2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə200/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   196   197   198   199   200   201   202   203   ...   231

 

395 


Abdulla  b.  Məsud  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  doğru  sözlü  və  doğru  sözü 

təsdiq  olunan...  və  s.  Qədər  barəsində  olan  hədislər  kimi"

1601

.  İbn  Qeyyim  – 



rahmətullahi aleyhi – deyir ki: "Bir çox insanlar başa düşmək və haqqı tapmaq üçün bu 

məsələni  müxtəlif  istiqamətlərdən  araşdırmışlar.  Müxtəlif  millətlər  keçmişdə  də,  hal-

hazırda da bu məsələnin mahiyyətini başa düşmək üçün çalışmışlar. Bir çox məzhəblər 

bu  məsələni  müxtəlif  şəkildə  başa  salmağa  çalışmış  və  bu  barədə  bir  çox  əsərlərdə 

yazmışlar.  Lakin  kim  ki,  bu  məslədə  dərinliyə  varamış  və  məsələni  kökündən 

öyrənməyə çalışmışsa şübhələrə düşmüş və (insanlarla) ixtilaf etmişdir. Hər bir kəs də 

öz  yolunu  (fikirlərini)  doğru  və  ən  səhih  hesab  etmişdir.  Lakin  haqqa  tabe  olanlardan 

başqa onların hamısı xəta etmiş və haqdan uzaq düşmüşlər..."

1602

. Kim ki, öz ağlı ilə bu 



məsələdə  dərinliyə  varmağa  çalışmışsa  zəlalətə  uğramış  və  məhv  olmuşlar.  Rəsulullah 

–  sallallahu  aleyhi  və  səlləm  –  in  yolundan  yayınaraq  insanın  seçim  etməsini  inkar 

etmiş  (Cəbərilər),  Digərləri  isə:  Allah  yalnız  xeyir  yaradır,  pisliyi  istəyə  bilməz 

(Qədərilər) deyərək qədəri inkar etmişlər. İbn Əbil İzz əl-Hənəfi – rahmətullahi  aleyhi 

– deyir ki,  bir çox  kimsələrin bu  məsələdə azmalarına  səbəb Allahın  Kovni İradəsi  ilə 

Şəri  İradənin  arasını  ayır  edə  bilməmələrinə  görədir.  O,  deyir  ki:  "Allah  sevmədiyi  və 

xoşlamadığı bir şeyi necə iradə (istəyə) bilər? Allah necə belə bir şeyi istəyə və yarada 

bilər?  Allahın  iradəsini  sevmədiyi  və  nifrət  etdiyi  bir  şeylə  necə  uyğunlaşdırmaq  olar? 

Bu  o,  suallardır  ki,  bunların  səsəbilə  insanlar  qruplara  ayrılmış,  fikirləri  və  yolları  da 

bir-birindən  ayrılmışdır.  Bir  şeyi  bilmək  lazımdır  ki,  bir  şeyi  iradə  (istəmək)  etmək  o, 

(istənilən) şeyin özünə görə də ola bilər və ya başqasına görə də (onu) istəmək olar. O, 

(istənilən) şeyin özünə görə olanlar, özünə görə və onda olan xeyirə görə də sevilir. Bu 

da  istəyənin  (iradə)  edənin  niyət  və  qəsdini  (məqsədini)  müəyyən  edir.  Başqasına  görə 

istənilən  (arzu  edilən)  özü-özlüyündə  sevilən  (istənilən)  deyildir  və  xeyir  də  gətirmir. 

Lakin  başqa  bir  istənilənə  çatmaq  üçün  hədəfdir  (və  ya  həyata  keçirmək  üçün 

hədəfdir).  Belə  şeylər  özü-özlüyündə  istəkli  deyildir,  lakin  istəklidir  başqa  məqsədə 

çatmaq üçün. Bax  buna görə  də sevəməmək (xoşlamaq)  və iradə  (istək) uyğunlaşır  və 

bir-birinə  zidd  də  deyildir.  Məs:  İnsanlar  acı  dərmanı  içirlər,  onların  müalicəvi 

olduğunu  bildikləri  üçün,  hər  hansısa  bir  cərrahiyə  əməliyyatına  girirlər,  həyatlarını 

qorumaq üçün və ya uzun, ağır səfərlərə çıxırlar bütün bunların onları öz məqsədlərinə 

çatdıqlarını  bildikləri  üçün.  Dərrakəli  insan  elə  bir  xoşa  gəlməz  şeylərə  girir  ki,  hətta 

sonunun  nə  ilə  nəticələndiyinə  arxayın  olmadığı  halda  (yalnız  və  yalnız)  müəyyən 

ehtimallarla ki, bu ona sonda xeyir gətirəcəkdir. Bəs onda hər bir şeydən xəbərdar olan 

(hər bir şeyin  içini və zahirini  də bilən) Allah  barəsində nə demək  olar? Ona –  hansısa 

bir iradə  edilən,  böyük  bir  xeyirin  həyata  keçməsi  üçün,  hansısa  bir  şey  istəkli  olmaya 

bilir.  Məs:  İblisin  xəlq  edilməsi.  Onun  səbəbindən  dinlər  dağıdılmış,  bir  çox  qullar 

bədbəxt  olmuş  və  öz  əməlləri  ilə  Uca  və  Böyük  olan  Allahı  qəzəbləndirmişlər.  İblis 

səylə  Allahın  sevmədiyi  və  nifrət  etdiyi  əməlləri  edir.  Lakin  məxluqlar  onun 

mövcudluğundan  bir  çox  Allahın  sevdiyi  ibrətlər  (faydalar)  alırlar.  Bu  xeyirin 

çıxarılması  Onun  üçün  sevimlidir,  nəinki  onun  yoxluğu.  Məs:  İblisin  mövcuduluğu 

onun  əksinin  yaranmasına  səbəb  olmuşdur.  Allah  iblisi  ən  xəbis,  çirkin,  hər  bir  şərrin 

səbəbi  olaraq  yaratmışdır.  Digər  tərəfdən  Allah  Cəbrail  -  əeyhissəalm  –  ı  ən  gözəl  bir 

biçimdə  xəlq  etmiş,  bütün  xeyirin  səbəbi  etmişdir.  Hər  ikisini  də  xəlq  edən  Uca  və 

Böyük  olan  Allah  hər  bir  həmd  və  tərif  layiqdir.  Onun  qüdrətinin  nişanələrindən  gecə 

                                                

1601


 Lələkai 3/157.  

1602


 "Şifaul Alil" s. 14.  


 

396 


və  gündüzün,  xəstəlik  və  dərmanın,  həyat  və  ölümün,  xeyir  və  şərrin  yaradılmasıdır. 

Bu  Allahın  qüdrətinin,  qüvvətinin  və  mülkünün  ən  baris  nümunəsidir.  Allah  bu  zidd 

olan şeyləri yaratmış və onları bir-birinə qarşı qoymuşdur. O, onları əmr və idarə edir. 

Əgər  bunlardan  biri  olmasaydı  Onun  hikmətinə  və  mülkünün  kamilliyinə  inanmaq 

mümkün  olmazdı.  İblisin  mövcudluğu  Allahın  İsimlərinin:  əl-Qahhar,  əl-Muntəqim, 

əl-Adl, əd-Darr, Şədidul  İqab, Səriul İqab,  Zul Bətş əş-Şədid,  əl-Xafid, əl-Muzill  – 

olmasına səbəbdir. Bu İsimlər və onlara uyğun (müvafiq) olan əməllər – bu (İsimlərin) 

sahibinin kamilliyinin  təzahürüdür.  Əgər  cin və  insanların  (yaradılış)  təbiəti  mələklərin 

(yaradılış)  təbiətindən  fərqlənməsəydi  bu  zaman  bu  İsimlər  də  izhar  olmazdı. 



Həmçinin  -  İblisin  mövcudluğu  Allahın  İsimlərindən:  əs-Səbur,  Yumşaqlıq 

(mərhəmət), Bağışlamaq  və  günahları  örtmək, güzəştə  getmək  və  qullarından  istədiyini 

cəzadan  qurtarmaq  –  kimi  sifətlərinin  olmasına  səbəbdir.  Əgər  Allah  sevmədiyi 

səbəbləri  yaratmış  olmasaydı  bu  İsimlərə  uyğun  olan  hikmət  tələb  olunmamış  qalardı. 

Peyğəmbər  buyurdu:  "Əgər  siz  günah  etməsəniz  Allah  sizin  yerinizə  elə  bir  qrup 

(insanlar)  gətirər  ki,  onlar  günah  edər  və  Allahdan  bağışlanma  diləyərlər.  Allah  da 

onları  bağışlayar"

1603


.  Həmçinin  -  İblisin  mövcudluğu  Allahın  elm  və  hikmətlə  bağlı 

olan İsimlərindən: əl-Həkim, əl-Xabir. O, istənilən şeyi uyğun və layiq olan şəkildə öz 

yerinə  qoyan.  O,  öz  eliminin  və  hikmətinin  kamiyyiyi  ilə  rəhbərlik  edir.  Risaləti  kimə 

endirdiyini  O,  daha  gözəl  bilir,  O,  daha  gözəl  bilir  kim  bunları  qəbul  etməyə  daha 

layiqdir  və  buna  görə  Ona  şükr  (və  həmd)  edəcəkdir  və  kimdə  buna  layiq  deyildir. 

Əgər  Onun  sevmədiyi  səbəblər  olmasaydı  bir  çox  xeyirlər  də  olmazdı.  Əgər  şərə 

gətirən  səbəblər  olmasaydı,  onda  bu  səbəblərdən  əmələ  gələn  və  o,  şərdən  daha  çox 

olan  xeyir  də  olmazdı.  Günəş,  yağış,  külək  verdikləri  ziyandan  daha  çox  xeyir  də 

gətirirlər.  Həmçinin  -  İblisin  mövcudluğu  bir  çox  ibadətlərin  olmasına  da  səbəbdir. 

Əksi  təqdirdə  bu  ibadətlər  də  olmazdı.  Cihad  Allah  üçün  olunan  ən  gözəl  ibadət 

növlərindəndir.  Əgər  bütün  insanlar  mömin  olsaydılar  onda  nə  Cihada,  nə  də  onunla 

bağlı  olan  dost  və  düşmən  məsələlrinə  ehtiyac  olardı.  Həmçinin  -  Yaxşılığı  əmr  edib, 

pislikdən  çəkindirməyə,  səbrə  və  nəfsələ  cihada,  Allahın  razı  olduğu  bir  şeyi  etməyə, 

Tövbəyə  və  günahlardan  məğfirət  diləməyə,  düşmənin  hiylə  və  şərindən  qorunmaq 

üçün  edilən  duaya  ehtiyac  olmazdı"

1604


.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

"Hər  bir  xeyirin  başı  –  Allahın  iradə  (istədiyi)  ilə  hər  bir  şeyin  olmasını  qulun 

biməsidir.  Onun  iradə  etmədiyi  isə  heç  vaxt  baş  verməyəcəkdir.  Onda  sənə  aydın 

olacaq  ki,  hər  bir  xeyir  –  Allahdan  bir  rəhmətdir  və  buna  görə  Ona  həmd  edəcək  və 

Onun  qarşısında  boyun  əyərək  bu  nemərlərin  bitməyəcəyinə  ümüd  edəcəkdir.  Lakin 

hər bir Şərrin səbəbi - Allahın öz qulunu köməksiz buraxaraq onu cəzalandırmasıdır və 

buna  görə  də  sən  Ona  yalvarırsan  ki,  səni  bundan  qorusun  və  səni  yaxşı  işləri 

görməkdə  və  pis  işlərdən  çəkinməkdə  öz  öhdəliyinə  buraxmasın.  Elm  əhli 

həmfikirdilər  ki,  hər  bir  xeyirin  əsasında  Allahın  quluna  etdiyi  kömək  (dayaq)  vardır. 

Lakin  hər  bir  şərrin  əsasında  isə  -  Allahın  qulunu  köməksiz  buraxması  vardır. 



Həmçinin - Onlar həmfikirdilər ki, Allahdan kömək o, zaman gəlir ki, O səni öz-özünə 

həvalə etmirsə. Onun köməyindən məhrum olmaq isə - O səni yalnız buraxmasıdır"

1605

.  


                                                

1603


 Müslim, əl-Albani "Səhih Hədislər" 2/655,659.  

1604


 "Şərh Əqidətul Təhaviyyə" s.252-254.  

1605


 "Favaid" s. 141.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə