2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə216/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   212   213   214   215   216   217   218   219   ...   231

 

426 


Günlərin  birində  mələk  bu  üç  kimsə  ilə  görüşmək  üçün  ilk  görüşdüyü  surətdə 

cüzəmin  yanına  gəldi  və  ona:  «Mən  kasıb  birisiyəm.  Səfər  zamanı  bütün  azuqəmdən 

məhrum  olmuşam.  Bu  günki  gündə  Allahdan,  sonra  da  səndən  başqa  müraciət 

edəcəyim  yer  yoxdur.  Sənə  gözəl  rəng,  gözəl  dəri  və  gözəl  mal  verən  Allah  xatirinə 

səndən  bu  səfərimi  bitirib  (yurduma)  çatmaq  üçün  dəvə  istəyirəm.  Cüzəm:  «Borcum 

çoxdur və (sənə verəcəyim malım da yoxdur)» dedi. Mələk: «Mən səni tanıyıram. Sən 

insanların  iyrənərək  çəkindiyi  və  Allahın  var-dövlət  verdiyi  kasıb  deyilsən?»  dedi. 

Cüzəm:  «Xeyr,  mənə  bu  mal-qara  ata  babamdan  mülk  qalıb!»  deyə  cavab  verdi. 

Mələk:  «Əgər  sən  yalan  deyirsənsə  qoy  Allah  səni  əvvəlki  vəziyyətinə  qaytarsın!» 

dedi.  Sonra  mələk  keçəlin  yanına  gəldiyi  ilk  görkəmdə  gələrək  ona  da  cüzəmə  dediyi 

sözlərin  eynisini dedi. Keçəl də cüzəmin  verdiyi cavabın eynisini  vedi. Mələk ona da 

bəd  dua  edərək:  «Qoy  Allah  səni  də  əvvəlki  vəziyyətinə  qaytarsın?»  dedi.  Mələk 

bundan  əvvəlki  surətdə  gəldiyi  kimi  korun  da  yanına  gələrək  ona  da:  «Mən  kasıb 

birisiyəm.  Səfər  zamanı  bütün  azuqəmdən  məhrum  olmuşam.  Bu  günki  gündə 

Allahdan,  sonra  səndən  başqa  müraciət  edəcəyim  yer  yoxdur.  Sənə  gözünü  qaytaran 

Allah and verirəm səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün qoyun istəyirəm». 

Kor: «İstədiyin qədər götür və istədiyin qədər də saxla. Həqiqətən  mən kor bir kimsə 

idim.  Allah  mənə  gözlərimin  nurunu  verdi.  Vallahi  bu  gün  Allah  üçün  alacağın 

(götürəcəyin)  heç  bir  şeydə  sənə  əngəl  olmayacağam  və  götürdüklərini  geri 

qaytarılmasını  da  istəmirəm!»  deyə  cavab  verdi.  Mələk:  «Malını  saxla  özünə.  Allah 

sizləri imtahan etdi və səndən də razı qaldı. O, iki yoldaşına isə qəzəb etdi» deyə cavab 

verdi


1675

.  Bəğavi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «(Bu  nemət  mənə)  Allahdan  mənə 

gəlmiş  bir  elm  üzərə  verilmişdir.  Doğrusu  bu  mənim  haqqımdır».  Bilirəm  ki,  dünya 

həyatında  bu  mənə  verildiyinə  görə  Allah  qatında  mənim  yerim,  şərəfim  vardır. 

Mücahid 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bu  yaxşılığı  əməlim  sayəsində  qazandım. 

Mən bu yaxşılığı haqq etdim». İbn Kəsir 



 rahmətullahi aleyhi 



 deyir ki: «Allahın sizə 

bəxş  etdiyi  nemətlərlə  qürrələnib  insanlar  arasında  fəxr  etməyin.  Bu  sizin  əməyinizin 

nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri 

ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin»

1676


.  

4. İnsanlardan Qorxmamaq  

De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, 

sizin  Allahdan  qeyri  ibadət  etdikləriniz  onun  zərərini  aradan  qaldıra  bilərlərmi?» 

Yaxud: «Əgər Allah  mənə bir mərhəmət  əta etmək istəsə,  onlar onun  mərhəmətinə 

mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər 

Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər 

Allah  sənə  bir  xeyir  diləsə,  heç  kəs  onun  nemətinə  maneçilik  edə  bilməz».  (Yunus 

107). Qul hər  şeyin Allahdan  gəldiyini bildiyinə görə  yalnız Allah  hüzurunda qorxu  və 

sayğı  duymalı  və  yalnız  Ona  qarşı  təqvalı  davranmalıdır.  «O,  halda  insanlardan 



qorxmayın  Məndən  qorxun».  (əl-Maidə  44).  «



Və  yalnız  Məndən  qorxun».  (əl-



Bəqərə  40).  «Allaha  və  onun  Peyğəmbərinə  itaət  edənlər,  Allahdan  qorxub 

çəkinənlər məhz belələri uğura çatanlardır». (ən-Nur 52). «



Qorxub çəkinməyə də, 



(günahları)  bağıışlamağa  da  layiq  olan  ancaq  Odur».  (əl-Muddəssir  56).  Hər  bir 

məxluqun  bir  yaradılmışdan  ya  da  yaradıcıdan  qoxmasının  qaçınılmaz  olduğu 

məlumdur.  Yaradılmışdan  qorxmanın  zərəri  bir  çox  baxımdan  faydalarından  daha 

                                                

1675

 Buxari 3464, Müslim 2964.  



1676

 İbn Kəsir «Təfsir» 4/314.  




 

427 


ağırdır.  Allahdan  qorxmaq  isə  dünya  və  axirət  səadətinin  səbəbidir.  Həqiqətən  Allah 

ondan  qorxulmaya  layiqdir.  Günahları  bağışlayan  da  Odur,  heç  bir  yaradılmış 

günahları  bağışlamaya  qadir  deyildir.  Əbul-Abbas  Abdullah  b.  Abbas  -  radıyallahu 

anhu 

 rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 in 



arxasında idim. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm... Bunu da 

bil  ki,  əğər  bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir  yerə  yığışsalar  Allahın 

yazdığından  artıq  sənə  heç  bir  xeyir  verə  bilməzlər.  Bunu  da  bil  ki,  əğər  sənə  zərər 

vermək  üçün  bir  yerə  yığışsalar  yenə  də  Allahın  yazdığından  artıq  sənə  zərər  verə 

bilməzlər.  (Çünkü)  qələmlər  qaldırılmış,  səhifələrin  (mürəkkəbi)  qurumuşdur»

1677


.  İbn 

Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Həqiqətən  də  dünyada  bir  Cənnət  vardır 

ki,  kim  o  Cənnətə  girməzsə  axirətin  Cənnətinə  daxil  olmaz.  Düşmənlərim  mənimlə  nə 

edə  bilər.  Mənim  Cənnətim,  bağım  qəlbimdədir.  Hara  getsəm  o,  da  mənimlədir. 

Məndən  ayrılmazdır.  Həbs  olunmağım  Allah  ilə  tək  qalmağımdır,  öldürülməyim 

şəhidlikdir, sürgün olunmağım isə mənim üçün səfərdir».  



5. Olub Keçənlərə Peşman Olmamaq  

İnsan  istədiyi  şey  alınmadıqda,  xoşlamadığı  bir  şey  baş  verdikdə  narahatçılığı, 

peşmançılığı, qəzəblənməyi, özündən tez çıxmağı dəf edə bilməlidir. O, bilməlidir ki, 

bunların  hamısı  Allahın  təqdiri  ilədir.  O,  Allah  ki,  göylərin  və  yerlərin  mülkü  onun 

əlindədir. Bu kimi şeylərə görə səbr edər və əcrini də Allahdan gözləyər. Bu da insanın 

qədərə  inanmasının  böyük  səmərlərindən  biridir.  İnsanın  özündən  narahatçılığını, 

peşmançılığını  qovur.  İnsan  bilməlidir  ki,  bu  belə  də  olmalı  idi.  Başqa  çür  olması 

mümkün  də  deyildir.  Bəzən  görürsən  ki,  insan  hansısa  işi  düzəltmək,  islah  etmək 

istəyir.  Lakin  iş  istədiyinin  əksi  olaraq  alınır.  Məs:  Görürsən  ki,  insan  qələmini 

düzəltmək istədiyi halda onu vurub sındırır. Qədər onun əksinə olur və o, bilməlidir ki, 

bu  belə  də  olmalı  idi.  Başqa  cür  olması  da  mümkün  deyildir.  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm 

 



duasında  buyurardı:  «Allahım!  Verdiyinə  mane  ola  biləcək, 

vermədiyini  də verə biləcək yoxdur»

1678

.  «(Müharibəyə getməyib Mədinədə evlərində) 

oturan  və  (müharibəyə  getmiş)  qardaşları  haqqında:  «Əgər  onlar  sözümüzə  qulaq 

assaydılar,  öldürülməzdilər»  deyənlərə  (Ya  Muhəmməd!)  söylə  ki:  «Əgər  doğru 

deyirsinizsə,  onda  (bacarıb)  ölmü  özünüzdən  uzaqlaşdırın».  (Ali-İmran  168). 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  güclü  mömini  zəif 



mömindən  daha  çox  sevir.  Hər  bir  işdə  özünə  faydalı  olanı  götürməyə  səy  göstər. 

Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim 

belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»

1679


.  

6. Günahların Təmizlənməsi  

Əbu  Səid  əl-Xudri  və  Əbu  Hureyrə  -  radıyallahu  anhum 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Mömini  nə  yorğunluq,  nə 



xəstəlik,  nə  əzab-əziyyət,  nə  rahatsızlıq,  nə  kədər,  nə  də  bədəninə  batan  tikan 

maraqlandırır.  Onu  maraqlandıran  Allahın  bunlara  səbr  etdiyinə  görə  günahlarını 

təmizləməlidir»

1680


.  İbn  Məsud  -  radıyallahu  anhum 

  rəvayət  edir  ki,  qızdırmadan 



əziyyət  çəkən  Peyğəmbər 



sallallahu  aleyhi  və  səlləm 

  in  yanına  daxil  oldum:  «Ya 



Rəsulallah! Bu xəstəlikdən nə çox izdirab çəkirsən». Peyğəmbər: «Bəli, mənim xəstəli-

                                                

1677

 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 



1678

 Buxari 1/255, Müslim 1/414. 

1679

 Buxari, Müslim.  



1680

 Buxari, Müslim.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə