117
səlləm - buyurur: «Allaha gözəl olandan (halaldan) başqa bir şey yüksəlməz»
341
. Əbu
Musa əl-Əşari - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Allah yatmır. Ona yatmaq yaraşmaz. Mizanı (Başqa rəvayətdə:
Ədaləti) endirsin və ya qaldırsın. Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin
əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü
(pərdəsi, hicabı) nurdur. (Əbu Bəkr - radıyallahu anhu
–
nun rəvayətində pərdəsi
atəşdir). Əgər üzündəki pərdəni qaldırsa üzünün nurları yaratdığı hər bir şeyi
yandırar»
342
.
5. Rafaə
–
Yarfəu
–
qalxmaq sözündən. Bir çox məxluqatı özünə doğru yüksəldən.
«Ya İsa! Həqiqətən mən sənin ömrünü tamam edib öz dərgahıma qaldıraram». (Ali
İmran 55). «Xeyir! Allah onu öz dərgahına qaldırmışdı». (ən-Nisa 158).
6. Mütləq
Uluv (ucalıq) həm zatı, həm də sifətləri ilə.
«O, Alidir (ucadır) və Azim-
dir (böyük)». (əl-Bəqərə 255). «Allah hər şeydən uca və böyükdür». (əl-Həcc 62).
7. Kitabın onun tərəfindən endirilməsi. Nazil olması.
«O, yeri və uca göyləri
yaradan Allah tərəfindən endirilmişdi». (Ta ha 4). «De ki, onu Ruhul-Qüds (Cəbrail)
Rəbbindən haqq olaraq endirmişdi». (ən-Nəhl 102). «Həqiqətən biz Quranı dünya
səmasına nazil etdik». (Qədir 1).
8. Bəzi məxluqların ona yaxın olması.
«Rəbbinin yanında olanlar». (əl-Əraf 206).
«Göylərdə və yerdə nə varsa onundur. Onun yanında olanlar isə
…
» (əl-Ənbiya 19).
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurur: «O, kitab onun yanında Ərşin
üstündədir»
343
.
«Fironun yoldaşı (Asya dua edərək) Ey Rəbbim! Öz dərgahında
mənim üçün ev qərar et və məni Firon və onun əməlindən qurtar. Məni zalım
qövmdən xilas et». (Təhrim 11).
9. Fi
–
da, də, ön qoşması ilə Allahın göydə olması. «Göydə olanın yeri titrədib sizi
onun dibinə göndərməyəcəyinə əminsinizmi. Göydə olanın sizin üstünüzə daş
yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?» (Mulk 16,17). İbn Ömər
–
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu:
«Rəhman olan Allah Rəhm edənlərə Rəhm edər. Yerdə olanlara rəhm edin ki, səmada
olan da sizə rəhm etsin»
344
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Siz
mənə iman gətirmirsiniz (Etibar etmirsiniz). Mən səmada olanın əminiyəm (Səmada
olan mənə etibar etdiyi halda). Səhər-axşam mənə səmalardan xəbərlər gəlir»
345
.
Allahın göydə olması bu iki mənadan birini kəsb edir
346
.
341
Buxari 1410,6993,7340, Müslim 1014, İmam Əhməd 3/33,418, əl-Albani «Muxtasarul Uluvv» s. 86, 11, "İrva2 886,
"Mişkət" 1/431, "Səhih" 5600,6152.
342
Müslim 179/293, İmam Əhməd 4/395,401, İbn Məcə 195, Darimi «ər-Rədd aləl Mərisi» s. 173, Beyhəqi «Əsmə və
Sifət» s. 402, əl-Albani «Muhtasarul Uluvv» s. 86, «Səhih Cəmius Səğir» 1860.
343
Buxari, Müslim.
344
Buxari, Müslim.
345
Buxari 3344,3610,4351,5058,6931,7562, Müslim 1063, Huzeymə 2373, Əbu Davud 4764, əl-Albani "Muxtəsər
Uluv" s.84, "Səhih" 2645, "İrva" 864.
346
Yön (Tərəf, İstiqamət, Məkan) Bu bölümdə Allah üçün yön olub-olmadığı barədə danışacağıq. Allah üçün yön
(məkan) təyin etmək doğru deyildir. Əgər yön (məkan) deməklə alçaqlıq (aşağı) qəsd edilmişsə bu Allah üçün qəbul
edilməzdir. Çünki Allah zatıyla, sifətlərilə Ucadır. Əgər yön (məkan) deməklə yüksəklik tərəf qəsd edilmişsə, bu da
Allah üçün qəbul edilməzdir. Çünki Allahı yaratdıqlarından heç bir şey əhatə edə bilməyəcək qədər Böyük və Ucadır.
Kursisi göyləri və yerləri əhatə etmişkən yaratdıqları Onu necə əhatə edəbilər? Əgər yön (məkan) ilə Allahı əhatə etmək
olmadan Onun Böyüklüyünə və Ucalığına yaraşır yüksəkli yönü qəsd edilmişsə, bu Allah üçün var olan həqiqətdir.
Əgər səndən: Siz Allahın yaratdıqlarından bir şeyin Onu əhatə etmiş ola biləcəyini rədd edisiniz. Allahı Kitabında və
Peyğəmbərin Sünnəsində: Allahın göydə olması – sözünə nə deyirsiniz?". Cavab: Allahın göydə olması göyün Onu
əhatə etməsini bildirməz. Allahın göydə olmasını – göyün Onu əhatə etdiyini söyləyən kimsə sapıq, əgər başqasına
nisbət edərək söyləmişsə yalançı və xətalıdır. Allahın böyüklüyünü, Onun hər şeyi (Elmilə) əhatə etdiyini, Qiyamət
118
1) Burada göy ilə yüksəklik qəsd edilmişdir. Buna görə də məna: «Allah
yüksəkdədir, yəni yüksəklik yönündədir». Göy, Qurani Kərimdə sabit olan yüksəklik
mənasındadır. Məs: «Göydən üstünüzə yağış yağdırmışdır». (əl-Ənfal 11)
347
. Yəni
göyün özündən deyil, yüksəkdən su (yağış) endirir. Çünki yağış buluddan enər (yağar).
2) Ayədə keçən «Fi – Səməi» ləfsindəki «Fi» «Alə» mənasındadır ki, bundan da
«Allah göyün üstündədir» olur. Qurani Kərimdə bir çox yerlərdə «Fi» (da, də içində),
«Alə» (üstə, üzərində) mənasına gəlməkdədir. Məs:
«Yer üzündə dolaşın». (ət-Tövbə
2). Yəni yerin üzərində dolaşın, içində deyil.
(Firon dedi) Mən də sizin əl-ayağınızı
çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam». (Ta ha 71). Yəni
xurma ağacının üzərinə asacağam, içinə deyil.
10. İstiva
–
ucalması. «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). «O, böyük
əzəmətli Ərşin sahibi». (əl-Muminun 86).
11. Dua edərkən əllərin qaldırılması. Salman Farisi
–
radıyallahu anhu
–
rəvayət
edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Həya və Kərəm sahibi
olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan
utanır»
348
. Əbu Hənifə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Uca Allaha əllər yuxarıya
qaldırılaraq dua edilir. Aşağıdan dua edilməz. Aşağıda olmanın Rububiyyətdən və
Uluhiyyətdən heç bir əlaqəsi yoxdur»
349
.
12. Allahın dünya səmasına enməsi. Əbu Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir
ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Rəbbimiz hər gecənin 1/3-də
dünya səmasına enir və buyurur: Mənə dua edənin duasını qəbul edərəm, məndən
istəyənin istədiyini verərəm, bağışlanma diləyəni bağışlayaram»
350
.
13. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - in vida həcci. Cabir b. Abdullah
–
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsululah
–
sallallahu aleyhi və səlləm - vida həcci
zamanı xütbəsində buyurdu: «Mən sizə dində olan hər bir şeyi çatdırdımmı?»
Səhabələr: «Bəli, ya Rəsulullah!» Allah Rəsulu şəhadət barmağını qaldıraraq: «Ya
Rəbbim! Sən şahid ol ki, mən onlara hər bir şeyi çatdırdım»
351
.
14.
Əynə
–
harada? Sözünün işlədilməsi. Müaviyə b. əl-Həkəm əs-Sələmi
–
radıyallahu anhu
–
rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün
canavar qoyunlardan birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də
vurdum. Peşmançılıq çəkdim və hadisəni Rəsulullah
–
sallallahu aleyhi və səlləm - ə
danışdım. Allah Rəsulu buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli
günü yer üzünün Onun ovcunda olacağını, göyü kitab səhifəsi kimi bükəcəyini bilən bir kimsə əsla yaratdıqlarından hər
hansı bir şeyin Onu əhatə etdiyini ağlına belə gətirməz"
346
.
Cism - Allahın Cism olması mümkün deyidir. Cism
haqqında danışmaq və Allahın cism olub-olmadığını söyləmək Kitab, Sünnət və Sələfin sözlərində keçməyən bidətdir.
Cism iki və daha çox maddədən əmələ gələn bir şeydir, kütlə. Əgər cisimdən hər bir parçası digərinə möhtac olan bir
neçə parçalardan yaranan, sonradan var olmuş bir şey qəsd edilirsə bu Həyy və Qayyum olan Allah haqqında mümkün
deyidir
346
.
347
Bax: əl-Bəqərə 22, İbrahim 32, ər-Rəd 17, əl-Hicr 22, Ta ha 53, əl-Həcc 5, 63.
348
Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865. Musnəd 5/438, əl-Albani “Səhih”.
349
Fikhul Əbsat s. 51.
350
Buxari 1145, Müslim 168, 758, Əbu Davud 1315,4733, Tirmizi 446,3498, İbn Məcə 1366, Darimi 1478, Əhməd
"Sünnə" 153, Lələkai 745, Zəhəbi "Uluv" 78, əl-Albani "Ziləlul Cənnə" 492-503, "İrva" 450, "Səhih" 8165, Mişkət
"1223.
351
Müslim 1218, Əbu Davud 1905, İbn Məcə 3074, Darimi 1850, Zəhəbi "Muhtəsər Uluv" 2, əl-Albani "Uluv" 83,
"İrva" 4/210-209, 1017, "Mişkət" 2/783-787, 2555.