2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə206/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   202   203   204   205   206   207   208   209   ...   231

 

406 


düşünürlərsə  düşünsünlər,  qədərin  həqiqətinə  vara  bilməzlər.  Ancaq  biz,  Əhli  Sünnə 

vəl Cəmaat Allahın hər şeyi bildiyinə, yazdığına iman edirik. «Elmdə qüvvətli olanlar 



isə:  «Biz  onlara  inandıq,  onların  hamsı  Rəbbimiz  tərəfindəndir»  deyərlər.  Bunları 

ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7).  

 

ALLAH - Subhənəhu Və Təalə 



 NİN İRADƏSİ 

(İSTƏMƏSİ) 

 

Əhli  Sünnə  Vəl  Cəmaat  iman  gətirir  ki,  Allah  -  subhənəhu  və  təalə 





  istədiyini 

edəndir.  «O,  istədiyini  edəndir».  (əl-Buruc  16).  Allah  nəyi  istəmişsə  onu  da  edir  və 

Ona mane olan bir şey də yoxdur. Məxluqa gəldikdə isə o, istədiyini edə bilmir. Çünki 

bəzən görürsən ki, insan bir şeyi istəyir lakin onu etməyə aciz və qadir olmur. Bəzən də 

bir şeyi etməyə qadir olduğu halda istəyir lakin onunla istədiyi şey arasına maneə girir. 

Məxluq  hər  dəfə  istədiyini  edə  bilmir.  Lakin  Allah  istədiyini  istədiyi  vaxt  «OL!» 

deməklə  edir.  «Bir  şeyi  yaratmaq  istədiyi  zaman  Allahın  buyurduğu  ona  ancaq: 

«Ol!» deməkdir. O, da dərhal olar. (Yasin 82) və etdiyi şeylər barəsində soruşulmur. 

«Allah  gördüyü  işlər  barəsində  sorğu-sual  olunmaz.  Onlar  (bütün  bəndələr)  isə 

sorğu-sual  ediləcəklər».  (əl-Ənbiya  23) 

  Bu  ayədə  sorğu-sual  olunmaz  –  sözündən 



qəsd  Allahın  etdiyi  hər  bir  iş  hikmətə  uyğundur.  Heç  kəs  deyə  biməz  ki,  Allah  bu  işi 

əbəs yerə edib. İnsanlar isə etdikləri işlər barəsində sorğu-sual ediləcəklər. Çünki onlar 

hər bir işi hikmətlə edə bilməzlər.  

Biz  iman  gətiririk  ki,  Allahın  iradəsi  (istəyi)  iki  cürdür:  1.  Kovni  İradə.  2.  Şəri 



İradə. 

Kovni İradə 

 Allahın yaratması, əzəli qədər və s. başa düşülür. Allahın istədiyi şey 



mütləq  mənada olmalıdır. Olmaması  mümkün deyildir. Kovni iradə baş verən  hər bir 

şeyi əhatə edir. İstər şərr olsun, istər xeyir. O, baş verən şeyin Allaha sevimli olması da 

vacib  deyildir.  Məs:  İblisin  və  əsgərlərinin  var  olmasını  diləməsi  kimi,  insanların 

etdikləri günahları, fahiş işləri Allah kovni olaraq istəyib. Lakin Allah kafirləri sevməz, 

fasiqlər  topluluğundan  razı  qalmaz,  həyasızlığı  əmr  etməz,  qullarının  da  kafir 

olmalarına razı olmaz, fəsadı da sevməz. «Allah fitnə-fəsadı sevməz». (əl-Bəqərə 205). 



«Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) 

yüksəlib dağlara çata bilərsən. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən pis 

şeylərdir».  (əl-İsra  37,38).  «Amma  bəndələrinin  küfr  etməsi  Ona  xoş  getməz».  (əz-

Zumər  7).  Allah  təqva  sahiblərini,  ehsan  edənləri,  ədalətli  olanları,  iman  edib  saleh 

əməl  işləmələrini  Allah  kovni  olaraq  istəyir  və  həmçinin  də  bu  əməllər  Allaha 

sevimlidir.  Kovni  iradə  mütləq  baş  verir  və  onun  gecikməsi  də  mümkün  deyildir. 

Həmçinin də bu baş verən şeyin də Allaha sevimli olması şərt deyildir.  

Bəs  onda  Allah  necə  sevmədiyi  bir  şeyi  istəyə  bilər.  Allahı  məcbur  edənmi  var? 

İnsanlar  içərisində  heç  kəs  istəmədiyi  bir  şeyi  etmir. Lakin  biz  deyirik  ki,  heç  kəs  və 

heç  nə  Allahı  bu  aləmdə  məcbur  edə  bilməz.  Lakin  Allahın  sevmədiyi  bir  şeyi 

istəməsində  xeyir  vardır.  Hansıki  o,  xeyir  məsləhət  xoşlamadığı  bir  şeydən  daha  da 

üstündür. Məs: Kafirlərin  küfrü. Əgər onlar küfr etməsəydilər Allahın  yaratdıqlarında 

etdiyi hikməti yoxa çıxardı. Əgər kimsə mömin, kimsə kafir olmasaydı artıq əmrlər və 

qadağalar yoxa çıxardı. «Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah 

nə  etdiklərinizi  görəndir!».  (ət-Təğabun  2).  «Əgər  Rəbbin  istəsəydi  bütün  insanları 

tək  ümmət  edərdi



  Artıq  Rəbbinin:  «Mən  Cəhənnəmi  bütün  cinlər  və  insanlarla 




 

407 


dolduracağam!» 



  sözü  təmamilə  yerinə  yetdi».  (Hud 118,119). Allah ayədə buyurur 

ki,  Cəhənnəmi  insanlar  və  cinlərlə  doldurmaq  kəliməsi  artıq  tam  olaraq  yerinə  yetdi. 

Əgər  Allah  onları  müxtəlif  yaratmasaydı  Allahın  vədi yerinə  yetməzdi. Əgər insanlar 

bir  ümmət  və  bir  dində  olsalardı  onda  mömin  və  kafir  bilinməzdi.  «Məgər  biz 

müsəlmanları kafirlərlə eynimi tutacağıq!». (Nun 35). «Yoxsa Biz iman gətirib yaxşı 

işlər  görənləri  yer  üzündə  fitnə-fəsad  törədənlərlə  eyni  tutacağıq.  Yaxud  Allahdan 

qorxub  pis  əməllərdən  çəkinənləri  günahkarlara  tay  edəcəyik».  (Sad  28).  «Yoxsa 

dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir 

tutacağımızı,  onların  həyatlarının  və  ölümlərinin  eyni  olacağını  güman  edirlər! 

Onlar nə pis mühakimə yürüdürlər!». (əl-Cəsiyə 21).  

Əgər  sizə  sual  verilsə  ki,  Allah  məni  hidayət  yolundan  uzaqlaşdırıb  həlak  yoluna 

yönəldərsə  O,  mənə  yaxşılıq  edib,  yoxsa  pislik.  Cavab:  «Əgər  O,  sənə  sənin  haqqını 

verməyibsə  artıq  pislik  etmişdir.  Əgər  öz  fəzilətindən  verməmişsə  o,  da  Allahın 

rəhmətindəndir ki, qullarından istədiyinə verir. Məs: On kasıb sənin qarşında durub ki, 

sən  onlara  nə  isə  verəsən.  Sən  də  beş  nəfərə  nə  isə  verirsən.  Sən  vermədiklərinə 

pislikmi  etdin?  Xeyr.  O,  beş  nəfərə  isə  öz  fəzilətindən  istədiyinə  verdin.  Həmçinin 

Allah da hidayəti fəziləti ilə istədiyinə verir. «Əgər Allah istəsəydi bu peyğəmbərlərin 



ardınca  gələn  insanlar  onlara  göndərilən  aşkar  dəlillədən  sonra  bir-biriləri  ilə 

vuruşmazdılar.  Fəqət  ixtilafa  düşdülər.  Onlardan  bəziləri  Allaha  iman  gətirdilər, 

bəziləri  isə  kafir  oldular.  Əgər  Allah  istəsə  idi,  onlar  bir-biriləri  ilə  vuruşmazdılar. 

Lakin Allah öz istədiyini edər!». (əl-Bəqərə 253). Onların döyüşmələri Allaha sevimli 

deyildir.  Lakin  Allah  kövni  olaraq  bunu  istəyir.  «Əgər  Allah  sizi  azdırmaq  istəyirsə 



mən sizə nəsihət vermək istəsəm də heç bir faydası olmaz. O, sizin Rəbbinizdir və siz 

Onun hüzuruna qaytarılacaqsınız». (Hud 34).  

Şəri İradə 

 Şəri iradə Allahın sevdiyi, razı qaldığı, şəriət etdiyidir. Günahları və bu 



günahları edənləri sevmir və insanlara da əmr etmir. Bunu Kovni qədər ilə yaratsa da 

belə.  Bundan  razı  deyil  və  sevmir.  Başqa  bir  şey  ola  da  bilməz.  «Allah  sizə 



bilmədiklərinizi  bildirmək,  sizdən  əvvəlkilərin  getdiyi  yolları  göstərmək  və 

tövbələrinizi  qəbul  etmək  istər.  Allah  hər  şeyi  biləndir  və  hikmət  sahibidir!  Allah 

sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə 

düz  yoldan  sapdırmaq  istəyirlər.  Allah  istər  ki,  üzərinizdə  olan  ağırlığı 

yüngülləşdirsin,  çünki  insan  zəif  yaradılmışdır».  (ən-Nisa  26-28).  «Allah  sizi 

çətinliyə  salmaq  istəməz,  lakin  O  sizi  pak,  təmiz  etmək  və  sizə  olan  nemətini 

tamamlamaq istər ki, bəlkə şükr edəsiniz!» (əl-Maidə 6). «Allah sizdən çirkinliyi yox 

etmək  və  sizi  tərtəmiz,  pak  etmək  istər!»  (əl-Əhzab  33).  Şəri  istək  kovni  istəyin  tam 

əksidir. Şəri istəkdə hər bir şey Allahın sevdiyi şeylərdir. Lakin şərrən istədiyi şey hər 

zaman  baş  vərməyə  də  bilər.  Məs:  Allah  istəyir  ki,  qullarının  ibadət  etmələrini,  əmr 

etdiklərini yerinə yetirməyi və qadağan etdiklərindən çəkinmələrini, mömin olmalarını 

istəyir.  Lakin  bu  hər  zaman  baş  verməyə  də  bilər.  Hamı  mömin  deyildir.  Bu  şəri 

istəkdir.  Lakin  kovni  istəklə  Allah  onların  kafir  olmalarını  istəyir.  Kovni  istək  də 

mütləq baş verir. Allahın kovni və şəri iradəsi də hikmətə tabedir.  

 

KOVNİ VƏ ŞƏRİ İRADƏ ARASINDA FƏRQ 

 

1.  Kovni  iradə  Allahın  əzəli  istəyi  və  yaratması  ilə  bağlıdır.  Kovni  iradə  baş  verir 



Allah bu iradədən razı qalsa da, qalmasa da belə. Şəri iradə isə Allahın məhəbbəti, razı 

qalması, şəriət etməsi ilə bağlıdır.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə