426
Günlərin birində mələk bu üç kimsə ilə görüşmək üçün ilk görüşdüyü surətdə
cüzəmin yanına gəldi və ona: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən
məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra da səndən başqa müraciət
edəcəyim yer yoxdur. Sənə gözəl rəng, gözəl dəri və gözəl mal verən Allah xatirinə
səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün dəvə istəyirəm. Cüzəm: «Borcum
çoxdur və (sənə verəcəyim malım da yoxdur)» dedi. Mələk: «Mən səni tanıyıram. Sən
insanların iyrənərək çəkindiyi və Allahın var-dövlət verdiyi kasıb deyilsən?» dedi.
Cüzəm: «Xeyr, mənə bu mal-qara ata babamdan mülk qalıb!» deyə cavab verdi.
Mələk: «Əgər sən yalan deyirsənsə qoy Allah səni əvvəlki vəziyyətinə qaytarsın!»
dedi. Sonra mələk keçəlin yanına gəldiyi ilk görkəmdə gələrək ona da cüzəmə dediyi
sözlərin eynisini dedi. Keçəl də cüzəmin verdiyi cavabın eynisini vedi. Mələk ona da
bəd dua edərək: «Qoy Allah səni də əvvəlki vəziyyətinə qaytarsın?» dedi. Mələk
bundan əvvəlki surətdə gəldiyi kimi korun da yanına gələrək ona da: «Mən kasıb
birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə
Allahdan, sonra səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözünü qaytaran
Allah and verirəm səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün qoyun istəyirəm».
Kor: «İstədiyin qədər götür və istədiyin qədər də saxla. Həqiqətən mən kor bir kimsə
idim. Allah mənə gözlərimin nurunu verdi. Vallahi bu gün Allah üçün alacağın
(götürəcəyin) heç bir şeydə sənə əngəl olmayacağam və götürdüklərini geri
qaytarılmasını da istəmirəm!» deyə cavab verdi. Mələk: «Malını saxla özünə. Allah
sizləri imtahan etdi və səndən də razı qaldı. O, iki yoldaşına isə qəzəb etdi» deyə cavab
verdi
1675
. Bəğavi
–
rahmətullahi aleyhi
–
deyir ki: «(Bu nemət mənə) Allahdan mənə
gəlmiş bir elm üzərə verilmişdir. Doğrusu bu mənim haqqımdır». Bilirəm ki, dünya
həyatında bu mənə verildiyinə görə Allah qatında mənim yerim, şərəfim vardır.
Mücahid
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bu yaxşılığı əməlim sayəsində qazandım.
Mən bu yaxşılığı haqq etdim». İbn Kəsir
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allahın sizə
bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin
nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri
ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin»
1676
.
4. İnsanlardan Qorxmamaq
De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə,
sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?»
Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə
mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər
Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər
Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus
107). Qul hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və
sayğı duymalı və yalnız Ona qarşı təqvalı davranmalıdır. «O, halda insanlardan
qorxmayın Məndən qorxun». (əl-Maidə 44). «
…
Və yalnız Məndən qorxun». (əl-
Bəqərə 40). «Allaha və onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub
çəkinənlər məhz belələri uğura çatanlardır». (ən-Nur 52). «
…
Qorxub çəkinməyə də,
(günahları) bağıışlamağa da layiq olan ancaq Odur». (əl-Muddəssir 56). Hər bir
məxluqun bir yaradılmışdan ya da yaradıcıdan qoxmasının qaçınılmaz olduğu
məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox baxımdan faydalarından daha
1675
Buxari 3464, Müslim 2964.
1676
İbn Kəsir «Təfsir» 4/314.
427
ağırdır. Allahdan qorxmaq isə dünya və axirət səadətinin səbəbidir. Həqiqətən Allah
ondan qorxulmaya layiqdir. Günahları bağışlayan da Odur, heç bir yaradılmış
günahları bağışlamaya qadir deyildir. Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu
anhu
–
rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in
arxasında idim. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm... Bunu da
bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın
yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər
vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə
bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur»
1677
. İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Həqiqətən də dünyada bir Cənnət vardır
ki, kim o Cənnətə girməzsə axirətin Cənnətinə daxil olmaz. Düşmənlərim mənimlə nə
edə bilər. Mənim Cənnətim, bağım qəlbimdədir. Hara getsəm o, da mənimlədir.
Məndən ayrılmazdır. Həbs olunmağım Allah ilə tək qalmağımdır, öldürülməyim
şəhidlikdir, sürgün olunmağım isə mənim üçün səfərdir».
5. Olub Keçənlərə Peşman Olmamaq
İnsan istədiyi şey alınmadıqda, xoşlamadığı bir şey baş verdikdə narahatçılığı,
peşmançılığı, qəzəblənməyi, özündən tez çıxmağı dəf edə bilməlidir. O, bilməlidir ki,
bunların hamısı Allahın təqdiri ilədir. O, Allah ki, göylərin və yerlərin mülkü onun
əlindədir. Bu kimi şeylərə görə səbr edər və əcrini də Allahdan gözləyər. Bu da insanın
qədərə inanmasının böyük səmərlərindən biridir. İnsanın özündən narahatçılığını,
peşmançılığını qovur. İnsan bilməlidir ki, bu belə də olmalı idi. Başqa çür olması
mümkün də deyildir. Bəzən görürsən ki, insan hansısa işi düzəltmək, islah etmək
istəyir. Lakin iş istədiyinin əksi olaraq alınır. Məs: Görürsən ki, insan qələmini
düzəltmək istədiyi halda onu vurub sındırır. Qədər onun əksinə olur və o, bilməlidir ki,
bu belə də olmalı idi. Başqa cür olması da mümkün deyildir. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
duasında buyurardı: «Allahım!
Verdiyinə mane ola biləcək,
vermədiyini də verə biləcək yoxdur»
1678
. «(Müharibəyə getməyib Mədinədə evlərində)
oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq
assaydılar, öldürülməzdilər» deyənlərə (Ya Muhəmməd!) söylə ki: «Əgər doğru
deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran 168).
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah güclü mömini zəif
mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər.
Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim
belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»
1679
.
6. Günahların Təmizlənməsi
Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mömini nə yorğunluq, nə
xəstəlik, nə əzab-əziyyət, nə rahatsızlıq, nə kədər, nə də bədəninə batan tikan
maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını
təmizləməlidir»
1680
. İbn Məsud
- radıyallahu anhum
–
rəvayət edir ki, qızdırmadan
əziyyət çəkən Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına daxil oldum: «Ya
Rəsulallah! Bu xəstəlikdən nə çox izdirab çəkirsən». Peyğəmbər: «Bəli, mənim xəstəli-
1677
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.
1678
Buxari 1/255, Müslim 1/414.
1679
Buxari, Müslim.
1680
Buxari, Müslim.