2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə203/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   199   200   201   202   203   204   205   206   ...   231

 

400 


əhali yaratdı ki, onlar atalarının bellərində ikən Allah onları Cənnət üçün yaratmışdır. 

Allah Cəhənnəm üçün elə bir əhali yaratmışdır ki, onlar atalarının bellərində ikən Allah 

onları Cəhənnəm üçün yaratmışdır» deyə buyurdu

1615


. Müslim b. Yəsar rəvayət edir ki, 

Ömər  -  radıyallahu  anhu 

 

dan  bu  ayə  barəsində  soruşdular:  «(Ey  Peyğəmbərim!) 



Xatırla  ki,  bir  zaman  Rəbbin  Adəm  oğullarının  bellərindən  (gələcək)  nəsillərini 

çıxardıb  onların  özlərinə  (bir-birinə)  şahid  tutaraq:  “Mən  sizin  Rəbbiniz 

deyiləmmi?”  –  soruşmuş,  onlar  da:  “Bəli, Rəbbimizsən!”  –  deyə  cavab  vermişdilər. 

(Belə  bir  şahidliyin  səbəbi)  Qiyamət  günü:  “Biz  bundan  qafil  idik».  (əl-Əraf  172)

Ömər  -  radıyallahu  anhu 

 

Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  in  belə 



buyurduğunu rəvayət etdi: "Həqiqətən Allah Adəmi xəlq etdikdə sağ əli ilə onun belinə 

apararaq oradan zurriyətini çıxardaraq buyurdu: Mən bunları Cənnət üçün yaratdım və 

onlar  Cənnət  əhlinin  əməllərini  edəcəklər.  Sonra  yenə  də  əlini  onun  belinə  apararaq 

oradan  zurriyətini  çıxardaraq  buyurdu:  Bunları  isə  Mən  Cəhənnəm  üçün  yaratdım  və 

onlar  Cəhənəəmə  əhlinin  əməllərini  edəcəklər".  Bu  zaman  bir  nəfər:  "Bəs  onda  əməl 

nəyə  gərəkdir?"  deyə  soruşdu.  Peyğəmbər:  "Əgər  Allah  bəndəsini  Cənnət  üçün 

yaradıbsa  ona  Cənnət  əhlinin  əməllərini  etməyə  yardım  edər  (imkan  verər),  o  da  bu 

əməllərdən  biri  üzərə  ölər  və  Cənnətə  düşər.  Yox  əgər  Allah  onu  Cəhənnəm  üçün 

yaratmışsa ona Cəhənnəm əhlinin əməlini etməyə imkan verər, o da bu əməllərdən biri 

üzərə  ölər  və  Cəhənnəmə  düşər.  (Bizim  bundan  xəbərimiz  yoxdur  deməyəsiniz  deyə 

Allah  Adəm  oğullarının  belindən  zurriyətini  çıxardıb  və  onları  özlərinə  şahid 

tutmuşdur)»

1616

. 



3) Ana Bətnində Yazılan Qədər 

Əbu AbdurRahmən Abdulla b. Məsud 



  radıyallahu  anhu 

 rəvayət  edir  ki,  doğru 



sözlü və doğru sözü təsdiq olunan Rəsulullah - sallallahu aleyhi və səlləm 



 buyurdu: 

«Sizdən  hər  birinizin  yaradılışı  onun  anasının  qarnında  qırx  gün  nütfə

1617


 şəklində 

olaraq bir yerə  gətirilir. Sonra bu müddət  qədər aləqa

1618

 şəklində olur. Sonra yenə bu 



müddət qədər mudğa

1619


 şəklində  olur.  Sonra  ona  bir  mələk  göndərilir,  mələk  ona  ruh 

üflədikdən  sonra  dörd  xüsusiyəti  yazmaqla  əmr  olunur.  Ruzisini,  əcəlini,  əməlini, 

bədbəxt  və  ya  xoşbəxt  olacağını»

1620


.  Lövhi  Məhfuza  baş  verəcək  hər  bir  şey  qeyd 

olunmuşdur.  Lakin  həyat  ruzisi  və  əcəl  Mələklərin  (Lövhi  Məhfuzdan  götürülmüş) 

kitabında  qeyd  olunmuşdur.  Bu  da  müəyyən  səbəblərə  görə  dəyişə  bilər.  İnsanın  iki 

həyatı  (əcəli)  vardır.  1) Son  –  qəti  olaraq  yalnız  Allaha  məlumdur.  2) Son  olmayan  – 

Allah  Mələklərə  bəndənin  ruzisini  və  yaşını  qeyd  etmələrini  əmr  edir.  Əgər  bəndə 

                                                                                                                             

şeytanlar  onları  azdırdılar.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  Rəbbindən  buyurduğu  rəvayətdə:  «Mən 

qullarımı  Həniflər  olaraq  yaratdım.  Lakin  sonradan  şeytanlar  onları  dinlərindən  sağa-sola  sürüklədilər.  Onlara  halal 

etdiyimi  qadağan  etdilər  və  haqqında  heç  bir  dəlil  nazil  etmədiyim  şeyləri  Mənə  şərik  qoşmağı  əmr  etdilər».  Buxari, 

Müslim. Peyğəmbər –  sallallahu aleyhi və  səlləm – buyurdu:  «Qiyamət günü bağışlanmış  olduqlarını iddia edərək  dəlil 

gətirəcək  dörd  təbəqədən  olan  insanlar  vardır.  Qulağı  eşitməyən  kar,  axmaq  adam,  yaşlı  adam  və  fitrət  zamanı  ölən 

insanlar.  Kar  belə  deyər:  «Ey  Rəbbim,  İslam  gəldi  lakin  mən  heç  bir  şey  eşitmədim».  Axmaq  isə:  «Ey  Allahım,  İslam 

gəldi  lakin  balaca  uşaqlar  belə  məni  ələ  salıb  başıma  dəvə  təzəyi  atırdılar».  Yaşlı  dedi:  «İslam  gəldi,  lakin  mən  heç  bir 

şey  başa  düşmürdüm».  Fitrət  zamanı  ölən  insanlara  gəlincə  isə:  «Ey  Rəbbimiz,  sənin  elçilərin  olan  Peyğəmbərlər  bizə 

gəlmədilər». Uca Allah Ona itaət etmələri barədə onlara əhd edir. Oda girin – hökmünü onlara təbliğ etmək üçün onlara 

bir Peyğəmbər göndərir. Peyğəmbər:  «Nəfsim əlində olan  Allaha and içirəm ki,  əgər onlar oda  girsəydilər bu onlar  üçün 

sərinlik və salamatlıq olardı". Təbərani 841, İbn Hibban 1827, Əhməd 4/24, əl-Albani  1434.  

1615


 Buxari, Müslim 2662.  

1616


 Muvatta 3/92, Tirmizi 5/266, Əbu Davud 4/227, Musnəd 1/44,45, əl-Albani "Mişkət" 95, "Səhih".  

1617


 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır. 

1618


 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). 

1619


 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.  

1620


 Fəthul Bəri 11/477, Müslim 2643. 


 

401 


qohumluq əlaqələrini  möhkəmlədərsə bu zaman (Allah əmr edər ki) onun ruzisi artsın 

və  ömrü  də  uzansın.  Əgər  o,  əlaqələri  kəsərsə  ruzisi  və  ömrü  də  qısalar.  Bəndənin 

ömrünün  artıb-artmamasından  isə  mələyin  xəbəri  olmur.  Allah  isə  hər  bir  şeydə 

xəbərdardır"

1621

.  


3) Qədr Gecəsində Yazılan İllik Qədər  

«Hər  bir  hikmətli  (yaxud  dəyişilməsi  mümkün  olmayan)  iş  o,  gecə  hökm  (ayırd) 

olunur.  Dərgəhımızdan  bir  buyuruq  olaraq!  (İl  ərzində  birinin  başına  gələcək  bütün 

işlər, dünyada baş verəcək bütün hadisələr, xeyr, şər, əcəl, ruzi, xoşbəxtlik, bədbəxtlik 

və  s.  Lövhi-Məhfuzda  həmən  ilin  məhz  qədir  gecəsi  yazılır  və  müvəkkil  mələklərə 

bildirilir.  Bu  yazıya  pozu  yoxdur)  Həqiqətən  Peyğəmbərləri  biz  göndəririk».  (əd-

Duxan 4). İbn Abbas - radıyallahu anhu 

 deyir ki: «Qədr gecəsində ana kitabdan bir il 



boyunca  meydana  gələcək  ölüm,  həyat,  ruzi,  yağış  və  hətta  həcc  edilən  belə  yazılır. 

Filan kişi həcc etdi, filan kişi həcc etdi».  



4) Gündəlik Qədər  

«Göylərdə və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O, 

hər  gün  (hər  an)  bir  işdədir.  (Birini  öldürər,  birini  dirildər,  zalimə  zülm  edər,  acizə 

kömək, birinin duasını qəbul edər, birinə mərhəmət əta edər, digərinə cəza verər. Bir 

işlə  məşğul  olmaq  onu  digərindən  yayındırmaz)».  (ər-Rəhman  29).  İbn  Abbas  

radıyallahu anhu 

 



deyir ki, şübhəsiz Allahın yaratdıqları içərsində ağ incidən Lövhi-

Məhfuz  da  vardır.  Onun  hər  iki  qapağı  qırmızı  bir  yaqutdandır.  Qələmi  nurdur,  yazısı 

da  nurdur.  Hər  gün  ona  üç  yüz  altımış  dəfə  baxar.  Bu  baxışların  hər  birində  yaradır, 

ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər nə diləyərsə onu da edər və 

bu ayəni oxudu: «O, hər gün (hər an) bir işdədir». (ər-Rəhman 29)

1622


.  

3.  Yəni  bu  kainatda  meydana  gələn  hər  bir  şey  rəhmət  və  hikmətlə  Allahın  iradəsi 

və  qüdrəti  ilə  meydana  gəlir.  Kainatda  Allahın  diləməsi  olmadan  heç  bir  şey  vücuda 

gəlməz.  O,  dilədiyini  rəhməti  ilə  hidayətə  yönəldir,  dilədiyini  hikməti  ilə  sapdırır. 

«Allah  iman  gətirənləri  dünyada  da,  axirətdə  də  möhkəm  bir  sözlə  (şəhadətlə) 

sabitqədəm  edər.  Allah  zalimləri  (haqq  yoldan)  sapdırar.  Allah  istədiyini  edəndir». 

(İbrahim 27). «Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. Allah 

dilədiyini  yoldan  çıxardar,  dilədiyini  isə  doğru  yola  salar.  Sözsüz  ki,  etdiyiniz 

əməllərə görə sorğu-sual olunacaqsınız». (ən-Nəhl 93). «Rəbbin istədiyini yaradar və 

seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah istədiyini (haqq yoldan) 

azdırar, istədiyini isə düz yola yönəldər». (əl-Ənam 39). «(Ya Muhəmməd!) Şübhəsiz 

ki,  sən  istədiyini  doğru  yola  yönəldə  bilməzsən.  Amma  Allah  istədiyini  doğru  yola 

salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir». (əl-Qəsəs 56). Dilədiyi hər bir 

şey  qaçınılmaz  olaraq  onun  qüdrəti  ilə  olur.  Olmaması  mümkün  deyildir.  Olmasını 

diləmədiyi  isə  olmaz.  «Bir  şeyi  yaratmaq  istədiyi  zaman  Allahın  buyurduğu  ona 

ancaq: «Ol!» deməkdir. O, da dərhal olar. (Yasin 82). "Allah istəsəydi, onları yığıb 

doğru  yola  salardı".  (əl-Ənam 35). "Əgər Allah  istəsəydi,  onlar  müşrik  olmazdılar. 

Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!". (əl-

Ənam  107).  "Əgər  Rəbbin  istəsəydi,  yer  üzündə  olanların  hamısı  iman  gətirərdi. 

İnsanları  iman  gətirməyə  sənmi  məcbur  edəcəksən?!  (Bu  sənin  işin  deyildir.  Sənin 

vəzifən  ancaq  islamı  təbliğ  etməkdir)".  (Yunus  99).  "Məgər  Rəbbinin  kölgəni 

(günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim 

                                                

1621

 Məcmuul Fətava 8/517,540.  



1622

 əl-Həkim «Mustədrək» 2/519. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə