2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


dərhal  üz  çevirər.  Əgər  haqq  onların  tərəfində  olsa,  itaət  edib



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə33/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   29   30   31   32   33   34   35   36   ...   231

 

65 


dərhal  üz  çevirər.  Əgər  haqq  onların  tərəfində  olsa,  itaət  edib  (tez)  onun  yanına 

gələrlər.  Onların  qəlblərində  xəstəlikmi  vardır?  Yaxud  Allahın  və  Peyğəmbərinin 

onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar». 

(ən-Nur 48-50). Hakim və rəhbərlər Allahın cızdığı sərhədlərdən kənara çıxmamalı və 

qoyduğu  qadağaları  aşmamalıdırlar.  İnsanlar  arasında  adil  davranmalı,  kimsəyə  ayrı-

seçkilik etməməlidirlər. Əleyhlərinə belə olsa doğruluqdan qaçmamalıdırlar və haqq ilə 

hökm  verməlidirlər.  «Ey  iman  gətirənlər!  Sizin  özünüzün.  Ata-ananızın.  Yaxud 



qohumlarınızın  əleyhinə  belə  olsa,  ədalətdən  möhkəm  yapışın  Allah  şahidi  olun». 

(ən-Nisa 135). «(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar 

arasında  ədalətlə  hökm  et,  nəfsdən  gələn  istəklərə  uyma,  yoxsa  onlar  səni  Allah 

yolundan  sapdırarlar.  Şübhəsiz  ki,  Allah  yolundan  sapanları  haqq-hesab  gününü 

unutduqları üçün şiddətli bir əzab gözləyir». (Sad 26).  

 

HƏKİM 

 

əl-Həkim 

 «O,  Həkimdir».  (əz-Zariyət 30). «Allah  biləndir,  Həkimdir».  (ən-Nisa 



26).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  in  yanına  bir  bədəvi  gələrək  dedi: 

«Mənə  daima  söyləyəcəyim  bir  neçə  kəlimə  öyrət».  Peyğəmbər:  «De  ki:  Allahdan 

başqa  ibadətə  layiq  haqq  İlah  yoxdur,  Allah  böyüklərin  ən  böyüyüdür.  Ona  həmd 

olsun. Aləmlərin Rəbbi olan Allah Ucadır. Əziz və Həkim olan Allahdan başqa heç bir 

qüc və qüvvət sahibi yoxdur…» deyə buyurdu

179


. Uca Allahın yaratmış olduğu hər bir 

şey  elmdən  və  hikmətdən  meydana  gəlmişdir.  Hökmü  elmdən  və  hikmətindən 

qaynaqlanmasıdır.  Hökm  və  Hikmət  sahibi.  Hər  bir  şeyi  gözəl  və  faydalı  şəkildə 

yaradan  və  yaratdığını  yerli-yerinə  qoyandır.  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Həkim  söylədiyi  hər  söz  və  etdiyi  hər  bir  felin  doğru  olandır.  Belə  bir  sifət  yalnız 

Allaha  yaraşır.  Çünki  etdiyi  bütün  fellər  doğrudur,  əsərləri  mükəmməldir  və  heç  bir 

qüsuru  yoxdur.  Bu  qədər  doğru,  sağlam  və  mükəmməl  əsərlər  ancaq  hakim  olan  biri 

tərəfindən  edilə  bilər.  Bu  əsərlərin  həyat  sahibi  Hakim  olan  Allahdır».  Xattabi 



 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Həkim  hər  bir  şeyi  sağlam  və  nöqsansız  yaradandır. 



«O, yaratdığı hər şeyi gözəl yaradandır». (əs-Səcdə 7)».  

Hikmət


180

 bir  şeyi  edənin  onu  nə  üçün  etdiyi  ilə  əlaqədardır.  Yəni  hikmət  edənin 

etmə  məqsədi  ilə  əlaqəli  bir  qavramdır.  Dolayısı  ilə  bir  məqsəd  üçün  etməyən  kimsə 

haqqında  hikmət  düşünülməz.  Hikmət  bir  kimsənin  elmə  və  saleh  əmələ  yönəlməsini 

və  istədiyi  məqsədi  əldə  etməsini  bildirir.  Hikməti  qəbul  etməyən  Allaha  tam  şəkildə 

həmd edə bilməz. Onu nöqsanlardan münəzzəh tutmaz.  

 

HƏLİM 

 

əl-Həlim 

  Səbirli  və  təmkinli.  Cəzalandırmağa  gücü  çatdığı  halda  həmən 



cəzalandırmayan,  qullarının  üsyanlarına  qarşı  həmən  qəzəbə  dalmayan  deməkdir. 

«Allah bağışlayan və həlimdir». (əl-Maidə 101). İbn Qeyyim 



 rahmətullahi aleyhi 



 

deyi  ki:  «Allah  həlimdir.  Etdiyi  günahdan  ötrü  tövbə  etməsi  üçün  qulunu 

cəzalandırmada  tələsməyəndir».  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Həlim  - 

günahları  bağışlayan,  cəzalandırmağa  tələsməyən.  Bu  İsmi  gücü  olduğu  halda 

                                                

179


 Müslim 2697.  

180


 Hikmət – Lazım olan feli, lazım olan formada, vaxtda etməyə deyilir.  


 

66 


bağışlayana  verilir,  gücü  olmadan  bağışlayana  bu  İsim  verilməz».  «Əgər  Allah 

insanları etdikləri günahlara görə cəzalandırsaydı yer üzündə bir nəfəri də belə (sağ) 

qoymaz.  Lakin  Allah  onları  müəyyən  bir  vaxta  qədər  gecikdirir».  (Fatir 45). «Əgər 

Allah  insanları  günahlarına,  haqsızlıqlarına  görə  cəzalandırsaydı,  yer  üzündə  bir 

canlını  da  sağ  qoymazdı.  Lakin  Allah  onlara  müəyyən  müddət  möhlət  verir».  (ən-

Nəhl  61).  Qurani  Kərimdə  15  yerdə  keçməkdədir.  Bunlardan  11-də  Allaha,  2-də 

İbrahimə,  1-də  Şueybə,  1-də  İsmailə  izafə  edilmişdir.  Bu  İsim  Qurani  Kərimdə  tək 

işlədilməyərək  bütün  günahları  bağışlayan  Gafur,  haqqı  ilə  bilən  Alim,  hər  şeydən 

mustəğni  olan, hər şeyin Ona  möhtac olduğu  varlıq  Ganiyy, az yaxşılığa çox  mükafat 

verən  Şəkur  ilə  birlikdə  işlədilmişdir.  «Şübhəsiz  Allah  biləndir  Həlimdir».  (əl-Həcc 

59).  «Və  bilin  ki,  şübhəsiz  ki,  Allah  bağışlayandır,  (qullara)  yumşaq  davranandır». 

(əl-Bəqərə 235). Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Günahları səbəbilə qullarına 

nemət verməyi və yaxşılıq etməyi kəsməyəndir. O, ona itaət edəni ruziləndirdiyi kimi, 

Ona  üsyan  edəni  də  ruziləndirir.  Ondan  qorxan  və  yaxşılıq  edənlərə  nemət  verməyə 

davam etdiyi kimi, günah etməyə davam edən qullarına da nemət verməyə davam edər. 

Bəla  və  müsibətlərdən  qoruması  üçün  Ona  dua  edəni  və  ya  ibadət  ilə  məşğul  olub  bu 

istəkdə olmayanı qoruduğu kimi, dua etməyib və Ondan qafil olan kimsələri də bəla və 

müslibətlərdən qoruyar»

181


 

HƏMİD 

 

əl-Həmid 



  «Heç  şübhəsiz  ki,  Allah  Ğani  (heç  kimsəyə  və  heç  bir  şeyə  möhtac 



olmayandır), Həmid (həmd də yalnız Onadır)». (Liğman 26). Qurani Kərimdə 61 yerdə 

Allaha nisbət edilərək zikr edilmişdir. Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Həmid 

  edilməyə  haqq  edən,  həmdə  layiq  olandır.  Çünki  O,  vardı  və  bütün  varlıqları  və 



insanı yoxdan var etdi. Sonra iki üstün neməti ağıl və həyatı insanda topladı. Sonra ona 

saysız  nemətlər  verdi  və  onu  bütün  varlıqlara  üstün  etdi.  O,  halda  Ondan  başqa  kim 

həmd edilməyə daha layiqdir? Kim Onun qədər həmdə layiq olur? Xeyr, bütün təriflər 

və  həmdlər  sadəcə  Onadır,  başqasına  deyildir».  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir 

ki:  «O,  felləri  ilə  həmd  edilməyi  haqq  edən  və  həmdə  layiq  olandır.  Həmd  zatla 

əlaqədar işləndikdə isə – fail vəznində olub məful – yəni Mahmud 

 təriflənən, həmd 



edilən mənasında olur. Sıxıntı və bolluq, şiddət və rahatlıq anlarında yalnız Ona həmd 

edilir. Çünki O, Hakimdir. Hər bir şeyi yerli yerində edər. Heç bir xəta və səhf etməz. 

O,  hər  bir  vəziyyətdə  həmd  edilməyi  haqq  edəndir.  Hər  insan  Allahı  həmd  etmədiyi 

kimi  Allah  da  hər  insanı  həmd  əhli  etməz.  Allahın  qəzəbini  qazanmış  insanlar  Ona 

həmd  etməkdən  uzaqdırlar.  Allah  belə  insanları  həmd  əhli  etməz.  Lakin  bu  insanlar 

qiyamət  günü  qəbrlərindən  qaldırıldıqları  zaman  istəməsələrdə  belə  Allaha  həmd 

edəcəklər.  «O,  gün  ki,  Allah  sizi  çağıracaqdır.  Siz  də  Ona  şükr  edərək  dərhal 

çağırışına  cavab  verəcəksiniz  və  sizə  elə  gələcəkdir  ki,  (dünyada)  çox  az  qaldınız». 

(əl-İsra  52).  Heç  kimsə  Ona  həmd  etməsə  də  belə  O,  yenə  də  həmdə  layiq  olandır. 

Həmd 

  təriflənəni  və  həmd  ediləni  sevməyi  əhatə  edir.  Onu  sevən,  lakin  Onu  tərif 



etməyən  Ona  həmd  etmiş  olmaz.  Onu  sevmədikcə  və  Onu  tərif  etmədikcə  Ona  həmd 

etmiş  olmaz.  Bu  sifətlər  nə  qədər  çox  olacaqsa  göstəriləcək  sevgi  və  tərif  də  bir  o, 

qədər  çox  və  böyük  olar.  Allah  heç  bir  tərəfdən  heç  bir  nöqsanlığı  olmayan  mütləq 

kamillik  sahibidir.  Bütün  yaxşılıqlar  və  ehsanlar  Ondan  gəlir  və  Ona  da  dönərlər.  Bu 

                                                

181


 Beyhəqi «Əsməu vəs Sifət» 53.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə