2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə201/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   197   198   199   200   201   202   203   204   ...   231

 

397 


QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ 

 

Əhli Sünnə  vəl Cəmaat deyirlər ki, qədərə  iman ancaq  dörd xüsus ilə tamamlanır. 



Bunlara da qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu xüsuslar qədər məsələsini 

başa düşməyin yoludur. Qədərə iman isə, bütün bu əsasları həyata keçirmədikcə tamam 

olmaz.  Çünki  bunların  bir  qismi  digərinə  bağlıdır.  Bunların  hamısını  qəbul  edən  bir 

kimsənin  qədərə  imanı  tamamlanır.  Bunların  birinə  və  ya  digərinə  inanmayan  bir 

kimsənin  imanında  sarsıntılar  meydana  gəlir.  «(Ya  Rəsulum!)  Məgər  bilmirsənmi  ki, 

Allah göydə və yerdə nə varsa, hamsını bilir? Həqiqətən bu (lövhi-məhfuz deyilən) bir 

kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır». (əl-Həcc 70).  

1.  Uca  Allah  olmuş,  olacaq  hər  bir  şeyi  təfsilatı  ilə  və  incəliyinə  qədər  bildiyinə 

iman  etmək.  O,  qullarının  nələr  etdiyini  onları  yarat-mamışdan  əvvəl  bildiyi  kimi, 

onların  ruzilərini,  əcəllərini,  sözlərini,  əməllərini,  bütün  hərəkətlərini,  gizlətdiklərini, 

üzə  vurduqlarını,  kimilərin  Cənnət  əhli,  kimilərinin  də  Cəhənnəm  əhli  olduğunu, 

kimilərinin  xoşbəxt  və  ya  bədbəxt  olduğunu  da  əzəldən  bəri  bilir.  İmran  b.  Hüseyn  

radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət əhli atəş əhlindən 

(ayırd  edilib)  bilindi  mi?»  deyə  soruşdu.  Peyğəmbər:  «Bəli,  (ayırd  edilib  bilinmişdir) 

deyə  buyurdu.  Həmən  şəxs:  «Elə  isə  (yəni  Cənnətlik,  Cəhənnəmlik  əzəldən  bəri  bəlli 

olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə 

üçün yaradıl-mışsa onun yolları onun üçün asantlaşdırılacaqdır» deyə buyurdu

1606


. Hər 

bir  kəs  onun  təyin  etdiyi  əcəl  ilə  dünyasını  dəyişəcəkdir.  Allahın  təyin  etdiyi  əcəli  isə 

keçə bilən və ya ondan geri qala bilən heç bir şey yoxdur. «Hər bir ümmətin (əzəldən 

müəyyən  edilmiş)  əcəl  vaxtı  vardır.  Onların  əcəli  gəlib  çatdıqda  bircə  saat  belə  nə 

yubanır, nə də tələsərlər». (əl-Əraf 34). «Biz heç bir məmləkəti əcəli gəlib çatmamış 

məhv etmədik. Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər». 

(əl-Hicr 4,5).  

Allah  hər  bir  şeyi  yaratmazdan  əvvəl  bildiyi  kimi,  hal-hazırda  da  hər  şeyi 

bilməkdədir.  «Qeybin  açarları  Allahın  yanındadır.  Onları  ancaq  Allah  bilir.  Allah 

suda  və  quruda  nə  varsa  bilir.  Elə  bir  düşən  yarpaq yoxdur ki, Allah  onu  bilməsin. 

Yerin zülmətləri içində elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın». (əl-

Ənam  59).  «O,  özündən  başqa  heç  bir  ilah  olmayan,  gizlini  də,  aşkarı  da  bilən 

Allahdır.  O,  rəhimli  və  mərhəmətlidir».  (əl-Həşr  22).  O,  iman  əhlini,  şirk  və  küfr 

əhlini,  salehləri,  talehləri  (saleh  olmayanları)  hər  şeyi  yaratmazdan  əvvəl  bilirdi. 



«Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl 

tanıyandır». (Nun 7).  

Hansı  gün,  vaxt  və  harada  onların  başına  nə  gələcəyini  də  bilir.  Yaratdıqlarından 

heç  bir  şey  ondan  gizli  qalmaz.  «…Heç  kəs  səhər  nə  əldə  edəcəyini  (savab  və  ya 

günah qazanacağını), heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) 

biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34). Əli - radıyallahu anhu – rəvayət 

edir  ki,  Rəsulullah 



  sallallahu aleyhi  və səlləm 

  buyurdu:  «Sizdən  heç  bir  kimsə  və 



yaradılmışlardan  heç  bir  nəfs  müstəsna  olmaq  üzərə  şübhəsiz  ki,  Cənnətdəki  və 

Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya 

bədbəxt olduğu şübhəsiz ki, yazılmış-dır». Səhabələrdən biri: «Ya Rəsulallah! O, halda 

nə  üçün  əməl  edib  çalışırıq?  Hər  şey  bilindiyi  halda  (əməlin  faydası  nədir?)  dedi. 

Peyğəmbər:  «Xoşbəxt  olanlardan  olan  kimsə,  xoşbəxt  kimsələrin  əməli  ilə  əməl 

                                                

1606

 Buxari, Müslim.  




 

398 


edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl edəcəkdir. Xeyr, 

siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün 

yaradılıbsa  o  da  onun  üçün  asantlaşdırıla-caqdır.  Xoşbəxt  olan  kimsələrə,  xoşbəxt 

kimsələrin  əməllərini  etmək  asantlaşdırılacaqdır.  Bədbəxt  olan  kimsələrə  də,  bədbəxt 

olan  kimsələrin  əməlini  etmək  asantlaşdırılacaqdır».  Sonra  bu  ayəni  oxudu:  «Kim 

(malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona 

Cənnəti  müyəssər  edəcəyik.  Amma  kim  (malını  Allah  yolunda  xərcləməyə)  xəsislik 

etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan 

saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq» (əl-Leyl 5-10)

1607


.  

2. Bu da Uca Allahın məxluqatın qədəri ilə əlaqədər olaraq əzəldən bildiyini Lövhi-

Məhfuzda  yazmış  olduğuna  iman  etməkdir.  Lövhi-Məhfuz  isə  hər  bir  şeyin  qədəri 

yazılmış  kitabdır.  Meydana  gəlmiş,  gələcək  və  qiyamət  gününə  qədər  olacaq  hər  şey 

Uca  Allahın  dərgahında  Ummul  Kitabda  yazılmışdır.  Buna  həmçinin  əz-Zikr,  əl-

Kitabul  Mubin  adları  da  verilmişdir.  «Biz  hər  şeyi  hesaba  alıb  İmami  Mubində 

yazmışıq».  (Yəsin  12).  «Allah  sizi  (atanız  Adəmi)  torpaqdan,  sonra  nütfə-dən  xəlq 

etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən heç bir 

qadın  hamilə  olmaz  və  bari-həmlini  yerə  qoymaz.  Ömür  sahibi  olan  birinin  uzun 

ömür  sürməsi  də,  onun  ömrünün  qısaldıl-ması  da  ancaq  kitabda  (Lövhi-Məhfuzda) 

yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır». (Fatir 11).  

Bu mərtəbə bir neçə yerə bölünür.  



1) Əzəli Qədər  

«Yer  üzündə  baş  verən  və  sizin  öz  başınıza  gələn  elə  bir  müsibət  yoxdur  ki,  biz 

onu  yaratmamışdan  əvvəl  o,  bir  kitabda  (Lövhi-Məhfuzda)  yazılmış  olmasın.  Bu 

Allah üçün çox asandır». (əl-Hədid 22). Abdullah b. Amr b. əl-As - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Rəsulullah 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah 



məxluqatın  (qəza  və  qədərini)  göyləri  və  yeri  yaratmamışdan  əlli  min  il  əvvəl 

yazmışdır.  Ərşi  də  suyun  üzərində  idi»

1608

.  Ubadə  b.  Samit  -  radıyallahu  anhu 



  dan 


soruşurlar  ki:  "Ey  Allahın  Rəsulunun  səhabəsi!  Atan  ölümündən  qabaq  sənə  hansı 

vəsiyyəti  edib".  Atam  məni  yanına  çağıraraq  dedi:  "Oğlum!  Allahdan  qorx  və  bil  ki, 

Ona  iman  etmədikcə,  xeyir  və  şərrin  qədərdən  olduğuna  iman  etmədikcə  ondan 

qorxmazsan.  Bu  şeylərə  iman  etmədən  ölsən  atəşə  düşərsən.  Mən  Rəsulullah 



 

sallallahu aleyhi və səlləm 

 belə buyurduğunu  eşitdim:  «Heç şübhəsiz ki, Allahın ilk 



yaratdığı şey qələmdir». Ona: «Yaz!» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» 

dedi.  Allah:  «Qiyamətin  qopacağı  vaxta  qədər  hər  bir  şeyin  qədərini  yaz!»  deyə 

buyurdu

1609


.  

2) Ömürlük Qədər  

«(Ey  Peyğəmbər!)  Xatırla  ki,  bir  zaman  Rəbbin  Adəm  oğullarının  bellərindən 

(gələcək)  nəsillərini  çıxardıb  onları  özlərinə  (bir-birinə)  şahid  tutaraq:  «Mən  sizin 

Rəbbiniz  deyiləmmi?»  soruşmuş,  onlar  da:  «Bəli,  Rəbbimizsən!»  deyə  cavab 

vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: «Biz bundan qafil idik». (əl-

Əraf 172). İshaq b. Rahuyenin rəvayət etdiyinə görə bir nəfər Peyğəmbər 



 sallallahu 



aleyhi və səlləm 

 dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər 





 sallallahu aleyhi 

və səlləm 

 buyurdu: «Uca Allah Adəmin belindən zurruyətini çıxardıb onları özlərinə 



                                                

1607


 Buxari, Müslim.  

1608


 Müslim.  

1609


 Tirmizi 2155, Əbu Davud 4/225,226, Musnəd 5/317, əl-Albani "Səhih" 2\228.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə