2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə223/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   219   220   221   222   223   224   225   226   ...   231

 

440 


və onlara gözəl bir şəkildə uyanların yoludur»

1721


. İbn Teymiyyə 



 rahmətullahi aleyhi 



  deyir  ki:  «Mütləq  iman  Allahın  quluna  əmr  etdiyi  şeylərin  hamısını  etməyi  və 

haramları  tərk  etməyi  əhatə  edir.  Bir  kimsə:  «Kimsə  özünə  mən  möminəm  dediyi 

zaman  əmr  edilən  bütün  şeyləri  yerinə  yetirən  və  qadağaları  tərk  edən  təqva  sahibi 

yaxşılardan  olduğuna  şahidlik  etmişdir.  O,  artıq  Allahın  vəlilərindən  olur.  Bu  insanın 

bir  növü  öz  nəfsini  təzkiyə  etməsi  və  bilmədiyi  bir  şeylə  öz  lehinə  şahidlik  etməsi 

deməkdir.  Əgər  bu  şahidlik  səhih  olsaydı  insanın  bu  hal  üzərə  ölməsi  onun  Cənnətlik 

olmasına da şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç 

kimsə  yoxdur.  Öz  nəfsi  üçün  imanla  şəhadət  etməsi,  bu  hal  üzərə  ölürsə  Cənnətlik 

olacağına  şahidlik  etməsi  kimidir

1722


.  İbn  Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«İbn  Məsud  və  səhabələr,  Sevri,  İbn  Uyeynə,  Kufə  alimlərindən  bir  çoxu,  İmam 

Əhməd və sünnə imamları – Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda 

istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»

1723

. Həmçinin səhabələrdən: 



«Ömər,  İbn  Məsud,  Əli,  tabiinlərdən  -  İbn  Əbi  Muleykə,  Tavus,  Həsənul-Basri, 

Məhəmməd  b.  Sirin,  İbrahim  ən-Nəhai,  Səid  b.  Feyruz,  Dəhhak  b.  Məşriki,İsmail  b. 

Əbu  Xalid,  Muğirə  b.  Miksəm,  fikhçilərdən  Abdullah  b.  Şübrümə,  Mamər  b.  Rəşid, 

Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd 



– Allah onlardan razı olsun - və s. rəyləridir»

1724


.  

 

EHSAN 

 

İslam  dininin  üçüncü  mərtəbəsi  -  Ehsandır.  Bu  da  tək  bir  rükndur.  Peyğəmbər  



sallallahu  aleyhi  və  səlləm  -,  onların  yanına  dinlərini  onlara  öyrətmək  və  Ehsan 

haqqında  sual  vermək  üçün  gələn  Cəbrail  –  əleyhissəlam 



  a  belə  cavab  vermişdi: 

«Ehsan,  Uca  Allahı  sən  Onu  görür  kimi  ibadət  etməkdir,  lakin  sən  Onu  görməsən  də 

şübhəsiz  ki,  O  səni  görür».  «O,  Allah  ki,  səni  namaza  duranda  da  görür,  səcdə 

edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-Şuəra 218-

219).  

Ehsan  pislik  etməyin  ziddidir.  «Həqiqətən  Allah  ondan  qorxub  pis  əməllərdən 



çəkinənlər  və  yaxşı  işlər  görənlərlədir».  (ən-Nəhl  128).  «Yaxşılığın  əvəzi  ancaq 

yaxşılığdır». (ər-Rəhman 60). «Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafatlar 

gözləyir.  Onların  üzlərinə  nə  bir  toz,  nə  də  bir  zillət  qonar».  (Yunus  26).  «Allah 

yolunda  xərcləyin.  Öz  əlinizlə  özünüzü  təhlükəyə  atmayın,  yaxşılıq  edin!  Allah 

yaxşılıq edənləri sevər». (əl-Bəqərə 195).  

Ehsanın  içinə  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  in  buyurduğu  kimi;  bir 



adamı  miniyinə  mindirmək,  əşyalarını  qaldırmaq  və  ya  daşımaq  üçün  kömək  etmək, 

ona  yol  göstərmək  və  s.  buna  bənzər  xüsusiyyətlərin  hamısı  daxildir.  Bunlar  Allahın 

qullarına  edilən  yaxşılıqdır.  Hətta  bir  kəsin  Allahın  qullarına  bildiklərini  öyrətməsi, 

dərs keçməsi  və ya  məclislərdə  elmi söhbətlər etməsi  xeyr və  ehsandandır. Əbu Yə’la 

Şəddad b. Əus - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Rəsulullah 





  sallallahu  aleyhi  və 

səlləm 

  buyurdu:  «Şübhəsiz  ki,  Allah  hər  şeydə  ehsanı  yazmışdır.  Buna  görə  də 



öldürdüyünüz zaman  gözəl şəkildə öldürün. Kəstiyiniz zaman gözəl bir şəkildə kəsin. 

                                                

1721

 əl-Acurri «Kitabuş Şəriya» 2/656. 



1722

 Məcmul Fətava 7/446. 

1723

 İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460. 



1724

 Abdullah b. Əhməd «əs-Sünnə» 307-384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim» 1/150, Bəğavi «Şərhi 

Sünnə» 1/41. 



 

441 


Sizdən  (heyvan  kəsən  şəxs)  bıçağını  yaxşıca  itiləsin  və  kəsəcəyi  heyvanı 

rahatlasın»

1725

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «İnsanların  hər  bir  bədən  üzvü  üçün  günəşin 



doğduğu  hər  bir  gündə  sədəqə  vardır.  İki  nəfər  arasında  ədalətlə  hökm  vermək  bir 

sədəqədir. Kişini  miniyinə  mindirmək üçün kömək  etmək və yaxut da onun əşyalarını 

miniyə  yükləmək  üçün  kömək  etmək  bir  sədəqədir.  Gözəl  bir  söz  söyləmək  bir 

sədəqədir.  Namaz  qılmaq  üçün  (məscidə)  addımladığın  hər  bir  addım  bir  sədəqədir. 

Yolda əziyyət verən bir şeyi götürmək də bir sədəqədir»

1726


Peyğəmbər



  sallallahu  aleyhi  və  səlləm 

  Ehsanın  bir-birindən  fərqli  iki 



mərtəbədən ibarət olduğunu açıqlamaqdadır.  

1. Uca Allaha sən Onu görür kimi ibadət etmək. 

İbadətə  gəlincə  isə  O,  Allaha  Onu  görür  kimi  ibadət  etmək  deməkdir.  Belə  bir 

ibadət yəni insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə və sevgi ilə edilir. Bu 

yolla  insan  sevdiyi  və  arzuladığı  bir  şeyi  əldə  etməyə  çalışır.  Çünki  o,  Rəbbinə  Onu 

görür kimi ibadət edər. Beləliklə ona yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.  

2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.  

Əgər  sən  Allaha  onu  görür  kimi  ibadət  edə  bilmirsənsə,  onda  Ona  O,  səni  görür 

kimi  ibadət  et.  Beləliklə  Ondan  qorxan,  əzab  və  cəzasından  qaçan  kimsənin  ibadəti 

kimi  Ona  ibadət  etmiş  olursan.  İnsan  Uca  Allaha  bu  şəkildə  ibadət  etmiş  olarsa  Uca 

Allaha  qarşı  ixlaslı  olar.  İbadətini  riyakarlıq  və  başqalarının  eşitməsi  üçün  etməz, 

insanların  onu  tərifləmə-sini  düşünməz.  İnsanlar  onun  ibadətini  istər  bilsinlər,  istər 

bilməsinlər  onun  üçün  fərq  etməz.  Hətta  ixlasın  tamamlayıcı  ünsürü  də  budur:  «İnsan 

etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin bir sir olaraq 

qalmasına diqqət edər».  

 

SƏLƏF İMAMLARININ ƏHLİ SÜNNƏ VƏL CƏMAAT 



HAQQINDA SÖZLƏRİ 

 

1. Əbu Bəkr əs-Siddiq - radıyallahu anhu 

 deyir ki: «Sünnə Allahın sağlam ipidir. 



Onu tərk edən adam özü ilə Allah arasındakı ipi qoparır»

1727




2. İbn Ömər - radıyallahu anhu 

 deyir ki: «Sünnəni tərk edən kafir olur»



1728



3.  İbn  Məsud  -  radıyallahu  anhu 

  deyir  ki:  «Allah  qullarının  qəlblərinə  baxdı. 



Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 

  in  qəlbini  qullarının  qəlbləri  arasında  ən 



xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi 

və  onu  risalətlə  göndərdi.  Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 

  in  qəlbindən 



sonra  yenə  də  qullarının  qəlblərinə  baxdı,  onun  səhabələrinin  qəlblərini  qullarının 

qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə 

dini uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri 

bir  şey  Allah  dərgahında  da  gözəldir,  pis  gördükləri  bir  şey  də  Allah  dərgahında  da 

pisdir»

1729


                                                

1725

 Müslim.  



1726

 Buxari, Müslim.  

1727

 İbn Batta «Şərhu əl-İbanə»s 120. 



1728

 İbn Batta «Şərhu əl-İbanə». 

1729

 İmam Əhməd «Musnəd» 1/379, Əhməd Şakir səhih. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə