2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Səbr Və Rıda Arasında Fərq



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə213/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   209   210   211   212   213   214   215   216   ...   231

 

420 


Səbr Və Rıda Arasında Fərq:  

Səbr  -  İnsan  səbr  edir  o,  işlərə  ki,  onları  sevmir  və  onlardan  xoşlanmır.  Həmən 

şeyin  (həmən  anda)  baş  verməsini  sevmir.  Eyni  zamanda  insan  şəriətə  və  səbrə  zidd 

olan heç bir şey də etmir. Səbr edir Allahın razılığını qazanmaq və Allahın əmri olduğu 

üçün. Ənəs - radıyallahu anhu 

 rəvayət edir ki, bir gün Peyğəmbər 





 sallallahu aleyhi 

və  səlləm 

  oğlunun  qəbri  üzərində  duraraq  ağlayan  bir  qadının  yanından  keçirdi. 



Peyğəmbər:  «Allahdan  qorx  və  səbrli  ol!»  deyə  buyurdu.  Qadın  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 

  i  tanımadığı  üçün:  «Ged  başımdan!  Sən  mənim  dərdimi 



bilməzsən»  dedi.  Qadına:  «O,  şəxs  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  idi 


deyildikdə  dərhal  onun  ardıyca  qapısına  gəldi».  Lakin  qapı  önündə  (zənn  etdiyi)  kimi 

qapıçılara  rast  gəlmədi.  Qadın:  «Sizi  tanımamışdım  (üzr  istəyirəm)»  dedikdə 

Peyğəmbər: «Həqiqi səbr müsibətin ilk anında olur» deyə buyurdu

1664


.  

Rıda 



  İnsanın  bir  işə  ikrah  etməməsi,  razı  qalmasıdır.  İbn  Teymiyyə 



 

rahmətullahi  aleyhi 



  deyir  ki,  bəndənin  başına  gələnlər  iki  halda  ola  bilər:  «Əməli 

etməzdən özncə ona lazımdır ki, Allahdan kömək diləsin, Allaha təvəkkül etsin və dua 

etsin. Əgər hadisə onun heç bir feli olmadan baş verərsə səbr etsin və razı qalsın. Əgər 

əməl insanın öz istəyi ilə baş verərsə yaxşı əməldirsə (nemətdirsə) Allaha həmd etsin, 

yox  əgər  günahdırsa  Allahdan  bağışlanma  diləsin».  Namaza  başlamamışdan  əvvəl 

Allaha yönəl, Allahdan kömək və əcr dilə. Namazı bitirdikdən sonra bağışlanma dilə. 

Əstəğfirullah  de  və  Allaha  həmd  et  bu  ibadəti  yerinə  yetirdiyinə  görə.  «Səbr  et. 



Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!». (əl-

Mumin 55). Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 

buyurdu: «Allah güclü mömini 



zəif  mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy  göstər. 

Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim 

belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»

1665


 

BƏNDƏLƏRİN ƏMƏLLƏRİ 

 

Quran və Sünnə bəyan etmişdir ki, bəndələrin əməlləri məxluqdur. Həmçinin Allah 



tərəfindən  bu  əməllər  yazılmışdır  və  Allahın  qədərindən  kənarda  da  deyildir.  Allah 

bilirdi  ki,  nə  yaradacaq  və  onlar  da  nə  edəcəklər.  Bütün  bunları  da  Lövhi  Məhfuzda 

yazmışdır.  Allahın  qədəri  öncədən  onlar  üçün  yazılmışdır  və  onlar  da  həmən  qədər 

üzərə hərəkət edirlər. Allah kimin qədərində səadət, xoşbəxtçilik yazıbsa həmən insan 

haqqa hidayət edir, kimin üçünsə bədbəxtçilik yazılıbsa o, da zəlalətə düçar olur. Allah 

Cənnət  əhlinin  öncədən  bilir  və  onlar  üçün  Cənnət  əhlinin  əməllərini  asantlaşdırıb  və 

həmçinin  də  Allah  Cəhənnəm  əhlini  də  bilir  və  onlar  üçün  də  Cəhənnəm  əməllərini 

yaradıb. «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffət 96). 



«Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər 

isə  ziyana  uğrayanlardır».  (əl-Əraf  178).  "(Ya  Rəsulum!)  İnsanları  hikmətlə 

(Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) 

dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq 

şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları 

da daha yaxşı tanıyır!". (ən-Nəhl 125). "Onların etdiyi hər şey (əməllərinin yazıldığı) 

                                                

1664

 Buxari 1283, Müslim 926.  



1665

 Buxari, Müslim.  




 

421 


dəftərlərdədir!". (Qəmər 52). Bura qədər sadaladıqlarımız onu göstərir ki, bütün fellər 

Allah tərəfindən yaradılmışdır. 



«Bu  sizin  (dünyada)  etdiyiniz  yaxşı  əməllər  müqabilində  varis  olduğunuz 

Cənnətdi!».  (əz-Zuxruf  72).  Bu  ayə  insanın ixtiyar  və iradə  sahibi  olduğunu  göstərir. 

«Haqq Rəbbinizdəndir. Kim istəyirsə inansın, kim də istəyir inanmasın



». (əl-Kəhf 



29). Mömin də, kafir də ixtiyar sahibidirlər. Allah insana ağıl verib, qüdrət verib, pis və 

yaxşı  yolu  da  göstərib,  Cənnətə  və  Cəhənnəmə  aparan  əməlləri  də  göstərib  ki,  insan 

seçsin.  «Etdiyiniz  əməllərin  cəzası  olaraq  dadın  əbədi  əzabı».  (əs-Səcdə  14).  «(Ey 

möminlər!)  Qadınlarınız  sizin  (övlad  əkdiyiniz)  tarlanızdır.  İstədiyiniz  vaxtda  öz 

tarlanıza  gəlin».  (əl-Bəqərə  223).  İnsan  ixtiyar  sahibidir  yaxınlaşmağın  formasında. 

Həmçinin  Sünnədən  də  dəlillər  bizlərə  bəyan  edir  ki,  insana  əməl  etmək  və  ya 

etməmək  qadağan  olunmayıb.  Çünki  insan  Allahın  onun  qədərində  nə  yazdığını 

bilməz.  Buna  görə  də  Allaha  təvəkkül  edərək  buyrulan  işləri  etməli,  səadət  yolunu 

tutmalı  və  bu  səadətə  çatmaq  üçün  Allahın  razı  qaldığı  səbəblərdən  tutmalıdır.  Əli  

radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz 

ki,  Cənnətdəki  və  Cəhənnəmdəki  yerini  Allah  yazmış  (təqdir  və  təyin)  etmişdir.  Hər 

kəsin xoşbəxt  və  ya bədbəxt  olduğu şübhəsiz  ki,  yazılmışdır». Səhabələrdən biri:  «Ya 

Rəsulallah!  O,  halda  nə  üçün  əməl  edib  çalışırıq?  Hər  şey  bilindiyi  halda  (əməlin 

faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin 

əməli ilə əməl  edəcəkdir. Bədbəxt  olanlar da, bədbəxt olan  kimsələrin əməli  ilə əməl 

edəcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki 

hər  kəs  nə  üçün  yaradılıbsa  o  da  onun  üçün  asantlaşdırılacaqdır.  Xoşbəxt  olan 

kimsələrə,  xoşbəxt  kimsələrin  əməllərini  etmək  asantlaşdırılacaqdır.  Bədbəxt  olan 

kimsələrə  də,  bədbəxt  olan  kimsələrin  əməlini  etmək  asantlaşdırılacaqdır».  Sonra  bu 

ayəni  oxudu: «Kim  (malını Allah yolunda) versə,  (Allahdan)  qorxsa  və  ən  gözəl  sözü 

təsdiq  etsə  biz  ona  Cənnəti  müyəssər  edəcəyik.  Amma  kim  (malını  Allah  yolunda 

xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və 

ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq» (əl-Leyl 5-10)

1666


. 

İmran  b.  Hüseyn  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki:  «Bir  nəfər  Ya  Rəsulullah! 



Cənnət  əhli  atəş  əhlindən  (ayırd  edilib)  bilindi  mi?»  deyə  soruşdu.  Peyğəmbər:  «Bəli, 

(ayırd  edilib  bilinmişdir)  deyə  buyurdu.  Həmən  şəxs:  «Elə  isə  (yəni  Cənnətlik, 

Cəhənnəmlik əzəldən bəri bəlli olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?» 

dedi.  Peyğəmbər:  «Hər  kəs  nə  üçün  yaradıl-mışsa  onun  yolları  onun  üçün 

asantlaşdırılacaqdır»  deyə buyurdu

1667


.  Ömər  b.  Xattab  - radıyallahu  anhu 

  deyir  ki: 



"Ya  Rəsulullah!  Bizim  etdiyimiz  əməmllər  indi  təqdir  edilir,  yoxsa  artıq  təqdir 

edilmişdir?".  Peyğəmbər:  "Hər  bir  şey  artıq  təqdir  edilmişdir.  Ey  Xattabın  oğlu 

(sənədə),  digərlərinə  də  onun  yolu  asanlaşdırılacaqdır.  Kim  xoşbəxtlər  içərisində 

olarsa,  o  öz  xoşbəxtçiliyi  üçün  çalışır.  Kim  də  bədbəxtlər  içərisində  olarsa,  o  da  öz 

bədbəxtçiliyi üçün çalışır"

1668


. Amr b. As - radıyallahu anhu 

 rəvayət edir ki, bir gün 



Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 əlində iki kitab olduğu halda yanımıza gəldi 



və  buyurdu:  «Bilirsinizmi  bu  nə  kitabdır?".  Biz:  "Xeyr,  Ya  Rəsulullah"  dedik.  O,  sağ 

əlində  olan  kitaba  işarə  edərək:  "Bu  aləmlərin  Rəbbinin  kitabıdır  və  orada  Cənnət 

                                                

1666


 Buxari, Müslim 2647,2648.  

1667


 Buxari, Müslim.  

1668


 Tirmizi 2135, əl-Albani "Səhih".  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə