83
bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən
məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər
sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik
qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»
230
. Sən də sənə qarşı
haqsızlıq edən və sənə pislik edən kimsələri əfv etməlisən. Bilməlisən ki, Allah əfv
edənləri sevər.
ALİ
əl-Ali
–
Alçaqlığın ziddi olan yüksəklik və ucalıq mənasındadır. Allahın ucalığının
üstündə heç bir ucalıq yoxdur. Bütün dərəcələr və mərtəbələr Ondan aşağıdır. Çünki
Ali alçaqlığın ziddi olan Uluvdan törənmişdir. «Ən uca (ALİ) və ən böyük (AZİM)
varlıq Odur». (əl-Bəqərə 255). Hər cür qüsur, pislik və nöqsanlardan uzaq olan
deməkdir. Bu İsim ucalıq mənasında gələn Uluv
–
kökündən gəlməkdədir. Uluv ust və
yuxarı mənasındadır. Allahın vəsfi olaraq yaratdıqları üzərində qüdrətilə ucalıq sahibi
olan deməkdir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allahım! Səni hər
cür nöqsan sifətlərdən təqdis edərim. Rəbbim ən ucadır, Aliy (çox uca) və qarşılıqsız
ehsan edəndir»
231
.
AZİM
əl-Azim
–
«O, ən Uca və ən Böyükdür (əzəmətli AZİM)». (əl-Bəqərə 255).
Abdullah b. Abbas - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
sıxıntı anında belə dua edərdi: «Allahdan başqa ibadətə layiq haqq İlah
yoxdur. O, Azim və Həlim olandır. Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur. O,
böyük ərşin sahibidir. Allahdan başqa İlah yoxdur. O, göylərin və yerin Rəbbidir və O,
dəyərli ərşin sahibidir»
232
. Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Azim
–
böyüklük
və ucalıq sahibi olandır». Allahın varlığı hər böyüklükdən daha böyükdür. Onun varlığı
əzəli və əbədidir. Başqalarının varlığı isə belə deyildir. O, hər böyükdən daha
böyükdür. Bu üzdən də heç bir ağıl Onun böyüklüyünü qavraya bilməz. Heç bir göz
Onun izzətini əhatə edə bilməz. Onun əzəmətinin başlanğıcı və ucalığının isə sonu
yoxdur. Böyüklük və ululuq yalnız Allaha aiddir. Hər iki vəsfin həqiqəti başa
düşülməz və mahiyyətinə varılmaz. İnsanlardan heç kimsə Allahın ucalığı kimi
ucalmağı haqq edə bilməzlər. Qullar Allahı qəlbləri, dilləri və bütün əzaları ilə
ucaldırlar. Allahın yaratdığı, əmr etdiyi və qadağan etdiyi bir şeyi etiraz etmədən qəbul
etmək Allaha sayğının və Onu ucaltmanın bir ifadəsidir.
ĞAFFƏR - ĞAFUR – ĞAFİR
əl-Ğaffər
–
əl-Ğafur
–
əl-Ğafir
–
«Agah olun ki, O, yenilməz qüvvət sahibidir,
(günahları) çox bağışlayandır (ĞAFFƏR)». (əz-Zumər 5, Ta ha 82). «(Ya
Muhəmməd!) Qullarıma xəbər ver ki, Mən həqiqətən, bağışlayan (ĞAFUR) və rəhm
edənəm». (əl-Hicr 49, əl-Maidə 101). «Günahları bağışlayan (ĞAFİR), tövbələri
qəbul edən
…
». (əl-Mumin 3). Bu isimlər Ğa-Fə-Rə kökündən törənmişdir. Örtmək,
230
Tirmizi, əl-Albani «Səhih əl-Cəmi» 4214, «əl-Mişkət» 4336, «Təxric ət-Tərğib» 2/268-ci hədis.
231
İmam Əhməd «Musnəd» 4/54.
232
Buxari 6345, Müslim 2730.
84
pərdələmək mənasındadır. Buna görə də döyüşlərdə başı zərbələrdən qorumaq üçün
geyinilən şeyə Miğfər deyilmişdir. Həmçinin başı örtən bez parçasına da, yaraların
üzərinə sürtülən və yaraların sağalmasını tezləşdirən bir bitki adından gəldiyi də
söylənilmişdir
233
. Halimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Gafir
–
günahkarların
günahlarını örtən və onları cəzalandırmayıb insanların önündə rəzil və alçaltmayandır».
Allahumə Ğfirli
–
Allahım məni bağışla, məni islah et və məni düzəlt mənasındadır.
Bu isim Allahın Əfuvv isminə daha yaxındır. Əfuvv günahları silən, Ğafir isə silinən
günahın yerinə nuru yerləşdirmək və qulun qüsurlarını örtmək mənasındadır. Qurani
Kərim də bir çox yerlərdə zikr olunurlar. «Heç şübhəsiz ki, Allah Əfuvv (əff edən),
Ğafur (bağışlayandır)». (əl-Həcc 60). Halimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Ğaffər
–
qulların günahlarını örtməyə çalışandır. Belə ki, bu günahları nə dünyada, nə də
axirətdə ortaya çıxarmaz. Çünki Allah qullarını sadəcə bir dəfə deyil dəfələrlə
bağışlayandır. Bu İsimlər Allahın zatı deyil, feli sifətlərindən alınmaqdadır». Əbu
Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib
sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan
Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə
cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə
buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır.
Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi.
Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və
günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu
bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət
qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı
bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan
(məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç
dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər
234
« deyə buyurdu
235
.
Qulun Günahdan Törəyən Üç Ismi Vardır
–
1. Zalim
–
«Artıq onlardan kim öz
nəfsinə zülm edər». (Fatir 32). 2. Zalum
–
«Çünki o, (insan) çox zalım, çox cahildir».
(əl-Əhzəb 72). 3. Zallam
–
«(Ya Muhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey
mənim (günah törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!» (əz-
Zumər 53-54).
Günah etməkdə həddi aşan kimsə Zallamdır. Sanki Allah belə buyurur: «Ey qulum!
Zülm etməkdə və günah etməkdə sənin üç ismin vardır. Buna qarşı Mənim də
günahları bağışlamada üç İsmim vardır. Əgər sən günah edərək və zülm edərək Zalım
olsan, tövbə etdikdə Mən də Ğafir oluram. Əgər Zalum olursansa, Mən də Ğafur
oluram. Əgər sən Zallam olsan, onda Mən Ğaffər olaram. Bu üzdən nə qədər günahın
olursa olsun Bizdən ümüdünü üzmə. Tövbə edərsənsə qəbul edərik. «De ki:
«Sapıqlardan başqa Rəbbinin rəhmətindən kim ümüd kəsər». (əl-Hicr 56). Allah bu
dünyada gözəllikləri ortaya çıxaran, çirkinlikləri və günahları örtən, axirətdə isə
çirkinlikləri cəzalandırmaqdan vaz keçib onları bağışlayandır. Onun günahları
233
Qurtubi 1/152.
234
Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu açıqlayır ki, insan günah
etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.
235
Buxari 7507, Müslim 2758.