2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


mələklər  (əməllərinizi)  yazan  və



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə208/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   204   205   206   207   208   209   210   211   ...   231

 

410 


mələklər  (əməllərinizi)  yazan  və  (Allah  dərgahında)  çox  hörmətli  mələklər  vardır. 

Onlar  sizin  nə  etdiklərinizi  bilirlər».  (əl-İnfitar  10-12).  «Şübhəsiz  ki,  elçilərimiz 

qurduğunuz  hiylələri  (əməl  dəftərinizə)  yazırlar».  (Yunus  21).  «Yoxsa  onlar  elə 

güman  edirlər  ki,  biz  onların  pıçıltılarını  və  xəlvəti  danışıqlarını  eşitmirik!  Xeyr, 

yanlarında  olan  elçilərimiz  yazırlar».  (əz-Zuxruf  80).  «İnsan  üçün  onu  öndən  və 

arxadan  təqib  edən  mələklər  vardır.  Onlar insanı Allahın  əmri  ilə  qoruyurlar».  (ər-

Rəd  11).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Sizinlə  birlikdə  ayaq 

yoluna  girdiyiniz  vaxt  ilə  cima  halından  başqa  sizdən  ayrılmayan  mələklər  vardır. 

Onlardan həya edin və onlara ikramınız olsun»

1644

 



 

MUSA VƏ XIDIR 

 



Əleyhimussəlam – 

 

Bəzən insanlar  Allahın  qədəri  ilə  baş vermiş  hadisələrdə  olan  hikməti  anlaya  bilmir 



və  ya  görmürlər.  Lakin  hərdən  Allah  insanlara  bu  hikməti  açaraq  göstərir  və  insanlar 

baş  vermiş  bədbəxtçiliyin,  zülmün,  fəlakətin  onlar  üçün  fayda  və  xeyirlərlə  dolu 

olduğunu görürlər. Buna misal olaraq: Musa və Xıdır - əleyhimussəlam – ın hadisəsini 

söyləmək kifayət edər.  

Səid  b.  Cubeyr  -  radıyallahu  anhu  –  deyir  ki,  İbn  Abbas  -  radıyallahu  anhu  –  ya 

dedim:  «Kufədə  Noufa  əl-Bikali  adında  bir  nəfər  vardır.  İddia  edir  ki:  Xızır  – 



əleyhissəlam  –  ilə  olan  Musa  –  əleyhissəlam  –  İsrail  Övladlarına  göndərilən 

(Peyğəmbər)  olan  Musa  –  əleyhissəlam  –  deyildir.  İbn  Abbas  -  radıyallahu  anhu  – 

(qəzəblənərək)  Allahın  düşməni  yalan  söyləmişdir.  Həqiqətən  mənə  Ubey  b.  Kəb  

radıyallahu  anhu  –  belə  rəvayət  etdi  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «(Bir  gün)  Musa  –  əleyhissəlam  –  İsrail  oğullarına  xütbə  ilə  müraciət  etdi. 

Müraciətdən qəlblər yumşaldı və gözlər isə yaşardı. Sonra onlardan bir nəfər Musanın 

arxasınca  gedərək  (və  ya  İsrail  oğulları):  «İnsanların  ən  elmlisi  (alimi)  kimdir?»  deyə 

soruşdular.  Musa:  «İnsanların  ən  elmlisi  (alimi)  mənəm?  (Başqa  rəvayətdə: 

Bilmirəm)»  deyə  cavab  verdi.  Lakin  bu  xüsusda  elmi:  «Allah  ən  gözəl  bilir!»  deyərək 

Allaha  həvalə  etmədiyindən  ötrü  Allah  onun  bu  sözlərinə  etiraz  bildirərək:  «Həqiqətən 

iki  dənizin  qovuşduğu  yerdə  mənim  qullarımdan  biri  vardır  ki,  o  səndən  də  çox 

elmlidir!» deyə ona vəhy etdi. Musa: «Ya Rəbbim! Mən onunla necə görüşə bilərəm?» 

deyə  soruşdu.  Ona:  «Zənbilin  içinə  bir  balıq  qoy  və  (səfərə  çıx),  harada  balığı  itirsən 

mənim  qulum  orada  olacaq!  (Başqa  rəvayətdə:  Ölü  balığı  götür  və  onunla  (Xızır)  ilə 

görüşəcəyin  yerdə  balığa  can  veriləcəkdir)»  deyə  buyrudu.  Bundan  sonra  Musa, 

yanında  gənc  xidmətçisi  olan  Yuşa  b.  Nun

1645


  ilə  birlikdə  səfərə  çıxdılar.  Balığı 

zənbilin içində  (xidmətçisi) daşıyırdı.  

Nəhayət  (iki  dənizin  qovuşduğu  yerdə)  bir  qayanın  yanına  çatdılar.  (İstirahət  üçün 

qayanın yanında) Musa və yanındakı gənc xidmətçisi yuxuya daldılar. Bu an (zənbildə 

gətirdikləri) balıq zənbildən sıçrayıb çıxaraq dənizdə bir yarğana tərəf üz tutdu. (Dəniz 

içində  belə  bir  yarğanın  (yolun)  açılması)  Bu  hal  gənc  xidmətçini  çox  təcübləndirdi. 

Xidmətçi bu haqda  Musa –  əleyhissəlam –  xəbər verməyi  unutdu. (Oyandıqdan  sonra) 

onlar  yollarına  davam  edərək  bütün  gecəni  yol  getdilər.  Səhər  açıldıqda,  Musa  öz 

xidmətçisinə: «Nahar yeməyimizi gətir. Bu səfər bizi lap əldən salıbdır!» dedi. Halbuki 

                                                

1644

 Tirmizi 2800. 



1645

 İncildə: İsus Navin.  




 

411 


Musa  (görüş  üçün)  əmr  olunduğu  yeri  keçmədikcə  heç  bir  yorğunluq  hiss  etməmişdir. 

Xidmətçisi:  «İş  burasındadır  ki,  biz  qayanın  yanında  olduğumuz  vaxt  mən  balıq 

haqqında  təmamilə  unutmuşdum.  Doğrusu  onu  xatırlamağı  mənə  şeytandan  başqası 

unutdurmadı. Balıq (dirilib)  əcaib bir şəkildə  dənizə tərəf yollandı!»  deyə cavab  verdi. 

Musa:  «Elə  bizim  axtardığımız  da  budur!»  deyə  cavab  verdi.  Onlar  öz  izlərinə 

(ləpirlərinin)  izinə  düşərək  gəldikləri  yoll  geri  qayıtdılar.  Gənc  xidmətçi  balığın  getdiyi 

yeri ona göstərdi. Musa: «Mənə vəsf olunan yer elə buradır deyərək ətrafında o,  şəxsi 

axtarmağa başladı. Nəhayət qaynın yanına çatdıqda əbaya bürünərək arxası üstə yatmış 

vəziyyətdə  birisini  –  Xıdırı

1646


  gördülər  (Başqa  rəvayətdə:  Xızır  –  dənizin  ortasında, 

yaşıl  xalçanın  üzərində,  əbasına  bürünmüş  olaraq  gördük.  Əbanın  bir  ucu  ayaqlarının 

altında,  digər  ucu  isə  başının  altında  idi)».  Musa:  «Əssələmu  Aleykum!»  deyə  onu 

salamladı.  Xıdır  üzünün  örtüyünü  açaraq:  «Və  Aleykuməs  Salam!  Sənin  ölkəndə  belə 

bir  salam  haqqında  haradan  bilirlər?»  deyə  soruşdu.  Musa:  «Mən  –  Musayam!»  deyə 

cavab  verdi.  Xıdır:  «İsrail  oğullarından  olan  Musasan?»  deyə  soruşdu.  Musa:  «Bəli!» 

deyə  cavab  verdi.  Xıdır:  «Sən  Allahın  sənə  öyrətdiyi  elə  bir  elm  üzərindəsən  ki,  mən 

onu  bilmirəm.  Mən  də  Allahın  mənə  öyrətdiyi  elə  bir  elm  üzərindəyəm  ki,  sən  onu 

bilmirsən!»  dedi.  Musa:  «Öyrədildiyin  doğru  yolu  göstərən  elmdən  mənə  öyrətmək 

şərtilə  sənə  tabe  olummu?»  deyə  soruşdu.  Xıdır:  «Doğrusu  sən  (məndən  öyrənmək 

üçün) mənimlə bir yerdə əsla səbr edib dözə bilməzsən. Axı sən (batininə, mahiyyətinə 

bələd  olmadığın)  bilmədiyin  bir  şeyə  necə  səbr  edib  dözə  bilərsən  (Başqa  rəvayətdə: 

Məgər  sənə  əlində  olan  Tövrat  və  vəhyin  gəlməsi  kifayət  deyilmi?).  (Yəni  –  sənin 

onlara  səbrin  çatmaz,  çünki  mən  batini  elmlə  iş  görürəm.  Sənin  bildiyin  isə  ancaq 

zahiri  elmdir)»  deyə  cavab  verdi.  Musa:  «İnşəallah!  Mənim  səbrli  olduğumu 

görəcəksən və sənin heç bir əmrindən çıxmayacağam!» deyə cavab verdi. Xıdır: «Əgər 

mənə  tabe  olacaqsansa,  səbəbini  sənə  izah  etmədikcə  məndən  heç  bir  şey  haqqında 

soruşma»  deyə  cavab  verdi.  Musa:  «Bəli!»  dedi.  Xıdır  ilə  Musa  –  əleyhimussəlam  – 

gəmiləri olmadığı üçün dənizin sahili ilə getməyə başladılar. (Bir müddətdən sonra)  bir 

gəminin  yanına  çatdılar.  Onları  da  gəmiyə  götürmələri  üçün  (dənizçilərdən)  xahiş 

etdilər. Gəmiçilər Xıdır - əleyhissəlam – ı tanıdıqları üçün onlardan heç bir gediş haqqı 

da  tələb  etmədilər.  (Bir  müddətdən  sonra)  bir  sərçə  uçub  gələrək  gəminin  kənarına 

qondu və dənizdən bir, iki dimdik su götürdü. (Bunu görəcək) Xıdır: «Ya Musa! Sənin 

aldığın  elm  ilə,  mənim  aldığım  elm  Allahın  elmindən  bu  sərçənin  dənizdən  əskiltdiyi 

qədər  belə  əskiltməz!»  dedi.  (Bir  müddətdən  sonra)  Xıdır  gəminin  (taxtalarından) 

birinə  əl  atıb  onu  sökməyə  başladı.  Musa:  «(Bu)  insanlar  bizi  öz  gəmilərinə  heç  bir 

gediş  haqqı  tələb  etmədən  götürdülər.  Sən  isə  bilə-bilə  onların  gəmilərini  deşdin  ki, 

onları  suya  qərq  edərək  batırasan.  Doğrusu  olduqca  məzəmmətə  layiq  bir  iş  gördün!» 

dedi.  Xıdır:  «Mən  sənə  demədimmi  ki,  sən  mənimlə  bir  yerdə  (görəcəyim  işlərə)  görə 

əsla səbr edib dözə  bilməyəcəksən!» deyə cavab verdi.  Musa: «Unutduğum bir  şeydən 

ötrü  məni  danlama  və  məni  öz  işimdə  (sənə  tabe  olmaqda)  çətinliyə  salma!»  dedi. 

Beləliklə  Musa  –  əleyhissəlam  –  (səfərin  ilk  başında)  birinci  dəfə  unutqanlıq  göstərdi. 

Gəmidən  düşdükdən  sonra  onlar  yollarına  davam  etməyə  başladılar.  (Bir  müddətdən 

sonra) uşaqlarla oynayan gözəl (kafir) bir oğlan uşağını gördülər. Xıdır – əleyhissəlam 



  dərhal  (uşaqlarla  oynayan)  oğlan  uşağının  yanına  yaxınlaşaraq  əliylə  onun  başından 

                                                

1646

 Xıdır – yaşıl, yaşıllıq deməkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 



səlləm – buyurdu: «Xıdıra – Xıdır deyilməsinin səbəbi budur: «Xıdır otsuz quru bir yerə oturduğu zaman o, otsuz yer 

yaşıllıqa qərq olardı (bürünərdi)» Buxari 3402. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə