43
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). Allah
Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməd
–
sallallahu aleyhi
və səlləm - də Onu Sünnədə vəsf etdiyi kimi qəbul etmək. Onlara de: «(Bunu) sizmi,
yoxsa Allahmı daha yaxşı bilir?» (əl-Bəqərə 140). Allahdan sonra onu (Allahı)
Rəsulundan daha gözəl kim tanıya bilər? Rəsululah
–
sallallahu aleyhi və səlləm - bu
haqda buyurur: «Sənə, sənin özü-özünə verdiyin, yaxud öz Kitabında nazil etdiyin və
ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində
malik olduğun hər bir adla dua edirəm»
121
. Əbu Nuaym
–
rahmatullahi aleyhi
–
deyir
ki: «Allahın öz nəfsini vəsf etdiyi şeyləri inkar edən kafir olur. Nə Allahın özünü vəsf
etdiyi, nə də Rəsulu Onu vəsf etdiyi heç bir şey təşbih deyildir»
122
.
Allahın İsim və Sifətlərini bilmək, mənasını başa düşmək, onlarla Allaha dua edib
Ondan istəmək, qulların qəlblərində yaradıcını ucaltmaq, Onu təqdis edərək hər cür
əskiklik və qüsurlardan tənzih etmək və Onu sevmək, Ona ümüd edib arzulamaq və
Ondan qorxmaq, Ona təvəkkül etməkdir. Belə ki, yaradıcı onların qəlblərində, nə
zatında, nə də Sifətlərində heç bir ortağı olmayan ən uca örnək olur. Heç kimsənin
onların qəlblərindəki bu yer kimi bir yeri yoxdur.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in risaləsi iki şeyi əhatə edir: Faydalı elm
və Saleh əməl.
«Müşriklərin xoşuna gəlməsə də (İslamı) bütün dinlərin fövqündə
göstərmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!» (ət-Tövbə
33). Bu ayədə olan
Hidayət
–
Faydalı elm, Haqq Din – Saleh əməldir.
Faydalı Elm
–
gərək dünyada, gərək də axirətdə xeyirli və faydalı olan hər bir elmi
əhatə edir. Heç şübhəsiz ki, Allahın İsimləini, Sifətlərini və feillərini bilmək bu
elmlərin başında gəlir. Çünki bunları bilmək elmlərin ən xeyirlisi, ilahi risalətin özü,
Peyğəmbər dəvətinin özəyi, söz, iş və etiqad baxımından dinin təməlidir. İsim və
Sifətlər Tövhidi, Uluhiyyət və Rububiyyət Tövhidindən daha əhatəli və ümumidir.
Allahın haqq bir İlah olduğuna, ibadətin ondan başqasına caiz olmadığını bilmək Onun
İsim və Sifətlər elmindən bir budaqdır. Eyni şəkildə Onun Rəbb olduğuna, hər şeyi
yaradıb yoxdan var etdiyinə, varlılıqlara surət verdiyinə iman etmək, İsim və Sifətlər
Tövhidindən bir budaqdır. Bu da İsim və Sifətlər Tövhidinin Rububiyyət və Uluhiyyət
Tövhidindən daha ümumi və əhatəli olduğunu göstərir.
Allahın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məhdudlaşdırması, nə də
əhatə etməsi mümkündür. Allahı onun özünü adlandırdığı kimi adlandırmaq, yaxud
onun özünü adlandırdığı adları inkar etmək Allaha qarşı üsyan etmək deməkdir. Ona
görə də bu işdə ədəb yolunu tutmaq, Quran və Sünnə mətnlərində olan adlarla
kifayətlənmək lazımdır. «Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və
qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). «Allaha qarşı
bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdu». (əl-Əraf 33).
İbn Qeyyim
–
rahmatullahi aleyhi - Allahın İsim və Sifətlərini üç qismə bölür: 1. O,
adlar ki, insanlardan qeyri məxluqlar bilir. 2. O, adlar ki, Quran və Sünnədə varid olub.
3. O, adlar ki, onları yalnız Allah bilir.
Əhli Sünnə Vəl Cəmaat – Rəblərini belə tanıyır. Allah, ondan əvvəl heç bir şeyin
olmadığı (Əvvəl), ondan sonra heç bir şeyin olmadığı (Axır), ondan üstə heç bir şeyin
olmadığı (Zahir), ondan o, tərəfə heç bir şeyin olmadığı (Batindir). «Əvvəl də, axır da,
zahir də, batin də odur. O, hər şeyi biləndir». (əl-Hədid 3). Yenə də etiqad edirik ki,
121
İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban.
122
İmam Zəhəbi «Uluv».
44
Allahın zatı, digər zatlara, varlıqlara bənzəməz. Sifətləri də eyni şəkildə digər sifətlərə
bənzəməz. Çünkü Allaha bənzər, oxşar heç bir varlıq yoxdur. O, yaratdığı varlılıqlarla
qiyas edilməz. Allah həyatda hər şeyin xaliqi, yaradıcısı və həyatda olan hər bir
varlığın ruzi vericisidir. «Məgər yaradan bilməzmi? Allah incəliyinə qədər biləndir,
(hər şeydən) xəbərdardır». (əl-Mulk 14). Allah nə yaratdıqlarını yaratdıqdan sonra
yaradıcı sifətini almış, nə də insanları var etdikdən sonra Bəri (yoxdan var edən) adını
almışdır. Bu sifətlərə əzəldə də sahibdir. O, indi də əbədi olaraq bu sifətlərə sahibdir.
Bu sifətlərin hamısı onun kamil sifətlərindəndir. Məs: O, insanları yaratdıqdan sonra
yaradıcı adını almamışdır. Bütün sifətləri kimi yaradıcı sifəti də onları yaratmazdan
əvvəl onda var idi. Bu sifətlər əsla və heç bir şəkildə sona yetməz. Allah var olduqca
onunla birlikdə var olacaqdır. Allahın varlığının da sonu olmayacaqdır. Allah
yaratdıqlarını Alim olaraq yaratmışdır və heç bir şey ondan gizli qala bilməz, heç bir
şey onun elmindən qırağa çıxa bilməz. Onun elmi böyük və kiçik, çox və cüzi hər bir
şeyi əhatə etmişdir. «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz.
Bundan kiçik yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba
3). O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi
bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «(Rəbbin) onların
keçmişini də, gələcəyini də bilir. (Ta ha 110).
Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Əbu Hureyrə -
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu:
“Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa
Cənnətə daxil olar”
123
. Çünki bu 99 İsmi bilmək qəlbin düzəlməsi üçün əsasdır.
Qurani Kərimdən buna dəlillər isə:
«Şübhə yox ki, Allah çox Uca (Ali) və çox
böyukdür (Kəbirdir)». (ən-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (Səmi) və
görəndir (Bəsirdir)». (ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (Aziz) və
hikmət sahibidir (Hakimdir)». (ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (Ğafur)
və rəhmlidir (Rahimdir)». (ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə
nəzarətçidir (Raqibdir)». (ən-Nisa 1). «Haqq-hesab çəkməyə (Hasib) olaraq Allah
kifayət edər». (ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (Lətif) və (bəndələrinin
bütün əməllərindən) xəbərdardır (Xabirdir)». (əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər
şeyi hifz edəndir (Hafizdir)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa
(Həmid) və öyülüb, mədh edilməyə layiqdir (Məciddir)». (Hud 73). «Şübhəsiz ki,
Allah çox yaxındır (Qərib) və duaları qəbul edəndir (Mucibdir)». (Hud 61). «Allah
ehtiyacsız (Ğani) və həlimdir (Həlimdir)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə
(Şahid) olması kifayət deyilmi. (Fussilət 53)». «Allah (öz elmi ilə) hər şeyi ehtiva
edəndir (Muhitdir)». (Fussilət 54). «O, özündən başqa heç bir ilah olmayan, gizlini
də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən başqa heç bir ilah
olmayan Məlikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan münəzzəhdir),
Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır),
Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən,
qoruyandır), Əzizdir (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), Cəbbardir
(hökmünə məcbur edəndir), Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır).
Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, Xaliqdir (hər şeyi
yaradandır), Bəridir (yoxdan var edəndir), Musavvirdir (yaratdıqlarına istədiyi kimi
123
Buxari 6410, Müslim 2677.