2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə31/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   27   28   29   30   31   32   33   34   ...   231

 

61 


CƏVAD 

 

əl-Cəvad 



  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  “Həqiqətən  Allah 

gözəldir və gözəl olanı da sevir. Pakdır və pak (təmiz) olanı da sevir. Kərəm sahibidir 

və kəramətli olanı da sevir, səxavətlidir və səxavətli olanı da sevir”

173


 

 

CƏLİL 

 

əl-Cəlil - “Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir”. (ər-Rahmən 

27).  

 

HĀFİZ – HƏFİZ 

 

əl-Hāfiz 

  Qoruyan,  mühafizə  edən  deməkdir.  «Heç  şübhəsiz  ki,  Quranı  biz  nazil 



etdik və biz də onu qoruyacağıq (HĀFİZ)». (əl-Hicr 9). (Yəqub) dedi: “Bundan əvvəl 

qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah 

Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”. (Yusuf 64). Həlimi 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Hāfiz  qullarını  din  və  dünya  işlərində  təhlükələrdən 

qoruyan  deməkdir».  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Sizdən  biriniz  yatağına  təkrar  dönərsə 



paltarının ətəyi ilə  yatağını silsin  və  Allahın adını söyləsin. Çünki  yatan kimsə ondan 

sonra yatağına hansı məxluqun girdiyini bilməz. Yatmaq istədiyi zaman sağ yanı üzərə 

uzanaraq belə dua etsin: Ya Rəbbim! Sən bütün nöqsanlıqlardan uzaqsan. Ya Rəbbim! 

Sənin  adınla  yatağıma  uzandım  və  yenə  də  Sənin  adınla  qalxıram.  Əgər  canımı 

alacaqsansa  ona  məğfirət  et.  Əgər  sağ  qalacağamsa  onda  saleh  qullarını  qoruduğun 

kimi məni də qoru»

174

.  


əl-Həfiz 



  Allah qullarına qarşı həfiz – qoruyan və himayə  edəndir. Hər müsəlman 

bütün  şeyləri  qoruyanın  uca  Allah  olduğunu,  Onun  Həfiz  olduğunu  bilməlidir.  Allah 

bizi, söz, əməl və mələkləri ilə qullarını qoruyur. “Əslində (İblisin) onlar üzərində heç 



bir  hökmü  yoxdur.  Lakin  Biz  axirətə  inananla  ona  şəkk  edəni  ayırd  edib  bilmək 

üçün  (İblisə bu imkanı  verdik).  Sənin  Rəbbin  hər  şeyi  hifz  edəndir!  (Möminlərin  və 

kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər)”. 

(Səba  21).  «Allahdan  başqasını  dost  tutanlar  üzərində  Allah  özü  nəzarətçidir 

(HƏFİZDİR)».  (əş-Şura  6).  Həfiz 

  sıxıntı  anında  səni  şikayət  etməkdən  qoruyan, 



nemət  zamanında  da  səni  fəlakətlərdən  qoruyandır.  AbdurRahman  əs-Sədi 



 



rahmətullahi aleyhi 



 deyir ki, bu İsmin iki  mənası vardır. 1. Həfiz 

 qullarının xeyir, 



şərr, qəbul, inkar, itaət və günah etdiklərini qoruyandır. Çünki zərrə miqdarı belə olsa, 

bunlarla  əlaqəli  heç  bir  şey  Ondan  qaçmaz.  Onun  bu  əməlləri  qoruması,  bu  əməlləri 

nəzarət altına  alması  və  hesabını  etməsi  deməkdir.  Onun  elmi  qullarının  açıq  və  gizli 

bütün əməllərini əhatə edir. O, bu əməlləri, bu əməllər meydana gəlmədən əvvəl, hətta 

göyləri  və  yerləri  yaratmadan  əvvəl  Lövhi  Məhfizda  yazmışdır.  Allah  qullarının  bu 

əməllərini  nəzarət  etmək  işini  Hafizi,  Kiramən  Kətibin  mələklərinə  vermişdir.  Çünki 

bu  mələklər  qulların  nə  etdiklərini  bilirlər.  2.  Həfiz 

  Allahın  qullarını  xoş  olmayan 



bütün  şeylərdən  qorumasıdır.  Allahın  qullarını  qoruması  isə  iki  cürdür.  1)  Ümumi 

                                                

173

 Tirmizi 2799, 2495, əl-Albani «Səhihul Cəmi» 1796.  



174

 Buxari 6320, Müslim 2714.  




 

62 


Qoruma 

 Allahın  yaratdıqlarını, güclərinin  yetəcəyi  və  niyyət  etdikləri şeyləri onlara 



asanlaşdırmaq surətilə qorumasıdır. Onlar Onun hidayətinə və öz məsləhətlərinə uyğun 

şeylərə  Allahın  irşadı  və  hidayəti  sayəsində  çatırlar.  «Rəbbimiz  hər  şeyə  öz  surətini, 



şəklini  verən  sonra  ona  doğru  yolu  göstərən  Allahdır!».  (Ta ha 50). Hər bir varlığa 

zərurətlərinə  və  ehtiyaclarına  görə  doğru  yolu  göstərir.  Sonra  da  ona  təqdir  edilən 

yemək,  içmək  və  bunları  qazanmaqda  vəsilələr  və  alətlər  verir.  Əgər  Allahın  bütün 

varlılıqları  qoruması  olmasaydı  varlığı  mümkün  olan  heç  bir  şeyin  varlığı  davam 

etməzdi. Allah bütün varlılıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə 

düşməkdən  qoruyan  və  tutan  Odur.  «Həqiqətən  Allah  göyləri  və  yeri  zaval 



tapmasınlar deyə tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar Allahdan başqa 

onları  kim  tutub  saxlaya  bilər.  Doğurdan  da  Allah  həlim  və  bağışlayandır».  (Fatir 

41). 2) Xüsusi Qoruma 

 bu da Allahın öz dostlarını xüsusi olaraq qorumasıdır. Çünki 



Uca  Allah  dostlarını  onların  imanlarına  zərər  verəcək  və  inanclarını  sarsıdacaq 

fitnələrdən, şübhələrdən  və şəhvətlərdən qoruyar. Bu cür zərərli şeylərdən  onları uzaq 

tutar  və  onları  salamat  edər.  Onları  cin  və  insanlardan  olan  düşmənlərdən  qoruyar. 

Düşmənlərinə qarşı onlara yardım edər. Düşmənlərinin hilələrini onlardan uzaqlaşdırar. 



«Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah 

həqiqətən  heç  bir  xain  və  nankoru sevməz!».  (əl-Həcc  38).  Ən  mühüm  qoruması  isə 

qəlbləri  qorumasıdır.  Müsəlmanın  dinini  hər  cür  küfr,  nifaq,  fitnə,  hədsiz  arzu  və 

istəklərdən,  bidətlərdən  qoruması  qorumaların  ən  böyüyüdür.  Çünki  bu  sayədə 

müsəlman  doğru  yoldan  ayrılıb  başqa  yollara  sapmaqdan  qurtulur.  «Allah  iman 



edənləri  dünya  və  axirətdə  möhkəm  bir  sözlə  sabit-qədəm  edər».  (İbrahim 27). Əgər 

bu cür qoruma olmasa insan Cəhənnəmə girər.  

Abdullah  b.  Abbas  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  bir  gün  (minikdə) 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 in arxasında oturmuşdum. O, buyurdu: «Ey 



oğul!  Mən  sənə  bir  neçə  kəlimə  öyrədəcəm.  Allahı  qoru  ki,  Allah  da  səni  qorusun. 

Allahı  qoru  ki,  onu  öz  qarşında  tapasan»

175

.  Burada  Allahı  qorumaqda  məqsəd  onun 



əmrlərini  yerinə  yetirərək  qadağalarından  çəkinərək  və  qoyduqları  sərhədləri 

aşmayaraq qorumaqdır. Sən belə davrandıqda O, da sənin dinini, malını, uşaqlarını və 

özünü hər bir şeydən qoruyar. Əbu Suleyman Xattabi 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«Hāfiz, Həfiz mənasındadır. Qadir ilə Qədir, Alim ilə A’lim kimi. Allah göyləri və yeri 

və  ikisi  arasında  olanları  müəyyən  etdiyi  bir  zamana  qədər  qoruyandır.  Buna  görə  də 

varlılıqlar  yox  olub  dağılmazlar. «Bunları  mühafizə etmək  Onun  üçün  heç  də  çətin 



deyildir».  (əl-Bəqərə  255).  «(Biz  həm  də  göyü)  itaətdən  çıxmış  hər  bir  şeytandan 

qoruduq».  (əs-Saffət  7).  Allah  qullarını  təhlükələrdən,  fəlakətlərdən  və  pis  sonlardan 

qoruduğunu  bizə  belə  xəbər  verir.  «İnsan  üçün  onu  öndən  və  arxadan  təqib  edən 



mələklər  vardır».  (ər-Rəd  11).  Mələklər  Allahın  əmri  ilə  onları  qorumaqdadırlar. 

Onların  bütün  sözlərini  və  əməllərini  yazmaqdadırlar.  Allah  insanların  niyyətlərini, 

sirlərini  və  sinələrində  saxladıqlarını  da  bilməkdədir.  Heç  bir  şey  Ona  gizli  deyildir. 

Onun  üçün  gizli  sayılan  bir  şey  gizli  deyildir.  Allah  dostlarını  günah  etməkdən  və 

şeytanın  hiylələrinə  düşməkdən  qoruyar.  Bu  sayədə  Allah  dostları  şeytanın 

hiylələrindən və fitnələrindən qurtulurlar. Hər bir müsəlman bütün varlığı qoruyan Uca 

Allah olduğunu, Onun Hafiz və Həfiz olduğunu bilməlidir.  

Allah bütün varlığı qoruyandır. O, bütün hər şeyi toplu və ayrıntılı olaraq biləndir. 

O,  heç  bir  şeyi  unutmaz,  səhf  etməz  və  itirməz.  O,  Quranı  hər  cür  təhrif  və 

                                                

175

 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə