41
bu evin ətrafında yaşayan qureyşlilərin də dərəcəsi vardır. Bundan sonra ətrafda olan
tayfalar, ölkələr hücum barəsində düşünmürdülər. «Bu evin Rəbbinə (Kəbənin sahibi
Allaha) ibadət etsinlər! O, Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara
qorxudan sonra əmin amanlıq bəxş etdi». (əl-Qureyş 3,4). Nə vaxt qureyş şirkin
içərisində boğulurdu Allah Rəsulunu Peyğəmbər olaraq göndərdi. O, da onlara dedi ki,
deyin: «Lə İləhə İlləllah». Onlar bu kəliməni qəbul etmədilər. Qəribə orasındadır ki,
onlar bu kəliməni qəbul etməməklə yanaşı qəribə bir səbəb də gətirdilər. «(Qureyşlilər)
dedilər: «Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (müşriklərin
əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq. Məgər Biz onları Özümüzdən bir
ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində
Kəbə yerləşən) qorxusuz-xətərsiz, müqəddəs bir yerdə (Məkkədə) sakin etmədikmi?
Lakin onların əksəriyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz». (əl-
Qəsəs 57). Onlar dedilər ki: «Sən bizim əmin-amanlığımızı pozma. Biz indi əmin-
amanlıqdayıq».
Əmin-amanlığı verən kimdir? Allah! Bu göndərilən Peyğəmbər kimdir? Allahın
Peyğəmbəri. Onu kim göndərib? Allah! Əgər əmin-amanlığı verən Allahdırsa,
Peyğəmbəri də göndərən Allahdırsa onda Peyğəmbər göndəriləndən sonra əmin-
amanlıq pozulacaq! Yoxsa əmin-amanlığın üstünə əmin-amanlıq gələcək.
Eyni sözləri indi də deyirlər. Əgər biz İslamı qəbul etsək dövlətlər bizə güləcəklər,
inkişafdan geri qalacağıq, dövlətlər bizə hücum edəcəklər. Bu iddia doğru iddia
deyildir. Çünki tövhid əqidəsi əmin-amanlığı əkir. Əmin-amanlığı dağıtmır. Həm
daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı ilə iman gətirsək bu
əqidə həm bizdə, həm də cəmiyyət də əmin-amanlıq yaradar. Əgər əmin-amanlıq
istəyiriksə gərək biz əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu
ilə əvəz olunsun onda biz ixtiyar sahibiyik. Çünkü qorxunun məsdəri şirkdir.
«Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin
ürəklərinə qorxu saldıq». (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhiddir.
«İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola
yönəlmişlər də onlardır». (əl-Ənam 82).
İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad
adət-ənənələrin İslam adı ilə dinimizə daxil edildiyi bir gündə hansı əmin-amanlıqdan
danışmaq olar. Dünyaya nəzər salsaq görərik ki, müsəlmanların saylarının çox
olmasına baxmayaraq zəlil gündədilər. Cürbəcür təziqlərə, işkəncələrə, hücumlara
məruzdular. Çünki müsəlmançılıqdan (İslamdan) yalnız adı qalıb. Əli - radıyallahu
anhu
–
deyir ki: «Vaxt gələcək ki, İslamdan yalnız onun adı qalacaqdır, vaxt gələcək
ki, Qurandan yalnız onun şəkili qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər
çıxacaqdır». Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Ümmətlərin
(dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum
etdikləri kimi hücum etmələri artıq yaxındır. Səhabələrdən: «Ya Rəsulallah! Bizim
sayımızın az olduğuna görə belə olacaqdır?» deyə soruşdu. Peyğəmbər: «Əksinə sizin
sayınız onda çox olacaqdır. çayın gətirdiyi çör-çöp kimi. Lakin Allah düşmənlərin
qəlbindən sizə qarşı olan qorxunu çıxaracaqdır. Sizin qəlbinizdə isə Allah Vəhm
yerləşdirəcəkdir» deyə buyurdu. Səhabələr: «Vəhm nədir ya Rəsulullah!». Peyğəmbər:
«Dünyaya sevgi, ölümə isə nifrət»
120
. Ömər –
radıyallahu anhu
–
deyir ki: «Biz elə bir
120
Əbu Davud 4297, Əhməd 5/278.
42
ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyri yerdə izzət
axtarsaq Allah bizi zəlil edər».
Ona görə də insan nə qədər Allahdan qorxarsa, düşmənləri də bir o, qədər ondan
qorxarlar. İnsan nə qədər özü ilə Allah arasında olanı islah edərsə, Allah da onunla
başqaları arasında olanları islah edər.
Tövhidin Axirətdə Olan Təsiri
–
Olduqca böyükdür. Çünki tövhid əhli olan kimsə
əbədi Cəhənnəmdə qalmaqdan qurtulacaqdır. Bu da tövhidin ən mühüm və böyük
təsiridir müsəlman olan bir kimsənin həyatında. «Kim (malını Allah yolunda) versə,
(Allahdan) qorxsa və ən gözəl sözü (Lə İləhə İlləllah kəlşiməsini) təsdiq etsə biz ona
Cənnəti müyəssər edərik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə,
(mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (Lə İləhə
İlləllah kəliməsini) yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq». (əl-Leyl 5-
10). Bu haqda daha geniş axirətə iman haqqındakı bölümdə danışacağıq.
TÖVHİDİN FAYDALARI VƏ SƏMƏRƏLƏRİ
1. Tövhidi gerçəkləşdirən, haqqını verən bir qul hesaba çəkilmədən, əzaba
uğramadan Cənnətə girəcəkdir.
2. Tövhidi gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir.
3. Dünya və axirətin sıxıntısından, qəm və kədərindən, acısından və əzabından
qurtulub hüzura və rahatlığa çıxmağın ən böyük vəsiləsi və səbəbidir.
4. Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha az miqdarda olduğu zaman
Cəhənnəmdə əbədi qalmaqdan qurtarır.
5. Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin-amanlığı təmin
edər.
6. Tövhid, Allahın rizasına və savabına nail olmağın yeganə səbəbidir.
7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və savaba çatması
tövhidə bağlıdır.
8. Tövhid qulun yaxşılıq edib, pislikdən çəkinməsini asanlaşdırır. Onu müsibətlərə
qarşı səbrli edir.
9. Tövhid qəlbdə tam olduğu zaman Allah onun sahibinə imanı sevdirir. Qəlbində
onu gözəl göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir.
10. Tövhid qulu yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi
və ən yüksək izzət və şərəf də elə budur.
11. Tövhid qəlbdə tam və kamil olduğu və tam bir ixlasla yerləşdiyi zaman əməlin
azı çox olur, əməllərin və sözlərin mükafatı sayılmayacaq miqdarda qat-qat artır.
Qulun tərəzisində onun ixlası göylər və yerin qarşılamayacağı qədər ağır gəlir.
12. Allah tövhid əhli olan quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti,
asanlığı, xeyirli söz və əməllərində isabətli olmağı zəmanət verir.
13. Allah iman əhli Muvahhidləri dünya və axirətin pisliklərindən qoruyar və onlara
təmiz, gözəl bir həyatı ehsan edər.
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ
Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna haqqı ilə iman emək deməkdir.
O, bütün kamil Sifətlərə malik və bütün əskik Sifətlərdən münəzzəhdir. Əhli Sünnə
Vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş İsim və Sifətlərlə bilir və tanıyır.