418
zülm edilməz». (Yunus 54). «Onlar heç bir zülm, haqsızlıq görmədən Cənnətə daxil
olacaqlar». (Məryəm 60). «Bu gün heç kəsə heç bir zülm edilməyəcəkdir. Siz ancaq
etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz». (Yasin 54)
1658
. Əbu Zərr əl-Ğifari
-
radıyallahu anhu
–
, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
Uca və Böyük olan
Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülümü özümə haram etdim.
Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin»
1659
. İbn
Abbas, Ubadə b. Samit və Zeyd b. Sabit
– Allah Onlardan Razı Olsun - yolu ilə gələn
rəvayətdə Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Heç şübhəsiz ki, əgər
Allah aləmlərdə olan hər bir şeyi cəzalandırmaq istəsə onlara zülm etmədən
cəzalandırar. Əgər onlara rəhmət diləməli olsa əlbətdəki Onun rəhməti onlar üçün öz
əməllərindən də xeyirli olar»
1660
. İbn Məsud
- radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
Hüneyn günü hərbdən sonra qənimətləri
bölüşdürdükdə bəzi inanları bu bölüşdə üstün tutdu. Əqra b. Xabisa yüz dəvə verdi,
Uyeynə (b. Hisnu) də bu qədərini verdi. Ərəb əşrəflərindən bəzilərinə də bu sayda dəvə
verərək başqalarından üstün etdi. (Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in bu
işinə) bir nəfər etiraz edərək dedi: «Vallahi bu bölüm ədalətli olmadı və Allah
–
subhənəhu və təalə
–
nin razılığı bu işdə gözlənilmədi». İbn Məsud: «Vallahi! Mən bu
sözləri Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ə çatdıracağam dedim. Və
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ə gedib eşitdiklərimi ona xəbər verdim».
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in üzü dəyişdi. Qıpqırmızı boya kimi oldu.
Əgər Allah və Rəsulu da ədalətli olmasa onda kim ədalətli ola bilər! deyə buyurdu.
Sonra da: «Allah Musa
–
əleyhissəlam
–
a rəhmət eləsin. O, bundan da əziyyətli
sözlərlə qarşılaşdı lakin səbr etdi
1661
.
«De ki: «Allah ədaləti əmr etdi
…
». (əl-Əraf 29).
ALLAH
–
Subhənəhu Və Təalə
–
NİN QƏDƏRİ İLƏ
RAZILAŞMAQ
Allahın istədiyi hər bir şey baş verir, istəmədiyi isə olmur. Yerlərdə və göylərdə
Allahın istədiyindən kənarda heç bir şey baş vermir. Baş verən hər bir şey də Allahın
hikmətinə uyğundur. Allah istədiyinə hidayət verir öz rəhməti və fəzilətilə. İstədiyini
də zəlalətə salır öz hikmətilə. Allahın istədiyindən başqa heç bir şey baş vermir. Hər bir
şey Allahın istəyi və iradəsilədir. Kiminsə mömin və kimnsə kafir olması Allahın
istəməsilədir. Allahın istəyi olmasa bir yarpaq belə ağacdan düşə bilməz. Allah etdiyi
heç bir şey haqqında soruşulmaz, lakin insanlar isə soruşulacaqlar. Allahın istədiyi
kimsələrdən başqa heç kəs iman gətirə bilməz. Müşriklər Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
in möcüzələrini görürdülər. Lakin yenə də iman gətirmirdilər. Bütün
kainatda baş verən hər bir şey istər Allahın felləri olsun, istər insanların felləri Allahın
istəyi ilə olur. Allah yaradır öz istəyilə, gecənin 3/1 göy səmasına enir öz istəyilə, rəhm
edir öz istəyilə, gülür, qəzəblənir öz istəyilə. Məxluqatların istəyi də Allahın istəyilədir.
Məscidə getməyimiz, məsciddə toplanmağımız və s. Allahın istəyilədir. Allahın
istədiyi bir şey baş verməyə bilməz. Baş verməyən şey isə ona görə baş vermir ki,
1658
Həmçinin Bəqərə 279,281, Nisa 40,49,124, Ənam 160, Ənfal 51, Tövbə 70, Yunus 44,47, Hud 101, Nəhl
33,111,118, İsra 71, Məryəm 60, Ənbiya 47, Həcc 10, Muminun 62, Ənkəbut 40, Rum 9, Yasin 54, Kəhf 49, Zumər 69,
Zuxruf 76, Casiyə 22, Əhqaf 19, Qaf 29, Fussilət 46 və s. ayələr dəlildir ki, Allah zülm edən deyildir.
1659
Müslim 2577, Əhməd «Musnəd 5/160.
1660
Əbu Davud 4699, İbn Məcə 77.
1661
Buxari 3150, Müslim 1061.
419
Allah istəmir.
«Əgər Allah istəsəydi onlar müşrik olmazdılar. Biz səni onların
üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən». (əl-Ənam 107).
«Allah istəsəydi onları doğru yola yığardı». (əl-Ənam 35).
İnsan hər hansısa bir şeyi düzəldir, Allahın istəyi, iradəsi altında. Bizim özümüzü
də, əməllərimizi də Allah yaratmışdır. Bütün hərəkət edənləri və hərəkətlərinidə, hər
bir yerində duran və onun sükunətdə durmasını da Allah yaratmışdır. Bununla yanaşı
Allah insana qüdrət və ixtiyar vermişdir ki, insan da bununla hərəkət edir. İnsan
hidayəti də, zəlaləti də öz ixtiyarı ilə seçir. Heç şübhəsiz ki, Allah öncədən bilirdi sən
kim olacaqsan. Sən bu yolu öz ixtiyarınla seçmisən. Firon kafir idi. Allah bunu bilirdi.
Lakin buna baxmayaraq ona dəvətçilərini göndərir ki, onunla yumşaq danışaraq ona
haqqı bəyan etsinlər. «Fironun yanına yollanın. O, (Allahlıq iddiasına düşməklə)
həqiqətən azğınlaşıb həddini azmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət
qəbul etsin, yaxud (Rəbbindən) qorxsun» (Ta ha 43-44). Hər bir şey Lövhi
Məhfuzdakı kimi olacaqdır. Allah əzəli elmi ilə hər bir şeyi bilir və hər bir şeydən də
xəbərdardır. Allahın elmi nə artır, nə də azalır. Allah bilir ki, yaratdıqdan sonra kim
necə olacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Zəkəriyyə
oğlu Yəhyə - əleyhissəlam - anasının bətnində ikən mömin olaraq yaratmışdı, Fironu
isə anasının bətnində ikən kafir olaraq yaratmışdır"
1662
.
Allahın Qədəri ilə razılaşmaq hər bir müsəlmana vacibdir. Çünki qədər ilə
razılaşmaq Allahın Rububiyyəti ilə razılaşmağın kamilliyin-dəndir. Kim qədər ilə
razılaşarsa deməli o, kimsə Allahın Rububiyyətilə razıdır. Allah Qada edir. Qada
Allahın felidir. Məqdi
–
isə baş vermiş deməkdir. Qada ilə hər bir mömin razı
qalmalıdır. Qadaya qarşı çıxmaq olmaz. Məqdinin isə təfsilatına varmaq lazımdır.
Çünki məqdinin bir neçə növü vardır.
1. Onunla insanın razı qalması vacibdir. Bu da Allahın bizə şəriət etdiyi əmrlərilə və
qadağaları ilə razı qalmaqdır. Burada həm qada tərəfdən razı qalmaq lazımdır,
həmçinin də məqdi tərəfdən də razı qalmaq lazımdır.
2. Haramdır onunla razı qalmaq. Günahlar, asiliklər və s. Zinakarın zina etməsi,
oğrunun oğurluq etməsi, şərik qoşanın şirki və s. Bununla razı qalmaq olmaz. Qada
tərəfdən razıyıq. Çünki Allah bunu belə təqdir edib. Lakin məqdi tərəfdən isə biz razı
deyilik, inkar edirik və aradan qaldırmaq üçün çalışırıq. Allah bu işi Qada etməklə
yanaşı bu işi sevmir və razı da deyildir. Nə üçün biz Qadadan razı qalmalıyıq? Çünki
bu Allahın hikmətindəndir və qədərindəndir. Nə üçün inkar etməliyik? Çünki Allhın
xoşuna gəlmir.
3. Müstəhəbdir onunla razı qalmaq. Onlarla razı qalmaq müstəhəb, səbr etmək isə
vacibdir. Bunlarda Allahın göndərdiyi müsibətlər və bəlalardır. İnsana vacibdir ki,
başına gələnlərə səbr etsin, razı qalmaq isə bu məsələdə müstəhəbdir. Məs: Zəlzələ
nəticəsində yaxınlarını itirir. Bu Allahın göndərdiyi müsibətdir. Buna səbr etməsi
vacibdir. Çünki Allahın qədəri belə idi. Razı qalması isə müstəhəbdir. Lakin yaxşıdır
ki, insan Allahın Qadası ilə razı qalsın. Bu da imanın kamilliyi və əcrin qazanılmasıdır.
Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mömini nə yorğunluq, nə xəstəlik, nə əzab-
əziyyət, nə rahatsızlıq, nə kədər, nə də bədəninə batan tikan maraqlandırır. Onu
maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməsidir»
1663
.
1662
İbn Adi "Kamilə", Təbərani "Mucəmul Vasit", əl-Albani "Səhih Cəmi" 3232.
1663
Buxari, Müslim.