2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə215/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   211   212   213   214   215   216   217   218   ...   231

 

424 


anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kim 

özünə  intihar  edərək  dağdan  atarsa  Cəhənnəmlik  olar  və  orada  əbədi  olaraq  özünü 

dağdan  atar.  Kim  də  zəhər  içərək  özünə  intihar  edərsə  Cəhənnəm  içində  əlində  zəhər 

olduğu halda əbədi olaraq ondan içər. Kim də özünə iti bir dəmir soxaraq intihar edərsə 

Cəhənnəmdə əbədi olaraq o, dəmiri qarnına soxaraq cəzalandırılar»

1673


.  

O,  şey  ki,  insanın  xoşuna  gəlmir  və  onu  aradan  qaldırmaqda  mümkün  deyilsə 

kədərlənmək,  peşmançılıq  çəkmək  və  şeytanın  ona  olan  vəsvəsələrinə  qulaq  asmaq 

nəyə  lazımdır.  Allahın  qəza  və  qədərinə  inanan  insan  başına  gələn  hər  bir  işdən  razı 

qalar və ondan daha xoş həyatı olan da olmaz.  

Görürsən ki, insan  müəyyən bir şey üçün səy göstərir, çalışır və  dəridən  qabıqdan 

çıxır ki, o iş alınsın. Lakin onunla o, iş arasına qədər girərək işin alınmasına mane olur. 

Bu şeyə görə kədərlənməməli və peşman olmamalıdır. Əksinə xeyir elə Allahın təqdir 

etdiyində idi. Məs: Bir tacir böyük ticarət müqaviləsi bağlamaq məqsədilə səfər etmək 

üçün təyyarə gözləyir. Müəzzin azan verəndə o, girib namazını qılır. Namazı bitirəndən 

sonra görür ki, təyyarə artıq uçmuşdur. O, olub keçənlərə görə qəm-qüssəyə qərq olub 

oturur. Bir müddətdən sonra məlum olur ki, təyyarə qəzaya uğramışdır. Səcdə edib sağ 

qaldığı  və  namaza  görə  gecikdiyi  üçün  Allaha  şükr  edir.  «Bəzən  xoşlamadığınız  bir 

şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) 

Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).  

3. Sevinməmək Və Kədərlənməmək  

«Yer  üzündə  baş  verən  və  sizin  öz  başınıza  gələn  elə  bir  müsibət  yoxdur  ki,  biz 

onu  yaratmamışdan  əvvəl  o,  bir  kitabda  (Lövhi-Məhfuzda)  yazılmış  olmasın.  Bu 

Allah  üçün  çox  asandır.  Bu  sizin  əlinizdən  çıxana  kədərlənməməyiniz  və  sizə 

verilənə  də  sevinib  qürrələnməməyiniz  üçündür.  Allah  özünü  bəyənən,  özü  ilə  fəxr 

edən  heç  bir  kəsi  sevməz».  (əl-Hədid  22-23).  İnsan  özü  ilə  fəxr  etməkdən,  özü  ilə 

xoşlanmaqdan  uzaqlaşmalıdır  nə  vaxt  ki,  öz  istədiyinə  nail  olur.  Çünkü  insanın 

istədiyinə  nail  olması  Allahın  ona  verdiyi  nemətdir.  Özünə  arxayın  olma  ki,  mən 

müəyyən  dərəcədə  elmliyəm,  ibadətim  var.  Sələflər  qorxardılar  hidayət  olunduqdan 

sonra  da,  ibadət,  itaət  etsələr  də  belə,  Allahın  razılığını  qazanmağa  çalışsalar  da  belə 

sonda  özlərini  heç  nə  görərdilər.  Allahın  yanında  özlərini  ən  aşağı  insan  görərdilər. 

Fəxr  edərək  demirdilər  ki,  biz  bunu  öz  elmimiz,  təcrübəmiz,  ağlımız  və  zəhmətimiz 

sayəsində qazanmışıq. Nəfslərini  daima  məzzəmmət üzərində qurardılar. Öz nəfslərini 

qınayaraq  deyərdilər  ki:  «Məgər  sən  filan  günahın  sahibi  deyilsən».  Çünki  səni 

özündən başqa heç kəs yaxşı tanımır. «Ürəkləri Rəbbinin  hüzuruna  qayıdacaqların-



dan  qorxuya  düşüb  verməli  olduqlarını  verənlər».  (əl-Muminun  60).  Aişə 



 



radıyallahu anhə 

 deyir ki: «Ya Rəsulullah! Bu ayədə söz edilən kimsələr zina edən, 



içki içən, oğurluq  edən  və bu işlərdən sonra Allahın  əzabından  qorxan kimsələrdir?». 

Peyğəmbər: «Xeyr, ey Sıddıqın qızı! Ayədə qəsd edilən kimsə namaz qılan, oruc tutan, 

sədəqə  verən  və  bunları  etdikdən  sonra  etdiyi  əməllər  qəbul  olunmaz  deyə  qorxan 

                                                

1673

 Buxari  «Tıbb»  56,  Müslim  «İman»  109,  175,  Tirmizi  2044,  2045,  Əbu  Davud  3872  Həmçinin  başqa  rəvayətdə: 



Sabit b. Dahhaq - radıyallahu anhu – (ağac altında Peyğəmbər – sallallahu aleyhi və səlləm – beyət edənlərdən biridir) 

rəvayət  edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər  kim İslamdan  başqa  bir  din adına yalandan 

and  içərsə  o, kimsə  elə  dediyi kimidir, kim də  özünü  bir  şeylə  öldürüb (intihar  edərsə) Qiyamət günü ona  o,  şeylə  də 

əzab  verilər,  bir  kimsəni  yerinə  yetirə  bilməyəcəyi  (gücü  çatmadığı)  bir  şeylə  nəzir  etməsi  mötəbər  deyildir,  mömini 

lənətləmək  onu  öldürmək  kimi  bir  şeydir,  kim  özünü  bir  şeylə  kəsərsə  Qiyamət  günü  o,  şeylə  kəsilir,  hər  kim  bir 

mömini küfürdə ittiham edərsə onu öldürmüş kimidir, hər kim malı çox olsun deyə yalan bir iddia edərsə Allah ona mal 

azğınlığından başqa bir şey verməz». Buxari 6047, Müslim 110, Tirmizi 2638, Əbu Davud 3257, Nəsai 5-7. 



 

425 


kimsədir»  deyə  buyurdu

1674


.  Həsənul  Basri 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Mömin 

iki şeyi özündə birləşdirir. Yaxşı əməl ilə qorxunu (Başqa rəvayətdə: Qorxu və ümüd 

möminin  iki  miniyidir).  Münafiq  isə  iki  şeyi  cəm  edər.  Pis  əməl  ilə  arxayınçılığı». 

Əksinə bu nemətə  görə Allaha şükr edər və  nəfsi  ilə  xoşlanmağı, fəxr  etməyi  də tərk 

edərdilər.  «Onlar  İslamı  qəbul  etdiklərinə  görə  sənə  minnət  qoyurlar.  De  ki: 

Müsəlman  olduğunuzla  mənə  minnət  qoymayın!  Xeyr,  əgər  (iman  gətirdiyinizi) 

doğru  deyirsinizsə,  (bilin  ki)  sizi  imana  müvəffəq  etməklə  əslində  Allah  sizin 

boynunuza  minnət  qoymuş  olar»  (əl-Hucurat  17).  «Başına  gələn  müsibətdən  sonra 

dərgahımızdan  ona  bir  mərhəmət  əta  etsək  mütləq:  Bu  elə  mənim  haqqımdır. 

Qiyamətin  qopacağını  güman  etmirəm.  Doğurdan  da  əgər  Rəbbimin  hüzuruna 

qaytarılıb gətrilsəm Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir deyər. 

Biz  kafir  olanlara  nə  etdiklərini  mütləq  (bir-bir)  xəbər  verəcək  və  sözsüz  ki,  onlara 

şiddətli  bir  əzab  daddıracağıq.  (Kafir,  naşükür)  insana  nemət  bəxş  etdiyimiz  zaman 

(imandan)  üz  döndərər,  haqdan  uzaqlaşıb  yan  gəzər.  Ona  bir  pislik  üz  verdikdə 

(Rəbbinə)  uzun-uzadı  dua  edər  (yaxşı  gündə  Allahı  unudar,  dar  gündə  dərhal  Ona 

yalvarar)»  (Fussilət 50-51).  «Bu  mənə  yalnız  məndə olan  elm  sayəsində  verilmişdir. 

Məgər  Qarun  Allahın  ondan  əvvəl  özündən  daha  qüvvətli  və  daha  varlı  olan  neçə-

neçə  kəsləri  məhv  etdiyini  bilmirdimi?  Günahkarlar öz  günahları  barəsində  sorğu-

sual  olunmazlar». (əl-Qəsəs 78). «Bu  mənə  yalnız  biliyimə  görə  verilmişdir!  Deyər. 

Xeyr, bu bir imtahandır». (əz-Zumər 49). «İnsana gəldikdə isə Rəbbin onu imtahana 

çəkib ehtiram etsə, ona bir nemət versə o: «Rəbbim mənə ehtiram göstərdi!» deyər. 

Amma  nə  zaman  rəbbin  onu  imtahana  çəkib  ruzisini  əskiltsə:  «Rəbbim  məni 

alçaltdı, mənə xor baxdı!» deyər». (əl-Fəcr 15,16). Əbu Hureyrə 



 radıyallahu anhu 

 

rəvayət  edir  ki,  Peyğəmbər 



– 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allah  İsrail 



oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına 

bir mələk göndərir. Mələk cüzəm xəstəliyinə tutulanınn  yanına gələrək:  «Ən çox nəyi 

arzu  edirsən?»  deyə  soruşur.  Cüzəm:  «Gözəl  rəng,  gözəl  dəri  və  insanları  məndən 

iyrəndirərək  uzaqlaşdıran  bu  xəstəliyin  getməsini  arzu  edirəm!»  dedi.  Mələk  cüzəmin 

vücuduna  əl  sürtdü.  Dərhal  ondan  bu  xəstəlik  getdi  və  ona  gözəl  rənglə,  gözəl  dəri 

verildi.  Mələk:  «Ən  çox  sevdiyin  mal  hansıdır?»  dedi.  Cüzəm:  «Dəvə  və  ya  inək!» 

deyə  cavab  verdi.  Ona  on  aylıq  bir  dəvə  verildi.  Mələk:  «Allah  bunu  sənin  üçün 

bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk keçəlin yanına gələrək: «Ən çox nəyi arzu 

edirsən?»  deyə  soruşur.  Keçəl:  «Gözəl  saç  və  insanları  diksindirərək  məndən 

uzaqlaşdıran bu keçəlliyin  getməsini arzu edirəm!»  deyə cavab verdi. Mələk  onun  da 

vücuduna  əl  sürtdü.  Dərhal  keçəllik  ondan  gedərək  yerinə  gözəl  saç  verildi.  Mələk: 

«Ən çox sevdiyin mal hansıdır?» dedi. Keçəl: «İnək!» deyə cavab verdi. Ona da balalı 

bir inək  verildi. Mələk:  «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra 

mələk  korun  yanına  gələrək:  «Sən  ən  çox  nəyi  arzulayırsan?»  deyə  soruşur.  Kor: 

«Allahdan  gözlərimi  geri  qaytarmasını  və  insanları  görməyimi  arzu  edirəm!»  deyə 

cavab  verdi.  Mələk  ona  da  əl  sürtdü  və  Allah  ona  görmə  qabiliyyətini  verdi.  Mələk: 

«Ən çox sevdiyin mal hansıdır?» dedi. Kor: «Qoyun!» deyə cavab verdi. Ona da balalı 

qoyun verildi.  

Bir müddətdən sonra dəvə və mal-qara sahiblərinin heyvanları bala verdilər. Qoyun 

sahibinin də qoyunu quzuladı. O, qədər ki, dəvə sahiblərinin bir vadi dəvəsi,  mal-qara 

sahibinin bir vadi mal-qarası, qoyun sahibinin də bir vadi dolusu qoyunları oldu.  

                                                

1674

 Buxari, Müslim.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə