və  ayaqlarınızın  altından  (göydən  və 

yerdən)  sizə  əzab  göndərməyə,  sizi  dəstələr  halında  qarışdırmağa  və  birinizə 

digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik 

ki,  bəlkə,  başa  düşsünlər!”.  (əl-Ənam  65).  Həlimi 



  rahmətullahi  aleyhi 

– 

deyir  ki: 



«Bu isimlər heç bir şeyin Allahı aciz edə bilməyəcəyinə dəlildir. O, dilədiyini edəndir. 

Heç  kimsə  Ona  mane  ola  bilməz».  «Məgər  onlar  göyləri  və  yeri  yaratmış  və  onları 



yaratmaqdan  yorulmamış  Allahın  ölüləri  də  diriltməyə  qadir  olduğunu  görüb 

anlamazlarmı?».  (əl-Əhqaf  33).  «Allah  hər  şeyə  qadirdir!».  (əl-Kəhf  45).  Xattabi 



 



rahmətullahi aleyhi 



 deyir ki: «Muqtədir 

 gücü və qüvvəti tam olandır. Belə heç bir 



şey Onun gücünə qarşı dura bilməz. Ona mane  ola bilməz. Heç bir güc Onu aciz edə 

bilməz. Qadir, Qədirdən daha əhatəli olub mütləqiyyət ifadə edər».  

Qādir,  Qadir  və  Muqtədir  güc  və  qüdrət  sahibi  deməkdir.  Qādir  –  üçün  bir  şeyi 

dilədiyindən  edən və ya etməyəndir. Qaadir üçün diləmək bir şeyi  etmək üçün  mütləq 

olması vacib olan bir şərt deyildir. Allah qiyaməti bu an da etməyə qadirdir. Əgər O, 

Bunu diləyərsə edə bilər. Lakin qiyaməti bu an etmədiyinə görə Allah bunu bu an üçün 

diləməməkdədir.  Allahın  əzəli  elmi  ilə  qiyamət  üçün  müəyyən  bir  vaxt 

müəyyənləşdirməsi Onun güc və qüdrətində bir qüsur olduğunu göstərməz.  

Mütləq  Qādir  hər  varlığı  tək  başına  və  diləməsi  ilə  heç  kimsədən  kömək  almadan 

yoxdan  var  edəndir.  Bu  da  ancaq  Allah  üçün  keçərlidir.  Qul  da  bəzi  şeylər  etməyə 

qadirdi.  Lakin  onun  qüdrəti  olduqca  naqisdir  (azdır).  O,  bu  gücünü  sadəcə  varlığı 

mümkün  olan  bəzi  şeylər  üzərində  göstərə  bilər.  Uca Allah  kimi  bir  şeyi  yoxdan  var 

edə  bilməz.  Yoxdan  var  etmə  özəlliyi  yalnız  Allaha  məxsusdur.  Qullarının  gücünü  də 

yaradan  Odur.  Allah  qüdrət  sahibi  olduğuna  görə  dilədiyinə  hidayət  verir,  dilədiyi 

kimsələri  də  sapdırır.  İnanclını  inanclı,  inkarçını  inkarçı,  yaxşını  da  yaxşı,  pisi  də  pis 

edən  Odur.  İbrahim 



  əleyhissəlam 



  və  ailəsini  inanclı  edərək  insanları  Ona  dəvət 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə