428
yim sizdən iki nəfərin (bu xəstəlikdən) çəkdiyi izdirab kimidir». Mən: «Bu ona görədir
ki, sən bu xəstəlikdən iki qat əcr qazanırsan?» deyə soruşdum. Peyğəmbər: «Bəli, bu
belədir deyərək istənilən müsəlmanın başına gələn xəstəlik, bədəninə batan tikan və
bundan daha böyük hər hansı qəza başına gələrsə Allah bu səbəblə onun pisliklərini
örtər və o, kimsə günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökər»
1681
. Əbu Hureyrə
-
radıyallahu anhum
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mömin və möminə xanım daima Allahın imtahanlarına məruz qalacaqlar.
O, imtahanlar ki, onların özlərinə, uşaqlarına və mallarına toxunacaqdır o, vaxta qədər
ki, onlar öz Rəbblərini günahsız qarşılayana qədər»
1682
.
«Sizə üz verən hər bir müsibət
öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». (əş-Şura
30).
7. Böyük Əcr (Mükafatın) Verilməsi
«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul
qıtlığı ilə imtahan edərik. (Ya Muhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə
müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: «Biz Allahın
bəndələriyik və (öləndən sonra) ona tərəf (onun dərgahına) qayıdacağıq» deyirlər. (əl-
Bəqərə 155-156). Əbu Hureyrə
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah buyurdu – mömin qulumun ən çox
sevdiyi insanları əlindən alsam və o da buna səbr edərək əcrini Məndən gözləyərsə,
Məndə ona Cənnətdən başqa bir mükafat olmaz»
1683
. Ənəs - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah buyurdu –
İki gözünü alaraq qulumu imtahan etdiyim zaman səbr edərsə, onların yerinə ona
Cənnəti verərəm»
1684
. Əbu Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah kimə xeyir diləyərsə onu imtahanlara
məruz qoyar»
1685
.
8. Ölümdən Qorxmamaq
«Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı
müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145). İbn Qeyyim
– rahmətullahi aleyhi –
deyir ki: "Hər bir şey səbədləri ilə bərabər təqdir edilmişdir. Bunlardan biri də
duadır
1686
. Səbəbsiz olaraq heç bir şey təqdir edilməmişdir. Hər bir şeyin təqdir edilmiş
bir səbəbi vardır. Qul səbəbi etdiyi zaman təqdir edilmiş hadisə baş verir, əksi təqdirdə
baş vermir. Həqiqətən aclığı dəf etmək və susuzluğu götürmək - yemək və içməklə
bağlıdır, uşağın olması isə - yaxınlıqla, məhsul yığımı - əkinçiliklə, (qurbanlıq)
heyvanın ölümü - onun kəsilməsiylə, həmçinin Cənnətə düşməkdə əməllər
(səbəbilədir), Cəhənnəmə düşmək – Allah Qorusun – digər (əmmələrlə) bağlıdır"
1687
.
Rəvayət edilir ki, Əbu Ubeydə Ami b. əl-Cərrah - radıyallahu anhu –, Ömər -
radıyallahu anhu – nun Şamda Taun xəstəliyinin yayılmasına görə şəhərə girməmək
qərarına qarşı etiraz edərək dedi: "Ey möminləri əmiri! Allahın bizim üçün təqdir
1681
Buxari 5647, Müslim 2571.
1682
Tirmizi 2401.
1683
Buxari 6424.
1684
Buxari 5653.
1685
Buxari 5645.
1686
İbn Ömər
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
"Dua baş verən
və baş verməyən (hadisələrdən) kömək edir. Ey Allahın qulları! Allaha dua edin". Həkim, əl-Albani "Səhih Cəmius
Sağir" 1/641.
1687
Cavabul Kəfi s. 24.
429
etdiyi qədərdən qaçırıq?". Ömər: "Ey Əbu Ubydə! Bu sözləri başqası desəydi? Bəli, biz
Allahın qədərindən digər qədərinə qaçırıq" dedi
1688
.
9. Hər Çətinlikdən Sonra Asantlıqlar Vardır
Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu anhu
–
rəvayət edir ki, bir gün
(minikdə) Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in arxasında idim. O, buyurdu:
«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm...
Bunu da bil ki, (Allahın) yardımı,
zəfəri - səbrlə birlikdədir. Qurtuluş
–
kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki,
hər bir çətinlikdən sonra - asanlıq vardır»
1689
.
İnsanlar içəisində ən çox rahatlıq içində olanı ən çox yorulanıdır. Yorğunçuluqdan
sonra rahatlıq gəlir. Deyirlər ki: «Dünyada ağalığa çatmaq və axirətdə də səadətə
çatmaq üçün yorğunluq körpüsünün üstündən keçmək lazımdır». Rahatçılığın
arxasından həsrət gəlir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Dünya
möminin zindanı, kafirin isə Cənnətidir»
1690
. Şair deyir ki: «Mən böyük bir rahatçılıq
gördüm. Lakin ardından yorğunçuluq vardır. Əgər məşəqqət olmasaydı hamı ağa
olardı». Əbu Musa əl-Əşari - radıyallahu anhu
–
gecə və gündüz oruc tutur və ona
deyirlər ki: «Nəfsinə istirahət ver!». O: «Kim rahatlığı tələb edirsə rahatlığı tərk edər».
İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
deyir ki: «Kim rahatlığı üstün tutarsa o, rahatlığı
ötürər. İnsan nə qədər bu məşəqqətlərə və çətinliklərə dözərsə bir o qədər də sevinər,
ləzzət alar. Himməsi
1691
olmayanın sevinci də olmaz, səbri olmayanın ləzzəti də olmaz,
bədbəxçiliyi (çətinliyi) olmayanın da neməti olmaz, yorğunçuluğu olmayanın da
rahatçılığı olmaz». Sələflər deyirlər ki: «Elm rahat bədənlə alınmaz. Rahatlıq yalnız
yorğunluqla əldə edilir. Nemətlərə çatmaq yalnız o, yolda olan çətinliklərə dözməklə
olur. Bu rahatlığa yalnız Cənnətdə çatılır». Rabi b. Xuseymə
–
rahmətullahi aleyhi
–
yə dedilər ki, nəfsinə bir az rahatlıq ver! O: «Mən onun rahatlığını istəyirəm». İmam
Əhməd
–
rahmətullahi aleyhi
–
dən soruşdular ki: «İnsan nə zaman rahatlıq tapar?». O:
«Birinci ayağını Cənnətə qoyduğu zaman».
10. Bil Ki, Səndən Yan Keçən Bəla Sənə Toxunmamalı İd, Başına Gələn Bəla İsə
Səndən Yan Keçməməli İdi
Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir gün
(minikdə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in arxasında idim. O, buyurdu:
«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm... Bil ki, səndən yan keçən bəla sənə
toxunmamalı idi. Başına gələn bəla isə səndən yan keçməməli idi»
1692
. İbn Deyləmi
deyir ki, Ubey b. Kəb - radıyallahu anhu – nun yanına gələrək dedim: "Qəlbimdə
Qədərə qarşı bəzi şübhələr yer almışdır. Mənə elə bir şeylər danış ki, Allah onları
qəlbimdən dəf etsin". O: "Əgər Allah yer və göy əhlini cəzalandırsaydı bu iş ədalətli
olardı, əgər O hamısını əff etsəydi Onun mərhəməti onların əməllərinin qazandığı
həsənətdən çox olardı. Əgər sən Uhud dağı boyda qızıl xərcləsən, lakin Qədərə iman
etmədikcə, sənin başına gələn hər bir şeyin səndən yan keçmədiyinə, səndən ötüb
keçənin isə sənin başına gəlmədiyinə iman etmədikcə Allah bunu səndən qəbul etməz.
Əgər bunlara iman etmədən ölsən Cəhənnəmə düşərsən". Bundan sonra mən İbn
1688
İbn Həcər "Fəthul Bəri" 10/179.
1689
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834.
1690
Müslim 2956.
1691
Himmə – Qarşındakı çətinlikləri asant görmək, iradə sahibi.
1692
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834, əl-Albaninin təhqiqi ilə «Riyadus-Salihin» 63.