2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə32/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   28   29   30   31   32   33   34   35   ...   231

 

63 


dəyişikliklərdən  qoruyar.  Sıxıntı  zamanında  səni  şikayət  etməkdən  qoruyan.  Nemət 

zamanında  da  səni  fəlakətlərdən  qoruyandır.  Allahın  bütün  varlıqları  qoruması 

olmasaydı,  varlığı  mümkün  olan  heç  bir  şeyin  varlığı  davam  etməzdi.  Allah  bütün 

varlıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə düşməkdən qoruyan və 

tutan da Odur. Yer üzünü su üzərində yaradan da Odur. Qüdrəti ilə yer üzünü, üzərində 

yaradıldığı  suyun  dibinə  çökməsini  qoymayan  Odur.  Ancaq  Allahın  qoruması  buna 

manedir.  

 

HƏSİB 

 

əl-Həsib 



  Haqq-hesab  tələb  edən,  heç  bir  şeyi  nəzərdən  qaçırmayan  deməkdir. 



«Hesab  edən  olaraq  Allah  kifayətdir».  (ən-Nisa  6).  Həsib 

  qiyamət  günü  qullarını 



hesaba çəkəcək və sorğu-sual edəndir. Hər bir xeyir Ondan umulur, rəhməti ilə bəla və 

müsibətləri  dəf  edəndir.  Ehtiyaclar  üçün  Ona  dua  edildiyinə  görə  ehtiyacları 

qarşılayandır.  Hesab  çəkən,  şahid  olan  Uca  Allahdır.  Ömər 



  radıyallahu  anhu 

 

deyərdi  ki:  «Hesaba  çəkilmədən  əvvəl  nəfislərinizi  hesaba  çəkin.  Əməlləriniz 



çəkilmədən  əvvəl  sizlər  əməllərinizi  çəkin  və  Uca  Allahın  buyurduğu  o,  günə 

hazırlaşın.  «O,  gün  siz  Rəbbinizin  hüzuruna  gətiriləcəksiniz.  Sizin  heç  bir  sirriniz 



(Allahdan) gizli qalmayacaqdır». (əl-Həqqa 18).  

 

HƏFİ 

 

əl-Həfi 

  Lütfkar,  xoşsifət,  bilmək,  sevinmək,  «O,  mənə  qarşı  çox  mehriban  və 



lütfkardır  (HƏFİ)».  (Məryəm  47).  Əzhəri 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Həfi 

 



bilmək,  sevinmək».  Suddi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Dostluq,  yoldaşlıq,  çox 

yaxın bir münasibət». Bəzən də Həfi Hakim mənasında da işlədilir. Ərəblər hakimlərə 

Həfi  də  deyərdilər.  Həmçinin  də  yaxşılıq  edən,  hörmət  edən,  köməyə  gəlmək 

mənasındadır.  Dilçi  alimlərindən  əl-Fərra 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «O,  mənə 



qarşı çox mehriban və lütfkardır». (Məryəm 47) ayəsində mən qarşı lütfkar davranan, 

dua  etdiyimdə  duamı  qəbul  edən,  ehtiyaclarımı  qarşılayan  şəkilindədir»  deyə 

açıqlamışdır.  

 

HƏQQ 

 

əl-Həqq 



  Haqq,  Həqiqət  mənasındadır.  Qurani  kərimdə  285  ayədə  keçir.  Kəsin 

olaraq  sabit  olma,  gərəkli  olan  (sübut,  vacib)  mənasında  işlədilir.  «Şübhəsiz  onların 

çoxunun üzərinə o, söz (əzab) haqq olmuşdur». (Yasin 7). Burada Haqq oldu – sabit, 

vacib  oldu  deməkdir.  «O,  günahkarlar  istəməsə  də  Allah  haqqı  sabit  və  üstün 



edəcəkdir».  (əl-İsra  81).  «De  ki:  «Haqq  gəldi.  Batil  yox  oldu».  (əl-İsra  81).  Bəzən 

zülmün  əksi  olan  ədalət:  «Allah  haqq  (ədaləti)  hökm  edər».  (əl-Mumin  20).  Bəzən 

hissə,  pay:  «O,  kəslər  ki,  onların  mallarından  müəyyən  bir  haqq  (pay)  vardır».  (əl-

Məaric  24).  «O,  gün  onlar  Allahın  açıq-aşkar  haqq  olduğunu  biləcəklər».  (ən-Nur 

25). İbn Abbas 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və 

səlləm 



 gecə namazına durduğu zaman buyurdu: «Ey Allahım! Sənə həmd olsun. Sən 

göylərin, yerin və ikisi arasında olanların nurusan. Sənə həmd olsun. Sən göyləri, yeri 

və ikisi arasında olanları tutansan (Qayyumsan). Sənə həmd olsun. Sən göylərin, yerin 

və  ikisi  arasında  olanların  Rəbbisən.  Sənə  həmd  olsun.  Sən  tək  həqiqətsən  (Haqsan). 



 

64 


Vədin  haqdır,  sözün  haqdır,  səninlə  görüşmək  haqdır,  Cənnət  haqdır,  Cəhənnəm 

haqdır, Peyğəmbərlər haqdır, Muhəmməd haqdır, Qiyamət saatı haqdır…»

176

. Həlimi 





 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Haqq 

  inkarı  mümkün  olmayan,  isbat  edilməsinə 



ehtiyac olmayan, varlığı qəbul ediləndir. Buna görə də uca Allahın varlığı qəbul ediləsi 

şeylərin  ilkidir.  Varlığı  inkar  edilməz.  Uca  Allahın  varlığına  dəlalət  edən  dəlillər 

olmasa  da  O,  vardır.  Bununla  belə  bütün  varlıq  aləmi  Onun  varlığının  aydın 

dəlilidir»

177

. Uca Allahın hər sözü və feli haqdır. Onunla görüşmək haqdır. Göndərdiyi 



Peyğəmbərlər  və  nazil  etdiyi  kitablar  haqdır.  Dini  də  haqdır.  Heç  bir  şeyi  Ona  şərik 

qoşmadan  yalnız  Ona  ibadət  etmək  də  haqdır.  «Bu  belədir.  Çünki  Allah  haqq, 



müşriklərin  ondan  başqa  ibadət  etdikləri  (bütlər,  tanrılar)  isə  batildir.  Həqiqətən 

Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) 

ondan  qeyri  ibadət  etdikləri  isə  batildir».  (Loğman  30).  «De  ki:  «Haqq 

Rəbbinizdəndir».  (əl-Kəhf  29).  Allahın  bütün  isimləri,  sifətləri  və  felləri  haqdır.  Ona 

ibadət  etmək  haqdır.  Onun  qullarına  vədi,  əzabı  və  hesabı  da  haqdır.  Qullar  haqqında 

hökmü ədalətdir və bu hökmündə heç bir haqsızlıq yoxdur.  

 

HƏKƏM 

 

əl-Həkəm 



  «Allah  aramızda  hökm  verənlərin  ən  xeyirlisidir».  (əl-Əraf  87). 



«Ondan  başqasınımı  özümə  hakim  istəməliyəm?».  (əl-Ənam  114).  «Bəndələrin 

arasında  ixtilafda  olduqları  məsələlər  barəsində  Sən  hökm  edəcəksən!».  (əz-Zumər 

45).  Bu  İsim  insanlar  haqqında  da  istifadə  edilərək  Qurani  Kərimdə  zikr  olunur.  «(Ey 

möminlər!)  Əgər  ər-arvad  arasında  ixtilaf  olacağından  qorxsanız,  o  zaman  kişinin 

adamlarından  bir  nəfər  və  qadının  adamlarından  da  bir  nəfər  hakim  təyin  edin». 

(ən-Nisa  35).  Hani  b.  Zeyd 



  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



 in yanına bir qrup heyət gəldi. Aralarından birinə: «Əbul 

Həkəm  deyildiyində  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  o,  kimsəyə:  «Həkəm 

Allahdır.  Nə  üçün  sənə  Əbul  Həkəm  deyirlər?»  deyə  buyurdu.  Adam:  «Qövmüm  hər 

hansı bir məsələdə ixtilaf etdiklərində mənim yanıma gəlirlər, mən də həkəmlik edərək 

aralarında  hökm  verirəm.  Beləcə  hər  iki  tərəf  də  verdiyim  hökmə  razı  qalırlar»  dedi. 

Peyğəmbər:  «Övladların  varmı»  deyə  buyurdu.  Adam:  «Bəli,  Şurayh,  Abdullah  və 

Müslim  Bəni  Hani»  dedi.  Peyğəmbər:  «Ən  böyüyü  hansıdır?»  deyə  buyurdu.  Adam: 

«Şureyh»  dedi.  Peyğəmbər:  «Artıq  sən  Əbu  Şureyhsən»  deyə  buyurdu

178


.  Həlimi 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Həkəm 

  höküm  və  qərar  verəndir».  İbn  Qeyyim 





 

rahmətullahi aleyhi 



 deyir ki:  «Hökmlər üç cürdür. 1) Dini  hökmlər. 2) Varlıq aləmi 

ilə bağlı hökmlər. 3) Qədəri kovni hökmlər.  

Hər  müsəlman  Allahdan  başqa  Həkəm  olmadığını,  Onun  bütün  fellərinin  hökm, 

bütün  sözlərinin  hikmət  və  vəsiyyətlər  olduğunu,  Peyğəmbərlərin  hikmət  qaynağı  və 

hikmət  əhli  kimsələr  olduğunu  bilməlidir.  İnsanlar  hökm  verirkən  Allahın  nazil  etdiyi 

ilə  hökm  vermələri  lazımdır.  Hər  müsəlman  Allahın  hökmü  ilə  hökm  edilən  bir 

məhkəməyə  çağırıldığı  zaman  bu  çağrışa  cavab  verməli  və  əleyhinə  bir  hökm  çıxdığı 

zaman buna uymaq məcburuyyətindədir. Əks halda zülm edənlərdən olar. «Aralarında 

hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqda onlardan bir dəstə 

                                                

176

 Buxari 3/2-4, Müslim 769.  



177

 Beyhəqi «Əsmə vəs Sifət» s. 12,13. 

178

 Buxari 811, Əbu Davud “Kitabul Ədəb” 4955, Nəsəi 5389, əl-Albani “Mişkət” 4766, “İrva” 2615.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə