81
Qurani Kərimdə
91 yerdə keçməkdədir. Heç vaxt tək zikr edilməmiş. Başqa bir isimlə
zikr edilmişdir. Bu İsmin keçdiyi 91 ayədən 50-si Məkkədə, 41 isə Mədinə surələridir.
ALİM - ĀLİM – ALLƏM
əl-Alim
–
əl-Ālim - Əzəli elmi ilə, böyük-kiçik, gizli-aşkar, yaradılmış-
yaradılmamış hər şeyi biləndir. Heç bir şey Onun elmindən qırağa çıxa bilməz və Ona
gizli qalmaz. O, hər şeydən xəbərdardır. Onun elmi hər cür sirləri, gizli işləri, qəlblərin
gizlətdikləri şeyləri, qeyb məsələlərini, məsələlərin arxa planlarını, hər şeyin ən incə və
gizli tərəflərini əhatə edir. «Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən». (əl-Bəqərə 32).
«Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da O, bilir».
(Səba 2). «Göylərdə və yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz» (Səba 3).
«Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda
nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri
içində elə bir toxum (kainatda) elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda
olmasın». (əl-Ənam 59). «O, bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir
qadın hamilə olmaz və bari-hamiləni yerə qoymaz». (Fussilət 47). «Ey Rəbbimiz!
Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir». (əl-Mumin 7). «Mən sizin
bilmədiklərinizi bilirəm». (əl-Bəqərə 30). Onun üçün qeyb və bilməməzlik deyə
bilinən bir şey yoxdur. O, hər hansı bir şeyi idrak etməkdən aciz deyildir. Lakin
insanlar isə çox şeyləri idrak etməkdən acizdirlər. Xattabi
–
rahmətullahi aleyhi
–
deyir
ki: «Alim
–
insanların bilmədikləri və idrak etmədikləri sirləri və gizlilikləri biləndir.
Alim ən mükəmməl elm sifətinə sahib olandır».
“De: “Ey göyləri və yeri yoxdan
yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları
(məsələlər) barəsində Sən hökm edəcəksən!”. (əz-Zumər 46).
əl-Alləm
–
«Allah qeybləri çox gözəl biləndir». (ət-Tövbə 78). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allah bu an var olan, var olmaqda olanları, var
olduqlarında necə olacaqlarını, var olmayanları və əgər var olsalardı necə olacaqlarını
biləndir». «Şübhəsiz ki, O gizlini də, gizlinin gizlisini də bilməkdədir». (Ta ha 7).
«Allah hər şeyi bilməkdədir». (ən-Nisa 176). «Allah zalimləri çox yaxşı tanıyandır».
(əl-Bəqərə 95). «Allah onların durumunu haqqıyla biləndir». (ən-Nisa 39). «Əlbəttə
Allah fitnə-fəsad törədənləri tanıyandır». (Ali İmran 63). Bu İsim məşhur istixarə
duasında belə keçər: «Şübhəsiz ki, Sən qeyibləri çox gözəl bilənsən»
226
. O, bütün
insanları yaratdığı andan etibarən dünyada necə yaşayacaqlarını və öldükdən sonra
axirətdə necə yaşayacaqlarını biləndir. Allah bütün insanların yaxşı və pis əməllərini və
bu əməllərin axirətdəki nəticələrini incəliyinə kimi biləndir. Allahın elmi görünən və
görünməyən, zahir və batin, gizli və aşkar hər şeyi əhatə edir. Heç bir şey Ona gizli
deyildir.
ADL
əl-Adl
–
Allah sözündə, felində, qəzasında, qədərində, əmrində, qadağan etməkdə,
mükafatlandırmaqda və cəzalandırmaqda doğru bir yol üzərədir. Onun bildirmiş
olduğu xəbərlərin hamısı doğrudur. Qəzasının hamısı ədalətdir. «Rəbbinin sözü
doğruluq və ədalət baxımından tamamlandı. Onun sözlərini dəyişdirə biləcək
226
Buxari 1166.
82
yoxdur». (əl-Ənam 115). Allahın sözləri doğru və ədalətli olduğuna görə Özüdə
mütləq ədalət sahibidir. Onun ədalət İsmi haqsızlıq və zülm etmə sifətlərini yox edər.
Bu üzdən də O, haqsızlıq və zülm edən deyildir. Onun qərarı doğru, hökmü adildir. İbn
Məsud - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
Huneyn günü qənimətləri bölürdü. Bu bölümdə İslamda yeni olanlara daha çox
üstünlük verdi. Bu vaxt bir nəfər: «Vallahi bu iş ədalətli olmadı və Allah rizası bu işdə
gözlənilmədi» dedi. Peyğəmbər: «Allah və Rəsulu ədalətli olmasa artıq kim ədalətli ola
bilər» deyə buyurdu
227
. Ubey b. Kəbb
–
radıyallahu anhu
–
deyir ki: «Əgər Allah
yerdəki və göydəki bütün varlıqlara əzab etmək istəsəydi onlara əzab edə bilir və buna
görə də zülm etmiş sayılmaz. Eyni şəkildə əgər onlara mərhəmət etmək istəsəydi bunu
da edə bilirdi və Onun bu rəhməti, qulların əməllərinə qarşılıq deyil onlara olan
yaxşılığından sayılardı»
228
.
AFUV
əl-Afuv
–
Sözdə silmək, yox etmək mənasındadır. Afv
–
kökündən gələn bir sifət
olaraq asanlıqla bağışlayan, qulların günahlarını silən, cəzaları qaldıran deməkdir.
«Həqiqətən Allah əfv edən və bağışlayandır». (əl-Həcc 60). Allah qullarının
tövbələrini qəbul edər və etdikləri pislikləri bağışlayandır. Çünki O, əfv edicidir. Əfv
etməyi sevəndir. Qullarının əfva çatmalarına səbəb olan şeyləri yerinə yetirmək üçün
çalışmalarından xoşlanır. Onun sonsuz əfiındən biri də qul nə qədər günah edirsə etsin
sonunda Ona yönəlib tövbə edərsə onun etdiyi bütün günahları bağışlayar. Əfv əsən
küləyin izləri sildiyi kimi günahların silmək mənasına da gəlir. Günahları bağışlayan,
sanki bu əfv ilə günahların izini silməkdir. «Bəndələrinin tövbəsini qəbul eən,
günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur!». (əş-Şura 25). Aişə
–
radıyallahu anhə
–
deyir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
dən soruşdum:
«Ey Allahın Rəsulu! Qədr gecəsinə yetişsəm nə söyləyim?». Peyğəmbər: Allahummə
İnnəkə Afuvvun Kərimun Tuhibbul Əfvə Fəfu Ənni
–
Allahım Sən bağışlayansan,
səxavətlisən və bağışlamağı sevirsən. Məni bağışla»
229
. Bu İsmin insanlar üçün
işlədilməsi caizdir. «Onlar insanları bağışlayanlardır». (Ali İmran 134). Əfv hər
zaman əfv etməklə, bağışlamaqla və cəzalandırmamaqla bilinəndir. Hər kəs Onun
mərhəmət və kərəminə möhtac olduğu kimi əffinə və bağışlamasına da möhtacdırlar.
Əfv günahların izlərini tam aradan qaldırması, onları Kiramən Kətibin mələklərinin
yazdığı dəftərlərdən silməsi, qiyamət günü qullarını bu günahlardan sorğuya
çəkməməsi, xatırladıqda utanmamaları üçün bu günahları onlara unutdurması və hər
pisliyin yerinə yaxşılıq qoymasıdır. «Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit
saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu
olduğu kimi saxlayar)». (ər-Rəd 39). «Allah onların pis əməllərini yaxşı əməllərə
çevirər». (əl-Furqan 70). Əfv, məğfirətdən daha genişdir. Çünki məğfirət günahların
örtüldüyünü, əfv isə onların izlərini belə sildiyini bildirir. Ənəs - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in belə buyurduğunu
eşitdim:
«Allah
–
subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən
mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni
227
Müslim 1062.
228
Əbu Davud 4699.
229
Tirmizi 3513.