2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


öz  yerində  saxlayardı.  Sonra  Biz  günəşi



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə204/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   200   201   202   203   204   205   206   207   ...   231

 

402 


öz  yerində  saxlayardı.  Sonra  Biz  günəşi  (kölgəyə)  bir  əlamət  etdik.  (Əgər  günəş 

olmasaydı,  kölgə  bilinməzdi).  Sonra  onu  (o  kölgəni  günəşin  yüksəlməsi  ilə)  yavaş-

yavaş  Özümüzə  tərəf  çəkdik.  (Əgər  kölgəni  yerə  birdən  salıb,  birdən  çəksəydik, 

insanlar  vahiməyə  düşərdilər)".  (Furqan  45-46).

 

"Əgər  Allah  istədiyi,  sizi  (eyni 



şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi 

imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-

birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran 

məsələlər  barəsində  sizə  xəbər  verəcəkdir!".  (əl-Maiidə  48).

 

Qurani  Kərimdə  bu  cür 



ayələr  çoxdur.  Əgər  bir  şey  baş  vermirsə  bu  o,  demək  deyil  ki,  Allah  buna  qadir 

olmadı. Əsla, Allah bunu belə istəyir. Allah hər bir şeyə qadirdi.  

O, qulları üçün nəyi dilərsə o, da olur. Nəyi də diləməzsə, insanların hamsı bunun 

olmasını diləsələr də belə onun olması  mümkün  deyildir.  «Əgər  Allah  sənə  bir  zərər 



yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyr 

diləsə,  heç  kəs  onun  nemətinə  maneçilik  edə  bilməz.  Allah  onu  bəndələrindən 

istədiyinə  nəsib  edər.  O,  bağışlayan  və  rəhm  edəndir».  (Yunus  107).  «(Ey  insanlar! 

Onu  da  bilin  ki)  Allah  istəməsə,  siz  (bunu)  istəyə  bilməzsiniz.  Həqiqətən  Allah  (hər 

şeyi)  biləndir,  hikmət  sahibidir».  (Dəhr  30).  «Eləcə  də  sizdən  doğru-düz  (yolda) 

olmaq  istəyənlər  üçün.  (Onu  da  bilin  ki)  aləmlərin  Rəbbi  olan  Allah  istəməsə,  siz 

(bunu) istəyə  bilməzsiniz».  (ət-Təkvir 28-29). İbn Abbas - radıyallahu anhu 

 rəvayət 



edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  mənə  bir  neçə  nəsihət  verərək 



buyurdu:  «…Bunu  da  bil  ki,  əğər  bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir  yerə 

yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, 

əğər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə 

zərər  verə  bilməzlər.  (Çünkü)  qələmlər  qaldırılmış,  səhifələr  (in  mürəkkəbi) 

qurumuşdur»

1623


.  «Allahın  insanlara  əta  etdiyi  mərhəmətə  (verdiyi  nemətə,  ruziyə) 

heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə 

bilməz.  O,  yenilməz  qüvvət  və  hikmət  sahibidir».  (Fatir  2).  «O,  istədiyini  edəndir». 

(əl-Buruc  16).  Abdullah  b.  Amr  b.  əl-As  -

 

radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Adəm  oğullarını  qəlbləri 



Rəhmanın  barmaqlarından  iki  barmağı  arasında  bir  tək  qəlb  kimidir.  Rəhman  onları 

dilədiyi (istədiyi) yerə çevirib döndərir»

1624

. Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 



buyurdu:  «Uca  Allah  istədiyi  vaxt  ruhlarmızı  aldı  və  istədiyi  vaxt  onları  geri 

qaytardı»

1625

. Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «…Allah  istəsə  və 



filan  kişi  istəsə  deməyin.  Yalnız  Allah  istəsə  deyin»

1626


.  O,  etdiyi  heç  bir  şeydən 

soruşulmaz,  yaratdıqları  isə  soruşulurlar.  Heç  bir  şey  onun  istədiyindən  kənara  çıxa 

bilməz. «Allah  gördüyü  işlər  barəsində  sorğu-sual  olunmaz.  Onlar  (bütün bəndələr) 

isə  sorğu-sual  ediləcəklər».  (əl-Ənbiya  23).  «



Əgər  Allah  istəsəydi,  bu 



peyğəmbərlərin  ardınca  gələn  insanlar  onlara  göndərilən  aşkar  dəlillərdən  sonra 

bir-birləri  ilə  vuruşmazdılar.  Fəqət  (bununla  belə  yenə  də)  ixtilafa  düşdülər. 

Onlardan bəziləri Allaha iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə 

idi, onlar bir-birləri ilə vuruşmaz-dılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə 

253).  «Anaların  bətnində  sizə  istədiyi  surəti  verən  odur.  O,  qüdrət  və  hikmət 

                                                

1623

 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 



1624

 Müslim.  

1625

 Buxari, Müslim.  



1626

 Əbu Davud 4/295, Musnəd 5/384,394,398.  




 

403 


sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir Peyğəmbər 

üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-

birinə  təmtəraqlı  sözlər  təlqin  edərlər.  Əgər  Rəbbin  istəsəydi  onlar  bunu  etməzdilər. 

Onları uydurduqları yalanlarla boşla getsin». (əl-Ənam 112).  

4.  Uca  Allah  hər  şeyin  yaradıcısı  olduğuna,  göylərdə  və  yerdə  onlar  arasında  olan 

hər  şeyi  onun  yaratdığına  inanmaqdır.  Ondan  başqa  bir  yaradıcı,  ondan  başqa  Rəbb 

yoxdur.  Ondan  başqa  hər  nə  varsa  yaradıl-mışdır.  O,  əməldə  olan  hər  kəsi  və  onun 

əməlini,  hərəkət  edən  hər bir varlığı  və  hərəkətini  yaradandır. «Halbuki  sizi  də,  sizin 



düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffat 96). «And olsun nəfsi (insanı və ya 

insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, 

sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz Allahdır». (ər-Rum 40). «Bu 

(gördükləriniz)  Allahın  yaratdıqlarıdır.  İndi  siz  də  mənə  Allahdan  başqalarının  nə 

yaratdığını  göstərin.  Xeyr,  zalimlər  açıq-aşkar  əyri  yoldadırlar».  (Loğman  11). 

«



Lakin  Allah  imanı  sizə  sevdirmiş,  onu  ürəklərnizdə  süsləmiş,  küfrə,  itaətdən 



çıxmağa  və  (Allaha)  asi  olmağa  qarşı  sizdə  nifrət  oyatmışdır



.».  (əl-Hucurat  7). 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Şübhəsiz  Allah  bir  işi  edəni  və 



onun etdiyi işi yaradandır»

1627


.  

Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına (yəni pis və 

yaxşını  seçməsinə)  və  bu  əməlləri  etməsinə  yetəcək  qədər  güc  və  qüvvəti  olmasına 

zidd  deyildir.  «Allahdan  (Allahın  əzabın-dan)  bacardığınız  qədər  qorxun».  (ət-



Təğabun  16).  «Qadınlar  sizin  tarlanızdır.  İstədiyiniz  vaxtda  öz  tarlanıza  gəlin. 

Özünüz  üçün  qabaq-cadan  yaxşı  əməllər  hazırlayın».  (əl-Bəqərə  223).  «Allah  heç 

kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, 

pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).  

Qədərə iman gətirmək kamil olmaz ta ki, insan bu dörd şeyə iman gətirmədikcə.  

 

QƏDƏRİ DƏLİL GƏTİRMƏK 

 

Buna  görə  də  qulun  fərzləri  tərk  edib,  pis  işləri  görməklə  qədəri  dəlil  gətirməsi 



doğru deyildir.  

1)  Allah  əzəli  elmi  ilə  Adəm  oğullarının  Cənnətə  və  Cəhənnəmə  girəcək  olanların 

hamsını  bilir.  Bunların  saylarında  artma  və  əskilmədə  olmaz.  Allah  hər  insanın  ana 

bətnində ikən iman əhli  mi, yoxsa küfr əhli  mi olduğunu bilir. Bu Lövhi Məhfuzda da 

yazılmışdır. Allahın bu haqda elmi əsla dəyişməz.  

Yenə  də  quların  əməlləri  onlar  o,  əməlləri  etməzdən  əvvəl  də  Allaha  bəllidir.  Bu 

Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət 

əhli  Cənnət  əhlinin  əməlləri  ilə  əməl  edər,  Cəhənnəm  əhli  Cəhənnəm  əhlinin  əməlini 

işləyənlərdir.  Bir  kimsə  pis  əməldən  sonra  saleh  əməl  etmək  yazılmışsa  o,  etdiyi  pis 

əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi 

halda  həyatı  Cəhənnəm  əhlinin  əməli  ilə  bitər  və  Cəhənnəm  əhli  olaraq  yazılar. 

Mühüm  olan  insanın  son  anda  etdiyi  əməldir.  Mömin  ancaq  Allahın  diləməsi  ilə 

mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. Sad - radıyallahu anhu 

 

rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: «İnsanlar arasında 



elə kimsələr də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan 

xeyrli əməllər edər. Halbuki  o, Cəhənnəmlikdir. Yenə insanlardan  elələri  də  vardır ki, 

                                                

1627


 Buxari «Xalqu Əfalul İbad» s. 25, Beyhəqi «Əsməu və Sifət» s. 23. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə