2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə214/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   210   211   212   213   214   215   216   217   ...   231

 

422 


əhlinin  adları,  atalarının  adlar  və  (mənsub  olduqları)  qəbilənin  (millətin)  adı  vardır. 

Sonuncu  ad  ilə  yekun  verilib  və  bundan  sonra  ora  nə  əlavə  ediləcəkdir,  nə  də  oradan 

çıxarılacaqdır".  Sonra  o,  sol  əlində  olan  kitaba  işarə  edərək:  "Bu  aləmlərin  Rəbbinin 

kitabıdır  və  orada  Cəhənnəm  əhlinin  adları,  atalarının  adlar  və  (mənsub  olduqları) 

qəbilənin  (millətin)  adı  vardır.  Sonuncu  ad  ilə  yekun  verilib  və  bundan  sonra  ora  nə 

əlavə  ediləcəkdir,  nə  də  oradan  çıxarılacaqdır".  Səhabələr:  "Bəs  onda  əməl  nəyə 

lazımdır  Ya  Rəsulullah!  Artıq  hər  bir  yazılmışdır"  dedilər.  Peyğəmbər:  "Doğru  əməl 

edin  və  yaxınlaşın.  Kim  Cənnətə  düşərsə  ömrünü  Cənnət  əhlinin  əməli  ilə  son  verər 

öncədən  nə  etməsinə  baxmayaraq,  kim  də  Cəhənnəmə  düşərsə  ömrünü  Cəhənnəm 

əhlinin  əməli  ilə  son  verər  öncədən  nə  etməsinə  baxmayaraq".  Sonra  Rəsulullah 



 

sallallahu  aleyhi  və  səlləm 

  əlini  açaraq sanki  (kitabları) tullamaq  istədi  və  buyurdu: 



"Sizin  Rəbbiniz  qulları  ilə  (məsələni)  həll  etdi.  Kimiləri  Cənnətə,  kimiləri  də 

Cəhənnəmə düşəcəkdir"

1669



Hafiz  əl-Həkəmi 





  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bəndələrin  bu  əməlləri  etmək 

üçün  istəyi  və  qüdrəti  vardır.  Allah  insanları  və  onların  qüdrətlərini  və  istəklərini  də 

yaradandır.  Həmçinin  onların  sözlərini  və  əməllərini  də  yaradandır.  Allah  özü  bunu 

insanlara  vermiş  və  qədərdə  də  təqdir  etmişdir.  Bu  əməllərinə  görə  cəza  və  əcr 

qazanmağı  da  onlar  üçün  təqdir  etmişdir.  Allah  insanlara  onların  gücləri 

çatmayacaqları  və  daşıya  bilməyəcəkləri  şeylərlə  yükləməmişdir.  Allah  onlara  xəbər 

vermişdir  ki,  onlar  Allahın  onlar  üçün  təqdir  etdiyindən  başqasına  da  nail  ola 

bilməzlər.  Allahın  istədiyindən  başqa  da  bir  şey  istəyə  bilməzlər.  Allah  insanların 

istəyini,  məşiətini,  əməllərini,  qüdrətini  də  öz  istəyi,  məşiəti,  qüdrəti  və  iradəsi 

daxilində  etmişdir.  Allahın  istəyi,  iradəsi,  qüdrətindən  kənarda  deyildir.  Bununla 

bərabər insanın istəyi, qüdrəti, iradəsi Allahın istəyi, iradəsi, qüdrəti deyildir. Necə ki, 

insan Allahın özü deyildir. İnsan məxluqdur, Allah isə yox. Qüdrət, istək, iradə bunlar 

yalnız adlarda bir-birinə bənzəyirlər. Lakin həqiətdə isə Allahın qüdrəti, istəyi, iradəsi 

özünə məxsus şəkildə, insanın isə özünə məxsus şəkildədir.  

Feli  edən  həqiqətən  də  bəndədir,  felə  hidayət  edən  isə  həqiqətən  də  Allahdır. 

Hidayət  edən  Allah,  hidayət  olunan  isə  bəndədir.  «Sizi  yaradan  Odur.  Kiminiz 

kafirsiniz,  kiminiz  mömin.  Allah  nə  etdiklərinizi  görən-dir».  (ət-Təğabun  2).  Kim 

hidayətə  layiqdirsə  hidayət  olunacaqdır.  Kim  də  hidayətə  layiq  deyilsə  əməlləri  ilə 

zəlaləti  qazanacaqdır.  Allah  şəri  olaraq  istəyir  hamının  hidayət  olunmasını.  Lakin 

kovni  olaraq  istəmir.  Allah  insanları  yaradıb  və  onların  əməl  etmələri  üçün  qadağalar 

və əmrlər qoymuşdur. Kim ki, əməli və əməl  etməyi də insana izafə (xas) edərsə artıq 

küfr  etmiş  olar.  Çünki  bu  Qədəriyyə  firqəsinin  sözüdür  ki,  onlar  həm  əməli,  həm  də 

əməli etməyi insana izafə edirlər. İnsan öz əməlini özü yaradır və edir. Allah öncədən 

onun nə əməl edəcəyini bilmir. Əməl etdikdən sonra bilir. Həmçinin kim hər iki əməli 

Allaha  izafə  edərsə  yenə  də  küfr  etmiş  olar.  Bu  da  Qədəriyyənin  bir  qolu  olan 

Cəbərilərin fikridir ki, onlar deyirlər: «İnsan əməlləri etməyə məcburdur, onun heç bir 

seçimi  və  ixtiyarı  yoxdur».  Əhli  Sünnə  vəl  Cəmaat  deyir  ki:  «Hidayət  edən  Allahdır, 

hidayət  olunan  isə  insandır.  Kim  feli  Allaha,  feli  yerinə  yetirməyi  isə  insana  izafə 

edərsə o, həqiqi mömindir».  

 

                                                



1669

 Tirmizi 2141, əl-Albani "Həsən".  




 

423 


QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI 

 

1. Razılıq, Yəqinlik Və Əvəz  



«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman 

gətirsə,  Allah  onun  qəlbini  haqqa  yönəldər  və  o,  dünyada  baş  verən  hər  şeyin 

Allahın  əzəli  hökmü  və  izni  ilə  olduğunu  bilir.  Allah  hər  şeyi  (keçmişi,  indini  və 

gələcəyi)  biləndir.  (ət-Təğabun  11).  Ömər  -  radıyallahu  anhu 

  deyir  ki:  «Sevmiş 



olduğum  və  sevməmiş  olduğum  şeyə  əhəmiyyət  vermirəm.  Çünki  mən  xeyrin 

sevdiyim,  yoxsa  sevmədiyim  şeydəmi  olduğunu  bilmirəm».  Həsənul  Bəsri 



 

rahmətullahi aleyhi 



 deyir ki: «Meydana  gələn xoşlamadığınız şeyləri  və bəlaları pis 

görməyin.  Neçə  xoşlamadığınız  işlər  vardır  ki,  qurtuluşunuz  ondadır  və  neçə  özünüz 

üçün yaxşı gördüyünüz işlər vardır ki, onda həlakınız vardır». İbn Kəsr 



 rahmətullahi 

aleyhi 



  deyir  ki:  «Müsibətə  düçar  olan  adam  bilir  ki,  bu  Allahın  qəza  və  qədəridir. 

Ona səbr edir, Allahın qəzasına təslim olur və Allah da onun qəlbini hidayətə yönəldir, 

qəlbinə  yəqinlik  və  dünyada  itirdiklərinin  daha  yaxşısını  ona  verir».  İbn  Abbas  



radıyallahu  anhu 

  deyir  ki:  «Səbrli  adamın  qəlbini  yəqinliyə  yönəldir.  O,  bilir  ki, 



məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın qəza və qədəridir». 

2. Nəfsin Rahatlığı, Qəlbin Sakitliyi  

Nə vaxt ki, insan bilsə ki, baş verən şeylər Allahın təqdiri ilədir və baş verən şeylər 

mütləq  olmalı  idi  onda  nəfs  rahatlanar,  qəlb  sakitləşər  Rəbbin  qəzası  ilə  razılaşar  və 

qədərə  iman  edəndən  daha  xoş,  sakit  və  rahat  həyatı  olan  heç  kəs  olmaz.  Əgər  sən 

səbəblərdən

1670


 istifadə  edərək  xoşuna  gəlməyən  bir  şey  baş  verərsə  və  əgər  Allaha 

inanırsansa  xoşlamadığın  bir  şeyin  baş  verməsinə  görə  Allaha  təslim  olarsan.  Onun 

təqdir etdiyi ilə razı qalarsan. Allahın təqdir etdiyi  elə  budur. Əgər Allah belə yazıbsa 

onun  başqa  bir  hala  düşməsi  mümkün  deyildir.  Buna  insan  iman  gətirərsə  o,  rahatlıq 

tapar. Əgər bu Allahın  mənə yazdığıdırsa və mən də Allahın bəndəsi və  mülküyəmsə 

Allah da öz bəndəsinə və mülkünə istədiyini edə bilər. Bununla o, sakitləşər və rahatlıq 

tapar. Heç bir kədər hissi də keçirməz. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allah  kimə  xeyir  istəyərsə 

onu  imtahanlara  məruz  qoyar»

1671


.  Ənəs  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Mükafatın  böyüklüyü  bəlanın 

böyüklüyündən  aslıdır.  Allah  bir  qövmü  sevərsə  onları  imtahan  edər.  Kim  (Allahın 

qədəri)  ilə  razı  qalarsa  Allah  da  onlardan  razı  qalar,  kim  də  (Allahın  qədərinə)  razı 

qalmayıb  qəzəb  edərsə  Allahın  da  onlara  qəzəbi  tutar»

1672


.  Əgər  insan  qədərə  iman 

etməzsə  onun  səbr  etməsi  də  mümkün  deyildir.  Baxın  o,  insanlara  ki,  onlar  qədərə 

inanmırlar. Başlarına bir müsübət gəldikdə səbr etməyib özlərinə intihar edərlər. Məgər 

bu intihar, özünü öldürmək onları düşdükləri müsibətdən qurtarırmı? Əlbətdə ki, yox! 

Onlar  belə  etməklə  bundan  da  şiddətlisinə  məruz  qalırlar.  Əbədi  olaraq  onlara 

Cəhənnəmdə özlərinə qəsd etdikləri şeylə cəza veriləcəkdir. Əbu Hureyrə - radıyallahu 

                                                

1670


 Səbəblərdən istifadə etdiyin zaman Allaha etimad etməlisən. Çünkü səbəb də, nəticə də Allahın təqdiri ilədir. İnsan 

səbəbdən tutduğu zaman səbəbə deyil Allaha güvənməlidir. Əgər tək səbəbə güvənərsə o, yalnız, tək qalar. Ona heç bir 

kömək olunmaz. Rəsulullah - səllallahu aleyhi və səlləm – duasında buyurur ki: «Ya Həyyu! Ya Qayyumu! Rəhmətinlə 

yardım diləyirəm. Bütün işlərimi islah et və məni bir göz qırpımı belə öz ixtiyarıma (nəfsimə) buraxma». Həkim 1/545, 

«Səhihul  Tərğib  vət  Tərhib»  1/273.  Səbəbin  özündən  tutmaq  vacibdir.  Lakin  bununla  bərabər  Allaha  etimad 

olunmalıdır.  

1671

 Buxari 5645 



1672

 Tirmizi 2398, əl-Albani zəif. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə