2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə29/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   25   26   27   28   29   30   31   32   ...   231

 

57 


Bəqi olması əsla ölməyən həyat sahibi. Əbədi varlıq olması deməkdir. Bütün varlılıqlar 

yox olacaqdır, sadəccə onun varlığı davam edəcəkdir

154

.  


 

BƏDİ’ 

 

əl-Bədi’-  «Göyləri  və  yeri  icad  edən  (BƏDİ  yoxdan  yaradan)  Odur».  (əl-Bəqərə 

117).  «O,  göyləri  və  yeri  (BƏDİ  yoxdan)  var  edəndir».  (əl-Ənam  101).  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Ey  Allahım!  Həmd  yalnız  Sənədir.  Səndən 

başqa  İlah  yoxdur.  Sən  verdiyin  nemətləri  başa  qalxmazsan.  Göyləri  və  yeri  heç  bir 

bənzəri  olmadan  yaradan  Sənsən.  Sən  ucasan  və  ikram  sahibisən.  Səndən  Cənnəti 

istəyir və Cəhənnəmdən Sənə sığınırıq»

155


. Ənəs b. Məlik - radıyallahu anhu 



 rəvayət 

edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  dua  edərək  buyurdu:  «…Yə  Bədiəs 



Səməvəti  Vəl  Ərd 

  Ey  səmaların  və  yerin  yaradıcısı…»



156

.  İbn  Kəsir 



  rahmətullahi 

aleyhi 



 deyir ki: «Bədi 

 Öncə bir misli, oxşarı olmadan yaradan, ortaya çıxaran, var 



edən  deməkdir»

157


.  Qurtubi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Daha  öncə  bir  şəkili, 

modeli  olmadan  yoxdan  var  edən,  icad  edən  deməkdir»

158

.  Həlimi 





  rahmətullahi 

aleyhi 



  deyir  ki:  «Daha  öncə  heç  bir  bənzəri  olmayan  bir  şeyi  yaradandır».  Allahın 

heç bir bənzəri və nümunəsi yoxdur.  

 

BƏSİT – QABİD 

 

əl-Bəsit 



  əl-Qabid 



  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  –  in  dövründə  qiymətlər  artmağa  başladı. 

İnsanlar:  “Ey  Allahın  Rəsulu!  Qiymətlər  artdı.  Bizə  bir  qiymət  təyin  et  (Qiymətlərə 

hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox 

verən  Allahdır,  Ruzi  verən  Allahdır,  Daraldıb  qıtlıq  gətirən  də  Allahdır.  Mən  Allaha 

yanımda  kimsənin  mal  və  qan  haqqı  olamadığı  halda  çatmağı  ümüd  edirəm”  deyə 

buyurdu

159


.  Bəsit 

  Bəsətə  felindən  olan  açan,  yayan,  bol  verən,  genişlədən,  əli  açıq 



deməkdir.  Qabid  isə  Qabaza  felindən  olan  tutan,  malik  olan,  daraldan,  az  verən 

mənasındadır. Bəsit bəzəndə güc mənasında da işlədilir. «Sən məni öldürməkdən ötrü 



mənə  əl  qaldırsan  da,  mən  səni  öldürmək  üçün  sənə  əl  qaldıran  deyiləm 

(BƏSİTUN)». (əl-Maidə 28). Allah Bəsit və Qabiddir. Varlılıqların ruzisini dilərsə bol 

verər,  dilərsə  də  daraldır.  O,  dilərsə  verir.  Dilərsə  verməz.  Dilədiyinin  ruzisini  bol 

etməklə  onu  sevindirər.  Ehtiyaclarını  ödəyərək  digər  qullarından  daha  üstün  tutar. 

Dilədiyinin ruzisini də  daraldar. Onu möhtac edər, rahat yaşamaqdan  məhrum  edər və 

onu yoxsulaşdırar.  

Bu  İsimlərdən  xəbərdar  olan  hər  bir  müsəlman  onda olan  o,  dini  elmlərlə  insanlar 

arasında oturub gülər üzlə və şirin dillə onlara nəsihətlər etməlidir. Sənin biliyində və 

mərifətindən faydalansınlar və səni  örnək  etsinlər. Əgər güc  və  qüvvət sahibisənsə bu 

güc  və  qüvvətini  səni  sevincə  qovuşduracaq  ibadətlərdə  və  Allah  düşmənlərinə  qarşı 

işlət.  Əgər  var-dövlət  sahibisənsə,  mal  və  mülkün  çoxdursa  insanlara  yardım  etmək 

                                                

154


 İbn Kəsir 8/378, Qurtubi 9/6565.  

155


 Tirmizi 3544, Əbu Davud 1495.  

156


 Əbu Davud 2/80, İbn Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550.  

157


 İbn Kəsir 3/223. 

158


 Qurtubi 1/580.  

159


 Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.  


 

58 


üçün  əlini  aç,  malını  gizlətmə.  Əlini  simic  etmə  ki,  Allah  da  sənə  daha  çox  versin. 

Etdiyin yaxşılıqları sayma ki, Allah da sənə hesablı davranmasın. Əgər bu nemətlərdən 

hər hansı birinə sahib deyilsənsə qəlbini Allahın hökmlərinə aç, dilinlə Onu daimə zikr 

və  şükr  et,  insanlarla  gülər  üzlə  davran.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Yaxşılıq  edəcək  malı  və  gücü  olmayan  kimsə  qardaşını  gülər  üzlə 

qarşılasın»

160

.  


 

TƏVVAB 

 

ət-Təvvab 



  Tövbələri  qəbul  edən  deməkdir.  «Şübhəsiz  ki,  O  tövbələri  qəbul 

edəndir».  (əl-Bəqərə  37).  «Allah  tövbələrinizi  qəbul  etmək  istər».  (ən-Nisa  27). 

«Qullarından  tövbəni  qəbul  edən  Odur».  (əş-Şura  25).  Tövbə 

  günah  olan  şeydən 



dönmək,  onu  tərk  etmək  deməkdir.  Qulun  tövbə  etməsi  Allahın  əmr  və  qadağalarına 

üsyan  etməkdən  vaz  keçib,  bu  əmr  və  qadağalara  uyğun  hərəkət  etməkdir.  Üsyanı 

buraxıb  itaətə  dönməkdir.  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Təvvəb 

 



qullarının  tövbələrini  qəbul  edəndir.  Allah  qulu  tövbəyə  müvəffəq  edər,  qul  tövbə 

etdikdə tövbəsini qəbul edər. «Sonra tövbə etsinlər deyə onların tövbəsini qəbul etdi». 



(ət-Tövbə  118).  Təvvəb 

  Qullarının  tövbə  yollarını  asanlaşdırandır.  İman  özündən 



əvvəlki  günahları  silib  yox  etdiyi  kimi,  tövbə  də  özündən  əvvəlki  günahları  silib  yox 

edər. «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların 



pis  əməllərini  yaxşı  əməllərə  çevirər.  Allah  bağışlayan  və  rəhm  edəndir!  Hər  kəs 

tövbə  edib  yaxşı  iş  görərsə,  o  şübhəsiz  ki,  Allaha  yaxşı  bir  dönüşlə  dönər».  (əl-

Furqan 70,71). İman  və tövbə, hər ikisi də qəlblə əlaqəli əməllərdir. İman, qul Allaha 

təslim  olmadıqca  Onun  əmr  və  qadağalarına  uymadıqca  tamamlanmadığı  kimi  tövbə 

də günahları tərk etmədikcə tamamlanmaz. Tövbə imanın bir parçasıdır.  

 

CƏBBAR 

 

əl-Cəbbar 

 Cəbr kökündən gəlməkdədir. Hər hansı bir şeyi islah etmək, düzəltmək 



deməkdir.  Bir  kimsəni  fəqirlikdən  qurtararaq  zənginləşdirmək  və  ya  qırılan  sümükləri 

düzəltməkdir.  «O,  özündən  başqa  heç  bir  ilah  olmayan,  gizlini  də,  aşkarı  da  bilən 



Allahdır. Cəbbardır (hökmünə məcbur edəndir)». (əl-Həşr 22-24). əl-Accac öz şerində 

deyir:  «Allah  dini  tamamladı  və  o,  dində  tamamlandı»

161

.  Əf-Alə  vəznində  işlədilən 



hökmüranlıq,  məcbur  etmək:  Əcbərtuhu  Alə  Kəzə 

  onu  belə  etməyə  məcbur  etdim. 



İmam  Şafii 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Sultan  onu  məcbur  etdi».  Əl  çatılmaz, 

yüksək,  əl  çatmayan  xurma  ağacına  Nəhlətun  Cəbbar  deyilir.  «Ya  Musa!  Orada 



nəhəng adamlar vardır». (əl-Maidə 22). Bir kimsə uzun boylu, iri və qüvvətli olduğu 

zaman yüksək olan xurma ağacına bənzədilərək Raculun Cəbbar deyilir. İbn Abbas 



 

radıyallahu  anhu  -  deyir  ki:  «Cəbbar,  ulu  və  uca  deməkdir.  Cəbərutullah.  Allahın 

əzəməti və ucalığı deməkdir». Bu Sifət üç mənaya dayanır. Hökmüranlıq, üstünlük və 

ucalıq.  Zəifləri  düşdükləri  vəziyyətdən  qurtarmaq,  Onun  yolunda  qırılmış  qəlbləri 

düzəldən,  yoxsulları  zənginləşdirən,  çətinlikdə  olana  hər  çətinliyi  asanlaşdıran, 

müsibətə  uğrayana  güc  və  qüvvət  verərək  səbr  etməsini,  əcr  qazanmasına,  ucalığına 

boyun əyənlərin qəlblərinə bir mutluluq və sevinc verəndir. Bütün varlıqlar Ona boyun 

                                                

160


 Tirmizi 2722.  

161


 İbn Mənzur «Lisanul Arab» Cə-Bə-Rə maddəsi. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə