2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə218/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   214   215   216   217   218   219   220   221   ...   231

 

430 


Məsud,  Huzeyfə  b.  Yəmən  və  Zeyd  b.  Sabit  -  radıyallahu  anhum  –  un  yanına  da 

getdim. Onlar da eyni şeyi söylədilər"

1693

.  


Əgər sən bu bölümü düzgün şəkildə yerinə yetirə bilsən qəlbin Allahın təqdir etdiyi 

Qədər ilə razılaşmasını və bununla təskinlik tapmasını vacib edər. «Bu sizin əlinizdən 



çıxana  gədərlənməməyiniz  və  və  sizə  verilənə  də  sevinib  qürrələnməməyiniz 

üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 23). 

əd-Dəhhaq 



 rahmətullahi aleyhi 



 deyir ki: «Sizə təqdir etmədiyimiz dünyəvi şeylərə 

görə  kədərlənməyin,  sizə  verdiyimiz  dünyəvi  şeylər  barəsində  sevinməyin.  Əgər  o, 

yazılıbsa  sizdən  yan  keçən  deyildir.  Sizə  verilməlidir».  Sələflərdən  biri  deyir  ki: 

«Qədərə iman gətirmək insanın kədərini, qəmini, hüznünü aradan qaldırır». Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 də buna işarə edərək buyurur: «Allah güclü mömini zəif 



mömindən  daha  çox  sevir.  Hər  bir  işdə  özünə  faydalı  olanı  götürməyə  səy  göstər. 

Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim 

belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»

1694


Bu  hədis  onu  bildirir  ki,  insanın  öz  nəfsinə  xatırlatması  keçmişi  (yazılmış  Qədəri) 

müsibət  zamanı  artıq  o,  şeytanın  vəsvəsələrini  ondan  uzaqlaşdırır.  O,  vəsvəsələr  ki, 

insana  dərdi,  qəmi,  kədəri,  peşmançılığı  gətirir.  İnsan  bilsə  ki,  bu  yazılan  olmalı  baş 

verməli  idi.  Ənəs  -  radıyallahu  anhu 



 rəvayət  edir  ki, Rəsulullah 



  sallallahu  aleyhi 

və səlləm 

 ə on il xidmət etdim. Bir dəfə də olsun mənə uf demədi, üstümə qışqırmadı. 



Etdiyim bir işdən ötrü nə üçün onu  etdin, etmədiyim  bir işdən  ötrü də nə üçün bu işi 

etmədin deyə demədi (Bağqa rəvayətdə: Əgər xanımlarından biri məni qınamış olsaydı 

ona: Onu buraxın. Çünkü nə təqdir edilmişsə o, da olur

1695


1696


.  

Yalnız Onun istədiyi olur. İnsanın da buna iman gətirməsi ondan dərdi, qəmi, kədəri 

qaldırır. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 bir kişiyə tövsiyə edərkən buyurdu: 



«Allahın  sənə  təqdir  etdiyi  bir  şeydə  Allahı  imtahan  etməyin».  Əgər  mömin  insan 

Allahın təqdir etdiyində olan hikmətə, rəhmətə baxarsa bu onu Allahın təqdir etdiyi ilə 

razı  qalmasına  yönəldər.  «Allahın  izni  olmadıqca  (heç  kəsə)  heç  bir  müsibət  üz 

verməz.  Kim  Allaha  iman  gətirsə  Allah  onun  qəlbini  haqqa  doğru  yönəldər  və  o, 

dünyada  baş  verən  hər  şeyin  Allahın  əzəli  hökmü  və  izni  ilə  olduğunu  bilər. Allah 

hər  şeyi  biləndir».  (ət-Təğabun  11).  Əlqamə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Kim 

Allaha  iman  gətirsə Allah  onun qəlbini  haqqa doğru  yönəldər...»  Bu o, kimsədir ki, 

başına bir müsibət gəlir və bilir ki, bu Allah tərəfindəndir və  müsibətə təslim  olur və 

onunla razı qalır. Suheyb - radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



 sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Möminin  işinə  heyrat  edirəm.  Çünki  onun  hər  bir  işi 

xeyirdir. Bu hal mömindən başqa heç bir kimsə üçün deyildir. Onun başına bir sevinc 

verici bir şey icabət edərsə şükr edər. Bu da onun üçün bir xeyir olar. Əgər onun başına 

zərər  və  ziyan  verici  bir  hal  icabət  edərsə  səbr  edər  və  bu  hal  da  onun  üçün  xeyirli 

olar»


1697

. Hər iki halda da xeyiri qazanması mömindən başqasında ola bilməz. Müsibət 

və xeyiri də qarşılamaq üçün mömində əsaslar vardır və o, bilir bunları necə qarşılasın. 

«De ki: Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz». (ət-Tövbə 

51).  Ənəs  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 

  buyurdu:  «Mükafatın  böyüklüyü  bəlanın  böyüklüyündən  aslıdır.  Allah  bir 



                                                

1693


 Əbu Davud 3699.  

1694


 Buxari, Müslim.  

1695


 Beyhəqi.  

1696


 Müslim. 

1697


 Müslim 2999.  


 

431 


qövmü  sevərsə  onları  imtahan  edər.  Kim  (Allahın  qədəri)  ilə  razı  qalarsa  Allah  da 

onlardan  razı  qalar,  kim  də  (Allahın  qədərinə)  razı  qalmayıb  qəzəb  edərsə  Allahın  da 

onlara qəzəbi tutar»

1698


. Əbu Dərda - radıyallahu anhu 



 deyir ki: «Allah bir şeyi təqdir 

etdiyi  zaman  ondan  razı  qalmasını  istəyər».  Ummu  Dərda  -  radıyallahu  anhə 



  deyir 

ki: «Allahın təqdir etdiyi ilə razı qalanlar o, kəslərdir ki, Allah nəyi təqdir etdisə onunla 

razı qaldılar. Onlar üçün Cənnətdə dərəcələr vardır. Elə bir dərəcələr ki, hətta şəhidlər 

Qiyamət  günü  o,  dərəcələrə  qiptə  edərlər».  İbn  Məsud  -  radıyallahu  anhu 



  deyir  ki: 

«Allah  sevinci,  fərəhi  yəqində  və  razılıqda  qoymuşdur.  Dərdi  və  kədəri  şəkdə  və 

qəzəbdə qoymuşdur». Ömər b. AbdulAziz 



 rahmətullahi aleyhi 



 dualarında deyərdi: 

«Allahumə!  Qəza  və  qədərində  məni  razı  sal  və  o  təqdir  etdiyinə  bərəkət  qoy.Hətta 

mən bununla razı qalım və Sənin gecikdirdiyin şeyi tez istəməyim və ya tezləşdirdiyin 

bir  şeyin  gecikməsini  istəməyim».  Bil  ki,  bəndə  razılığın  dərəcəsinə  çatmaz  hətta  o, 

kimsə  kasıblıq və  müsibət zamanı razı  qalmasa necə ki, varlılıqda  və əmin-amanlıqda 

razı  qaldığı  kimi.  Sən  Allahdan  öz  işin  barəsində  xeyirli  olanı  istəyirsən  və  nəfsinə 

uyğun olmayan bir iş baş verdikdə və ya təqdir olduqda qəzəblənirsən. Bəlkə də sənin 

xeyirin  nəfsinə  uyğun  (xoş  gəlməyən)  bir  şeydədir.  Əgər  sənə  istədiyin  o,  şey  təqdir 

olsaydı  bəlkə  də  sənin  həlakın  orada  olardı.  Lakin  təqdir  olunan  şey  sənin  nəfsinə 

uyğun  gəldikdə  isə  sən  razı  qalırsan.  Bu  da  sənin  qədər  barəsində  elminin 

azlığındandır.  İbn  Aun 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allahın  Qəza  və  qədəri  ilə 

razı qal. Sən belə etsən dərdin az olar və axirət işlərin üçün bu daha xeyirli olar».  

Əgər bəndə Allahdan xeyir-bərəkət diləyərək İstixarə edirsə o, zaman ona lazımdır 

ki,  Allahın  onun  üçün  seçdiyi  ilə  razı  qalsın.  Seçilən  əməl  onun  nəfsinə  müvafiq 

olsada,  olmasa  da  belə.  Çünki  insan  bilmir  xeyir  nəfsinə  müvafiq  olandadır,  yoxsa 

olmayanda. Ona görə də Sələflərdən bir dəstəsi İbn Məsud və s. əmr etmişlər ki, əgər 

bir  insan  təqdir  edilmiş  şeyin  nəfsi  istəyinə  müxalif  olduğu  zaman  səbr  edə 

bilməyəcəksə o, kimsə İstixarə etdiyi zaman rahatlıqda sözünü işlətsin. Məs: Allahım! 

Səndən filan şeyi istəyirəm rahatlıqda.  



İnsanın  Təqdir  Olunanla  Razı  Qalması  Üçün  Bəzi  Səbəblər  Vardır:  1)  İnsan 

yəqin bilməlidir ki, Allah mömin üçün nəyi təqdir edibsə onda xeyir vardır. Bununla o, 

kimsə  xəstə  misalında  olur  hansı  ki,  özünü  mahir,  nəsihət  edən  bir  həkimə  təslim 

etmişdir.  Həkim  o,  xəstəni  incitsə  də  belə  ondan  razı  qalır  ona  olan  inancına  görə. 

İnsan  bilir  ki,  həkim  onun  xeyrini  istəyir.  İnsan  bunu  dərk  etsə  başına  gələn  bütün 

müsibətlərlə  razı  qalar.  2)  İnsan  bu  razılığın  qarşılığında  Allahın  ona  nə  qədər  savab 

vəd  etdiyinə baxsın. Əgər insan  müsibət zamanı razılığın qarşılığını bilərsə razı qalar. 

Onun razılığı o, qədər güclənər ki, təqdir olunan müsibətin ağrısıbını unutdurar. Saleh 

qadınlardan birinin  dırnağı qırılır və o, gülərək deyir:  «Bunun savabının  ləzzəti  mənə 

onun  ağrısının  acılığını  unutdurdu».  3)  O,  bəla  verənin  sevgisində  dərinliyə  getmək. 

Bəla verənin əzəmətini, kamilliyini bilmək. İnsan bu dərəcəyə çatarsa o, ağrını heç hiss 

etməz  Ona  olan  sevgiyə  görə.  Necə  ki,  Yusuf 



  əleyhissəlam  -  görən  qadınlar  onu 

gördükləri zaman unudaraq əllərini kəsdilər və o ağrını da hiss etmədilər. İnsan Allahı, 

o  bəla  verəni  sevərsə  ağrıları  hiss  etməz.  Heç  sevən  insan  da  bəlanı,  müsibəti  hiss 

edərmi? Bəzi müsibət əhli demişlər ki: «Qoy Allah istədiyini etsin. Hətta bizi tikə-tikə 

doğrasalarda biz yalnız Ona qarşı sevgidə artacağıq». Sələflərdən birinin yanına xəstə 

ikən  (ziyarət  məqsədilə)  daxil  olurlar  və  ondan:  «Sənə  seimli  olan  nədir?»  deyə 

soruşurlar. O: «Mənə sevimli olan Allaha ən sevimli olanıdır». Sələflərdən bir kişinin 

                                                

1698

 Tirmizi 2398, əl-Albani zəif. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə