420
Səbr Və Rıda Arasında Fərq:
Səbr - İnsan səbr edir o, işlərə ki, onları sevmir və onlardan xoşlanmır. Həmən
şeyin (həmən anda) baş verməsini sevmir. Eyni zamanda insan şəriətə və səbrə zidd
olan heç bir şey də etmir. Səbr edir Allahın razılığını qazanmaq və Allahın əmri olduğu
üçün. Ənəs - radıyallahu anhu
–
rəvayət edir ki, bir gün Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
oğlunun qəbri üzərində duraraq ağlayan bir qadının yanından keçirdi.
Peyğəmbər: «Allahdan qorx və səbrli ol!» deyə buyurdu. Qadın Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
i tanımadığı üçün: «Ged başımdan! Sən mənim dərdimi
bilməzsən» dedi. Qadına: «O, şəxs Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
idi
deyildikdə dərhal onun ardıyca qapısına gəldi». Lakin qapı önündə (zənn etdiyi) kimi
qapıçılara rast gəlmədi. Qadın: «Sizi tanımamışdım (üzr istəyirəm)» dedikdə
Peyğəmbər: «Həqiqi səbr müsibətin ilk anında olur» deyə buyurdu
1664
.
Rıda
–
İnsanın bir işə ikrah etməməsi, razı qalmasıdır. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki, bəndənin başına gələnlər iki halda ola bilər: «Əməli
etməzdən özncə ona lazımdır ki, Allahdan kömək diləsin, Allaha təvəkkül etsin və dua
etsin. Əgər hadisə onun heç bir feli olmadan baş verərsə səbr etsin və razı qalsın. Əgər
əməl insanın öz istəyi ilə baş verərsə yaxşı əməldirsə (nemətdirsə) Allaha həmd etsin,
yox əgər günahdırsa Allahdan bağışlanma diləsin». Namaza başlamamışdan əvvəl
Allaha yönəl, Allahdan kömək və əcr dilə. Namazı bitirdikdən sonra bağışlanma dilə.
Əstəğfirullah de və Allaha həmd et bu ibadəti yerinə yetirdiyinə görə. «Səbr et.
Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!». (əl-
Mumin 55). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah güclü mömini
zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər.
Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim
belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»
1665
.
BƏNDƏLƏRİN ƏMƏLLƏRİ
Quran və Sünnə bəyan etmişdir ki, bəndələrin əməlləri məxluqdur. Həmçinin Allah
tərəfindən bu əməllər yazılmışdır və Allahın qədərindən kənarda da deyildir. Allah
bilirdi ki, nə yaradacaq və onlar da nə edəcəklər. Bütün bunları da Lövhi Məhfuzda
yazmışdır. Allahın qədəri öncədən onlar üçün yazılmışdır və onlar da həmən qədər
üzərə hərəkət edirlər. Allah kimin qədərində səadət, xoşbəxtçilik yazıbsa həmən insan
haqqa hidayət edir, kimin üçünsə bədbəxtçilik yazılıbsa o, da zəlalətə düçar olur. Allah
Cənnət əhlinin öncədən bilir və onlar üçün Cənnət əhlinin əməllərini asantlaşdırıb və
həmçinin də Allah Cəhənnəm əhlini də bilir və onlar üçün də Cəhənnəm əməllərini
yaradıb. «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffət 96).
«Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər
isə ziyana uğrayanlardır». (əl-Əraf 178). "(Ya Rəsulum!) İnsanları hikmətlə
(Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama)
dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq
şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları
da daha yaxşı tanıyır!". (ən-Nəhl 125). "Onların etdiyi hər şey (əməllərinin yazıldığı)
1664
Buxari 1283, Müslim 926.
1665
Buxari, Müslim.
421
dəftərlərdədir!". (Qəmər 52). Bura qədər sadaladıqlarımız onu göstərir ki, bütün fellər
Allah tərəfindən yaradılmışdır.
«Bu sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz
Cənnətdi!». (əz-Zuxruf 72). Bu ayə insanın ixtiyar və iradə sahibi olduğunu göstərir.
«Haqq Rəbbinizdəndir. Kim istəyirsə inansın, kim də istəyir inanmasın
…
». (əl-Kəhf
29). Mömin də, kafir də ixtiyar sahibidirlər. Allah insana ağıl verib, qüdrət verib, pis və
yaxşı yolu da göstərib, Cənnətə və Cəhənnəmə aparan əməlləri də göstərib ki, insan
seçsin. «Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı». (əs-Səcdə 14). «(Ey
möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz
tarlanıza gəlin». (əl-Bəqərə 223). İnsan ixtiyar sahibidir yaxınlaşmağın formasında.
Həmçinin Sünnədən də dəlillər bizlərə bəyan edir ki, insana əməl etmək və ya
etməmək qadağan olunmayıb. Çünki insan Allahın onun qədərində nə yazdığını
bilməz. Buna görə də Allaha təvəkkül edərək buyrulan işləri etməli, səadət yolunu
tutmalı və bu səadətə çatmaq üçün Allahın razı qaldığı səbəblərdən tutmalıdır. Əli -
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz
ki, Cənnətdəki və Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər
kəsin xoşbəxt və ya bədbəxt olduğu şübhəsiz ki, yazılmışdır». Səhabələrdən biri: «Ya
Rəsulallah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin
faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin
əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl
edəcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki
hər kəs nə üçün yaradılıbsa o da onun üçün asantlaşdırılacaqdır. Xoşbəxt olan
kimsələrə, xoşbəxt kimsələrin əməllərini etmək asantlaşdırılacaqdır. Bədbəxt olan
kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu
ayəni oxudu: «Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü
təsdiq etsə biz ona Cənnəti müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda
xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və
ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq» (əl-Leyl 5-10)
1666
.
İmran b. Hüseyn - radıyallahu anhu
–
rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah!
Cənnət əhli atəş əhlindən (ayırd edilib) bilindi mi?» deyə soruşdu. Peyğəmbər: «Bəli,
(ayırd edilib bilinmişdir) deyə buyurdu. Həmən şəxs: «Elə isə (yəni Cənnətlik,
Cəhənnəmlik əzəldən bəri bəlli olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?»
dedi. Peyğəmbər: «Hər kəs nə üçün yaradıl-mışsa onun yolları onun üçün
asantlaşdırılacaqdır» deyə buyurdu
1667
. Ömər b. Xattab
- radıyallahu anhu
–
deyir ki:
"Ya Rəsulullah! Bizim etdiyimiz əməmllər indi təqdir edilir, yoxsa artıq təqdir
edilmişdir?". Peyğəmbər: "Hər bir şey artıq təqdir edilmişdir. Ey Xattabın oğlu
(sənədə), digərlərinə də onun yolu asanlaşdırılacaqdır. Kim xoşbəxtlər içərisində
olarsa, o öz xoşbəxtçiliyi üçün çalışır. Kim də bədbəxtlər içərisində olarsa, o da öz
bədbəxtçiliyi üçün çalışır"
1668
. Amr b. As
- radıyallahu anhu
–
rəvayət edir ki, bir gün
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
əlində iki kitab olduğu halda yanımıza gəldi
və buyurdu: «Bilirsinizmi bu nə kitabdır?". Biz: "Xeyr, Ya Rəsulullah" dedik. O, sağ
əlində olan kitaba işarə edərək: "Bu aləmlərin Rəbbinin kitabıdır və orada Cənnət
1666
Buxari, Müslim 2647,2648.
1667
Buxari, Müslim.
1668
Tirmizi 2135, əl-Albani "Səhih".