2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə205/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   201   202   203   204   205   206   207   208   ...   231

 

404 


insanlara  görnüşünə  (əməllərinə)  görə  Cəhənnəmliklərə  aid  pis  əməllər  edər.  Halbuki 

o,  Cənnətlikdir»

1628

.  Ənəs  b. Məlik  -  radıyallahu  anhu 



 rəvayət  edir  ki,  Rəsulullah 



 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Əgər  Allah  bir  quluna  xeyir  diləyərsə  onu 



istəfadə  edər".  Biz:  "Necə  istifadə  edər?  Ya  Rəsulullah"  dedik.  Peyğəmbər:  "Ölüm 

anında  ona  saleh  əməl  etməyə  yardımçı  olar"  deyə  buyurdu

1629

.  Əbu  Hureyrə  



radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Həqiqətən  elə  bir  kimsə  vardır  ki,  uzun  zaman  Cənnət  əhlinin  əməlini  edər.  Lakin 

sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub möhürlənər. Kimisi də uzun 

zaman  Cəhənnəm  əhlinin  əməlini  edər.  Lakin  sonra  onun  bu  əməli  Cənnət  əhlinin 

əməli ilə son olub  möhürlənər»

1630

.  Səhl  b.  Sad  –  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Peyğəmbər - sallallahu aleyhi və səlləm 

 Xeybər günü müşrik Yəhudilərlə qarşılaşdı. 



Bu  döyüşdə  səhabələrin  içindən  olan  bir  nəfər  mərdanə  düşmənlərə  qarşı  vuruşurdu. 

Səhabələr:  «Bu  gün  bizdən  heç  kimsə  filankəsin  göstərdiyi  igidlik  kimi  igidlik 

göstərməyib» dedilər. Peyğəmbər: «O, Cəhənnəm-likdir» deyə buyurdu. Səhabələrdən 

biri onu izləməyə başladı. Nəhayət döyüş əsnasında o, kimsə ağır yaralandı və ağrıdan 

ölmək  istəyən  o,  kimsə  qılıncının  iti  ucunu  qarnına  arxa  tərəfini  isə  yerə  diriyərək 

üstünə sancıldı və öldü»

1631

Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, 



nə  də  atalarımız  müşrik  olar  və  nə  də  biz  bir  şeyi  haram  edə  bilərdik.  Onlardan 

əvvəlkilər də (öz Peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar». 

Onlara  de  ki:  «Bizim  qarşımıza  çıxara  biləcək  bir  elminiz  varmı?  Siz  yalnız  zənnə 

qapılır  və  yalan  uydurur-sunuz».  (əl-Ənam  148).  Əgər  qədər  onların  leyhinə  dəlil 

təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı.  



2)  Allahın  sapdırdığı  kimsənin  irəli  sürəcək  hər  hansı  bir  dəlili  və  ya  bir  iddiası 

yoxdur.  Çünki  uca  Allah  irəli  sürüləcək  bir  bəhanə  qalmasın  deyə  Peyğəmbərlər 

göndərmiş  və  qulun  əməlini  ona  başa  salaraq  bunu  qulun  qazandığı  olaraq  təqdir 

etmişdir.  «Biz  Peyğəmbərləri  (möminlərə)  müjdə  gətirən  və  (kafirləri)  əzabla 



qorxudan  kimi  göndərdik  ki,  daha  insanlar  üçün  Peyğəmbərlərdən  sonra  Allaha 

qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 

165).  Əgər  Peyğəmbərlərə  itaət  etməyənlərin  leyhinə  qədər  dəlil  təşkil  etsəydi, 

peyğəmbərlərin  göndərilməsi  ilə  bu  dəlil  ortadan  qaldırılmamalıydı.  Lakin  əksinə 

Allah peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır. 

Haqq  və  batil  bəyan  edilmişdir.  Onların  isə  qədəri  dəlil  göstərməkdə  heç  bir  əsası 

yoxdur.  

3)  Uca  Allah  əmr  və  qadağalar  vermiş  və  ancaq  gücü  çata  bilən  şeylərlə  onu 

sorumlu  etmişdi.  «Allahdan  (Allahın  əzabından)  bacardığı-nız  qədər  qorxun».  (ət-



Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin 

qazandığı  yaxşı  əməl  də,  pis  əməl  də  özünə  aiddir».  (əl-Bəqərə  286).  Əgər  qul 

əməllərini  etməyə  məcbur  olsaydı,  o  halda  gücü  çatmayan  və  edilməsi  mümkün 

olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən, 

unutqanlıqdan  və  ya  məcburiyyət  qarşısında  qalaraq  etdiyi  günahlardan  ötrü  sorumlu 

olmayacaqdır. İbn Abbas - radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu 

                                                

1628

 Müslim 2651.  



1629

 Tirmizi 2142, əl-Albani "Səhih".  

1630

 Müslim 2651.  



1631

 Buxari 6607, Müslim 112.  




 

405 


aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  mənə  görə  ümmətimin  səhvən,  unutqanlıqdan  və 



məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib»

1632


.  

4)  Uca  Allahın  qədəri  gizli  bir  sirdir.  Qulun  onu  bilməsi  ancaq  etdiyi  əməlin 

meydana  gəlməsindən  sonra  mümkün  ola  bilir.  Qul  həqiqi  mənada  faildir.  Allah  da 

onların  feillərini  (əməllərini)  yaradandır.  Qul  mömin,  kafir,  yaxşı,  günahkar,  namaz 

qılan, oruc tutandır. O, halda iman və əməlləri yaradan da Allahdır. Qula öz əməllərini 

edə bilməsi üçün qüdrəti, iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini 

yaradan  da  Allahdır.  Sonra  da  xeyr  və  şərri  bir-birindən  ayırd  etmək  üçün  ağıl  da 

vermişdir. «Eləcə  də  sizdən doğru-düz  (yolda) olmaq  istəyənlər  üçün.  (Onu da bilin 

ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-

29). 

5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəldiklərini, onları 

əldə  etməyə  çalışdıqlarını,  (xeyrli  işləri)  kənara  qoyaraq  uyğun  olmayan  (xeyri 

olmayan)  işlərə  yönəlmədiklərini,  uyğun  işlərə  yönəldiklərinə  görə  də  qədəri  dəlil 

göstərmədiklərini  görürük.  Yaxşı,  bəs  nə  üçün  insan  dini  ilə  əlaqəli  xüsuslarda  ona 

fayda  verən  şeyləri  (halalı)  buraxaraq  zərərli  (haram)  şeylərə  yönələrək  qədəri  dəlil 

göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi? 

Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri 

çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə 

aparır. Digər yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu 

iki yoldan hansını seçər? Əlbətdəki rahatlıq və ədalətli olan ölkəyə aparan yolu seçər. 

Heç vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil gətirməz. O, 

halda  axirət  ilə  əlaqədar  xüsuslarda  nə  üçün  Cənnətə  deyil  məhz  Cəhənnəmə  götürən 

yolu izləməklə qədəri dəlil göstərməkdədir.  

6)  Fərzləri  tərk  etməklə,  qadağaları  etməklə  qədəri  dəlil  göstərən  bir  kimsənin 

malını  haqsızlıqla  əlindən  alsalar  və  ya  ona  qarşı  haqsızlıq  edilib  və  qədəri  dəlil 

göstərən  kimsəyə:  «Məni  qınama,  çünki  mənim  sənə  olan  bu  haqsızlığım  Allahın 

qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. Yaxşı, bəs nə üçün başqasının ona 

qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil göstərilməsini qəbul  etmirsə, Uca Allahın 

haqlarını  tapdalayaraq  qədəri  öz  leyhinə  dəlil  göstərməsi  necə  düzdür?  Möminlərin 

əmri  Ömər  b.  əl-Xəttab  -  radıyallahu  anhu 

  nun  dövründə  oğurluq  üçün  əlinin 



kəsilməsi  hökmü  verilmiş  birisini  gətirirlər.  O,  da  əlinin  kəsilməsi  qərarını  verdikdə 

oğru:  «Ağır  ol!  Ey  möminlərin  əmri.  Mən  Allahın  qədəri  ilə  oğurluq  etdim»  dedi. 

Ömər - radıyallahu anhu 

 da: «Bizlərdə ancaq  Allahın  qədəri  ilə sənin əlini  kəsirik» 



deyə cavab verdi.  

Qədərin əsli Allahın sirridir. O, haqda biliyə nə bir mələk, nə bir peyğəmbər, nə də 

onlardan  aşağı  olan  hər  hansı  bir  insan  sahib  deyildir.  Bu  haqda  dərinliyə  dalmaq, 

düşünmək və cürbəcür fikirlər yürütmək doğru deyildir. İbn Məsud - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Rəsulullah 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Qədərdən 



danışanda  susun»

1633


.  Əli  -  radıyallahu  anhu 

  deyir  ki,  qədər  Allahın  sirridir.  Onu 



açmayasan.  Kim  qədərin  dərinliyinə  dalmaq  istərsə  gedəcəyi  yol  xüsran  və 

məhrumiyyətdir.  Bu  yolda  xeyr  əldə  etməyib  hidayətdən  məhrum  olar.  Şişirdər  və 

həddi aşar. Çünki qədərin həqiqətini Allahdan başqa heç kəs bilməz. İnsanlar nə qədər 

                                                

1632

 İbn Macə, 2045; Beyhəqi, 7/356. əl-Albani «Mişkətul-Məsabih» 6293-cü hədis. 



1633

 Təbərani  «Məcmul  Kəbir»  10/223,224,  Əbu  Nuaym  «Hilya»  4/108,  əl-Lələkai  «Şərhu  Usuli  Etiqad»  1/126,  əl-

Albani «Səhih Hədislər Silsiləsi» 1/46.  



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə