19
də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər»
53
. Başqa rəvayətdə: «Qəriblərə mücdə
olsun! Onlar say etibarı ilə pis adamların içərisində olan, saleh kimsələrdir (azlıq təşkil
edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur»
54
. Allah bizi də
onlardan etsin.
ŞƏHADƏT
Şəhadət
–
bir şey haqqında bilərək xəbər vermək, onun doğru olduğunu və sabit
olduğuna inanmaq deməkdir. İqrar və itaət, qəlb və dil bir-birinə müvafiq olmadıqca
şəhadət mötəbər sayılmaz. Çünkü Allah münafiqlərin söylədiklərini: «(Ya Peyğəmbər)
Münafiqlər sənin yanına gəldikləri zaman: Biz sənin doğrudan da Allahın
Peyğəmbəri olduğuna şəhadət veririk!». (əl-Münafiqun 1). Onlar bu kəlməni yalnız
dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. «Allah da sənin onun
həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı
olduqlarına şəhadət verir». (əl-Münafiqun 1)
55
.
Şəhadət kəlməsi özü-özlüyündə onu açıqlayır ki, onu söyləyən hər bir kəs yalnız
elmi, yəqinliyi, ixlası və səmimiyyəti əsnasında bu kəlməni söyləmiş olur. Bu
xüsusiyətlərin olamaması şəhadət kəlməsini etibarsız edir. Şəhadət elm üzərində olan
bir kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi şeyə şahidlik
edər. Bilmədiyi bir şeyə şəhadət edərsə bu – Yalançı şəhadət adlanır. Bu şəhadəti
insanlar da qəbil etməzlər. Şəhadəti deyən insan Allaha söz verir ki, mən Səndən başqa
heç kəsə ibadət etməyəcəyəm. Əgər o, bu sözünə əməl etməzsə: «Ya filankəsin
cəddi!», «Ya filankəs!» deyərsə onda bu söz pozular. Şəhadət Kəliməsinin fayda
verməsi üçün insan iki şeyi bilməlidir.
1. Şəhadət Veriləni
–
Allahı tanımaq. Bu da özü-özlüyündə iki şeyi əhatə edir. 1)
Ümumi tanımaq. 2) Təfsilatı ilə tanımaq.
Əşhədu
–
elmlə deyilən bir sözdür. Bu da bəsirət, göz və xəbərnən əldə edilən bir
elmdir. Osman –
raıyallahu anhu - rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və
səlləm - buyurdu: «Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək
ölərsə Cənnətə girər»
56
. O, dediyi sözün düzgün olması üçün Allahı tanımaq lazımdır.
Allah tək olduğuna, bənzəri olmadığına, oxşarının, şərikinin olmadığını bilməlidir.
Allah Saməddir
–
ehtiyacsız, möhtac deyildir. Allah yeməyə, içməyə, rahatlığa
ehtiyacı yoxdur. Bütün məxluqat Allaha möhtacdır. Allaha zəiflik,
xəstəlik, yuxu, ölüm
və s kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, yoldaşı da yoxdur. Allah
aləmlərin Rəbbidir. Bütün mülk onun əlindədir. Əmr etmək də, yaratmaq da ona aiddir.
İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
bu kəlməni belə izah edir: «İlah
–
ibadət və itaət
olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. Çünki o, elə bir xüsusiyyətlərə
malikdir ki, istər-istəməz onu yüksək məhəbbətlə sevmək və ona itaət, ibadət etmək
qaçınılmazdır. İlah
–
nə ki, sevilir, ibadət edilir və qəlblərin (ürəklərin) ona olan
məhəbbətindən ilahlaşdırılır. Ona itaət edirlər və onun qarşısında alçalırlar. Ondan
qorxurlar və onu arzulayırlar (istəyirlər). Bəlada ona sarı qaçırlar və mühüm
məqamlarda duaları ona yönəldirlər. Ruzi intizarında ona təvəkkül edilir və ondan
sığınacaq istənilir. Onun adı zikr olunanda sakitləşirlər və ona olan məhəbbətdən
53
Müslim.
54
əl-Albani «Səhihul Cəmius Səğir» 1/12, 3816.
55
«əl-Əqidətul-Vasitiyyə» İbn Teymiyyə.
56
Müslim.
20
rahatlıq tapırlar. Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur». Artıq insan
bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, Allahı başqa
ibadət olunan ilahlardan ayıra bilməlidir. (Görürsən ki, insan Lə İləhə İlləllah deyir,
lakin Allahdan qeyrisindən kömək diləyir, qurban kəsir, nəzir diyir və s. Deməli bu
insan hələ də Lə İləhə İlləllah kəliməsini başa düşməyib). Az bir bilik ilə onunla
əqidəsi düzgün olar, əməli qəbul olar. Bu kəlimə də ondan qəbul olunar. İnsan bu
ümumi bilgi ilə İslam dininə daxil olur. Lakin insan bu bilgi ilə kifayətlənməməli.
Mütləq o, bilgisini artırmalı və Allahı geniş surətdə tanımalıdır. Allahın İsim və
Sifətlərini bilməlidir ki, bununla da imanı artsın.
2. Şəhadət Kəliməsinin mənasını bilməli və səndən tələb etdiyi şeyləri bilməlisən.
«Allah özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də
haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç
bir ilah olmadığına şəhadət verdilər». (Ali-İmran 18). Bu ayədən göründüyü kimi
Allah özü haqqında şahidlik etdikdə ki, ondan başqa heç bir haqq ilah yoxdur,
Mələklər və Elm sahibləri də şahidlik etdilər. Bu şahidlik ən böyük şəhadətdir. Çünkü
şəhadət kəlməsi sayəsində hər bir kəsin malı və qanı qorunmuş, himayə altına alınmış
olur. İbn Ömər
–
radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və
Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincə, namaz qılınca, zəkat verincəyə
qədər insanlarla vuruşmağa əmir olundum. Bunu etdilərmi, öz qanlarını və mallarını
məndən qorumuş olurlar. İslamın haqqı ilə olması müstəsna. Haqq-hesablarını çəkmək
isə Allaha aiddir»
57
.
Şəhadət kəlməsi ilə Allah bizə əmr etdiyi əməlləri qəbul edir, onunla Cənnətə
girmək və Cəhənnəmdən qurtarmaq olar. «Ayələrimizi yalan hesab edənlərə və onlara
təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə
qədər onlar da Cənnətə daxil ola bilməzlər». (əl-Əraf 40). Nə qədər günahlar böyük
olursa olsun onun səbəbi ilə bağışlanılır.
İlkindən sonuncusuna qədər bütün Peyğəmbərlərin dəvət etdikləri, hətta
dəvətlərinin özəyi və işlərinin başı da bu olmuşdu. Son Rəsulumuz Muhəmməd -
sallallahu aleyhi və səlləm
–
də Məkkədə 13 il yalnız bu kəlməyə dəvət etmiş və
insanlara onun nə qədər mühüm olduğunu açıqlamağa çalışmışdı.
«(Ya Muhəmməd!)
Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!
Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi
(özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman
(onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim
olanlarıq)». (Ali-İmran-64).
LƏ İLƏHƏ İLLƏLLAH - Allahdan Başqa İbadətə Layiq Haqq
İlah Yoxdur –
Ümumən Allah
–
subhənəhu və təalə
–
kitabları – Lə İləhə İlləllah – görə nazil
edib, Peyğəmbərləri – Lə İləhə İlləllah
–
görə göndərib, bizim yaradılışımızda – Lə
İləhə İlləllah
–
görədir, cihadıda - Lə İləhə İlləllah – görə fərz edib. Əsas da elə
57
Buxari, Müslim.