2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə217/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   213   214   215   216   217   218   219   220   ...   231

 

428 


yim sizdən iki nəfərin (bu xəstəlikdən) çəkdiyi izdirab kimidir». Mən: «Bu ona görədir 

ki,  sən  bu  xəstəlikdən  iki  qat  əcr  qazanırsan?»  deyə  soruşdum.  Peyğəmbər:  «Bəli,  bu 

belədir  deyərək  istənilən  müsəlmanın  başına  gələn  xəstəlik,  bədəninə  batan  tikan  və 

bundan  daha  böyük  hər  hansı  qəza  başına  gələrsə  Allah  bu  səbəblə  onun  pisliklərini 

örtər və o, kimsə günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökər»

1681


. Əbu Hureyrə 

radıyallahu  anhum 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

 



buyurdu:  «Mömin  və  möminə  xanım  daima  Allahın  imtahanlarına  məruz  qalacaqlar. 

O, imtahanlar ki, onların özlərinə, uşaqlarına və mallarına toxunacaqdır o, vaxta qədər 

ki, onlar öz Rəbblərini günahsız qarşılayana qədər»

1682


«Sizə üz verən hər bir müsibət 

öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». (əş-Şura 

30).  

7. Böyük Əcr (Mükafatın) Verilməsi  

«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can  (övlad) və məhsul 

qıtlığı  ilə  imtahan  edərik.  (Ya  Muhəmməd!  Belə  imtahanlara)  səbr  edən  şəxslərə 

müjdə  ver.  O,  kəslər  ki,  başlarına  bir  müsibət  gəldiyi  zaman:  «Biz  Allahın 

bəndələriyik və (öləndən sonra) ona tərəf (onun dərgahına) qayıdacağıq» deyirlər. (əl-

Bəqərə  155-156).  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  buyurdu  –  mömin  qulumun  ən  çox 



sevdiyi  insanları  əlindən  alsam  və  o  da  buna  səbr  edərək  əcrini  Məndən  gözləyərsə, 

Məndə  ona  Cənnətdən  başqa  bir  mükafat  olmaz»

  1683

.  Ənəs  -  radıyallahu  anhu 



 

rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Allah buyurdu – 



İki  gözünü  alaraq  qulumu  imtahan  etdiyim  zaman  səbr  edərsə,  onların  yerinə  ona 

Cənnəti verərəm»

1684

. Əbu Hureyrə - radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  kimə  xeyir  diləyərsə  onu  imtahanlara 



məruz qoyar»

1685


 

8. Ölümdən Qorxmamaq  

«Allahın  izni  olmayınca  heç  kəsə  ölüm  yoxdur.  O,  (lövhi-məhfuzda)  vaxtı 

müəyyən  edilmiş  bir  yazıdır».  (Ali-İmran  145).  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  – 

deyir  ki:  "Hər  bir  şey  səbədləri  ilə  bərabər  təqdir  edilmişdir.  Bunlardan  biri  də 

duadır

1686


. Səbəbsiz olaraq heç bir şey təqdir edilməmişdir. Hər bir şeyin təqdir edilmiş 

bir səbəbi vardır. Qul səbəbi etdiyi zaman təqdir edilmiş hadisə baş verir, əksi təqdirdə 

baş  vermir.  Həqiqətən  aclığı  dəf  etmək  və  susuzluğu  götürmək  -  yemək  və  içməklə 

bağlıdır,  uşağın  olması  isə  -  yaxınlıqla,  məhsul  yığımı  -  əkinçiliklə,  (qurbanlıq) 

heyvanın  ölümü  -  onun  kəsilməsiylə,  həmçinin  Cənnətə  düşməkdə  əməllər 

(səbəbilədir),  Cəhənnəmə  düşmək  –  Allah  Qorusun  –  digər  (əmmələrlə)  bağlıdır"

1687



Rəvayət  edilir  ki,  Əbu  Ubeydə  Ami  b.  əl-Cərrah  -  radıyallahu  anhu  –,  Ömər  



radıyallahu  anhu  –  nun  Şamda  Taun  xəstəliyinin  yayılmasına  görə  şəhərə  girməmək 

qərarına  qarşı  etiraz  edərək  dedi:  "Ey  möminləri  əmiri!  Allahın  bizim  üçün  təqdir 

                                                

1681


 Buxari 5647, Müslim 2571. 

1682


 Tirmizi 2401. 

1683


 Buxari 6424. 

1684


 Buxari 5653. 

1685


 Buxari 5645. 

1686


 İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:

 

"Dua baş verən 



və  baş  verməyən  (hadisələrdən)  kömək  edir.  Ey  Allahın  qulları!  Allaha  dua  edin".  Həkim,  əl-Albani  "Səhih  Cəmius 

Sağir" 1/641.  

1687

 Cavabul Kəfi s. 24.  




 

429 


etdiyi qədərdən qaçırıq?". Ömər: "Ey Əbu Ubydə! Bu sözləri başqası desəydi? Bəli, biz 

Allahın qədərindən digər qədərinə qaçırıq" dedi

1688

.  


9. Hər Çətinlikdən Sonra Asantlıqlar Vardır  

Əbul-Abbas  Abdullah  b.  Abbas  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  bir  gün 



(minikdə)  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  in  arxasında  idim.  O,  buyurdu: 



«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm... Bunu da bil ki, (Allahın) yardımı, 

zəfəri  -  səbrlə  birlikdədir.  Qurtuluş 



  kədər  və  sıxıntı  ilə  bərabərdir  və  şübhəsiz  ki, 



hər bir çətinlikdən sonra - asanlıq vardır»

1689


İnsanlar içəisində ən çox rahatlıq içində olanı ən çox yorulanıdır. Yorğunçuluqdan 

sonra  rahatlıq  gəlir.  Deyirlər  ki:  «Dünyada  ağalığa  çatmaq  və  axirətdə  də  səadətə 

çatmaq  üçün  yorğunluq  körpüsünün  üstündən  keçmək  lazımdır».  Rahatçılığın 

arxasından  həsrət  gəlir.  Peyğəmbər 



sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Dünya 



möminin  zindanı, kafirin isə Cənnətidir»

1690


. Şair deyir ki:  «Mən böyük bir rahatçılıq 

gördüm.  Lakin  ardından  yorğunçuluq  vardır.  Əgər  məşəqqət  olmasaydı  hamı  ağa 

olardı».  Əbu  Musa  əl-Əşari  -  radıyallahu  anhu 

 



gecə  və  gündüz  oruc  tutur  və  ona 

deyirlər ki: «Nəfsinə istirahət ver!». O: «Kim rahatlığı tələb edirsə rahatlığı tərk edər». 

İbn Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir ki:  «Kim rahatlığı üstün tutarsa o, rahatlığı 

ötürər. İnsan nə  qədər bu məşəqqətlərə və çətinliklərə dözərsə bir o qədər də sevinər, 

ləzzət alar. Himməsi

1691


 olmayanın sevinci də olmaz, səbri olmayanın ləzzəti də olmaz, 

bədbəxçiliyi  (çətinliyi)  olmayanın  da  neməti  olmaz,  yorğunçuluğu  olmayanın  da 

rahatçılığı  olmaz».  Sələflər  deyirlər  ki:  «Elm  rahat  bədənlə  alınmaz.  Rahatlıq  yalnız 

yorğunluqla  əldə  edilir.  Nemətlərə  çatmaq  yalnız  o,  yolda  olan  çətinliklərə  dözməklə 

olur.  Bu rahatlığa  yalnız  Cənnətdə  çatılır».  Rabi  b.  Xuseymə 



  rahmətullahi  aleyhi 



 

yə  dedilər  ki,  nəfsinə  bir  az  rahatlıq  ver!  O:  «Mən  onun  rahatlığını  istəyirəm».  İmam 

Əhməd 



 rahmətullahi aleyhi 





 dən soruşdular ki: «İnsan nə zaman rahatlıq tapar?». O: 

«Birinci ayağını Cənnətə qoyduğu zaman».  



10. Bil Ki, Səndən Yan Keçən Bəla Sənə Toxunmamalı İd, Başına Gələn Bəla İsə 

Səndən Yan Keçməməli İdi  

Əbul-Abbas  Abdullah  b.  Abbas  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir  gün 

(minikdə)  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  arxasında  idim.  O,  buyurdu: 

«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm... Bil ki, səndən yan keçən bəla sənə 



toxunmamalı idi. Başına  gələn bəla isə  səndən yan keçməməli  idi»

1692


.  İbn  Deyləmi 

deyir  ki,  Ubey  b.  Kəb  -  radıyallahu  anhu  –  nun  yanına  gələrək  dedim:  "Qəlbimdə 

Qədərə  qarşı  bəzi  şübhələr  yer  almışdır.  Mənə  elə  bir  şeylər  danış  ki,  Allah  onları 

qəlbimdən  dəf  etsin".  O:  "Əgər  Allah  yer  və  göy  əhlini  cəzalandırsaydı  bu  iş  ədalətli 

olardı,  əgər  O  hamısını  əff  etsəydi  Onun  mərhəməti  onların  əməllərinin  qazandığı 

həsənətdən  çox  olardı.  Əgər  sən  Uhud  dağı  boyda  qızıl  xərcləsən,  lakin  Qədərə  iman 

etmədikcə,  sənin  başına  gələn  hər  bir  şeyin  səndən  yan  keçmədiyinə,  səndən  ötüb 

keçənin  isə  sənin  başına  gəlmədiyinə  iman  etmədikcə  Allah  bunu  səndən  qəbul  etməz. 

Əgər  bunlara  iman  etmədən  ölsən  Cəhənnəmə  düşərsən".  Bundan  sonra  mən  İbn 

                                                

1688

 İbn Həcər "Fəthul Bəri" 10/179.  



1689

 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834. 

1690

 Müslim 2956.  



1691

 Himmə – Qarşındakı çətinlikləri asant görmək, iradə sahibi.  

1692

 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834, əl-Albaninin təhqiqi ilə «Riyadus-Salihin» 63. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə