432
oğlu cihadda dünyasını dəyişmişdr. Onun yanına başsağlığı vermək üçün gələnlər onun
ağladığını görüb soruşdular: «Səni ağladan nədir?». O: «Mən onun öldürülməsinə görə
ağlamıram, mən ağlayıram ona görə ki, öldüyü zaman onun Allahdan razılığı necə idi».
Bütün bunlar onu göstərir ki, müsibətlərə, bəlalara razı qalması vacib deyildir. Bu
bəyənilən, müstəhəb bir əməldir. Lakin kim razılığı bacarmasa qoy səbrə yönəlsin.
Çünkü səbr etmək vacibdir. «Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr
edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!». (əz-Zumər 10). İnsan
bacardığı qədər razılıq dərəcəsini qazanmağa çalışmalıdır. Həsənul Bəsri
–
rahmətullahi aleyhi
–
deyir ki: «Razılıq məqamı ağırdır. Lakin möminin sığınacaq yeri
səbrdir». Səbrin mahiyyəti odur ki, insanın nəfsini saxlaması, qəzəblənməkdən həps
etməsi. Lakin bununla yanaşı qəlbində ağrı vrdır. Razılıq isə müsibətlə yanaşı
köksünün genişliyini vacib edir. Hətta qəlbdə o, ağrı olsa da belə razılıq o, ağrının
hissiyatını yüngülləşdirir. Bəzəndə o, hissiyatı razılıq bütünlüklə aradan qaldırır.
Ömər b. AbdulAziz, Fudeyl b. İyad
–
Allah Onlardan Razı Olsun
–
deyirlər ki:
«Razı insan o kəsdir ki, olduğu haldan (başına gələn müsibətdən) başqasını arzulamır.
Səbr edən kimsə isə səbr edir, lakin başqa halı arzulayır». Səbr müsibətin ilk anında
olduğu kimi, razılıq isə müsibət baş verdikdən sonra olur. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
dualarında buyurardı: «Allahım! Mən səndən Qəza və qədərindən
sonra razı qalmağı diləyirəm». Kim bəla baş verəndən sonra razı qalarsa həqiqi razılıq
da elə budur. Kim müsibət zamanı Allahın təqdir etdiyinə qəzəblənərsə onun ağrı
çəkməsi ilə yanaşı Allahın qəzəbi də vardır.
Səbr
–
həps etmək deməkdir. Üç növdür. 1. Qəza və Qədər ilə təqdir edilənlərə səbr
(bəla, müsibətlər və s).
2. Əmr edilənlərə səbr etmək (namaz, oruc və s).
3. Qadağan
edilənlərə səbr (haramlara qarşı səbrli olmaq). «Ey iman gətirənlər! Səbr və dua ilə
Allahdan kömək diləyin. Allah səbr edənlərlədir». (əl-Bəqərə 153). «Ey iman
gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat
tapasınız». (Ali İmran 200). «And olsun ki, biz içərinizdəki mücahidləri və səbr
edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcək və əməllərinizi də
yoxlayacağıq». (Məhəmməd 31). «Əlbəttə biz sizi bir az qorxu, aclıq, bir az malnan və
məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver». (əl-Bəqərə 155).
Ömər
–
radıyallahu anhu
–
deyir ki: «Biz gözəl həyatı səbrlə hiss etdik» Buxari,
Əhməd. Əli
–
radıyallahu anhu
–
deyir ki: «İmansız səbr başsız adam kimidir. Səbri
olmayanın imanı da olmaz». İbn Məsud
–
radıyallahu anhu
–
deyir ki: «İnam imanın
hamısıdır. Səbr isə imanın yarısıdır».
Səbr Cənnətin xəzinələrindən bir xəzinədir. Allahda bunu yalnız istədiyi quluna,
hörmətli kimsəyə nəsib edir. Meymun b. Məhrəm
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Heç kəs hətta Peyğəmbər də, ondan aşağı olan kimsələrdə böyük bir xeyiri sbrdən
başqası ilə almamışlar». İbrahim ət-Teymi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«ƏgərAllah insana əziyyətə qarşı səbr veribsə o kimsəyə imandan sonra ən üstün
verilən nemət elə budur». Ömər b. AbdulƏziz
–
rahmətullahi aleyhi – deyir ki: «Əgər
Allah bir bəndəsinə nemət verdikdən sonra neməti alaraq əvəzinə ona səbr verərsə bu
alınan nemətdən daha xeyirlidir». Yəhyə b. Muaz – rahmətullahi aleyhi – deyir ki:
«Əgər sən Rəbbini sevirsənsə və Rəbbin səni ac qoyarsa və çılpaq edərsə sənə vacibdir
ki, buna səbr edib başqalarından da gizlədəsən. Çünkü sevən sevdiyinin əziyyətinə
dözər». Ona görə də dünya müsibətləri onlarda nemətlər yerində idi. Onlardan biri
deyir ki: «Bəlanı nemət saymayan və əmin-amanlığı da müsibət saymayan fəqih
433
deyildir». Onlardan digəri isə: «Mənim başıma bir müsibət gəldikdə 4 dəfə Allaha
həmd edirəm. 1 Həmd edirəm ki, Allah bundan böyük müsibət verməyib. 2 Həmd
edirəm ki, bu müsibətə qarşı səbr vermişdir. 3. Həmd edirəm ki, məni istircə: «İnnə
Lilləhi Və İnnə İleyhi Raciun» kəlməsinə müvəffəq etdiyi üçün. 4. Həmd edirəm ki,
bu müsibəti mənim dinimdə etməyib».
10. Allahın Məsləhət Bildiyində Xeyir Vardır
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey
sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).
Qədərin şirinliyini ancaq Allahın qəza və qədərinə inanan insan hiss edə bilər. Nəfsi
rahat olar. Çox vaxt mömin insan şərrin baş verməsi haqqında düşünmür. İş baş
verərsə, başına müsibət gələrsə onu fikirləri ilə bir daha da şişirtmir. Onu rahatlıqla
qarşılayır və müsibətin itiliyini söndürür. Mömin insan şərri gözləməklə, şərri
çoxaltmağı bir arada toplamır. Baş verən şeyləri rahatlıqla qarşılayır və bilir ki, Allahın
təqdir etdiyində xeyir vardır və bunu Allah daha yaxşı bilir. "Möminlər (müttəfiqlərin)
ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər)
vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər
çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı
vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız
(Allaha) imanını və itaətini artırdı". (əl-Əhzab 22).
Qəza və Qədərə iman gətirən
müsəlman bir kimsə heç vaxt müvəffəqiyyətsizlik və məğlubiyyətdən sonra ruhdan
düşməz, çünki o, qəti olaraq yəqindir ki, hər bir müvəffəqiyyətsizlik onu daha böyük
itkidən və təhlükəli bəladan qurtarmışdır. O, götürdüyü səbəblər üzərində, öz halından
və əməlindən düşünər. Əgər çata bimədiyi hədəf doğru, bu hədəfə çatmaq üçün istifadə
etdiyi səbəblər halaldırsa bu zaman o, yeni güc və qüvvə ilə, Allaha ümüd və təvəkkül
edərək bu işin asanlaşdırıl-masını diliyərək bu işə qol qoyar".
İSLAM VƏ İMAN
İmanın həqiqətini bəyan edən bir çox dəlillər vardır ki, bununla bəndənin qəlbində
iman ağacı kamilləşir. Bununla imanın səmərələrini görürlər və tamını, şirinliyini
dadırlar. Bununla Allahın razılığını və Cənnətini qazanırlar. Bu o, naslardır ki, imanın
həqiqətini və kamiliyyini bəyan edir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
İslam
və İmanı məşhur Cəbrail
–
əleyhissəlam
–
hədisində zikr etdi. Belə ki, səhabələrin
əhatəsində Cəbrail
–
əleyhissəlam
–
ondan İslam və İman barəsində soruşdu. Ömər -
radıyallahu anhu
–
rəvayət edir ki, bir gün Rasulullah
–
sallallahu aleyhi və səlləm - in
hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində səfər
əlaməti görünməyən və aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə
söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Muhəmməd! Mənə İslam
haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allahdan başqa ibadətə
layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın elçisi olduğuna şəhadət etmək,
namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, imkan olduqda Beyti həcc
etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi
ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi.
(Adam): «Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman)
Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Xeyir və Şərrin
Allahdan olmasına inanmaqdır» deyə buyurdu… (Peyğəmbər): «O, Cəbrail
–