2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə209/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   205   206   207   208   209   210   211   212   ...   231

 

412 


tutub yerində qopardı! (Başqa rəvayətdə: Yerə yıxaraq onu bıçaqla urdu)». Musa: «Heç 

bir  günah  iş  tutmayan,  buna  görə  də  qisasa  layiq  olmayan  pak,  məsum  bir  cana  qəsd 

etdin?  Doğrusu  olduqca  məzəmmətə  layiq  bir  iş  gördün!»  dedi.  Xıdır:  «Mən  sənə 

demədimmi  ki,  sən  mənimlə  bir  yerdə  (görəcəyim  işlərə)  görə  əsla  səbr  edib  dözə 

bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Əgər bundan sonra səndən bir şey haqqında 

xəbər  alsam,  bir  daha  mənimlə  yoldaşlıq  etmə.  (Hərəkətlərinə  etiraz  etdiyim,  səni 

qınadığım  üçün)  sən  artıq  mənim  tərəfimdən  üzürlüsən  (məni  atıb  getməyə  haqqın 

vardır)  deyə  cavab  verdi.  Sonra  yenə  də  yollarına  düzəlib  getdilər.  Axırda  bir 

məmləkətin  əhalisinə  yetişib,  onlardan  yeməyə  bir  şey  istədilər.  Məmləkətin  əhalisi 

onları  qonaq  (müsafir)  etməkdən  çəkindilər.  Onlar  o,  məmləkətdə  yıxılmaq  (uçulmaq) 

üzərə  olan  bir  divar  gördülər.  (Xıdır)  o,  divarı  əlilə  düzəltdi.  Musa:  «Bunlar  elə  bir 

qövümdür  ki,  biz  onların  yanına  gəldik,  lakin  onlar  bizi  qonaq  (müsafir)  etməkdən 

çəkindilər.  İstəsəydin  sözsüz  ki,  bu  iş  müqabilində  onlardan  (çörək  pulu)  alardın!» 

dedi. Xıdır: «Bu o, deməkdir ki, artıq biz səninlə ayrılmalıyıq. Zahiri gördüyün və dözə 

bilmədiyin şeylərin  daxili mənasını (batinini, mahiyyətini) sənə xəbər verəcəyəm.  

Belə  ki,  gəmiyə  gəlincə  o,  dənizdə  işləyən  bir  qurup  yoxsula  məxsusdur.  Ona  görə 

mən  onu  xarab  etdim  ki,  bu  adamların  arxasında  hər  bir  yaxşı  gəmini  zorla  (ədalətsiz 

olaraq) ələ keçirən bir hökmdar (Hudad b. Budad adlı hökmüdar) vardır. Gəmini almaq 

üçün gələn  hökmüdar onun  deşik olduğunu  gördüyü zaman  onu zorla  ələ  keçirməkdən 

vaz  keçdi.  Sonra  gəmi  sahibləri  o,  gəmini  taxta  ilə  düzəldib  təmir  etdilər.  Oğlan 

uşağına  gəldikdə  isə  onun  ata-anası  mömin  kimsələr  idi.  (Mən  onun  daxilinə  baxıb) 

gördüm ki, həddi-buluğa yetişdiyi zaman kafir olacaqdır. Böyüdükdə isə ata-anasını da 

öz arxasınca  azğınlığa,  küfrə  sürükləyəcəkdir.  İstədim ki,  Rəbbi  onun  əvəzində  onlara 

daha  təmiz  və  ata-anasına  qarşı  daha  mərhəmətli  olan  başqa  bir  övlad  versin  (Başqa 

rəvayətdə: Qız övladları dünyaya gəlir). Divara gəldikdə isə o, məmləkətdə yaşayan iki 

yetim  oğlanındır.  Altında  onlara  çatan  bir  xəzinə  vardır.  Onların  atası  əməlisaleh  bir 

adam idi. Allah onların həddi-buluğa çatmalarını və Rəbblərindən bir mərhəmət olaraq 

öz  xəzinələrini  tapıb  çıxarmalarını  istədi.  (Ya  Musa!)  Mən  bunları  öz-özümdən 

etmədim.  (Yalnız  Allahın  əmrini  yerinə  yetirdim).  Sənin  səbr  edib  dözə  bilmədiyin 

şeylərin daxili  (batini)  mənası  budur!»  dedi.  Peyğəmbər:  «Allah  Musaya  rəhmət  etsin! 

İstərdim ki, o, daha çox səbr edərdi və biz də onların aralarında baş verən hadisələrdən 

daha çox xəbərdar olardıq!» deyə buyurdu

1647

.  


Bu  dünyada  baş  verən  hadisələrdən  danışdığımız  zaman  Allaha  qarşı  ədəb 

formalarına  diqqət  etməliyik.  Xıdır  –  əleyhissəlam  –  xeyirin  (bərəkətin)  Allahdan 

olduğuna:

 

"Rəbbin  onların  həddi-buluğa  çatmalarını  və  Rəbbindən  bir  mərhəmət 



olaraq  öz  xəzinələrini  tapıb  çıxartmalarını  istədi".  (əl-Kəhf  82),  Həmçinin  Musa  – 

əleyhissəlam  –  ın  köməkçisi  balıq  barədə  unutduqda  demədi  ki:  "Bunu  mənə  Allah 

unutdurdu". Əksinə bunu Şeytana nisbət etdi. "Doğrusu, onu xatırlamağı mənə yalnız 



şeytan  unutdurdu".  (əl-Kəhf  63).

 

Şərrin  və  Xeyrin  Allah  tərəfindən  yaradılması  və 

təqdir  edilməsinə  baxmayaraq  şərr  Allaha  nisbət  edilməz.  Şeyx  Useymin  – 

rahmətullahi aleyhi  -  "Əqidətl Vasitiyyə"  1/70,71  deyir  ki: "Xeyir  və  Şərrin  Qədərdən 

olduğuna  iman  gətirmək  –  Şərdən  qəsd  –  baş  verən  (təqdir  edilən)  hadisələrin  şərr 

olmasıdır,  Qədərin  özü  isə  şərr  deyildir.  Uca  və  böyük  olan  Allahın  əməli  şərr  ola 

bilməz.  Çünki  Onun  əməli  Xeyir  və  Hikmətlə  doludur.  Şərr  Alahın  təqdir  etdiyi  və 

yaratdığındadır.  Allahın  əməlində  isə  şərr  yoxdur.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

                                                

1647

 Buxari 1/169, H. 74, 1/174, H. 78, 1/217, H. 122, 4/445, H. 2267, 3278, 3400, 4726, Müslim 2380. 




 

413 


səlləm  –  buyurdu:  "Şərr  sənə  nisbət  edilməz...".  Bizlər  şərr  olaraq  təqdir  olunanda  və 

yaradılanda  görürük.  Vəhşi  heyvanlar,  ilanlar,  əqrəblər,  quraqlıq,  xəstəliklər,  kasıblıq 

və  s.  Bütün  bunlar  insanlar  üçün  şərdir.  Çünki  insan  bunları  qəbul  edə  bilmir. 

Həmçinin  asiliklər,  günahlar,  bədbəxtçilik,  qətillər  və  s.  şərdir.  Lakin  bütün  bunlar 

Allah üçün xeyirdir. Çünki Allah bunlarda böyük hikmətlər və faydalar təqdir etmişdir. 

Allahın  istədiyi  kimsələr  bu  hikmətləri  görür,  diləmədiyi  kimsələr  isə  bunları 

görməzlər. Bizə  şərr  kimi  görünən  bir çox  hadisələrdə  faydalar  ola  bilər.  "İnsanların 

öz  əlləri  ilə  etdiyi  əməllərinin  nəticəsi  olaraq  quruda  və  dənizdə  fəsad  törəyir  ki, 

Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar". (ər-

Rum 41).

  

 

ADƏM VƏ MUSA  

 

Əleyhimussəlam – 



 

Üsyankarlar  etdikləri  günahları, asiliklərini  Allahın  onlar üçün  yazdığı  qədərin  bir 

nəticəsi  olaraq  göstərməyə  çalışırlar.  Öz  xətalarını,  günahlarını  qədərin  üzərinə 

yükləyirlər.  Bu  mövzuda  dəlilləri  isə  Adəm  ilə  Musa  –  əleyhimussəlam  –  ın  Allahın 

dərgahında  bir-birləri  ilə  mücadələ  etmələri  ilə  əlaqədar  olan  hədisdir.  Əbu  Hureyrə  

radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: 

«Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri  ilə  mücadələ  etdilər. 

Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz 

ruhundan üfürdüyü, mələklərini sənə səcdə  etdirdiyi, Cənnətdə yerləşdirdiyi, sonra da 

etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsən?» deyə soruşdu. Adəm: 

«Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər şeyin bəyanı olan Lövəhləri 

verdiyi  və  səninlə  (vasitəçisiz)  danışmaq  üçün  Allahın  özünə  yaxınlaşdırdığı  Musa 

deyilsən?  Səncə  Mənim  yaradılmağımdan  neçə  il  əvvəl  Allahın  Tövratı  yazdığını 

bilirsən?»  deyə  soruşdu.  Musa:  «Qırx  il  əvvəl»  deyə  cavab  verdi.  Adəm:  «Tövratın 

içində:  «Və  Adəm  Rəbbinə  asi  oldu  …».  (Ta  ha  121)  ayəsini  oxudunmu?»  deyə 

soruşdu.  Musa:  «Bəli,  oxudum»  deyə  cavab  verdi.  Adəm:  «Elə  isə  Allahın  məni 

yaratmamışdan  qırx  il  əvvəl  üzərimə  yazdığı  və  edəcəyim  bir  işdən  ötrü  məni 

qınayırsan?»  dedi.  Peyğəmbər:  «Beləcə  Adəm,  Musanı  hüccətlə  məğlub  etdi!»  deyə 

buyurdu


1648

.  


Buna  belə  cavab  verilir.  Bu  hədis  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən 

səhih olaraq nəql edildiyi üçün biz onu qəbul edir, dinlər və itaət edərik. Qədəriyyənin 

etdiyi  kimi  rədd  ilə  ravisini  yalanlamaqla  qarşılıq  vermərik.  Faydasız  təvillərə  də  yol 

vermərik. Səhih olan budur ki, Adəm – əleyhissəlam – Qəza və Qədəri günahına dəlil 

göstərməmişdir. Çünkü o, Rəbbini də, günahını da çox gözəl bilən bir kimsə idi. Onun 

mömin  övladlarından da heç kimsə qədəri günahının əleyhinə dəlil göstərməz. Çünkü 

bu  batil  bir  şeydir.  Musa  –  əleyhissəlam  –  da  öz  atasını  çox  gözəl  tanıyırdı.  Çünkü 

atasını  da  Allah  seçmiş,  bəyənmiş  və  hidayətə  yönəltmişdir.  Bura  da  olan  qınama 

sadəcə  Adəm  övladlarını  Cənnətdən  çıxardan  müsibətdir.  Adəm  –  əleyhissəlam  –  ın 

etdiyi xətaya və günaha görə deyil, müsibətə qədəri dəlil gətirmişdir. Çünkü müsibətlər 

halında  qədəri  dəlil  gətirmək  olar.  Ayıblamaq  və  qüsuru  üzə  çıxartmaq  məqsədilə 

qədər  dəlil  göstərilməz.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –



 

deyir  ki,  qədər 

günahlarda deyil, müsibətlərdə dəlil gətrilir. Qulun öz istəyi və iradəsi olmadan başına 

                                                

1648

 Müslim 2652. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə