2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə207/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   203   204   205   206   207   208   209   210   ...   231

 

408 


2. Kovni iradə  mütləq baş verəcəkdir. Baş verməməsi  mümkün  deyildir. Şəri iradə 

isə  yalnız  səbəbləri  götürənlərdə  baş  verir.  Ola  bilər  ki,  baş  versin.  Ola  bilər  ki,  baş 

verməsin.  

3.  Kovni  iradə  Allahın  məhəbbətindən  aslı  deyildir,  şəri  iradə  isə  Allahın 

məhəbbətindən aslıdır.  

4.  Kovni  iradə  bütün  məxluqata  yonəldilmişdir,  şəri  iradə  isə  mükəlləflərə  (ağlı 

başında olan və həddi-buluğa çatanlara) yönəldilmiş-dir. Məs: Körpə uşağa biz namaz 

qılmağı əmr  etmirik. Çünki  həddi-buluğa çatmayıb və ağlı  da başında deyildir. Lakin 

kovni olaraq o, uşağın ağlaması, külməsi yazılmışdır.  

 

KOVNİ VƏ ŞƏRİ İRADƏYƏ ƏSASƏN ALLAHIN İRADƏSİ 



BU DÖRD HALDA OLA BİLƏR 

 

1.  Allahın  hər  iki  iradəsinin  eyni  anda  baş  verməsi:  Kovni  və  Şəri  iradənin  bir 



insanda cəm olması Saleh əməllər etməsi və qadağalardan çəkinməsidir

1634


.  

2.  Yalnız  Şəri  iradə  ilə  baş  verir,  kovni  iradə  isə  yox.  Bu  o,  saleh  əməllərdir  ki, 

Allah  bizlərə  şərən  buyurub.  Lakin  bu  əməlləri  kafirlər,  fasiqlər  tərk  edərək  asiliklər 

edirlər.  Kafirlərə  iman  gətirmək  əmr  olunub,  fasiqlərə  isə  asiliklər  etməmək  əmr 

olunmuşdur.  Lakin  onlar  Allahın  şəriətinə  müxalif  çıxaraq  asiliklər  edirlər  və  bu  da 

kovni  olaraq  baş  verir,  şəri  olaraq  isə  yox.  Allah  Fironun,  Əbu  Cəhlin,  Əbu  Talibin 

iman  gətirib,  saleh  əməl  etməsini  istəyirdi,  lakin  kovni  olaraq  bu  belə  deyildir.  Ona 

görə  də  kovni  iradə  baş  verir,  şəri  iradə  isə  yox.  Baş  verib-verməməsindən  aslı 

olmayaraq Allah Şəri iradədən razıdır.  

3.  Yalnız  kovni  iradədən  aslı  olan  əməllərdir.  Allah  həmən  əməlləri  Kovni  olaraq 

istəyib və qədər edib, lakin edilməsini bizlərə əmr etməyib. Bu da mübah olan əməllər, 

fasiqlik,  asilik,  fahiş  işlər  və  s.  Allah  bunları  sevmir  və  bunlardan  razı  da  deyildir. 

Lakin Qədər edibdir. Şərən isə bizə buyurmamışdır.  

4.  Allah  onu  nə  Kovni  olaraq  istəyib,  nə  də  Şəri  olaraq  istəyib.  Bu  növə  baş 

verməyən  və  yaradılmayan  asiliklər,  icazəli  əməllər  daxildir.  Asiliklər  olduğuna  görə 

Allah  sevmir,  istəmir.  Kovni  olaraq  istəmədiyinə  görə  də  baş  verməyib.  Kovnən  onu 

istəməyib, istəsəydi baş verərdi.  

 

ƏRŞ VƏ QƏLƏM 

 

İbn  Ömər,  Ubadə  İbn  Sabit  və  İbn  Abbas  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki, 



Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Heç  şübhəsiz  ki,  Allahın  ilk 

yaratdığı şey qələmdir». Ona: «Yaz!» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» 

dedi.  Allah:  «Qiyamətin  qopacağı  vaxta  qədər  hər  bir  şeyin  qədərini  yaz!»  deyə 

buyurdu


1635

. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 



                                                

1634


 Məcmuul Fətava 8/198.  

1635


 Əbu  Davud  2155,3319,  Tirmizi  3319,  Musnəd  5/317,  İbn  Əbi  Asim  "Sünnə"  102-107,  əl-Albani  "Ziləlul  Cənnə" 

1/48-50,  "Mişkət"  94,  "Səhih  Silsilə"  133.  Şeyx,  mühəddi  əl-Albani  –  rahmətullahi  aleyhi  –  sözü  keçən  bu  hədis  ilə 

əlaqəli gözəl bir təhrici vardı. Bu təhricdə «Ona yaz dedi» sözünün başında bir «» və ya «Summə - Sonra» olmasını 

təhric etmişdir. Buna görə də o, qələmin ərşdən öncə yaranmış olduğunu,  ərşin isə yazmadan öncə yradılmış olduğunu 

təhric etmişdir". 



 

409 




 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Allah  məxluqatın (qəza və qədərini) göyləri 



və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır. Ərşi də suyun üzərində idi»

1636


Bu  hədislərə  görə  elm  adamları  Ərş  və  qələmin  hansının  daha  öncə  yaradılmış 

olduğu  xüsusunda  fərqli  görüşlərə  sahibdirlər.  Böyük  elm  adamı  İbn  Qeyyim 



 



rahmətullahi  aleyhi 



  bu  xüsusda  iki  görüş  nəql  etmiş  və  ərşin  qələmdən  öncə 

yaradılmış  olduğu  görüşünü  tərcih  etmişdir.  O,  «ən-Nuniyə»  adlı  əsərində  deyir: 

«İnsanlar  görüş  ayrılığına  düşmüşlər.  Qələm  xüsusunda,  ərşdən  öncəmi  idi?  Yoxsa 

ondan sonramı idi? İki görüş vardır. Əbu Əla əl-Həmədaniyə görə həqiqət budur ki, ərş 

öncədir.  Çünki  yazmadan  əvvəl  onun  (ərşin)  rukunları  vardı.  Yazma  isə  sonradan 

gerçəkləşir»

1637


.  

Hədisdən  də  göründüyü  kimi  qələmin  yaradılması  (yəni  qədərin  yazılması)  ərşin 

yaradılmasından sonra meydana gəlmişdir. Məxluqatın qədəri isə Qələmin yaradılması 

ilə  birlikdə  olmuşdur.  Bu  qələm  də  qələmlərin  ilki,  ən  fəzilətlisi  və  ən  dəyərlisidir. 

Təfsir  alimlərinin  bir  çoxu  belə  deyirlər:  «Bu  qələm  Uca  Allahın:  «Nun!  And  olsun 

qələmə». (Qələm 1) buyurduğunda and içdiyi qələmdir».  

Birinci - qələm qiyamət gününə qədər meydana gələcək hər bir hadisəni və hər bir 

varlığı  yazmış  olduğuna  görə  bütün  bunlar  qələm  ilə  yazılana  uyğun  olaraq  meydana 

gəlirlər.  Buna  görə  də  insanın  başına  gələn  hər  bir  şey  onu  ötüb  keçməməli  idi.  Onu 

ötüb keçən hər bir şey isə onun başına gəlməməli idi. Cabir b. Abdullah - radıyallahu 



anhu 

  rəvayət  edir  ki,  Rəsulullah 





  sallallahu  aleyhi  və  səlləm 

 buyurdu:  «Qədərin 



xeyri və şərri ilə Allahdan olduğuna iman etmədikcə və sənin başına gələn hər bir şeyin 

səni  ötüb  keçməməsinə,  sənin  başına  gəlməyən  bir  şeyin  isə  sənə  toxunmamasına 

kəsinliklə inanmadıqca heç bir qul iman etmiş olmaz»

1638




İkinci  -  qələm  isə  vəhy  qələmidir.  Allahın  Peyğəmbərlərinə  və  Rəsullarına 

göndərmiş  olduğu  vəhyi  yazdığı  qələmdir.  Bu  qələmlərin  sahibləri  mələklərdir. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  İsra  gecəsində  qələmlərin  cızıltılarını 

eşitdiyi bir yerə qədər çıxarılmışdır

1639



Üçüncü - qələm isə Mələyin, insan ana bətnində olarkən göndərilərək ona ruh üflər 



və  dörd  şeyi  yazmaqla  əmr  olunar.  Əbu  AbdurRahmən  Abdulla  b.  Məsud 



 



radıyallahu anhu 

 rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah 



- sallallahu aleyhi və səlləm 



 buyurdu: «Sizdən  hər birinizin  yaradılışı  onun anasının 

qarnında  qırx  gün  nütfə

1640


 şəklində  olaraq  bir  yerə  gətirilir.  Sonra  bu  müddət  qədər 

aləqa


1641

 şəklində olur. Sonra yenə bu müddət qədər mudğa

1642

 şəklində olur. Sonra ona 



bir  mələk  göndərilir,  mələk  ona  ruh  üflədikdən  sonra  dörd  xüsusiyəti  yazmaqla  əmr 

olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»

1643



Dördüncü - qələm qulun həyata gəlməsi ilə onun əməllərini yazan qələmdir. Bu da 



Kiramə  və  Kətibin  mələkləridir  ki,  Adəm  oğullarının  əməllərini  yazırlar.  Allah  onları 

üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi 

ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi 

                                                

1636

 Müslim.  



1637

 əl-Hərras «Şərhu Nuniyə» 1/165, İbn İsa Şərhi 1/374. 

1638

 «Səhihul Cəmi» 7461, «Cəmiul Usul» 7574, 7575, 7576. 



1639

 Buxari, Müslim.  

1640

 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır. 



1641

 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). 

1642

 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.  



1643

 Fəthul Bəri 11/477, Müslim 2643. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə